komissar sözü azərbaycan dilində

komissar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • komissar • 71.6216%
  • Komissar • 28.1853%
  • KOMİSSAR • 0.1931%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Siyasi komissar
Siyasi komissar (rus. политический руководитель) — siyasi təhsil və təşkilatlanma üçün məsul olan nəzarətçi siyasi zabitdir və hərbin sivil nəzarətini həyata keçirirdi. Tarixdə the commissaire politique (siyasi komissarlıq) ilk dəfə Fransa inqilabı (1789-99) zamanı meydana gəlmiş, əks-inqilabi fikrə və fəaliyyətə qarşı mübarizə aparmış və beləliklə respublikaçıların qələbəsini təmin etmişdir. Fransız respublikaçı mənşəyinə baxmayaraq, siyasi komissar adətən 1917-ci ilin Rusiya müvəqqəti hökumətinin onları hökumətin siyasi nəzarətini təmin etmək üçün hərbi qüvvələrə tanıtdığı SSRİ (1917-91) ilə əlaqədar idi. Oktyabr inqilabı ilə kommunist rejimində yaranan siyasi komissar, Qızıl Orduda 1942-ci ilə qədər qaldı. Qızıl Orduda və Sovet ordusunda siyasi komissar, 1918-24, 1937-40 və 1941-42 dövrləri ərzində mövcud olmuşdur, lakin hər Qızıl Ordu siyasi zabiti komissar deyildi. Siyasi komissar, bölük komandiri hərbi rütbəsinə bərabər mövqeyə malik idi, eləcə də komissarın bölük komandirinin əmrlərini ləğv etməyə səlahiyyəti çatırdı. Qızıl Ordunun tarixi ərzində, siyasi zabitlər bölük komandirlərinə tabe ediləndə siyasi komissar vəzifəsi mövcud deyildi. Rus hərbinin siyasi nəzarəti, hər bölüyə və hissəyə, donanma daxil olmaqla, rotadan diviziya səviyyəsinə qədər siyasi komissar tərəfindən aparılırdı. İnqilabi hərbi şuralar orduda, cəbhədə, donanmada ən azı 3 üzv – komandir və 2 siyasi işçi daxil olmaqla, yaradılmışdı.
26 komissar (film)
26 komissar filmi rejissor Nikolay Şengelaya tərəfindən 1932-ci ildə ekranlaşdırılmışdır. Film Azərfilm kinostudiyasında istehsal edilmişdir. Tarixi-inqilabi film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır. Filmdə əsas rolları Kazım Həsənov, Xeyri Əmirzadə, Əlisəttar Məlikov, İvan Klyukvin, Vasili Kovrigin, N. Kulikov, Allahverdi Məlikov və Veriko Ancaparidze ifa edirlər. Film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır. Bu film montaj kinosu tarixinə yeni səhifə yazmışdır. Rejissor Nikolay Şengelaya filmə görə Az.MİK-in fəxri fərmanı və üstündə ad yazılmış qızıl saatla təltif olunmuşdur (1933). Ssenari müəllifi: Aleksandr Rjeşevski, Nikolay Şengelaya, A. Amiraqov Rejissor: Nikolay Şengelaya Operator: Yevgeni Şneyder Rəssam: Viktor Aden Kazım Həsənov — Stepan Şaumyan Xeyri Əmirzadə — komissar Əlisəttar Məlikov — bolşevik İvan Klyukvin — Petka Vasili Kovrigin — matros Vaska N. Kulikov — rus fəhləsi Allahverdi Məlikov — türk fəhləsi Veriko Ancaparidze — fəhlə arvadı Pyotr Morskoy — cəbhədən gələn bolşevik İqor Savçenko — eser lideri Kote Andronnikov — daşnakların lideri Mixail Abesadze — "mauzerçi" P. Ryazanov — general Denvil X. Venarikov — kapitan Conson Mustafa Mərdanov — menşevik Газ. "Правда". 6 декабря 1932 года.
