kol sözü azərbaycan dilində

kol

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kol • 89.5612%
  • Kol • 9.8383%
  • KOL • 0.5081%
  • koL • 0.0924%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kol
Kol — budaqlanması torpağın səthindən başlayan çoxillik bitki. Hündürlüyü 0,8–6,0 m-ə çatır. 10–20 il, bəzən 40–50 il yaşayır. Düzən rayonlardan başlamış quraq, kontinental, subtropik və subalp dağ zonasına qədər hər yerdə yayılmışdır. Azərbaycanda 290-a yaxın kol növü vardır.
Helmut Kol
Helmut Kol (alm. Helmut Josef Michael Kohl‎; 3 aprel 1930[…] – 16 iyun 2017[…]) 1982-1998-ci illərdə Almaniyanın kansleri olmuşdur. 1990-cı il 3 oktyabrda birləşmiş Almaniyanın ilk kansleri olub. Helmut Kol 3 aprel 1930-cu ildə Bavariyada anadan olur və O Ludwigshafendə böyüyür. 1950-ci ildə Frankfurt Universiteti Hüquq Fakültəsinə daxil olur, 1951-ci ildə Heydelberq Universitetinə keçir və tarixi və sosial-siyasi elmləri öyrənir. 1956-cı ildə Universiteti bitirdikdən sonra Kol Heydelberq Universitetinin Alfred Veber adına İnstitutunda tədqiqat işçisi kimi çalışmışdır. 1958-ci ildə "1945-ci ildən sonra Pfalçanın siyasi inkişafı və partiyaların dirilişi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə Helmut Kol 1948-ci ildən bəri tanış olduğu tərcüməçi Hannelore Renner ilə evlənir və iki oğlanları dünyaya gəlir. 5 iyul 2001-ci ildə, 68 yaşında, alergiyadan ciddi şəkildə xəstələnən Hannelore Kol, özünü öldürür.. 8 May 2008-ci ildə 78 yaşındakı Helmut Kol ikinci dəfə evlənir.
Kol albalısı
Yabanı albalı (lat. Prunus fruticosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. Hazırda mədəni albalı sortları çox olduğundan yabanı albalı öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir. Yabanı albalı aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir.
Kol qurbağası
Kol qurbağası (lat. Polypedates leucomystax) — Rhacophoridae kol qurbağası ailəsindən olan növlərdir. O bir çox adla tanınır ki, əsası kol qurbağasıdır. Bundan başqa qızıl sürüşən qurbağa, qızıl ağac qurbağası, Asiya ağ dodaqları, bəbir qurbağası, uçan və ya soyunan ağac qurbağası və s. adları vardır. Bu qurbağalara Banqladeşdə, Bruneydə, Kambocada, Çində, Hindistanda, İndoneziyada, Laosda, Malayziyada, Myanmada, Nepalda, Filippində, Sinqapurda, Tailandda, Vyetnamda və Butanda rast gəlinsə də, əsasən Yaponiyada yaşayırlar. Təbii yaşayış mühiti subtropik iqlim və ya tropik quru meşələr, çaylar gölər və nohurlardır.
Kol qızılağacı
Kol qızılağacı (lat. Alnus alnobetula subsp. fruticosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin yaşıl qızılağac növünə aid bitki yarımnövü. Çində, Yaponiyada, Rusiyada, Qərbi və Şərqi Sibirdə, Uzaq Şərqdə geniş yayılmışdır. Azərbaycanda isə Lənkəran, Masallı, Zaqatala rayonlarında rast gəlinir. Hündürlüyü 1–3 m olan koldur. Qabığı tünd-boz,zoğları qırmızı-qonur,sarımtıl pulcuqlarla örtülmüşdür; yarpaqların uzunluğu 10 sm-dək, yumurtavari; dişli, üstü parlaq, tünd-yaşıl, çılpaq, alt tərəfi daha açıq, ətirli və yapışqanlıdır. Digər növlərdən fərqli olaraq yarpaqları açıldıqda, eyni vaxtda çiçəkləyir. Erkək çiçəkləri üç, bəzən bir ədəd qalxanvari genəlmiş,sırğanın oxunda spiralvari çiçək saplaqlarında oturur; çiçəkyanlığı sadə, əsasən dördyarpaqlı və ya dörd yerə bölünmüşdür; 4 erkəkciyi qısa saplı, iri, ikiyuvalı tozcuqludur. Dişi çiçəkləri ətli pulcuqların qoltuqlarında oturur, onların meyvələri yetişdiyi vaxt oduncaqlaşır.
Kol çərəni
Kol çərəni Dərbən və Kür çayı arasındakı ərazidən təsvir edilmişdir.Qafqazda,Avropada,Orta Asiyada təbii halda bitir. 20-60 sm hündürlüyündə,geniş şaxələnmiş,boz rəngli kolcuqdur.Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstdir,çiçəkləyəndən sonra sıxlaşır.May ayında çiçəkləyir.Noyabr ayında isə meyvə verir.Toxumları ovalşəkilli,qara rəngli,xırda nöqtəli,parıldayandır. Duzadavamlı bitkidir.Şoranlıqlarda və şoranlaşmış gilli yamaclarda dağınıq və qrup halda bitir. Xəzər və Kür-Araz ovalıqlarında,Qobustanda,Naxçıvan düzənliyində,aranda,dağ ataəyində,səhra və yarımsəhralarda geniş yayılmışdır. Potaş hazırlamaq üçün xammal kimi istifadə edilir.Qış otlaqlarında payızın axırlarında və şaxtalar düşdükdən sonra dəvələr və xırdabuynuzlu mal-qara tərəfindən yeyilir. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Kol İsrail
