komissarı sözü azərbaycan dilində

komissarı

Yazılış

  • komissarı • 90.0787%
  • Komissarı • 9.8776%
  • KOMİSSARI • 0.0437%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
26 Bakı komissarı
Bakı komissarları yaxud 26 Bakı komissarı — Bakı Xalq Komissarları Sovetinin (Bakı Kommunasının icra orqanı) əsasən tarixşünaslığa həlak olmaları ilə daxil olmuş rəhbərləri. 1918-ci il sentyabrın 20-nə keçən gecə onlar Bakını Türk-Azərbaycan-Dağıstan qoşunlarına təslim etdiyi üçün Türküstan hökumətinin əmri ilə Krasnovodsk yaxınlığında edam edilmişdir. == Komissarların siyahısı == Baqdasar Avakyan — Bakı şəhərinin komendantı. Məşədi Əzizbəyov — Bakı quberniyasının komissarı. Tatevos Əmirov — kovaler dəstəsinin komandiri. Arsen Əmiryan — "Bakı fəhləsi" qəzetinin redaktoru. Meer Basin — hərbi-inqilab komitəsinin üzvü. Eyjen Berq — matros. Anatoli Boqdanov — xidmətçi. Solomon Boqdanov — hərbi-inqilab komitəsinin üzvü.
26 Bakı komissarı (Neftçala)
26 Bakı komissarı — Neftçala rayonunda 1993-cü ilə qədər mövcud olmuş qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Neftçala rayonunun 26 Bakı komissarı qəsəbəsi rayonun yaşayış məntəqələri siyahısından çıxarılmışdır.
26 Bakı komissarı (dəqiqləşdirmə)
26 Bakı komissarı — Bakı kommunasının inqilabçı xadimləri. 26 Bakı komissarı metrostansiyası — Sahil metrostansiyasının keçmiş adı. 26 Bakı komissarı rayonu — Səbail rayonunun keçmiş adı. 26 Bakı komissarı (Neftçala) — Neftçala rayonuda 1993-cü ilə qədər mövcud olmuş qəsəbə. 26 Bakı komissarı abidəsi — memorial kompleks.
26 Bakı komissarı abidəsi
26 Bakı komissarı abidəsi (rus. Мемориальный комплекс «26 бакинских комиссаров») — 26 Bakı komissarının şərəfinə Bakı şəhərində ucaldılmış abidə kompleksi. Hal-hazırda abidənin yerləşdiyi indiki yerdə Sahil bağı yerləşməkdədir. Abidənin 1968-ci ildə açılışının ardından komissarların cəsədləri abidənin alt hissəsinə köçürülmüşdür. Tikilinin mərkəzində əlində sonsuz alovu simvolizə edən heykəl yerləşməkdə idi. Öldürülən komissarların adları abidənin yanında yerləşən daş lövhənin üzərində qeyd olunmuşdur. == Tarixi == Bir neçə ay davam edəcək Bakı Xalq Komissarları Soveti 1918-ci ilin martında yaradıldı. Bakı kommunasının rəhbərləri Türkiyə-Azərbaycan qoşunlarının hücumu ilə əlaqədar şəhəri tərk etməli olur. Onlara qarşı satqınçılıq, hərbi mülkiyyətin qaçırılması, pulların hesabatlarının düzgün aparılmaması kimi iddialar irəli sürülərək menşevik hökuməti tərəfindən hərbi məhkəməyə verilirlər. Lakin 14 sentyabrda onlara azad olunaraq şəhəri tərk etməyə icazə verirlər.
26 Bakı komissarı metrostansiyası
Avlabari metrostansiyası
26 Bakı komissarı rayonu
Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır. == Tarixi == Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s.
Rəhim Hüseynov (xalq komissarı)
Rəhim Məmmədcəfər oğlu Hüseynov (1891, Qarabulaq, Qazax qəzası – 1938) — Azərbaycan SSR xalq ictimai təminat komissarı, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, AKP Laçın Qəza Komitəsinin katibi, Azərbaycan SSR xalq əmək komissarının müavini. == Həyatı == Rəhim Hüseynov 1891-ci ildə Qazax qəzasının Qarabulaq kəndində doğulmuşdur. 1938-ci ildə ölmüşdür. == Siyasi fəaliyyəti == === Sovet dövrünədək === Rəhim Hüseynov 1917–1918-ci illərdə Gəncə, Şəmkir və Gədəbəydə kommunizm təbliğatı aparmışdır. O, 1918-ci ilin may ayında Bakıya köçərək burada Mir Həsən Vəzirovun başçılıq etdiyi sol eserlərdən ibarət Əkinçi Partiyasına üzv olmuşdur. O, 1919-cu ildə 1 May nümayişinin təşkilatçılarından olmuş, bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən həbs edilmişdir, lakin fəhlələrin təzyiqi ilə o, həbsdən azad edilmişdir. Rəhim Hüseynov Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin məsul təşkilatçısı və təşviqatçısı olmuşdur. Rəhim Hüseynov 1919-cu ildən Rusiya Kommunist (bolşevik) Partiyasının üzvüdür. 11–12 fevral 1920-ci ildə gizli şəkildə keçirilmiş Azərbaycan Kommunist Partiyasının I Təsis (Birləşmə) Qurultayında nümayəndə kimi iştirak etmişdir. === Sovet dövründə === Aprel işğalından sonra qurulmuş Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 29 aprel tarixli başqa qərarı və Bakı İnqilab Komitəsinin 1 №-li əmri ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət hakimiyyəti orqanları buraxılmış elan olundu və tanınmış bolşevik Rəhim Hüseynov Bakı şəhər milisinin ilk rəisi təyin edildi.
Teymur Hüseynov (xalq komissarı)
