kompozisiya sözü azərbaycan dilində

kompozisiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kompozisiya • 97.7023%
  • Kompozisiya • 2.2781%
  • KOMPOZİSİYA • 0.0196%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İstiqlal bəyannaməsi (kompozisiya)
"İstiqlal Bəyannaməsi" — 65 × 50 sm ölçüdə kağız vərəqi olan bədii əsər və akvarel, naxışlar və mənzərələrdən ibarət kompozisiya. Bütün kompozisiyanın mərkəzində olan fotokopiya 28 may 1918-ci ildə imzalanan Azərbaycanın İstiqlal Bəyannaməsinin bir nüsxəsidir. Kompozisiyanın müəllifi XX əsrin birinci yarısının azərbaycanlı rəssamı Əzim Əzimzadədir. Əsər Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır. == Təsviri == Əsər Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Qaynaqlar Fondundan materialların öyrənilməsi zamanı aşkar edilmişdir. Fotokopiya nazik ağ bir çərçivədədir və romblar, üçbucaqlar şəklində xalça elementinin stilizə edilmiş təsviri, habelə dekorativ şəkildə kəsilmiş çox rəngli həndəsi formalar olan təkrarlanan naxışlarla perimetrin ətrafında düzəldilmişdir. Kompozisiyanın sağ kənarı iki şəkil olan şaquli bir zolaqdır: yuxarı hissəsində qayaya bənzər bir fonda xalçanın təsviri var. Bu xalça heç bir Azərbaycan xalçasının məktəbinə aid deyil, çünki oradakı Azərbaycan xalçalarının müxtəlif elementlərinin birləşməsi ixtiyarsızdır. Xalçanın altından Bakı yaxınlığındakı Surahani kəndindəki XVII əsr Atəşgah məbədi təsvir edilmişdir. Kompozisiyanın aşağı kənarında geniş bir üfüqi zolaq şəklində Bakı buxtasının təsviri yerləşdirilmişdir: solda neft qurğuları olan şəhər, gəmiləri olan Xəzər dənizinin təsviri sağ tərəfdə, arxa planda Böyük Zirə adası görünür.
Funksiyaların kompozisiyası və ya mürəkkəb funksiya
Fərz edək ki, f {\displaystyle f} funksiyası A {\displaystyle A} çoxluğunu B {\displaystyle B} çoxluğuna çevirir. g {\displaystyle g} funksiyası isə B {\displaystyle B} çoxluğunu C {\displaystyle C} çoxluğuna çevirir. Yəni x ∈ A {\displaystyle x\in A} olduqda f ( x ) ∈ B {\displaystyle f(x)\in B} , y ∈ B {\displaystyle y\in B} olduqda isə g ( y ) ∈ C {\displaystyle g(y)\in C} olur. Beləliklə bu iki funksiyanın ardıcıl tətbiqi ilə A {\displaystyle A} çoxluğunu C {\displaystyle C} çoxluğuna çevrilir. Bu iki funksiyanın ardıcıl tətbiqi nəticəsində A {\displaystyle A} çoxluğunu C {\displaystyle C} çoxluğuna çevirən funksiyaya f {\displaystyle f} və g {\displaystyle g} funksiyalarının kompozisiyası deyilir və g ∘ f = g ( f ( x ) ) {\displaystyle g\circ f=g(f(x))} kimi işarə olunur. h = g ∘ f {\displaystyle h=g\circ f} funksiyasına mürəkkəb funksiya deyilir. Eyni qayda ilə üç və daha artıq funksiyanın kompozisiyası təyin olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 17.77 dəfə / 1 mln.
2002 •• 3.43
2003 •••••• 10.24
2004 •••••••••• 17.18
2005 ••••••• 11.47
2006 •••••••••••••••••••• 34.91
2007 ••••••••••••••••• 28.33
2008 ••••••••••••••••• 29.23
2009 ••••••••••••• 21.76
2010 •••••••••••• 20.70
2011 •••••••••••••••• 26.34
2012 ••••••••••••••••••• 31.49
2013 •••••• 10.36
2014 •••••• 10.13
2015 •••••• 10.04
2016 ••••• 7.46
2017 •••• 6.83
2018 •••••• 8.84
2019 •••••••• 12.80
2020 •••• 5.57

kompozisiya sözünün leksik mənası və izahı

  • 1 [lat.] 1. Ədəbiyyat və incəsənət əsərlərinin quruluşu və onların hissələri arasında qarşılıqlı əlaqə. Şəklin kompozisiyası. Romanın kompozisiyası. 2. Musiqi əsəri. // Müəyyən quruluşu, vəhdəti olan rəssamlıq əsəri haqqında. 3. Musiqi əsərlərinin yazılması nəzəriyyəsi. Kompozisiya sinfi. Kompozisiyadan mühazirə. // Musiqi əsərlərinin bəstələnməsi.

    Azərbaycan dilinin izahlı lüğəti / kompozisiya

kompozisiya sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 KOMPOZİSİYA ..bu əsərin orijinal kompozisiyası, son dərəcə bədii və bitkin obrazları vardır (M.Məmmədov); QURULUŞ “Antonio və Kleopatra” tamaşasının musiqisi de quruluşun şərtilik ünsürləri ilə zəngin realist üslubuna müvafiq olmalı idi (C.Cəfərov); TƏRTİBAT Məktubda qeyd olunduğu kimi, hər şeydən tamaşanın ümumi üslubu, quruluşu, tərtibatı öz təzəliyi, sadəliyi və gözəlliyi ilə diqqəti cəlb edir (M.Arif).

    Azərbaycan dilinin sinonimlər lüğəti / kompozisiya

kompozisiya sözünün rus dilinə tərcüməsi

  • 1 композиция

    Azərbaycanca-rusca lüğət / kompozisiya
  • 2 I сущ. композиция: 1. строение, расположение и соотношение составных частей произведения литературы и искусства. Romanın kompozisiyası композиция романа, elmi əsərin kompozisiyası композиция научной работы 2. музыкальное произведение. Konsertdə kompozisiya çalındı на концерте была сыграна композиция 3. произведение живописи, имеющее определенное построение, единство. Kompozisiya çəkmək рисовать композицию 4. теория составления музыкальных произведений. Kompozisiya sinfi класс композиции 5. сочинение музыкальных произведений II прил. композиционный. Romanın kompazisiya xüsusiyyətləri композиционные особенности романа

    Azərbaycanca-rusca lüğət / kompozisiya

kompozisiya sözünün inglis dilinə tərcüməsi

kompozisiya sözünün fransız dilinə tərcüməsi

kompozisiya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat.] композиция (1. литературадин ва харусенятдин эсеррин къурулуш, тартиб ва абурун паярин арада авай алакъа; 2. музыкадин ва я художественный эсер; 3. музыкадин эсерар туькӀуьрунин теория; // музыкадин эсерар туькӀуьрун, теснифун).

    Azərbaycanca-ləzgicə lüğəti / kompozisiya

"kompozisiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kompozisiya nədir? #kompozisiya sözünün mənası #kompozisiya nə deməkdir? #kompozisiya sözünün izahı #kompozisiya sözünün yazılışı #kompozisiya necə yazılır? #kompozisiya sözünün düzgün yazılışı #kompozisiya leksik mənası #kompozisiya sözünün sinonimi #kompozisiya sözünün yaxın mənalı sözlər #kompozisiya sözünün əks mənası #kompozisiya sözünün etimologiyası #kompozisiya sözünün orfoqrafiyası #kompozisiya rusca #kompozisiya inglisça #kompozisiya fransızca #kompozisiya sözünün istifadəsi #sözlük