əyilmək sözü azərbaycan dilində

əyilmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əyilmək • 90.0000%
  • Əyilmək • 5.5556%
  • ƏYİLMƏK • 4.4444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.16
2011 ••••••••••• 0.09
2013 ••••••••••••••••••• 0.15

əyilmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Əyri hala düşmək. Dəmir əyildi. Məftil əyilib. 2. Təzyiq, ağırlıq altında aşağıya doğru meyil etmək; sallanmaq. Ağacın budaqları əyilib. – Ev köhnə evə oxşayır. Çünki tirlərin çoxusu əyilibdir. C.Məmmədquluzadə. 3. Belini əymək, aşağı qatlanmaq. Əyilib daşı yerdən qaldırdı. – Südabə əyilib [anasının] alnından öpərək çəkilib getdi. M.İbrahimov. Əyilib yeri nə qədər diqqətlə yoxladımsa da, heç bir iz görmədim. M.Rzaquluzadə. 4. məc. Sitayiş etmək, səcdə etmək, baş əymək. [Şeyx Sənan:] Gəlməz əldən əyilməmək… Əlbət; Səndə var çünki başqa ülviyyət. H.Cavid. Ey gənc! Səadəti bir xəyal bilmə; Nə olursa olsun, ancaq əyilmə! S.Vurğun. [Leyla:] De ki, üz döndərib məhəbbətimdən; Ucuz şöhrətlərə əyilmərəm mən! B.Vahabzadə. 5. məc. İncimək, küsmək. Nə deməkdir dost dostundan əyilmək? M.P.Vaqif. 6. Etina etmək, meyil göstərmək, fikir vermək. Gözlərini bir kərə silməzdi el; Qəzetəyə, jurnala əyilməzdi el… M.Ə.Sabir. 7. Batmağa doğru meyil etmək (Günəş haqqında). Dağ başını qar alar; Gün əyilər, saralar; İgid ölər, ad qoyar; Müxənnətdən nə qalar? (Bayatı). O gün axşamüstü günəş üfüqə doğru əyilmiş, kölgələr uzanmağa başlamışdı. S.Hüseyn. Gün əyiləndən sonra sahənin üzərində dəstə-dəstə dolaşa uçuşurdu. İ.Hüseynov. Şahmar evlərinə çatanda gün lap əyilmişdi. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / əyilmək

əyilmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

əyilmək sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ƏYİLMƏK – DURMAQ Masa ətrafında dörd nəfər də əyilmişdi (H.Nəzərli); Bir sutka ayaq üstündə durdum (Mir Cəlal). ƏYİLMƏK – QALXMAQ Əyildi, ovcunu qoşalayıb, suya saldı (M.Eynullayeva); Ev sahibi də qalxdı (Mir Cəlal).

    Azərbaycan dilinin antonimlər lüğəti / əyilmək

əyilmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. нагибаться, нагнуться, наклониться, наклоняться; 2. гнуться, сгибаться, кривиться, искривляться, сгорбиться; 3. коробиться, скашиваться, перекоситься; 4. крениться;

    Azərbaycanca-rusca lüğət / əyilmək
  • 2 глаг. 1. нагибаться, нагнуться, наклоняться, наклониться, гнуться, сгибаться, согнуться. Ağaclar küləkdən əyilir деревья гнутся от ветра 2. искривляться, искривиться. Mıx əyilib гвоздь искривился 3. крениться (наклоняться на бок), накрениться (о судне, самолёте). Yana əyilmək крениться в сторону 4. перен. kimdən обидеться на кого, на что. Dostundan əyilmək обидеться на друга 5. kimin, nəyin qarşısında преклоняться, преклониться перед кем, чем 6. склоняться, склониться: 1) брать направление, поворачивать к каким-л. пределам, границам. Günəş əyilirdi солнце склонялось к закату 2) соглашаться, согласиться, поддавшись чьим-л. уговорам

    Azərbaycanca-rusca lüğət / əyilmək

əyilmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to bend*; to be* bowed down; to curve; Ağaclar küləkdən əyilir The trees bend under the wind; 2. (gövdəni aşağı qatlayaraq) to lean* (over, forward), to stoop; 3. (çəp şəklə düşmək) to warp, to be* warped, to be* wrenched out of shape; (ağız, üz haq.) to become* distorted; Çərçivə əyilib The frame has / is warped; 4. (ağırlıqdan) to sag, to bend* downward; Damın tirləri əyilməyə başlayır The beams of the roof begin to sag; 5. (donqar şəklə düşmək) to become* / to get* crooked; Mıx əyildi The nail became / got crooked

    Azərbaycanca-ingiliscə lüğət / əyilmək

əyilmək sözünün fransız dilinə tərcüməsi

əyilmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. какун, какур гьалдиз атун; dəmir əyildi ракь какуна; 2. юкь алгъурун, юкь агъузун, (агъуз) гьалтун, алгъун; 3. пер. кьил агъузун, сажда авун, икрам авун; 4. пер. бейкеф хьун, хъелун; 5. майилвал къалурун, фикир гун; 6. акӀиз мукьвал хьун, акӀун (рагъ).

    Azərbaycanca-ləzgicə lüğəti / əyilmək

əyilmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#əyilmək nədir? #əyilmək sözünün mənası #əyilmək nə deməkdir? #əyilmək sözünün izahı #əyilmək sözünün yazılışı #əyilmək necə yazılır? #əyilmək sözünün düzgün yazılışı #əyilmək leksik mənası #əyilmək sözünün sinonimi #əyilmək sözünün yaxın mənalı sözlər #əyilmək sözünün əks mənası #əyilmək sözünün etimologiyası #əyilmək sözünün orfoqrafiyası #əyilmək rusca #əyilmək inglisça #əyilmək fransızca #əyilmək sözünün istifadəsi #sözlük