26 komissar (film, 1932)
26 komissar filmi rejissor Nikolay Şengelaya tərəfindən 1932-ci ildə ekranlaşdırılmışdır. Film Azərfilm kinostudiyasında istehsal edilmişdir. Tarixi-inqilabi film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır. Filmdə əsas rolları Kazım Həsənov, Xeyri Əmirzadə, Əlisəttar Məlikov, İvan Klyukvin, Vasili Kovrigin, N. Kulikov, Allahverdi Məlikov və Veriko Ancaparidze ifa edirlər. Film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır. Bu film montaj kinosu tarixinə yeni səhifə yazmışdır. Rejissor Nikolay Şengelaya filmə görə Az.MİK-in fəxri fərmanı və üstündə ad yazılmış qızıl saatla təltif olunmuşdur (1933). Ssenari müəllifi: Aleksandr Rjeşevski, Nikolay Şengelaya, A. Amiraqov Rejissor: Nikolay Şengelaya Operator: Yevgeni Şneyder Rəssam: Viktor Aden Kazım Həsənov — Stepan Şaumyan Xeyri Əmirzadə — komissar Əlisəttar Məlikov — bolşevik İvan Klyukvin — Petka Vasili Kovrigin — matros Vaska N. Kulikov — rus fəhləsi Allahverdi Məlikov — türk fəhləsi Veriko Ancaparidze — fəhlə arvadı Pyotr Morskoy — cəbhədən gələn bolşevik İqor Savçenko — eser lideri Kote Andronnikov — daşnakların lideri Mixail Abesadze — "mauzerçi" P. Ryazanov — general Denvil X. Venarikov — kapitan Conson Mustafa Mərdanov — menşevik Газ. "Правда". 6 декабря 1932 года.
Komissarın Ürəyi (1978)
Komissarın ürəyi (film, 1978)
Qaçqınlar üzrə Ali Komissarlıq
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (ing. United Nations High Commissioner for Refugees, UNHCR) — 14 dekabr 1950-ci il tarixində BMT-nin tərkibində yaradılmış və əsas məqsədi dövlətlərin tələbi və ya BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etmək olan beynəlxalq təşkilatdır. Mərkəz qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Təşkilat 1954 və 1981-ci illərdə Nobel Sülh Mükafatına layiq görülmüşdür.
Rəhim Hüseynov (xalq komissarı)
Rəhim Məmmədcəfər oğlu Hüseynov (1891, Qarabulaq, Qazax qəzası – 1938) — Azərbaycan SSR xalq ictimai təminat komissarı, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Laçın Qəza Komitəsinin katibi, Azərbaycan SSR xalq əmək komissarının müavini. Qardaşı Müseyib Hüseynov Azərbaycan SSR xalq səhiyyə komissarı və daha sonralar repressiya qurbanı olmuşdur. Rəhim Hüseynov 1891-ci ildə Qazax qəzasının Qarabulaq kəndində doğulmuşdur. 1938-ci ildə ölmüşdür. Rəhim Hüseynov 1917–1918-ci illərdə Gəncə, Şəmkir və Gədəbəydə kommunizm təbliğatı aparmışdır. O, 1918-ci ilin may ayında Bakıya köçərək burada Mir Həsən Vəzirovun başçılıq etdiyi sol eserlərdən ibarət Əkinçi Partiyasına üzv olmuşdur. O, 1919-cu ildə 1 May nümayişinin təşkilatçılarından olmuş, bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən həbs edilmişdir, lakin fəhlələrin təzyiqi ilə o, həbsdən azad edilmişdir. Rəhim Hüseynov Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin məsul təşkilatçısı və təşviqatçısı olmuşdur. Rəhim Hüseynov 1919-cu ildən Rusiya Kommunist (bolşevik) Partiyasının üzvüdür. 11–12 fevral 1920-ci il tarixində gizli şəkildə keçirilmiş Azərbaycan Kommunist Partiyasının I Təsis (Birləşmə) Qurultayında nümayəndə kimi iştirak etmişdir.