«Kol İsrail» («İsrailin səsi») — dövlət (1965-ci ilə qədər) radio stansiyası, dövlət idarəçiliyində müstəqil quruluş haqqında qanunun qəbulundan sonra, Rabitə İdarəsinın (Reşut ha-şidur) filialı kimi fəaliyyətini davam etmişdir. Erets İsrail telekanalının yayımı 30 mart 1936-cı ildə «Fələstində İngilis Mandat İdarəsinin» («Palestine Broadcasting Service» — PBS, ivritcə — «Reşut ha-şidur ha-palestini»), Fələstin Yayım Xidməti tərəfindən bir hissəsi kimi fəaliyyət göstərirdi. İlk yayım Qüds otelində "Palaz" da yerləşən studiyadan hazırlanıb. Özünü PBS-in varisi hesab edərkən, Kol İsrail 2006-cı ildə 70 illik yubileyini qeyd etdi. Kol Yisrael en:Israel Radio International — xarici dillərdə yayımı'. Reshet Aleph («Reşet alef») — mədəniyyət kanalı. Reshet Bet («Reşet bet») — xəbərlər, aktuallıq, idman. Reshet Gimel («Reşet qimel») — israil musiqisi; Reshet Dalet («Reşet dalet») — ərəb dilində yayımı. REQA (REKA) — 14 dildə yayımı. 88FM — yüksək keyfiyyətli musiqilər.
Kol şoranı
Qarağan şoranı və ya kol şoranı Rusiyada, Dərbənddə və Azərbaycanda Xəzər dənizinin şimal sahilində, Kür çayı ətrafında təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada, İranda təbii halda bitir. Hündürlüyü 20-60 sm, bəzən isə 100-130 sm-ə qədər olan geniş şaxələnmiş kolcuqdur. Qaidə hissəsində süpürgəvari, yazda sıx tüklənmiş və qışda məhv olan budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, cavan yarpaqları silindrvarı, sıx saqqalvarı tüklənmişdir,yaşlı budaqlarda isə çılpaqdır. May ayında çiçəkləyir. Çiçəkləri sayca çox, boz rənglidir və enli süpürgəvari çiçək qrupunda yerləşir. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstddir, çiçəkləyəndən sonra sıxlaşır. Noyabr ayında meyvə verir. Meyvələri qanadlı, nazik pərdəli, gümüşü-ağ, sarımtıl və ya çəhrayıdır.
Natali Kol
Natali Kol (ing. Natalie Maria Cole; d, 6 fevral 1950, Los-Anceles — ö, 31 dekabr 2015, Amerikalı jazz ifaçısı, müğənnisi, bəstəkarı və aktrisa. Məşhur caz ifaçısı Net Kinq Kol-un qızı. Sehrbazlığın musiqi kamilliyi ilə gələn bir növü də mövcuddur. Bu, anadangəlmə sərbəstlik, tanrı tərəfindən verilmiş bilikdir. Yaradıcılığının çiçəklənən dövrünü yaşayan Natali Koulun kamil sənətkarlığı özünü onun "Ask a Woman who Knows" adlı albomunda bütünlüklə ğöstərmişdir. Bu albom ən əvvəl üç il ərzində onun üçün (Verve Records) - son dərəcə vacib debüt olmuşdur. Koulun heç bir qüvvə sərf etmədən həmişəki emosionallıqla cazla pop musiqisini birləşdirmiş olduğu toplu 2002-ci ildə onun mahnılarına yeni səs vermişdir. "Unforgettable With Love" orijinal albomun prodüseri Tommi Li Puma tərəfindən diggəttlə seçilən bu toplu 1991-ci ildə milyon tirajlarla satılmış və çox sayda "Gremmi" mükafatına layiq görülmüşdür. (Onun atası, əfsanəvi musiqiçi Nat "King" Cola həsr edilmişdir).
Kol öküzboğan
Kol öküzboğan (lat. Bupleurum fruticosum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü. Aralıq dənizi sahillərindən, Krımın cənub sahilində bəzən yabanı olan həmişəyaşıl dekorativ kol bitrkisidir. Hündürlüyü 1,8 m olan həmişəyaşıl koldur. Bitki düz budaqlı zoğ və sıx çətir əmələ gətirir. Yarpaqları dərili, lələkvari-bölünmüş, çox vaxt böyük, qabarıq qınlıdır və mavi-yaşıl rənglidir, uzunluğu 9 sm-ə çatır. Çiçək qruplarına görə asanlıqla tanınır; sadə və ya mürəkkəb çətirlər əmələ gətirir, çiçəkləri xırda, çox vaxt ağ, bəzən sarı və ya mavi, düz, ikicinsli, kasacığı az bilinən, çiçək tacı beşləçəkli, dişiciyi bir, yumurtalığı-yarımaşağı, ikiyuvalıdır. Meyvəsi-2 yerə bölünmüş toxumcadır. Rütubətsevən, mülayim iqlim şəraitinə davamlı bitkidir. Zəngin torpaqlarda yaxşı bitir.
Qızıl kol
