* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Yuxu gəldikdə, yaxud yuxudan təzə ayılanda, yaxud da yorğunluq nəticəsində qeyri-iradi olaraq ağzını geniş açaraq dərindən və davamlı surətdə nəfəsini içəri çəkib dərhal buraxmaq. Mənim yuxum qaçır, nənəm əsnəyir. A.Səhhət. Övrət bikar oturub başlayır əsnəməyə. C.Məmmədquluzadə. Katibə yorğunluğunu gizlədə bilməyib əsnəyəndə əlini ağzına tutdu. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / əsnəmək1 Əsmək, əsin (bu söz qabaqlar külək mənasında çox işlədilib) sözləri ilə kökdaşdır və qədim mənası rus dilindəki дуть feili ilə tərcümə olunub. Deməli “külək əsir” cümləsindəki əsmək feili ilə əsnəmək sözü eyni kökə malikdir. Söz belə yaranıb: əsmək feilindən əsin ismi, ondan isə əsinə feili əmələ gəlib, sonra i saiti ixtisara düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əsnəmək2 глаг. зевать (непроизвольно глубоко вдыхать воздух широко раскрытым ртом, сразу же затем его выдыхать – при желании спать, при усталости), зевнуть
Azərbaycanca-rusca lüğət / əsnəmək1 гл. (сив) кьакьунун (ахвар къведамаз, рикӀ чуькьуьдамаз ва мс.).
Azərbaycanca-ləzgicə lüğəti / əsnəmək