SSRİ Daxili İşlər Xalq Komissarlığı
SSRİ Xalq Daxili İşlər Komissarlığı və ya qısaca XDİK (rus. Наро́дный комиссариа́т вну́тренних дел СССР, və ya qısaca НКВД) — Keçmiş SSRİ-də DTK-dan əvvəlki təhlükəsizlik orqanlarından biri. Bu orqanın əli ilə minlərlə günahsız azərbaycanlı qətlə yetirilmişdir. Xalq Daxili İşlər Komissarlığı 1934–1946-cı illərdə fəaliyyət göstərmiş, sonradan SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi (1946–1953), SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (1954–1991) ilə əvəz edilmişdir.
SSRİ Hərbi və Dəniz işləri üzrə Xalq Komissarlığı
SSRİ Hərbi və Dəniz işləri üzrə Xalq Komissarlığı — 1923-cü il noyabr ayının 12-dən 1934-cü ilin mart ayının 15-dək SSRİ Silahlı Qüvvələrinə nəzarət edən hərbi idarənin mərkəzi orqanı. Xalq Komissarlığı iki müstəqil xalq komissarlığlarından (RSFSR-in hərbi və dəniz işləri üzrə) yaradılmışdır. SSRİ Müdafiə Xalq Komissarlığının yaranması ilə əlaqədar ləğv edildi. Xalq Komissarlığına Xalq Komissarı rəhbərlik edirdi; aşağıda sadalanan şəxslər müxtəlif vaxtlarda bu vəzifəni icra edirdilər: Lev Trotski – 12 noyabr, 1923 – 26 yanvar, 1925; Mixail Frunze – 26 yanvar – 31 oktyabr, 1925; Kliment Voroşilov – 6 noyabr, 1925 – 20 iyun, 1934 People's Commissariat for Military and Naval Affairs // Naval Dictionary. Moskva: Hərbi nəşriyyat. 1990. 511.
SSRİ Xalq Daxili İşlər Komissarlığı
SSRİ Xalq Daxili İşlər Komissarlığı və ya qısaca XDİK (rus. Наро́дный комиссариа́т вну́тренних дел СССР, və ya qısaca НКВД) — Keçmiş SSRİ-də DTK-dan əvvəlki təhlükəsizlik orqanlarından biri. Bu orqanın əli ilə minlərlə günahsız azərbaycanlı qətlə yetirilmişdir. Xalq Daxili İşlər Komissarlığı 1934–1946-cı illərdə fəaliyyət göstərmiş, sonradan SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi (1946–1953), SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (1954–1991) ilə əvəz edilmişdir.
SSRİ Xalq Müdafiə Komissarlığı
SSRİ Xalq Müdafiə Komissarlığı (rus. Народный комиссариат обороны СССР) — Sovet İttifaqının 1934–1946-cı illər arasında ən yüksək hərbi idarəsi. 1920–1930-cu illərdə RSFSR/SSRİ-nın ən yüksək hərbi orqanı Hərbi və Dəniz işləri üzrə Xalq Komissarlığı (rus. Народный комиссариат обороны СССР) (qısaca Narkomvoenmor) adlanırdı. 20 iyun 1934-cü ildə Narkomvoenmor SSRİ Müdafiə Xalq Komissarlığına (qısaca NKO) çevrildi. 30 dekabr 1937-ci ildə komisarlığdan SSRİ Hərbi Dəniz Qüvvələri Xalq Komissarlığını (NKVMF) ayırd etdilər. 1 fevral 1944-cü ildə SSRİ-də birlik respublikalarının hərbi birləşmələrinin yaradılması haqqında qanununun qəbul edilməsi ilə əlaqədar olaraq NKO Ümumittifaq Xalq Komissarlığından ittifaq-respublika komissarlığına çevrildi. 25 fevral 1946-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə NKO NKVMF ilə birlikdə SSRİ Silahlı Qüvvələri vahid ittifaq-respublika Xalq Komissarlığına çevrildilər. Bu ad altında mərkəzi orqan bir aydan az müddətə sənədlərdə qeyd olundu, çünki SSRİ Xalq Komissarları və ittifaq respublikalarının şuraları Nazirlər Şuralarına çevrilməsi haqqında 15 mart 1946-cı il tarixli SSRİ Qanununa uyğun olaraq, onun adını SSRİ Silahlı Qüvvələri Nazirliyi olaraq dəyişdilər. 25 fevral 1947-ci ildə yuxarıda göstərilən qərarlara uyğun olaraq, SSRİ Konstitusiyasına dəyişikliklər edildi.