Qızıl kol — rejissor Beybolat Askarov quruluşunda hazırlanan bədii film. Film ictimai-iqtisadi, siyasi-mədəni həyatda gedən dəyişikliklərdən bəhs edir. Film Qəmər Salamzadənin kinoda ilk işidir. Qəmər Salamzadə ilk azərbaycanlı qadın kinorejissordur. Ssenari müəllifi: Beybolat Askarov Quruluşçu rejissor: Beybolat Askarov Quruluşçu operator: İvan Tartakovski, İvan Manakov Rejissor assistenti: Ağarza Quliyev Rejissor köməkçisi: Qəmər Salamzadə Ağarza Quliyev Rüstəm Kazımov — Süleyman Sidqi Ruhulla Y.Novruzova Badisəba Lətif Səfərov Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 99.
Yanan kol
Yanan kol və ya yanmamış kol — Tövratda və "Əhdi-ətiq"də qeydə alınmış hadisəyə aid edilən ifadə. "Çıxış" kitabının üçüncü fəslində Horiv dağında baş vermiş hadisə kimi təsvir edilmişdir. Bibliyada təqdim olunan hesaba görə, kol alov içində idi, lakin alov tərəfindən yandırılmamışdır və buna görə də hadisə belə adlandırılmışdır. Bibliyada verilən rəvayətdə yanan kol Musanın İsrail övladlarını Misirdən və Kənana aparmaq üçün Yahve tərəfindən təyin edildiyi yerdir. Bu kol ivrit dilində "seneh" (ivr. ‏סנה‎‏‎) kimi verilmişdir və bu söz xüsusilə moruğa aiddir. "Seneh" sözü "Sinay" haqqında söz oyunu olma ehtimalı da düşünülür. Rastafari hərəkatının bəzi nümayəndələri yanan kolun çətənə olduğuna inanırlar.
Daryarpaq ölməz kol
Dişli ölməz kol
Parlaq ölməz kol
Qırmızı pirakanta (lat. Pyracantha coccinea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü. Şərqi Aralıq dənizi sahilərinə məxsus nadir növüdür. Zaqafqaziyada, Krımda, İtaliyada, Fransada, keçmiş Yuqoslaviya ərazisində, Şimali İran və Türkiyədə rast gəlinir. Hündürlüyü 1-1,5 (2) m-ə qədər olan, iri budaqlı, tikanlarla əhatə olunmuş koldur. Yarpaqları qalın dərilidir, qışı keçirən, uzunsov-ellipsvari və ya uzunsov-neştərvari, bəzən yumurtaşəkilli formada olur, üst tərəfdən parlaq, tünd-yaşıl rəngli, alt tərəfdən tutqundur, cavan yarpaqları tüklu, daha sonra çılpaq olur, kənarları mişarvari-dairəvi dişlidir, saplağı qısadır. Qalxan çiçək qrupu budaqlanan olub, çoxçiçəklidir, sıxdır və qismən tüklüdür. Çiçəkləri xırda ağ və ya krem (açıq sarı) rəngdədir. Meyvələri şarşəkilli, parlaq narıncı-qırmızı və ya tünd qırmızı rəngdədir, noxud böyüklüyündədir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.
Qırmızı ölməz kol
Qızıl Kol (1930)
Qızıl kol (film, 1930)
Qızıl kol — rejissor Beybolat Askarov quruluşunda hazırlanan bədii film. Film ictimai-iqtisadi, siyasi-mədəni həyatda gedən dəyişikliklərdən bəhs edir. Film Qəmər Salamzadənin kinoda ilk işidir. Qəmər Salamzadə ilk azərbaycanlı qadın kinorejissordur. Ssenari müəllifi: Beybolat Askarov Quruluşçu rejissor: Beybolat Askarov Quruluşçu operator: İvan Tartakovski, İvan Manakov Rejissor assistenti: Ağarza Quliyev Rejissor köməkçisi: Qəmər Salamzadə Ağarza Quliyev Rüstəm Kazımov — Süleyman Sidqi Ruhulla Y.Novruzova Badisəba Lətif Səfərov Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 99.
La-Kol-sür-Lu
La-Kol-sür-Lu (fr. La Colle-sur-Loup) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Vilnyov-Lube kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Qərbi Kan-syur-Mer kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 9,82 km², əhalisi — 7434 nəfərdir (2006) artım tendensiyası ilə: 7726 nəfər (2012), əhalinin sıxlığı 786,8 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 7701 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 7726 nəfər.
Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi əvvəlcə Ali Bədii Emalatxana, sonralar Azərbaycan Ali Rəssamlıq Məktəbi adlanmış, 1929-cu ildən Rəssamlıq Pedaqoji Texnikumu, 1937-ci ildən Dövlət Rəssamlıq Məktəbi adı ilə fəaliyyət göstərmişdir. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir. 13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində yaradılmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Dekorativ-tətbiqi incəsənət; Rəngkarlıq; Qrafika üzrə texnik; Heykəltəraşlıq; Teatr dekor sənəti; Dizayn.
Azərbaycan SSR əməkdar kollektivlərinin siyahısı
