* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Hər hansı bir səsi qulaqla qavramaq, almaq, duymaq, mənimsəmək. Danışanların səsini eşitmək. O biri otaqdan səs eşitmək. – Əz qəza Gülbadamın səsini kəndin kənarından keçərkən bir adam eşidib səslənir: – Ay adam, kimsən? N.Nərimanov. Birdən-birə … at kişnəməsi eşitdim. H.Nəzərli. 2. Dinləmək, qulaq asmaq, fikir vermək. Məclis natiqi elə gərgin diqqətlə eşidirdi ki, milçək uçsa, duyulardı. Mir Cəlal. Eşidin, nə deyir: “İki gün əvvəl; Niyə gecikmişdin? Bundan danış gəl!” M.Rahim. 3. Xəbərdar olmaq, xəbər almaq, xəbər tutmaq, məlumat əldə etmək, agah olmaq, bilmək. Həsən ağa dedi: – Mən səni gözaydınlığı verməyə çağırdım, eşitdim uşaqların məktəbi qurtarıblar, gözün aydın! Ə.Haqverdiyev. Axşam bacımdan eşitdim ki, Xədicə qorxduğundan xəstələnmişdir. S.Hüseyn. 4. Sözə baxmaq, əməl etmək, nəsihət qəbul etmək. Böyüyün sözün eşit! – Qızım sənə deyirəm, gəlinim sən eşit! (Məsəl). Nə gərəkdir bizə o növ söhbətlər; Eşidin pəndlər, nəsihətlər. S.Ə.Şirvani. [Xidmətçi:] Onun dostluq etdiyi qadınlardan şübhələnirəm. Xüsusən onun bugünkü səyahəti də qorxuludur, onu bu səyahətə buraxmayın, o sizin sözünüzü eşidər! M.S.Ordubadi. □ Eşidər-eşitməz – eşidən kimi, dərhal, o saat. Fərman bu adı eşidər-eşitməz böyük sevinclə onun əlini sıxdı. Ə.Sadıq.
Azərbaycan dilinin izahlı lüğəti / eşitmək1 Qulaq sözü ilə bərabər onun sinonimi kimi uş kəlməsi də mövcud olub (görünür, rus dilindəki ухо, farslardakı quş sözləri də bununla qohumdur). İndi həmin söz sıradan çıxıb, amma eşit (qulaq as) şəklində onun eş forması qalmaqdadır. Söz belə yaranıb: eş (isim), eş-i (bərk-i-mək qəlibi üzrə) feil, eşit – təsirsiz feildən düzələn təsirli feil. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / eşitmək2 1. EŞİTMƏK Zərnigar, qardaşının hirsli səsini eşitdi: “Beşaçılan! doldurub damın üstündə gözləyəcəyəm. Kimin hünəri varsa, oynatsın!” (İ.Şıxlı); QULAĞI ÇALMAQ Bu sözləri Şamonun qulağı çaldı (S.Rəhimov). 2. EŞİTMƏK, SÖZƏ BAXMAQ 3. eşitmək bax bilmək 2 4. eşitmək bax dinləmək
Azərbaycan dilinin sinonimlər lüğəti / eşitmək2 глаг. 1. слышать: 1) воспринимать слухом какие-л. звуки. Aydın eşidirəm слышу ясно 2) обладать слухом. Sol qulağı artıq eşidir левое ухо уже слышит 3) иметь какие-л. сведения, знать по разговорам, слухам и т.п. Bu haqda dünən eşitmişəm об этом слышал вчера, kimdən eşitmisən? от кого слышал? eşitmiş olarsan: 1) может (быть), слыхал 2) наверняка слышал 2. kimi, nəyi слушать, послушать; слушаться, послушаться: 1) следовать, последовать чьим-л. советам, наставлениям. Həkimin məsləhətlərini eşitmək слушаться советов врача, sən nahaq mənim məsləhətimi eşitmədin напрасно ты не послушался моего совета 2) повиноваться к ому-, ч ему-л., подчиняться чьим-л. приказам, распоряжениям. Balideynlərini eşitməmək не слушаться родителей, böyükləri eşitmək слушаться старших, sözsüz (danışıqsız) eşitmək беспрекословно (безоговорочно) слушаться; eşidirəm: слушаю (вас) – ответ на вызов по телефону; eşitmişəm ki, … я слышал, что.., eşitməmişəm я не слыхал, eşitmək də (belə) istəmir и слышать не хочет ◊ can döyib can eşitmək жить душа в душу; eşitdiyimə(mizə) görə по тому, как я слышал; allah ağzından eşitsin твоими бы устами да мёд пить; igidin adını eşit, üzünü görmə о герое лучше слышать, чем видеть его самого; öz qulaqları ilə eşitmək слышать своими ушами; eşidər-eşitməz как только услышал; özü deyib özü eşidir: 1. никто не слушает кого- л.; 2. никого не слушает
Azərbaycanca-rusca lüğət / eşitmək1 f. 1. to hear* (d.); səs (tıqqıltı, qışqırtı) ~ to hear* a voice (a knock, a shout); pis ~ to be* hard of hearing; Mən sizi eşidə bilmirəm I can’t hear you; 2. (məlumat almaq) to hear* of; bir kəs haqqında ~ to hear* of smb.; bir kəsin məsləhətini ~ to follow / to take* smb.’s advice
Azərbaycanca-ingiliscə lüğət / eşitmək1 f. 1) entendre vi, entendre dire (səs, tıqqıltı, qışqırtı və s haqq.) ; ~ raisonner vt, bruire vt ; pis ~ avoir l’oreille dure ; Mən sizi eşidə bilmirəm je ne peux pas vous entendre ; 2) être au courant, entendre dire, avoir l’information (məlumat almaq) ; bir kəs haqqında ~ avoir des nouvelles de qn ; bir kəsin məsləhətini ~ suivre le conseil de qn
Azərbaycanca-fransızca lüğət / eşitmək1 гл. 1. ван хьун; ван атун; атун (ван), хьун (ван); 2. яб акалун, яб гун, фикир гун; 3. хабардар хьун, хабар хьун, малум хьун, чир хьун; 4. гафуниз килигун, амал авун, чӀалаз килигун; // eşidər-eşitməz ван хьайивал, садлагьана, гьасятда.
Azərbaycanca-ləzgicə lüğəti / eşitmək