Teymur Hüseynov (xalq komissarı)
Teymur Əbdüləli oğlu Hüseynov (1892, Şamaxı – 5 yanvar 1938, Bakı) — Azərbaycan Xalq Torpaq Komissarı, Yeni Türk Əlifba Komitəsinin sədr müavini, Gəncə Mahal Soveti İcraiyyə Komitəsinin sədri, Yeni Yol qəzetinin baş redaktoru. Teymur Hüseynov 1892-ci ildə Şamaxıda doğulmuşdur. 1911-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasından məzun olmuşdur. 1917–1919-cu illərdə Tiflis Aleksandr Müəllimlər İnistitutunda təhsil almışdır. Daha sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olaraq 1926-cı ildə oradan məzun olmuşdur. Represiyya məruz qalmışdır. 6 yanvar 1938-ci ildə ölmüşdür. 1926-cı ilədək Bakı Soveti İnzibati İdarə Şöbəsinin rəisi olaraq çalışmışdır. 15 may 1920-ci ildən Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsində şöbə müdiri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində isə şöbə müdiri olaraq çalışmışdır. Bir müddət Azərbaycan Xalq Torpaq Komissarı vəzifəsində çalışmışdır.
Xalq Komissarı Qəzənfər Musabəyovun Nitqi (1931)
Xalq Torpaq Komissarlığı (1924)
Xalq Torpaq Komissarlığı (film, 1924)
Xalq komissarı Qəzənfər Musabəyovun nitqi (film, 1931)
Zaqafqaziya Komissarlığı
Zaqafqaziya Komissarlığı (rus. Закавказский Комиссариат) — 15 noyabr 1917-ci il —10 fevral 1918-ci illərdə Cənubi Qafqazda mövcud olmuş dövlət qurumu. Sədri Yevgeni Gegeçkori olmuşdur.
Azərbaycan SSR xalq maarif komissarı
Azərbaycan elm və təhsil nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın elm və təhsil nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın elm və təhsil nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Azərbaycan SSR xalq səhiyyə komissarı
Azərbaycan səhiyyə nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın səhiyyə nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın səhiyyə nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır. Əli İnsanov "Azərbaycanda səhiyyənin tarixi" - Bakı, Azərbaycan, 2003.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (İHAK) — Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə ilə təmin edilən insan hüquqlarına riayət edilməsinə və qorunmasına nəzarət edən qurumu. Mişel Baçelet 1 sentyabr 2018-ci il tarixindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarıdır. Bu komissarlıq 1993-cü ildə BMT Baş Məclisi tərəfindən yaradılmışdır. 28 iyul 2008-ci ildə Baş Assambleya BMT-nin Baş katibi Pan Gi Munun Navanethem Pillayın (Cənubi Afrika) BMT-nin İnsan Hüquqları üzrə yeni Ali Komissarlığına təyin edilməsi təklifini səsvermədən təsdiqləmişdir. Onun dörd illik səlahiyyət müddəti 1 sentaybr 2008-ci ildə başlamışdır. Müddət bitdikdən sonra onun mandatı 1 sentyabr 2012-ci ildən başlayaraq daha iki il müddətinə uzadılmışdır. 1 iyul 2004-cü ildən 2008-ci il iyunun 30-dək Luiz Arbor (Kanada) Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı olmuşdur. Onun sələfi Serjiu Vieyra di Mello (Braziliya) 19 avqust 2003-cü ildə BMT-nin İraqdakı missiyasının rəhbəri vəzifəsini yerinə yetirərkən Bağdad şəhərində yerləşən BMT ofisində törədilən partlayış nəticəsində həlak olmuşdur.