Azərbaycan Dövlət Rəqs Ansamblı — 04.02.1991
Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri
Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri 1926-cı il, noyabrın 6-da, indiki Ə. Əlizadə-9 (keçmiş Fioletov-9) ünvanında Radio komitəsi fəaliyətə başlayır. 1931-ci ildə Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyirbəy Hacıbəylinin təşəbbüsü ilə, bu məkanda şərqdə ilk notlu xalq çalğı alətləri orkestri və indiki Niyazi adına simfonik orkestri yaradılır. Üzeyir bəyə o zamanlar Müslüm Maqamayev yaxından köməklik etmişdir. Azərbaycan Televiziya və Radiosunun Səsyazma evinin məqsədi dövlətin milli-mədəni musiqi həyatında ictimaiyyətə bir-birindən maraqlı layihələr təqdim etmək, milli mənəvi dəyərləri qorumaq, dövlətin hər bir uğurunu musiqi dili ilə dinləyicilərə çatdırmaq, yeni gənc nəslə peşəkar musiqini təbliğ etməkdir. Əməkdar artist Ramil Qasımovsəsyazma evinin direktoru və bədii rəhbəridir. 1 Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri 2 Niyazi adına Dövlət simfonik orkestri 3 Cahangir Cahangirov adına xor 4 Tofiq Əhmədov adına estrada-simfonik orkestri 5 Uşaq Musiqili Teatrının Əfsər Cavanşirov adına "Bənövşə" uşaq xoru 6 Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı 7 Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı 8 Vaqif Mustafazadə adına "Sevil" vokal-instrumental ansamblı 9 "Qaytağı" instrumental ansamblı 10 Uşaq Musiqili Teatrı Azərbaycan musiqi mədəniyyəti tarixininin incilərindən biri olan Səid Rüstəmov adına Əməkdar kollektiv xalq çalğı alətləri orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931-ci ildə yaradılmaqla, nəinki Azərbaycanda, hətta, bütün Şərq aləmində peşəkar notlu xalq çalğı alətləri orkestrinin əsasını qoymuş olur. İlk dövrlərdə orkestrin dirijoru və rəhbəri Üzeyir Hacıbəyli, konsertmeysteri isə Səid Rüstəmov olmuşdur. Orkestrin tərkibi isə ancaq kamança, saz, balaban, zurna, dəf, nağara alətlərindən ibarət olmuşdur. İlk heyəti Səid Rüstəmov, Əhmədxan Bakıxanov, onun qardaşı Məmmədxan Bakıxanov, Ağabacı Rzayeva, Əmrulla Məmmədbəyli, Cəvahir Həsənova, Tutu Kərimova, Məmmədağa Muradov, Süleyman Hüseynquluoğlu, Əbülfəz Fərəczadə, Xalıq Babayev, Əlihəsən Nuriyev, Xosrov Məlikov, Qılman Salahov, Qönçə İsrafilova, Hacıbaba Əliyev, Hacı Xanməmmədov, Ə. Quliyev və b.-dən ibarət idi. 1935-ci ildən sonra Üzeyir Hacıbəylinin təklifi ilə Səid Rüstəmov orkestrə baş dirijor və bədii rəhbər vəzifəsinə təyin olunur.
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci
Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində, Azərbaycan Texniki Universitetinin nəzdində olan orta-ixtisas təhsili müəssisəsi 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Rabitə Kolleci və Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumu birləşdirilərək onların bazasında yaradılmışdır. Bakı Rabitə Elektrotexnikumu 1931-ci ildə Bakı mərkəzi teleqrafın nəzdində fabrik-zavod təhsili bazası kimi fəaliyyətə başlamışdır. Texnikum 1990-cı ilədək keçmiş SSRİ Rabitə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmişdir. 1991-ci ildə SSRİ Rabitə Nazirliyinin 157 saylı əmri ilə texnikuma Azərbaycanda ilk dəfə olaraq kollec statusu verilmişdir və Bakı Rabitə Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci adlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2000-ci il tarixli fərmanı ilə kollec Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 140 saylı və Təhsil Nazirliyinin 786 saylı əmrinə müvafiq olaraq Bakı Rabitə Kollecinin bazasında Bakı Dəmir Yolu Texnikumu ilə birlikdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci yaradılmışdır. Bakı Dəmir Yolu Texnikumu 1933-cü ildən ZSFSR üçün peşə təhsili bazasında mütəxəssis hazırlanması üçün yaradılmışdır. 1946-cı ildən təhsil ocağı texnikum adlandırılmışdır. 1950-ci ildə Azərbaycan Dəmiryolu Zaqafqaziya Dəmir Yolundan ayrılaraq müstəqil olmuş və Dəmir Yolu Texnikumu SSRİ Yollar Nazirliyinin tabeçiliyində fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı Bakı Texniki Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci adlanmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: (ümumi orta təhsil bazası - 9 illik) Mühasibat uçotu; Avtomobil ve traktorqayırma; Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə); Qaldırıcı-nəqliyyat tikinti maşın ve avadanlıqlarının texniki istismarı; Nəqliyyatda daşımaların təşkili; Sənaye avadanlıqlarının quraşdırılması ve texniki istismarı; Nəqliyyat vasitələrinin təmiri və servisi.
