yerimək sözü azərbaycan dilində

yerimək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yerimək • 90.0000%
  • Yerimək • 8.0952%
  • YERİMƏK • 1.9048%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.28 dəfə / 1 mln.
2005 •••••••••••••••• 0.67
2007 ••••• 0.21
2009 ••••••••••••••••••• 0.80
2010 ••••• 0.18
2011 •••• 0.17
2012 ••••••••••••• 0.52
2013 •••••••••••••• 0.58
2014 •••••••••••••••••••• 0.86
2015 •••••••• 0.34
2019 •••• 0.14
2020 •••••••••• 0.40

yerimək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Ayaqlarını işə salaraq hərəkət etmək; addımlamaq. İrəli yerimək. Bərk yerimək. Yeriyə bilməmək. Çox yeriməkdən yorulmaq. – Yeriyən at özünə qamçı vurdurmaz. (Ata. sözü). Bir qoca köhnə paltar əynində; Yeriyir yolda torba çiynində. A.Səhhət. [Məhəmmədhəsən əmi] yovuqa yeriyib başladı yumşaqlıqnan oğlunu sakit eləməyə. C.Məmmədquluzadə. // Hərəkət etməyə, gəzməyə iqtidarı olmaq. Uşaq hələ yerimir. Xəstə indi-indi yeriməyə başlamışdır. 2. Hərəkət etmək (getmək, üzmək). Maşın ağır yeriyir. Dənizdə qayıqlar yeriyir. – Maşın yenicə yeriməyə hazırlaşırdı ki, Tapdıq qırğı kimi şığıyıb maşını götürdü. Ə.Vəliyev. // İşləmək. Saat yerimir. 3. Üzərinə getmək, hücum etmək, axın etmək. Ordu qərbə yeridi. 4. Keçmək, qəbul olunmaq, yayılmaq. Bu işlər bizim vilayətdə yeriməz, vəssalam! C.Məmmədquluzadə. 5. Bir şeyin içinə batmaq, keçmək, girmək. Buğa güc gələndə oğlanın ayağı topuğuna qədər torpağa yeridi. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / yerimək

yerimək sözünün etimologiyası

  • 1 Bərk-i-mək qəlibi üzrə yer kəlməsindən əmələ gəlib. Qədim mənası “yer dəyişmək” deməkdir. Yer mənasında oru (or) sözü, türkmənlərdə indi də işlədilir. Onlar müavin yerinə “oyunbasar” (yerini tutan) sözünü işlədirlər. Oru feili ruscaya “идти на место”, “входить” kimi tərcümə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yerimək

yerimək sözünün sinonimləri (yaxın mənalı sözlər)

yerimək sözünün antonimləri (əks mənalı sözlər)

yerimək sözünün rus dilinə tərcüməsi

  • 1 ходить, ступать, идти

    Azərbaycanca-rusca lüğət / yerimək
  • 2 глаг. 1. ходить, ступать, идти. Ağır-ağır yerimək ходить медленно, iti yerimək ходить быстро, arxayın-arxayın yerimək ходить спокойно, ayaq tutub yerimək начать ходить, ступать (о ребёнке); addımlarla yerimək ходить шагом, zorla yerimək ходить с трудом, sərbəst yerimək ходить свободно 2. kimə, nəyə tərəf двинуться, направиться, наступать на кого, на что. Düşmən üzərinə yerimək двинуться на врага, lövhəyə tərəf yeridi (он) направился к доске

    Azərbaycanca-rusca lüğət / yerimək

yerimək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to go*; to walk; ağır-ağır to go* slowly; qol-qola ~ to walk arm-in-arm; Uşaq doqquz ayında yeriməyə başladı The child began to walk at nine months

    Azərbaycanca-ingiliscə lüğət / yerimək

yerimək sözünün fransız dilinə tərcüməsi

yerimək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. фин; ккам(ар) къачун, ккамар вегьин; гьерекат авун; irəli yerimək виликди фин; bərk yerimək кӀевиз фин; 2. къекъуьн, экъуьн; къекъведай тӀакьат хьун; yeriyə bilməmək къекъвез тахьун, экъвез тахьун; 3. фин, вегьин, гьужум авун; 4. ише фин, кьабул хьун (мес. са кар); 5. фин, акатун, гьатун.

    Azərbaycanca-ləzgicə lüğəti / yerimək

yerimək sözünün türk dilinə tərcüməsi

"yerimək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yerimək nədir? #yerimək sözünün mənası #yerimək nə deməkdir? #yerimək sözünün izahı #yerimək sözünün yazılışı #yerimək necə yazılır? #yerimək sözünün düzgün yazılışı #yerimək leksik mənası #yerimək sözünün sinonimi #yerimək sözünün yaxın mənalı sözlər #yerimək sözünün əks mənası #yerimək sözünün etimologiyası #yerimək sözünün orfoqrafiyası #yerimək rusca #yerimək inglisça #yerimək fransızca #yerimək sözünün istifadəsi #sözlük