Azərbaycan SSR xalq maliyyə komissarı
Azərbaycan maliyyə nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın maliyyə nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın maliyyə nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (ing. United Nations High Commissioner for Refugees, UNHCR) — 14 dekabr 1950-ci il tarixində BMT-nin tərkibində yaradılmış və əsas məqsədi dövlətlərin tələbi və ya BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etmək olan beynəlxalq təşkilatdır. Mərkəz qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Təşkilat 1954 və 1981-ci illərdə Nobel Sülh Mükafatına layiq görülmüşdür.
Azərbaycan SSR Xalq Komissarları Şurası
Azərbaycan SSR Xalq Komissarları Soveti — Azərbaycan Sovet Sosialist Respublikasının ali icraedici hakimiyyət orqanı. 1920-ci il aprel ayının 28-də Azərbaycan SSR İnqilab Komitəsi yeni hökumətin — Azərbaycan SSR Xalq Komissarları Sovetinin aşağıdakı tərkibini təsdiq etdi: Nəriman Nərimanov — XKŞ-nin sədri və xalq xarici işlər komissarı; Çingiz İldırım — xalq hərbi-dəniz işləri komissarı; Möhsün İsrafilbəyov — xalq hərbi-dəniz işləri kommisarlığı siyasi idarəsinin rəisi. Həmid Sultanov — xalq daxili işlər komissarı; Əliheydər Qarayev — xalq əmək və ədliyyə komissarı; Qəzənfər Musabəyov — xalq kənd təsərrüfatı, ticarət, sənaye və ərzaq komissarı; Mirzə Davud Hüseynov — xalq maliyyə komissarı; Nəsir Tağıyev - xalq maliyyə komissarının müavini; Səməd ağa Ağamalıoğlu — xalq əkinçilik komissarı; Dadaş Bünyadzadə — xalq torpaq və xalq fəhlə-kəndli müfəttişliyi komissarı; Cəmil bəy Vəzirov — xalq poçt, teleqraf və yollar komissarı; Abid Alimov — xalq səhiyyə və himayə komissarı; Ağahüseyn Kazımov - xalq səhiyyə və himayədarlıq komissarının müavini. Bu, Azərbaycanın sovet hökumətinin ilk kabineti idi. 1920-ci ilin avqustunda isə Kiçik Xalq Komissarları Soveti yaradıldı. Onun əsas vəzifəsi Azərbaycan SSR İnqilab Komitəsinin səlahiyyətinə aid olan məsələləri ətraflı müzakirə etmək və hazırlamaq idi. Xalq komissarlarının hamısı, Xalq Təsərrüfatı şurasının və Fövqəladə Komissiyasının, Hərbi İnqilabi Səhra Tribunalının nümayəndələri Kiçik Xalq Komissarları Sovetinin üzvü idilər. 1 may 1920-ci il tarixində müstəqil xalq kənd təsərrüfatı komissarlığı yaradıldı və bu vəzifə Səməd ağa Ağamalıoğluna tapşırıldı. Həmçinin Xalq Kənd Təsərrüfatı, Ticarət, Sənaye və Ərzaq Komissarlığının bazasında Xalq Neft Sənayesi və Dəniz Donanması Komissarlığı və Xalq Ərzaq Komissarlığı təsis edildi. 5 may 1920-ci ildə Qəzənfər Musabəyov xalq ərzaq komissarı təyin edildi.
