endirmək sözü azərbaycan dilində

endirmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • endirmək • 99.6556%
  • Endirmək • 0.2066%
  • ENDİRMƏK • 0.1377%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Endirmək
Endirmək (ing. Rcd) - informasiya texnologiyaları sahəsində hər hansı internetdə mövcud olan bir sistemdən məlumatın və ya faylın internet yükləməsi vasitəsilə kompyuterə köçürülməsidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.17 dəfə / 1 mln.
2002 ••••••• 6.85
2003 •••• 3.94
2004 •••• 3.71
2005 •• 2.02
2006 ••••• 4.50
2007 •••• 3.38
2008 •• 1.22
2009 •••• 3.68
2010 •••• 4.08
2011 •••• 3.43
2012 ••• 3.01
2013 ••••• 4.38
2014 •••• 3.78
2015 ••••••• 6.46
2016 •••••• 5.21
2017 ••••• 4.39
2018 •••••• 5.69
2019 ••••• 4.73
2020 •••••••••••••••••••• 20.55

endirmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Aşağı salmaq, düşürmək, yaxud enməsinə, aşağı düşməsinə kömək etmək. …Söz var ki, dağa çıxardar, söz var ki, dağdan endirər. C.Məmmədquluzadə. Arvad ərini geyindirib, qolundan yapışıb, pilləkəndən endirib qayıtdı. Ə.Haqverdiyev. 2. Sallamaq, aşağı tutmaq. [Qız] sanki bir şey xatırlamaq istəyir də, tapa bilməyir kimi, kirpiklərini mütəmadiyən endirib-qaldırır, baxışının vəziyyətini heç dəyişmirdi. S.Hüseyn. Hümmətəli bircə saat bundan əvvəl qoyulmuş çuqun peçin yanında oturub başını sinəsinə endirmişdi. M.Hüseyn. 3. Aşağı çəkmək, aşağı sürüşdürmək. Papağı gözünün üstünə endirmək. – …Memar Sadıqzadə üstünə çəkdiyi ipək yorğanı sinəsinə qədər endirdi. S.Rəhimov. 4. Aşağı salmaq, azaltmaq, ucuzlaşdırmaq. Qiymətləri endirmək. 5. məc. Vurmaq, ilişdirmək, çəkmək. Ağac endirmək. Qapaz endirmək. Yumruq endirmək. Qılınc endirmək. – …Xudayar bəyin əlində yekə dəyənək var. Nə vaxt keyfi istəyir qaldırır, nə vaxt istəyir endirir. C.Məmmədquluzadə. Naznaz əlini qaldırıb Qaraşın təpəsinə endirəndə Qaraş onun biləyindən yapışıb sıxdı. M.İbrahimov. Aslan atasının endirdiyi yumruq altından sivişib çıxdı. M.Hüseyn. 6. məc. Düşürmək, salmaq, devirmək; məhrum etmək. Dünən eşitdim ki, Şeyx Əbdülhəmidi taxtdan endirdilər. C.Məmmədquluzadə. [Ağa Saleh:] Biz ağaları bu büsatdan endirən olmaz. S.S.Axundov. 7. məc. Lütf etmək, saymaq, iltifat göstərmək. Xəbər alıb əhvalımı bilmirsən; Endiribən məclisimə gəlmirsən. Aşıq Ələsgər. Bilməyən azdır ayı; Lovğalıqda yox tayı; “Mən çox qəşəngəm”, – deyə; Endirmədi kimsəyə. Ə.Cavad.

    Azərbaycan dilinin izahlı lüğəti / endirmək

endirmək sözünün etimologiyası

endirmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

endirmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. спускать, опускать; 2. снимать, понижать; 3. свергать;

    Azərbaycanca-rusca lüğət / endirmək
  • 2 глаг. 1. опускать, опустить, спускать, спустить: 1) перемещать, переместить вниз что-л. расположенное наверху, на поверхности. Vedrəni quyuya endirmək опустить ведро в колодец 2) освобождать, освободить закреплённый вверху конец, край чего-л. Pərdəni aşağı endirmək спустить (опустить) занавес вниз 3) перемещать, переместить в более низкое положение. Lampanı aşağı endirmək спустить (опустить) лампу вниз, bayraqları endirmək спустить (опустить) знамёна 2. понижать, понизить, снижать, снизить: 1) уменьшать уровень, степень, интенсивность чего-л. Təzyiqi endirmək понизить давление, istiliyi endirmək понизить температуру 2) делать, сделать более низким по тону. Səsini endirmək понизить голос 3) переводить, перевести на более низкую должность. Vəzifəsini endirmək понизить в должности 3. ударять, ударить (нанести удар кулаком, мечом, кинжалом, шпагой и т.п.). Yumruq endirmək ударить кулаком. qılınc endirmək ударить шпагой 4. разг. свергать, свергнуть (силой лишить власти, низложить). Taxtdan endirmək kimi свергнуть с престола кого 5. перен. удостаивать, удостоить кого-л. внимания, расположения и т.п. Kimsəyə endirmir не удостаивает внимания кого-л., bizə endirmədi не удостоил нас внимания

    Azərbaycanca-rusca lüğət / endirmək

endirmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to lower (d.); to sink* (d.); (pərdəni və s.) to let* / to draw* down (d.); bayrağı ~ to lower a flag; (təslim olarkən) to strike* (the colours); təyyarəni ~ to reduce height / altitude; 2. məc. to pay* attention, to take* notice, to have* respect (for) (d.); 3. (azaltmaq) to bring* down (d.), to reduce (d.), to abate (d.), to cut* (d.) məhsulun maya dəyərini ~ to cut* the production costs; 4. (vəzifədə) to demote (d.), to reduce (d.) in appointment

    Azərbaycanca-ingiliscə lüğət / endirmək

endirmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) baisser vt, abaisser vt ; pərdəni ~ descendre vi (ê) le rideau (və ya le store) ; bayrağı ~ abaisser le pavillon ; baisser pavillon devant qn (təslim olarkən) ; təyyarəni ~ descendre vi (ê) l’avion ; 2) məc. daigner vt ; 3) réduire vt, diminuer vt (azaltmaq) ; məhsulun maya dəyərini ~ abaisser (və ya diminuer) le prix de revient de la production ; 4) destituer vt, relever de ses fonctions, dégrader vt (vəzifədə)

    Azərbaycanca-fransızca lüğət / endirmək

endirmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. авудун; 2. куьрсарун, агъуз авун (мес. кьил); 3. агъузун, тӀимиларун, ужузарун (мес. къиметар); 4. пер. вегьин, ягъун, кекисун; qapaz endirmək лапӀаш вегьин; 5. пер. авудун, магьрум авун, ярхарун, вегьин (мес. пачагь тахтунай); 6. пер. гьисаба кьун, кваз кьун.

    Azərbaycanca-ləzgicə lüğəti / endirmək

Oxşar sözlər

#endirmək nədir? #endirmək sözünün mənası #endirmək nə deməkdir? #endirmək sözünün izahı #endirmək sözünün yazılışı #endirmək necə yazılır? #endirmək sözünün düzgün yazılışı #endirmək leksik mənası #endirmək sözünün sinonimi #endirmək sözünün yaxın mənalı sözlər #endirmək sözünün əks mənası #endirmək sözünün etimologiyası #endirmək sözünün orfoqrafiyası #endirmək rusca #endirmək inglisça #endirmək fransızca #endirmək sözünün istifadəsi #sözlük