isitmək sözü azərbaycan dilində

isitmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • isitmək • 94.2857%
  • İSİTMƏK • 2.8571%
  • İsitmək • 2.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2006 ••••••••••• 0.23
2009 •••••••••••••••• 0.32
2010 ••••• 0.09
2011 ••••••••• 0.17
2012 ••••••••••••••••• 0.34
2013 ••••••• 0.15
2014 ••••••••• 0.17
2015 ••••••••• 0.17
2019 •••••••••••••••••••• 0.42
2020 ••••••• 0.13

isitmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. İsti eləmək, isti hala gətirmək, qızdırmaq. Suyu isitmək. Xörəyi isitmək. – Toxta, balacığım, qoy donmuş canını bir isidim. S.S.Axundov. Tahir motoru isidib işə salanda [qızı] bir də səsləməyə məcbur oldu… M.Hüseyn. // İstilik vermək, öz hərarətini vermək, qızdırmaq. [Günəş] şüaları insana xoş gəlir, canını isidirdi. M.İbrahimov. İlıq may günəşi … tarlaları isitmişdi. Ə.Vəliyev. // Məc. mənada. [Qızın] atəşli gözləri məni yenidən isitdi. Çəmənzəminli. Acizdir önündə qoca təbiət; İsidir qəlbini mehrü məhəbbət. M.Rahim. İsitsin dostları ilıq nəfəsim; Könül rübabını min teldən çalır. N.Rəfibəyli. 2. Bədənin hərarəti artmaq (xəstəlik nəticəsində). Xəstə isidib. Bərk isitmişəm. // dan. İsitmə xəstəliyi keçirmək, titrədibqızdırmaq. Uşaq isidir. 3. məc. Möhkəmlətmək mənasında. Möhlətov öz yerini isidəndən sonra, şəxsi planlarını həyata keçirmək vaxtının çatdığını yəqin etdi. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / isitmək

isitmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

isitmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. болеть малярией; 2. греть, нагревать, подогревать, согревать, разогревать;

    Azərbaycanca-rusca lüğət / isitmək
  • 2 глаг. 1. kimi, nəyi. см. isindirmək 2. температурить, иметь повышенную температуру) 3. болеть лихорадкой, малярией ◊ yerini isitmək основаться, обосноваться, пригреться где-л.

    Azərbaycanca-rusca lüğət / isitmək

isitmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to warm (d.), to heat (d.); əllərini ~ to warm one’s hands; şorbanı ~ to warm up the soup; Ocaq otağı isidir The fire warms the room; 2. to have* a high temperature; 3. to fall* ill with malaria; to be* taken ill with malaria

    Azərbaycanca-ingiliscə lüğət / isitmək

isitmək sözünün fransız dilinə tərcüməsi

isitmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. чими авун, чимун (мес. къафун, яд); 2. чим акъудун, чими авун; чимивал гун (мес. ракъини); чим ттун, чими авун (мес. мотор); 3. бедендин ифин хкаж хьун; // рах. цӀай атун (кил. isitmə 2); 4. пер. чими авун, кӀеви авун, мягькемарун.

    Azərbaycanca-ləzgicə lüğəti / isitmək

Oxşar sözlər

#isitmək nədir? #isitmək sözünün mənası #isitmək nə deməkdir? #isitmək sözünün izahı #isitmək sözünün yazılışı #isitmək necə yazılır? #isitmək sözünün düzgün yazılışı #isitmək leksik mənası #isitmək sözünün sinonimi #isitmək sözünün yaxın mənalı sözlər #isitmək sözünün əks mənası #isitmək sözünün etimologiyası #isitmək sözünün orfoqrafiyası #isitmək rusca #isitmək inglisça #isitmək fransızca #isitmək sözünün istifadəsi #sözlük