Vera Komissarjevskaya
Vera Fyodorovna Komissarjevskaya (rus. Вера Фёдоровна Комиссарже́вская; 27 oktyabr (8 noyabr) 1864, Sankt-Peterburq, Rusiya imperiyası – 10 (23) fevral 1910, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu, Rusiya imperiyası) — XX əsrin əvvəllərində rus aktrisası, rus və sovet teatr və kino aktrisası Nadejda Skarskayanın böyük bacısı (1868-1958). Vera Fedorovna Komissarjevskaya (1930-cu illərin sonuna qədər onun soyadını Kommissarjevskaya yazırdılar) 1864-cü il oktyabrın 27-də (8 noyabr) Sankt-Peterburqda rus opera artisti və musiqi müəllimi Fyodor Petroviç Komissarjevskinin ailəsində anadan olub. 1891-ci ildə Sankt-Peterburqda Vera Komissarjevskaya ilk dəfə həvəskar səhnədə Donanma Ekipajının Dəniz Məclisində Zina rolunda çıxış edib (P.P.Qnediçin “Yanan məktublar” pyesi). Onun səhnə debütü əvvəl Aleksandrinski Teatrının məşhur aktyoru V.N.Davydov ilə dərslər sayəsində mümkün olub. Sonra Komissarjevskaya Konstantin Stanislavskinin rəhbərlik etdiyi İncəsənət və Ədəbiyyat Cəmiyyətinin (Moskva) tamaşalarında iştirak etməyə başlayıb. Komissarjevskaya “Maarifçilik meyvələri” (1891) tamaşasında Betsi rolunu oynamaqla peşəkar teatr tənqidçilərinin diqqətini cəlb edib. O, Novoçerkasska N.N.Sinelnikovun teatrına (1893-1894-cü illərdə orda işləyib) dəvət olunub. Orada Vera oxuyaraq “ingenue” və vodevil rollarını ifa edib. Komissarjevskayanın birpərdəli pyeslərdə və vodevillərdəki rolları şən, canlı və əsl yumorla əhatə olunurdu.
Azərbaycan SSR xalq daxili işlər komissarı
Azərbaycan daxili işlər nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın daxili işlər nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın daxili işlər nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır. Петров, Н. В.; Скоркин, К. В. Кто руководил НКВД, 1934–1941 Справочник. Москва: Звенья. 1999. səh. 353. ISBN 5-7870-0032-3.
Naxçıvan MSSR Xalq Komissarları Soveti
Naxçıvan MSSR Xalq Komissarları Soveti — 1921–1946-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ali icraedici və sərəncamverici orqanı, Naxçıvan MSSR hökuməti. Naxçıvan Diyar İnqilab Komitəsinin qərarı ilə 1921-ci ilin sentyabr ayında Naxçıvan SSR Xalq Komissarları Soveti yaradılmış və 1923-cü il fevralın 27-dən 1924-cü ilin fevralın 9-dək Naxçıvan Diyar İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir. Naxçıvan MSSR Xalq Komissarları Soveti muxtar respublikanın komissarlıqlarını və onların tabeliyindəki qurumların işini əlaqələndirir, fəaliyyətinə rəhbərlik edirdi. Xalq Komissarları Soveti muxtar respublika Sovetlər Qurultayının, qurultaylararası dövrlərdə isə Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi (1938-ci ildən Naxçıvan MSSR Ali Soveti) qarşısında məsul olur və ona hesabat verirdi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 28 mart 1946-cı il tarixli Fərmanı ilə qurum Naxçıvan MSSR Nazirlər Soveti adlandırılmışdır. Həmin qurum da öz növbəsində Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il 17 noyabr tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Soveti, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 3 dekabr 1990-cı il tarixli Qərarı ilə isə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti adlandırılmışdır. Xalq Komissarları Sovetinin tərkibinə Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri, onun müavinləri, eləcə də xalq komissarları daxil idi. Naxçıvan MSSR-in 1926-cı il Konstitusiyasına əsasən Xalq Komissarları Sovetinin tərkibinə XKS sədri və müavinlərindən savayı 9 nəfər daxil idi: Xalq daxili işlər komissarı; Xalq ədliyyə komissarı; Xalq əmək komissarı; Xalq ictimai təminat komissarı; Xalq maarif komissarı; Xalq əkinçilik komissarı; Xalq səhiyyə komissarı; Xalq fəhlə-kəndli müfəttişliyi komissarı; Xalq Təsərrüfatı Şurasının sədri. Sonrakı illərdə Xalq Komissarları Sovetinin tərkibi genişləndirilmiş, yeni komissarlıqlar yaradılmış, Xalq Əmək Komissarlığı, Xalq Fəhlə-Kəndli Müfəttişliyi Komissarlığı və Xalq Təsərrüfatı Şurası ləğv edilmişdir. Muxtar respublikanın 1937-ci il Konstitusiyasına əsasən Xalq Komissarları Sovetinin tərkibinə XKS sədri və müavinlərindən başqa aşağıdakı vəzifələri tutan şəxslər daxil idi: Xalq yeyinti sənayesi komissarı; Xalq torpaq komissarı; Xalq maliyyə komissarı; Xalq ticarət komissarı; Xalq daxili işlər komissarı; Xalq ədliyyə komissarı; Xalq səhiyyə komissarı; Xalq maarif komissarı; Xalq yerli sənaye komissarı; Xalq kommunal təsərrüfatı komissarı; Xalq ictimai təminat komissarı; Dövlət Plan Komissiyasının sədri; Yol İdarəsinin rəisi; İncəsənət İşləri İdarəsinin rəisi; SSRİ Xalq Tədarük Komissarlığının müvəkkili.

