siyrilmək sözü azərbaycan dilində

siyrilmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • siyrilmək • 80.0000%
  • Siyrilmək • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

siyrilmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Dərisi soyulmaq, dərisi qopmaq. Yerə dəyib dizi siyrildi. // Sürtünüb getmək, yeyilmək. Əyilmiş çəkmənin nalı, dabanı; Siyrilib papağın o yan-bu yanı. H.K.Sanılı. 2. Qınından çıxarılmaq. Qılınclar siyrildi. 3. Sürüşmək, sürüşüb düşmək. …Sona da indi dönüb bayaqkı yerində dayanmış, başından siyrilib çiyninə düşən ağ torunun ipək saçları ilə oynayırdı. Ə.Əbülhəsən. 4. Bir şeyin arasından, altından görünmək, bir şeyi yararaq çıxmaq. Kələ-kötür ocaq daşlarının arasından siyrilən (f.sif.) qırmızı dilli alov gecənin qaranlığını yararaq nəhayətsiz səhrada itirdi. M.İbrahimov. Üçgünlük ay bulud bölüyünün altından siyrilib çıxırdı. B.Bayramov. 5. Açılmaq, aralanmaq. Buludun pərdəsi siyrildi bir az. R.Rza. Oyan, bu yatdığın yuxudan oyan! Siyrilsin pərdələr, açılsın müşkül. M.Rahim.

    Azərbaycan dilinin izahlı lüğəti / siyrilmək

siyrilmək sözünün rus dilinə tərcüməsi

  • 1 глаг. 1. сдираться, содраться, быть содранным (отрываться, оторваться, отделяться, отделиться от поверхности чего-л. – о коже, коре и т.п.). Ağacın qabığı siyrilib содрана кора с дерева, dizimin dərisi siyrilib содралась кожа с колена 2. счищаться, быть счищенным (быть снятым, удаленным чисткой – о поверхностном слое, оболочке чего-л.) 3. обнажаться, быть обнажённым. Qılınclar siyrilib мечи обнажены 4. сползать, сползти (постепенно сдвинуться, сместиться вниз). İpək yaylıq başından çiyninə siyrildi шелковый платок сполз с головы на плечо 4. выползать, выползти: 1) ползая, появиться о т куда-л. куда-л. İlan daşın altından siyrilib çıxdı змея выползла из-под камня 2) перен. медленно, с трудом выйти. Adamların arxasından çətinliklə siyrilib çıxdım с трудом я выполз из-за людей

    Azərbaycanca-rusca lüğət / siyrilmək

siyrilmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. алашкӀар хьун, хам алатун, хам алаж хьун; 2. гуьцӀ хьуникди, алтад (гатад) хьуникди хам (чӀар) фин, алатун (бармакдин равар); 3. къакъарай акъуднаваз хьун (мес. турар); 4. цӀуьдгъуьнун, цӀуьдгъуьнна (шутхун хьана) аватун (мес. кьилихъ галай ппек къуьнерал); 5. са затӀунин арадай (кӀаникай) акун, акъатун, вичиз рехъ авуна хкатун (мес. къванерин арадай ялав, циферикай варз); 6. ахъа хьн, аралу хьун, къакъатун (мес. цифедин перде).

    Azərbaycanca-ləzgicə lüğəti / siyrilmək

Oxşar sözlər

#siyrilmək nədir? #siyrilmək sözünün mənası #siyrilmək nə deməkdir? #siyrilmək sözünün izahı #siyrilmək sözünün yazılışı #siyrilmək necə yazılır? #siyrilmək sözünün düzgün yazılışı #siyrilmək leksik mənası #siyrilmək sözünün sinonimi #siyrilmək sözünün yaxın mənalı sözlər #siyrilmək sözünün əks mənası #siyrilmək sözünün etimologiyası #siyrilmək sözünün orfoqrafiyası #siyrilmək rusca #siyrilmək inglisça #siyrilmək fransızca #siyrilmək sözünün istifadəsi #sözlük