Teymur Əbdüləli oğlu Hüseynov (1892, Şamaxı – 5 yanvar 1938, Bakı) — Azərbaycan Xalq Torpaq Komissarı, Yeni Türk Əlifba Komitəsinin sədr müavini, Gəncə Mahal Soveti İcraiyyə Komitəsinin sədri, Yeni Yol qəzetinin baş redaktoru. == Həyatı == Teymur Hüseynov 1892-ci ildə Şamaxıda doğulmuşdur. 1911-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasından məzun olmuşdur. 1917–1919-cu illərdə Tiflis Aleksandr Müəllimlər İnistitutunda təhsil almışdır. Daha sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olaraq 1926-cı ildə oradan məzun olmuşdur. Represiyya məruz qalmışdır. 6 yanvar 1938-ci ildə ölmüşdür. == Siyasi fəaliyyəti == 1926-cı ilədək Bakı Soveti İnzibati İdarə Şöbəsinin rəisi olaraq çalışmışdır. 15 may 1920-ci ildən Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsində şöbə müdiri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində isə şöbə müdiri olaraq çalışmışdır. Bir müddət Azərbaycan Xalq Torpaq Komissarı vəzifəsində çalışmışdır.
Azərbaycan SSR xalq maarif komissarı
Azərbaycan elm və təhsil nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın elm və təhsil nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın elm və təhsil nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Azərbaycan SSR xalq səhiyyə komissarı
Azərbaycan səhiyyə nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın səhiyyə nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın səhiyyə nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır. == Siyahı == == Mənbə == Əli İnsanov "Azərbaycanda səhiyyənin tarixi" - Bakı, Azərbaycan, 2003.
Azərbaycan SSR xalq maliyyə komissarı
Azərbaycan maliyyə nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın maliyyə nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın maliyyə nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Azərbaycan SSR xalq ədliyyə komissarı
Azərbaycan ədliyyə nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi. Həmin vaxtdan başlayaraq Azərbaycanın ədliyyə nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) bu siyahıda göstərilib.
Bakı komissarı Məşədi Əzizbəyov (film, 1975)
Bakı komissarı Məşədi Əzizbəyov qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Bakı komissarı Məşədi Əzizbəyovun anadan olmasının 100 illiyinə ithaf olunmuşdur. == Məzmun == Film Bakı komissarı Məşədi Əzizbəyovun anadan olmasının 100 illiyinə ithaf olunmuşdur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Püstə Əzizbəyova, Vladimir Sinitsın Rejissor: Ruslan Şahmalıyev Operator: Zaur Məhərrəmov Bəstəkar: Aqşin Əlizadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Xalq Komissarı Qəzənfər Musabəyovun Nitqi (1931)
Azərbaycan SSR xalq daxili işlər komissarı
Azərbaycan daxili işlər nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın daxili işlər nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın daxili işlər nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır. == Siyahı == == İstinadlar == == Ədəbiyyat == Петров, Н. В.; Скоркин, К. В. Кто руководил НКВД, 1934–1941 Справочник. Москва: Звенья. 1999. səh. 353. ISBN 5-7870-0032-3.
26 Bakı komissarı cənazələrinin dəfni (film, 1920)
26 Bakı komissarı cənazələrinin dəfni filmi 1920-ci ildə Azərbaycan XMK-nın İncəsənət Şöbəsində istehsal edilmişdir. Kinosüjetdə Bakının izdihamlı küçələri, adamların çiyinlərində komissarların tabutları, Birja meydanında dəfn mərasimi və komissar Məşədi Əzizbəyovun anasının mərasimdə iştirakı təsvir olunmuşdur. == Məzmun == Kinosüjetdə Bakının izdihamlı küçələri, adamların çiyinlərində komissarların tabutları, Birja meydanında dəfn mərasimi və komissar Məşədi Əzizbəyovun anasının mərasimdə iştirakı təsvir olunmuşdur. == Filmin üzərində işləyən == Operator: Kosiçkin == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Xalq komissarı Qəzənfər Musabəyovun nitqi (film, 1931)
26 Bakı komissarının güllələndiyi yerə yürüş (film, 1933)
Bakı komissarının mitinqdə çıxışı (film, 1917)
Bakı komissarının mitinqdə çıxışı qısametrajlı sənədli filmi rejissor 1917-ci ildə çəkilmişdir. Burada Bakı komissarı Stepan Şaumyanın mitinqdə çıxışı əks olunmuşdur. == Məzmun == Burada Bakı komissarı Stepan Şaumyanın mitinqdə çıxışı əks olunmuşdur. == Film haqqında == Kinoxronikadan kiçik bir parça Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Komissarın Ürəyi (1978)
Komissarın ürəyi (film, 1978)

"komissarı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#komissarı nədir? #komissarı sözünün mənası #komissarı nə deməkdir? #komissarı sözünün izahı #komissarı sözünün yazılışı #komissarı necə yazılır? #komissarı sözünün düzgün yazılışı #komissarı leksik mənası #komissarı sözünün sinonimi #komissarı sözünün yaxın mənalı sözlər #komissarı sözünün əks mənası #komissarı sözünün etimologiyası #komissarı sözünün orfoqrafiyası #komissarı rusca #komissarı inglisça #komissarı fransızca #komissarı sözünün istifadəsi #sözlük