Azərbaycan Universitet Kolleci
Azərbaycan Ali Təhsil İnstitutu (fars. موسسه آموزش عالی آذرآبادگان‎) və ya Azərbaycan Universitet Kolleci (ing. University College of Azarabadegan) — İranın Urmiya şəhərində özəl biznes məktəbi. Məktəb 2006-cı ildə təsis olunmuşdur.
Azərbaycan kolxozçusu, tank dəstəsi yaradaq! (film, 1942)
Azərbaycan kolxozçusu, tank dəstəsi yaradaq! filmi rejissor Mirzə Mustafayev tərəfindən 1942-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film-süjet "Ordenli Azərbaycan" kinojurnalının xüsusi buraxılışıdır. Film kolxozçular arasında tankların istehsalı üzrə fonda vəsait toplanması prosesinə həsr olunmuşdur. Film-süjet "Ordenli Azərbaycan" kinojurnalının xüsusi buraxılışıdır. Film kolxozçular arasında tankların istehsalı üzrə fonda vəsait toplanması prosesinə həsr olunmuşdur. Müəllif: Mirzə Mustafayev Operator: Mirzə Mustafayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Ağ kolbasa
Ağ kolbasa və ya vaysvurst (polş. Kiełbasa biała, alm. Weißwurst) — qaynadılmaq üçün sosiska şəklində kolbasadır. Əsas tərkibi dana əti, donuz piyi və təbii dadlandırıcılardır. Onun istehsalında nitratdan istifadə olunur. Rəngi açıq boz rəngdir. Almaniyada bu kolbasaların bir neçə növü mövcuddur. Onlardan ən məşhurları — münxen, silez və hamburq kolbasalarıdır. Bu kolbasanı adətən dekabr ayında hazırlayırlar. Onu yeni ildə və milad bayramlarında yeyirlər.
Ağcabədi Pedaqoji Kolleci
Ağcabədi Pedaqoji Kolleci (əvvəlki adı: Ağcabədi Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı Ağcabədi Pedaqoji Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. Hazırda ən qabaqcıl orta ixtisas təhsili müəssisələrindəndir. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi; Musiqi müəllimliyi; İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Məktəbəqədər təlim və tərbiyə.
Ağdam Dövlət Sosial-İqtisadi Kolleci
Ağdam Dövlət Sosial-İqtisadi Kolleci — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Ağdam Kənd Təsərrüfatı və Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi texnikumları birləşdirilərək onların bazasında yaradılmışdır.
Ağdam Musiqi Kolleci
Ağdam Musiqi Kolleci (əvvəlki adı: Ağdam Musiqi Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı Ağdam Musiqi Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti Aşıq sənəti Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Aşıq Məhəmməd Kolanlı
Aşıq Məhəmməd Kolanlı — XX əsr Azərbaycan aşığı. Aşıq Məhəmməd Kolanlı (Səfərov) 1903-cü ildə Ağdam rayonunun Kolanı bölgəsinin Qalayçılar kəndində anadan olub. Qarabağ aşıq mühitinin ustad aşıqlarındandır. 1942-ci ildə İkinci Dünya Müharibəsinə yollanmış, 1944-cü ildə yaralanaraq cəbhədən qayıtmışdır. Aşıq Xosrov Məhəmmədoğlunun atasıdır. Aşıq Məhəmməd Kolanlı 1977-ci ildə vəfat etmişdir. Aşıq Məhəmməd Kolanlı ustad aşıq kimi 25 dastanı ("Abbas və Gülgəz", "Şah İsmayıl və Gülgəz", "Məhəmməd və gürcü qızı", "Alıxan və Pəri xanım", "Dilsuz və Xəzangül", "Əmrah", "Novruz və Qəndab", "Valeh və Zərnigar" və b.) sinədən bilmiş, 16 şagirdi (Boyəhmədli Aşıq Mustafa, Aşıq Möhübbət (Kor Möhübbət), Sırxavəndli Aşıq Yunis, Papravəndli Aşıq Əli Mirzəyev, böyük oğlu Kərəm, kiçik oğlu Aşıq Xosrov, Aşıq Hüseyn Məmmədov və b.) olmuşdur. Ustad sənətkar öz həyatından bəhs edən "Məhəmməd və Şahandaz" dastanını yaratmışdır.
Bala Kolatan
