bezdirmək sözü azərbaycan dilində

bezdirmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bezdirmək • 86.2069%
  • Bezdirmək • 10.3448%
  • BEZDİRMƏK • 3.4483%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.16
2013 ••••••••••••••••••• 0.15

bezdirmək sözünün leksik mənası və izahı

  • 1 f. Təngə gətirmək, usandırmaq, cana doydurmaq, zəhlə tökmək. Şehli kəndinin dedi-qoduları, dağlarda gedən yersiz səngər atışmaları Şamonu son dərəcə bezdirmişdi. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / bezdirmək

bezdirmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 BEZDİRMƏK Şehli kəndinin dedi-qoduları, dağlarda gedən yersiz səngəri atışmaları Şamonu son dərəcə bezdirmişdi (S.Rəhimov); BAŞAĞRISI VERMƏK (dan.) [Sənəm:] Sağ ol, ay oğlum, daha bizi bağışla, hər şey oldu, qaçırıq üstünə, başağrısı veririk (M.İbrahimov); BEZAR ETMƏK Şəfqət bacısı yaxınlaşıb, hamını qışqırıq ilə bezar eyləyən bu əsgəri qaldırmaq istədi (Ə.Əbülhəsən); BIQDIRMAQ Tamara: Siz romanlarla danışırsınız. Məni də roman bıqdırıb (S.Rəhimov); CANA GƏTİRMƏK, BEZİKDİRMƏK Onun ruhunu əzmək, bezikdirmək, cana gətirmək və istənilən kağızlara qol çəkdirmək fikri ilə müstəntiq çox vasitələrə əl atdı... (M.İbrahimov); ÇƏRLƏTMƏK Bərbərzadə: Məni qocaltdınız, daha bəsdir, məni çərlətdiniz, daha bəsdir (S.Rəhman); QIR-SAQQIZ OLUB YAPIŞMAQ (fr.v.) Bir ağızucu söz demək, bir də qır-saqqız olub yapışmaq var (A.Şaiq); TƏNGƏ GƏTİRMƏK Bəstəkar: Vallah, Yusif müəllim, bizim qız məni təngə gətirib (X.Hasilova); USANDIRMAQ Məni candan usandırdı, cəfadən yar usanmazmı; Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? (Füzuli); ZARA GƏTİRMƏK Külək məni zara gətirdi (S.Rəhimov); ZƏHLƏSİNİ TÖKMƏK Qəndab: Dedim yəqin zəhləsini tökmüşəm (B.Bayramov); ZİNHARA GƏTİRMƏK Bu uzun gecə Mədətovu lap zinhara gətirmişdi (Ə.Əbülhəsən).

    Azərbaycan dilinin sinonimlər lüğəti / bezdirmək

bezdirmək sözünün rus dilinə tərcüməsi

  • 1 надоедать, докучать, досаждать, не давать житья, покоя

    Azərbaycanca-rusca lüğət / bezdirmək
  • 2 глаг. kimi надоедать, надоесть, докучать, досаждать, досадить не давать житья, покоя, выводить, вывести из терпения. Dedi-qodular onu bezdirmişdi пересуды вывели его из терпения

    Azərbaycanca-rusca lüğət / bezdirmək

bezdirmək sözünün inglis dilinə tərcüməsi

bezdirmək sözünün fransız dilinə tərcüməsi

bezdirmək sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#bezdirmək nədir? #bezdirmək sözünün mənası #bezdirmək nə deməkdir? #bezdirmək sözünün izahı #bezdirmək sözünün yazılışı #bezdirmək necə yazılır? #bezdirmək sözünün düzgün yazılışı #bezdirmək leksik mənası #bezdirmək sözünün sinonimi #bezdirmək sözünün yaxın mənalı sözlər #bezdirmək sözünün əks mənası #bezdirmək sözünün etimologiyası #bezdirmək sözünün orfoqrafiyası #bezdirmək rusca #bezdirmək inglisça #bezdirmək fransızca #bezdirmək sözünün istifadəsi #sözlük