isinmək sözü azərbaycan dilində

isinmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • isinmək • 92.4051%
  • İSİNMƏK • 5.0633%
  • İsinmək • 2.5316%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.16 dəfə / 1 mln.
2009 ••• 0.16
2010 •••• 0.18
2011 ••• 0.17
2012 •• 0.09
2013 •••••••• 0.44
2014 •••••••••••••••••••• 1.20
2015 ••• 0.17
2018 ••• 0.15

isinmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Qızmaq, hərarəti artmaq. Gün çıxdı, hava isindi. – Axır o ola bilər ki, dəmir isinər, isinər, axırda yavaş-yavaş başlar qızarmağa. C.Məmmədquluzadə. Birdən [Cavadın] keçə çəkməli ayağı isindi. O, ayağına baxdı. Yaralanmışdı. Ə.Vəliyev. Qış çıxır və havalar yavaş-yavaş isinməyə başlayırdı. S.Şamilov. 2. Qızınmaq, istilənmək. Sobanın qabağında isinmək. – Keçək, bir az içəridə isinək. H.Seyidbəyli. O, əvvəl çay qoydu, isinsin deyə; Sonra da baxaraq bir az güzgüyə; Seyrək saçlarını daradı yana. Z.Xəlil. 3. məc. Nəvaziş görmək, oxşanmaq. …[Firiduna] elə gəlirdi ki, qadın nəvaziş və məhəbbəti ilə isinməyən bir qəlb səadətdən məhrumdur. M.İbrahimov. Ana qucağında isinərkən, mehriban əllərlə oxşanarkən … heç bir şey sənin üçün qorxulu deyil. Mir Cəlal. Qüvvətimiz, ümidimiz, arzularımız bu məhəbbətlə isinmişdir – bu məhəbbət analarımızın ilk öpüşündən ürəyimizə axmışdır. Ə.Məmmədxanlı. 4. məc. İsinişmək. Əvvəlləri [Arazgil] doktor Şamilə bir o qədər isinə bilmirdi. A.Şaiq. Polkovnik bizə tez isinmişdi. M.Hüseyn. Axşamdan bəri [müəllimlə] xeyli söhbət etmiş və iki köhnə dost kimi bir-birimizə isinmişdik. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / isinmək

isinmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

isinmək sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 İSİNMƏK – SOYUMAQ Qüvvətimiz, ümidimiz, arzularımız məhəbbətlə isinmişdir... (Ə.Məmmədxanlı); ...Mənə tərəf çevriləndə soyuyub ayazıyır, elə bil ki, üstümə qar-yağış tökəcək (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / isinmək

isinmək sözünün rus dilinə tərcüməsi

  • 1 греться, согреваться

    Azərbaycanca-rusca lüğət / isinmək
  • 2 глаг. 1. греться, согреться: 1) греть, согревать, согреть себя. Ocağın yanında (qırağında) isinmək греться у огня 2) становиться, стать теплым, горячим. Su isinir вода греется, hava isinir воздух греется 2. перен. согреваться, согреться участливым, заботливым отношением и т.п. Nəvazişindən isinmək kimin согреться от ласки чьей 3. перен. kimə, nəyə привыкать, привыкнуть к кому, к чему (чувствовать, почувствовать привязанность к кому-л.)

    Azərbaycanca-rusca lüğət / isinmək

isinmək sözünün inglis dilinə tərcüməsi

isinmək sözünün fransız dilinə tərcüməsi

isinmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. чими хьун (мес. гьава); чимивал хкаж хьун; чим хьун (мес. яд); 2. жуваз чими авун, чим акъудун (мес. пичин къвалав); 3. пер. сад-садав вердиш хьун, гуьр хьун, акахьун.

    Azərbaycanca-ləzgicə lüğəti / isinmək

isinmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#isinmək nədir? #isinmək sözünün mənası #isinmək nə deməkdir? #isinmək sözünün izahı #isinmək sözünün yazılışı #isinmək necə yazılır? #isinmək sözünün düzgün yazılışı #isinmək leksik mənası #isinmək sözünün sinonimi #isinmək sözünün yaxın mənalı sözlər #isinmək sözünün əks mənası #isinmək sözünün etimologiyası #isinmək sözünün orfoqrafiyası #isinmək rusca #isinmək inglisça #isinmək fransızca #isinmək sözünün istifadəsi #sözlük