Bala Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bala Kolatan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Oykonim Külotan variantında da qeydə alınmışdır. Əvvəllər bıı ərazidə bir Kolatan kəndi mövcud idi. Sonralar indiki Bala Kolatan yaşayış məntəqəsi yarandıqda keçmiş Kolatan kəndi Böyük Kolatan adlandırılmışdır. Talış dilində "meşədə təmizlənmiş, açılmış sahə" (tala) külət adlanır. Digər məlumatlara görə Qədə Kuləton talış dilində "Qədə" – kiçik, "Kulət" – meşənin içindəki təbii çəmənlik və ya yaşamaq, əkinçilik və heyvandarlıq məqsədilə insanlar tərəfindən ağaclardan təmizlənmiş meşə ərazisi, "on" – cəm şəkilçisi mənasını verir. "Kulət" sözünün "çəmənlik", "Qədə Kuləton" sözünün rus dilindəki analoqu "Маленкие луга" ola bilər. Bala Kolatanın indiki tarixi çoxda qədim deyil və təxminən 250 ildən bir az çoxdur. Bala Kolatanın yuxarı məhəlləsinin ilk sakinləri indiki Lerik rayonunun Mastail kəndindən gəliblər.
Balıktax çayı (Koletnı)
Balıktax çayı (Balıqlı çay) — Kotelnı adası ərazazisindən axan çay. İnzibati cəhətdən Rusiya Federasiyası, Yakutiya ərazisinə daxildir. Adanın ən böyük çayıdır. Çay öz adını onun sularında yaşayan balıqlardan alır. 130 metr yüksəklikdən başlayır. 209 km məsafədə uzanır. Sahəsi 4110 km² təşkil edir. Qərbinin mərkəzi hissəsindən başlayır. Şərqi Sibir dənizində yerləşən Yakov Smirniski buxtasına tökülür. Mənsəbdə qollara ayrıldığı hissədə çayın eni 110 metrdir.
Baş Mil-Muğan kollektoru
Baş Şirvan kollektoru — Azərbaycan Respublikası Mil-Muğan düzündən çəkilmiş kollektor-drenaj sistemi. Tikintisinə 1984-cü ildə başlanılmışdır. Layihə üzrə uzunluğu qolları ilə birlikdə 185,89 km olmalı idi. 1994-cü ildə uzunluğu 59 km olan birinci hissə (Sabirabad və Saatlı rayonları), 2000-ci ildə isə 52,7 km olan ikinci hissə istifadəyə verilmişdir. Suburaxma qabiliyyəti 107 m³/san təşkil edir. Drenaj sularını Xəzər dənizinə çatdırır. Azərbaycanda ilk dəfə olaraq üzərində mürəkkəb konstruksiyalı balıqqoruyucuqurğu inşa edilmişdir.
Baş Şirvan kollektoru
Baş Şirvan kollektoru — Azərbaycan Respublikası ərazisində çəkilmiş kollektor-drenaj sistemi. Mil, Şirvan və Qarabağ düzlərindən keçir. 1964-cı ildə istismara verilmişdir. Şirvan düzünün Ağdaş rayonu ərazisindən başlayır və Kür çayının sol sahili boyunca suvarılan ərazilərin drenaj sularını Xəzər dənizinə tökür. Uzunluğu 216 km-dir. Suburaxma qabiliyyəti 44 m³/san, orta su sərfiyyatı 18 m³/san təşkil edir. Uzunluğu 150 km olan Mil-Qarabağ və uzunluğu 70 km olan Aşağı Şirvan kollektorları ilə birləşir. Ümumilikdə 174600 ha ərazinin vəziyyətini yaxşılaşdırır.
Beşinci kolon
Beşinci kolonna (isp. Quinta columna) — İspaniyada vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Beşinci kolonna
Beşinci kolonna (isp. Quinta columna) — İspaniyada vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Bibiheybət İslam Kolleci
Birləşmiş Kolumbiya Ştatları
Birləşmiş Kolumbiya Ştatları (isp. Estados Unidos de Colombia).Ölkə Mərkəzi və Cənubi Amerika regionunda yerləşirdi.XIX-əsrin ikinçi yarısında mövcud olmuş dövlət. 1863-ci ildə Qranada Konfederasiyası dağılır.Konfederasiyasının dağılması 1860-1862 ci illərdəki vətəndaş müharibəsi baş verir.Buna səbəb konservantların mərkəzlışdirmə siyasəti olurki liberallar buna kəskin etirazını bildirərək konstutsiyanın kobud şəkildə pozulduğunu bildirirlər.1862-ci ildə Yeni Qranada Respublikası keçmiş prezidenti Tomas Sipriona de Moskera konfederasiya prezidentini həbs edərək ,özünü prezident elan edir və paytaxtı Boqotaya köçürür.Müvqqəti hökumət təkil edilir,konfederasiya Birləşmiş Yeni Qranada Ştatlarına (isp. Estados Unidos de Nuvea Grandi)çevrilir.Vətəndaş müharibənin bitməsini rəsmiləşdirmək üçün Rioneqroda konfrans təkil edilir və bunun nətiçəsində konstutsiya təstiqlənır.Bu konstutsiyaya görə ölkə Birləşmiş Kolumbiya Ştatları adlanır.Mərkəzi hökumətin hərbi və siyasi səlahiyyətlərinin azaldılması konstutsiyada öz əksini tapırdı.Bununda nətiçəsində vətəndaş münaqişələrinin girdabına yuvarlanır.Ən güçlüsü 1875-1877 ci illərdə vətəndaş müharibəsinə çevrilir.1886-cı ildə prezident Rafael Nunesin təziqi ilə yeni konstutsiya yaradılır.Federasiya ləğv edilərək mərkəzləşdirmə həyata keçirilir və ölkə Kolumbiya Respublikası adlandırılır.
