* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Əllərin arasında, yaxud müxtəlif mexanizmlər vasitəsilə yun, pambıq liflərini eşib ip halına salmaq. Cəhrəsi qarşısında ip əyirər; Uşağıyçın belə dua eləyər. A.Səhhət. [Tapdığın] anası isə çoxdan bəri məfrəşdə saxladığı yunu darayır, əyirirdi. Ə.Vəliyev. Fatı qaşqabağını töküb: – Görmürsən yun darayıram? – dedi, – ip əyirəcəyəm, gəbə toxuyacağam. Ə.Abasov.
Azərbaycan dilinin izahlı lüğəti / əyirmək1 Əymək feilindən düzəlib. Mənası “dolamaq” deməkdir. “Su gəmini əyirdi”, cümləsi “su gəmini əydi” demək olub. Türkmən dilində əqir sözü dola, fırla, tatar dilində ayla sözü “вертеть” mənalarında işlədilir, əyirmək ipi iyin üstünə dolamaqla, cəhrəni fırlamaqla bağlıdır. Sözün kökü ay (dola) etimonudur, iy isə yığmaq anlamı ilə bağlıdır. “İynə” də “iy”lə zahiri oxşarlığa görə bu cür ad kəsb edib, iy sözünün kiçiltmə formasıdır, iynə tikən deyil, onun qədim mənası “yığan” olub, Dədə Qorqud haqlı olaraq, “iynəyə tikən deməyib”. Tatarlar rus dilindəki вертеть sözünü ayla kimi tərcümə edirlər. Əyirmək sözünün kökü aylamaq (dolamaq) məsdəri ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əyirmək2 глаг. прясть (скручивать волокна льна, шерсти и т.п., делать нити); спрясть, выпрясть. Sap əyirmək прясть пряжу, yun əyirmək прясть шерсть, cəhrədə əyirmək прясть на прялке ◊ əyirib iydən keçirmək kimi вить верёвки из кого
Azərbaycanca-rusca lüğət / əyirmək1 гл. гъал (гъалар) авун, звер гана авун (сарикай, памбагдикай ва мс. гъал).
Azərbaycanca-ləzgicə lüğəti / əyirmək