komissar sözünün leksik mənası və izahı

  • 1 [fr.] 1. Keçmiş SSRİ-də: üzərinə ictimai-siyasi, təşkilati və inzibati vəzifələr həvalə olunmuş rəhbər şəxs (1918-1946-cı illərdə). // Hərbi hissənin döyüş qabiliyyəti və siyasi vəziyyəti üçün komandirlə bərabər cavab verən siyasi rəhbəri (1918-1942-ci illərdə). □ Batalyon (polk, divizion və s.) komissarı – 1935-1942-ci illərdə sovet ordusunda hərbi-siyasi işçilərin fərdi adı. Hərbi komissar – hərbi komissarlığın başında duran şəxs, hərbi komissarlığa rəhbərlik edən, hərbi vəzifəlilərin uçotu, orduya çağırışı və s. işlərlə məşğul olan adam. Rayon hərbi komissarı. Xalq komissarı – 1918-1946-cı illərdə hökumət üzvü, xalq komissarlıqlarından birinin başında duran adam. 2. Xarici ölkələrdə: polis vəzifəsini görən məmur. 3. XVII əsrin axırında Fransa burjua inqilabı dövründə: müxtəlif tapşırıqlarla departamentlərə və qoşun hissələrinə göndərilən Konvent nümayəndəsi.

    Azərbaycan dilinin izahlı lüğəti / komissar

komissar sözünün rus dilinə tərcüməsi

  • 1 комиссар

    Azərbaycanca-rusca lüğət / komissar
  • 2 I сущ. истор. комиссар: 1. руководящее лицо с общественно-политическими, организационными, административными полномочиями (1918-1946 гг.) 2. лицо, уполномоченное вместе с командиром воинской части обеспечивать боеспоспобность (1918-1942 гг.) 3. в европейских странах и в России 18-19 вв.: чиновник, выполнявший полицейские функции 4. во время французской буржуазной революции конца XVIII в. – уполномоченный Конвента 5. в зарубежных странах: высший чин полиции II прил. комиссарский. Komissar vəzifəsi комиссарская должность; batalyon (polk) komissarı батальонный (полковой) комиссар (персональное звание военно-политических работников в Советской Армии в период 1935-1942 гг., а также лиц, имевших это звание); xalq komissarı народный комиссар (член советского правительства, возглавлявший до 1946 г. один из народных комиссариатов); hərbi komissar военный комиссар (лицо, возглавляющее военный комиссариат и ведающее учетом военнообязанных, призывом в армию)

    Azərbaycanca-rusca lüğət / komissar

komissar sözünün inglis dilinə tərcüməsi

komissar sözünün fransız dilinə tərcüməsi

komissar sözünün ləzgi dilinə tərcüməsi

"komissar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#komissar nədir? #komissar sözünün mənası #komissar nə deməkdir? #komissar sözünün izahı #komissar sözünün yazılışı #komissar necə yazılır? #komissar sözünün düzgün yazılışı #komissar leksik mənası #komissar sözünün sinonimi #komissar sözünün yaxın mənalı sözlər #komissar sözünün əks mənası #komissar sözünün etimologiyası #komissar sözünün orfoqrafiyası #komissar rusca #komissar inglisça #komissar fransızca #komissar sözünün istifadəsi #sözlük