Bizim kolxoz (film, 1959)
Bizim kolxoz qısametrajlı sənədli filmi rejissor Əli Musayev tərəfindən 1959-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Mərəzə rayonundakı Xilmilli kəndindən, onun əmək adamlarından bəhs edir. Film Mərəzə rayonundakı Xilmilli kəndindən, onun əmək adamlarından bəhs edir.
Britaniya Kolumbiyası
Britaniya Kolumbiyası (ing. British Columbia [ˌbrɪtɨʃ kəˈlʌmbiə], fr. Colombie-Britannique) — Kanadada əyalət, inzibati mərkəzi Viktoriya şəhəridir. Ən böyük şəhər Vankuverdir, ölkənin üçüncü böyük metropol sahəsi və Pasifik Şimal-Qərbindəki ikinci böyük şəhərdir. 2009-cu ildə vilayətin əhalisi 4.419.974 (təxminən iki milyonu Böyük Vankuverdə yaşayırdı) olaraq qiymətləndirildi. Britaniya Kolumbiyası iqtisadiyyatı ilk növbədə təbii qaynaqlara əsaslanır. Qitələrarası yolların və dəmir yollarının son nöqtəsidir və Sakit okean bölgəsindəki aktiv beynəlxalq ticarətə imkan verən ən böyük limanlara ev sahibliyi edir. İsti iqlimi sayəsində, torpaqlarının 5% -dən azının əkinə yararlı olmasına baxmayaraq, vilayət, xüsusilə Fraser və Okanagan Vadisində kənd təsərrüfatını inkişaf etdirdi. İqlim açıq istirahət və turizmin inkişafı üçün əlverişlidir, baxmayaraq ki, ağac kəsmə və mədənçilik uzun müddət vilayətin iqtisadi onurğa sütunu olmuşdur. Əyalətin adı Britaniya Kolumbiyası 1858-ci ildə İngilis olduqdan sonra Kraliça Viktoriya tərəfindən seçildi.
Britaniya Kolumbiyası Universiteti
Britaniya Kolumbiyası Universiteti (ing. University of British Columbia) — Kanadanın Britaniya Kolumbiyası əyalətinin Vankuver şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. 1908-ci ildə Kanadanın Britaniya Kolumbiyası əyalətində universitet yaradılması haqqında qanun qəbul edilir, lakin harada yerləşməsi qeyd olunmur. Qanuna əsasən, yaradılacaq universitetin akademik işlər üzrə Senatı, Çağırışı, İdarəçilər Şurası təsdiq edilir. 1910-cu ildə bütün əyaləti axtardıqdan sonra Vankuver şəhərinin Point Qrey ərazisi gələcək kampusun salınacağı yer kimi müəyyənləşir. 1912-ci ildə universitet Çağırışının ilk iclası keçirilir və doktor Frensis Karter-Kotton yaradılacaq universitetin ilk kansleri, prezidenti isə bir il sonra Frank Ferçayld Uesbruk seçilir. 1914-cü ildə Point Qreydə universitetin ilk binalarının tikintisi həyata keçirilir, lakin I Dünya müharibəsinin başlanması işlərin ləngiməsinə səbəb olur. 1915-ci ildə Vankuver şəhərində yerləşən keçmiş MakGill Universiteti Kollecinin qərargahında Britaniya Kolumbiyası Universiteti yaradılır. Universitet üç fakültə — incəsənət, tətbiqi elmlər, kənd təsərrüfatı fakültələrindən ibarət olur. Həmin ilin sentyabrında buraya 379 tələbə qəbul olunur.
Böyük Adron Kollayderi
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
Bütün ruhlar kolleci
Bütün ruhlar kolleci (ing. All Souls College, /ˈɔ:l səʋls ’kɒlɪdʒ/) — rəsmi adı Oksford Universitetində Ölən Bütün Saleh İnsanların Ruhları Müdiri və Kolleci (ing. The Warden and the College of the Souls of all Faithful People deceased in the University of Oxford) — Oksford Universitetinin kolleci. Təhsil müəssisəsinin xüsusiyyəti ondan ibarətdir ki, bütün tələbələri avtomatik olaraq kollecin rəhbər orqanının həqiqi üzvlərinə çevrilirlər. Burada bakalavr dərəcəsi yoxdur, lakin hər il digər kolleclərin məzunlarına yazılı testlər və müsahibələr şəklində müsabiqə imtahanından keçmək lazım olduğu təqaüd üçün ekspert komissiyasına müraciət etmək imkanı verilir. Bütün ruhlar kolleci Oksfordun ən zəngin kolleclərindən biridir. 2012-ci ildə maliyyə mənbələri 245 milyon funt sterlinqə bərabər olmuşdur. Qurumun yeganə gəlir mənbəyi ianə olduğu üçün, Oksford kollecləri arasında cəmi gəlirdə yalnız 19-cu yerdədir. 2008-ci ildən bəri təhsil müəssisəsinin rəhbəri ser Con Vikkersdir. Kollec 10 fevral 1438-ci ildə Kral VI Henri və Kenterberin baş arxepiskopu Henri Çiçeli tərəfindən quruldu.
Böyük Qafqazın arid meşə-kol landşaftları

