siyirmək sözü azərbaycan dilində

siyirmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • siyirmək • 73.6842%
  • Siyirmək • 26.3158%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

siyirmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Şiddətlə toxunaraq, sürtünərək üzərindən qoparmaq, soymaq, aparmaq, cızmaq, qabığını çıxartmaq. Daş dizimi siyirdi. Ağac qolumu siyirdi. 2. Qabda qalan yemək qalığını çörək və ya barmaqla silib təmizləmək. Boşqabı siyirmək. Qazanın dibini siyirmək. Nimçədəki xörəyi siyirmək. 3. Qınından çəkərək çıxarmaq. Xəncəri siyirmək. Qılıncı siyirmək. – [İgid] Siyirə qılıncı, çəkə qalxanı! Səksən oxu sadağından boşana. “Koroğlu”. Cəllad gəlib, qılıncı siyirib hazır durur. Ü.Hacıbəyov. [Katib:] …Sonra da xəncərimizi siyirib, Dövlətin evinə (gedək). Ə.Əbülhəsən. // məc. Ölümlə hədələmək, öldürməyə amadə olmaq. İndi azar soxulub; İliyinə, qanına; Ölüm qılınc siyirib; Həyat qəhrəmanına. R.Rza. 4. Əynindən sürüşdürüb salmaq, çıxartmaq. [Nərgiz] …[plaşını] siyirib otun üstünə saldı. B.Bayramov. 5. Üzüb atmaq, kəsmək. …[Kovxa] belindəki xəncərini çəkib xoruzun başını siyirdi. S.Rəhimov. ◊ Ürəyini siyirmək – bax ürək.

    Azərbaycan dilinin izahlı lüğəti / siyirmək

siyirmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

siyirmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. сдирать, оцарапать, облупить; 2. счищать пальцем или хлебом с посуды остатки пищи; 3. обнажать (вынуть из ножен);

    Azərbaycanca-rusca lüğət / siyirmək
  • 2 1 глаг. 1. обнажать, обнажить (вынуть что-л. из ножен). Qılıncını siyirmək обнажить меч 2. выдвигать, выдвинуть (вытащить, извлечь изнутри что-л. вставленное). Komodun yeşiyini siyirmək выдвинуть ящик комода 2 глаг. 1. сдирать, содрать: 1) ссадить кожу. Dizini siyirmək содрать колено 2) отделить, снять верхний слой, покров с чего-л. Üst paltarını siyirib atmaq kimin содрать верхнюю одежду с кого 2. диал. отрезать, отрезать (одним резким движением отделить что-л., часть чего-л. каким-л. режущим инструментом – ножом, кинжалом, шашкой и т.п.). Xoruzun başını siyirmək отрезать голову петуха 3. счищать, счистить: 1) с посуды остатки пищи и жадно есть 2) снять, удалить чисткой поверхностный слой, оболочку. Dəmirin pasını siyirmək счистить ржавчину с железа, çəkmələrin palçığını (çirkini) siyirmək счистить грязь с сапог, taxtanın üstündən boyağı siyirmək счистить краску с доски

    Azərbaycanca-rusca lüğət / siyirmək

siyirmək sözünün inglis dilinə tərcüməsi

siyirmək sözünün fransız dilinə tərcüməsi

siyirmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. алашкӀарун, цӀутхунун, цӀарх авун, хам алудун, чухун (мес. цацуни гъил); 2. михьун, михьивун, тӀуб галтадун, тӀуб ва я фан кӀус экъуьрна, къадгъунна михьиз тӀуьн (къапуна авай, амукьай къафун); 3. шуткьунарун, шуткьунна (ялна) акъудун, къакъарай акъудун; xəncəri siyirmək гапур шуткьунарун, гапур къакъарай акъудун; // пер. кьиникьуналди кичӀерар гун, рекьиз гьазур хьун; 4. къуьнерилай цуьдгъуьнарна авудун (вегьин), хтӀунун (мес. кавал); 5. атӀун, тукӀун, атӀана гадрун (мес. кӀекрен кьил хенжелдив); ** ürəyini siyirmək кил. ürək.

    Azərbaycanca-ləzgicə lüğəti / siyirmək

Oxşar sözlər

#siyirmək nədir? #siyirmək sözünün mənası #siyirmək nə deməkdir? #siyirmək sözünün izahı #siyirmək sözünün yazılışı #siyirmək necə yazılır? #siyirmək sözünün düzgün yazılışı #siyirmək leksik mənası #siyirmək sözünün sinonimi #siyirmək sözünün yaxın mənalı sözlər #siyirmək sözünün əks mənası #siyirmək sözünün etimologiyası #siyirmək sözünün orfoqrafiyası #siyirmək rusca #siyirmək inglisça #siyirmək fransızca #siyirmək sözünün istifadəsi #sözlük