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.07 dəfə / 1 mln.
2002 •••••• 3.43
2003 •• 0.79
2004 ••••••••••••• 8.09
2005 ••• 1.35
2006 ••••••• 4.05
2007 ••••••••• 5.92
2008 ••••••• 4.39
2009 •••••• 4.00
2010 ••••••••••••••••••• 12.62
2011 ••••••••• 5.40
2012 •••••• 3.53
2013 •••••••••• 6.56
2014 •••••• 3.78
2015 •••••••• 5.27
2016 •••••••••••••••••••• 13.36
2017 ••••••••••••••••• 10.89
2018 ••••••••••••••• 9.44
2019 •••••••••••••••• 10.57
2020 •••••••••••• 7.56

kol sözünün leksik mənası və izahı

  • 1 is. Torpaqdan qol-budaq şəklində ayrılan alçaq, ağacaoxşar bitki. Yasəmən kolu. Qaratikan kolu. Çay kolu. Nar kolu. – Kolların və ağacların budağı arasında oxuyan quşlar da yuvalarına çəkilməkdə idilər. H.Nəzərli. [Səməd] çəpərin kölgəsində yaşıl qalmış nar kollarının dibinə arx çəkdi, suvardı. İ.Hüseynov. □ Kola yatmaq (girmək) – kolun dalında və ya içində gizlənmək. [Cuma] ara qarışdığından və çaxnaşmadan istifadə edərkən ancaq hara gedəcəyini bilmədən dayanıb kola yatdı. Ə.Əbülhəsən. ◊ (Bu kol) sən (o) girən kol deyil – sən (o) bacaran iş deyil, sənin (onun) hünəri deyil, sən bacarmazsan (o bacarmaz). [Hacı Murad:] İmran da istədi ki, atası Şeyx Əlidən qalan malı məndən istəsin, gördü ki, xeyr, o, girən kol deyil. S.S.Axundov. [Dilbər xanım:] Cəbi, bu kol sən girən kol deyil ha, özünü gözlə! N.Vəzirov.

    Azərbaycan dilinin izahlı lüğəti / kol

kol sözünün rus dilinə tərcüməsi

  • 1 куст, кустарник

    Azərbaycanca-rusca lüğət / kol
  • 2 I сущ. 1. куст: 1) древовидное растение, раветвляющееся от самого основания. Nar kolu гранатовый куст, çay kolu куст чая, qızılgül kolu куст розы 2) травянистое растение со стеблями, отходящими от основания пучком. Gicitkən kolu куст крапивы 2. собир. кустарник (заросли кустов) II прил. кустарниковый: 1) растущий в виде кустов, кустами. Kol bikiləri кустарниковые растения, kol cinsləri лес. кустарниковые породы 2. состоящий из кустов. Kol cəngəllikləri кустарниковые заросли ◊ kolda gizlənmək спрятаться, уйти в кусты; kolda yatmaq см. kolda gizlənmək; sən (mən, o) girən kol deyil не твоего (моего, его) ума дело

    Azərbaycanca-rusca lüğət / kol

kol sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. bush; shrub; qızılgül ~u a rose bush; tikanlı ~ thorn-bearing / thorny / spiny shrub; ~ basmaq to be* covered with bushes / shrubs; ətrafına ~ basmaq / ətrafını ~la örtmək to bush (d.); ◊ qaçıb ~a girmək (qorxaqlıq etmək) ≅ to show the white feather; Bu sən (mən, o və s.) girən kol deyil ≅ It is beyond your (my, his, etc.) understanding / ability / power II. s.: ~ bitkisi shrub; ~ bitkiləri shrubs

    Azərbaycanca-ingiliscə lüğət / kol

kol sözünün fransız dilinə tərcüməsi

kol sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. кул; вал; yemişan kolu инидин кул; çay kolu чайдин кул; // kola yatmaq (girmək) кулара (валара) гьахьун, куларин кьулухъ ва я арада чуьнуьх хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / kol

kol sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Zaqatala) meşə

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kol" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kol nədir? #kol sözünün mənası #kol nə deməkdir? #kol sözünün izahı #kol sözünün yazılışı #kol necə yazılır? #kol sözünün düzgün yazılışı #kol leksik mənası #kol sözünün sinonimi #kol sözünün yaxın mənalı sözlər #kol sözünün əks mənası #kol sözünün etimologiyası #kol sözünün orfoqrafiyası #kol rusca #kol inglisça #kol fransızca #kol sözünün istifadəsi #sözlük