kolluq sözü azərbaycan dilində

kolluq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kolluq • 91.8605%
  • Kolluq • 8.1395%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kolluq atlanqaçı
Kolluq atlanqaçı (lat. Elephantulus intufi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Kolluq dukeri
Kolluq dukeri (lat. Sylvicapra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Kolluq qaytarması
Kolşəkilli dazifora (lat. Dasiphora fruticosa) - dazifora cinsinə aid bitki növü.
Adi kolluq dukeri
Adi kolluq dukeri (lat. Sylvicapra grimmia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin kolluq dukeri cinsinə aid heyvan növü.
Kiçik Asiya kolluq siçanı
Kiçik asiya kolluq siçanı (lat. Microtus majori) , (Rodentia) dəstəsindan bir Məməli növü.
Şelkovnikov kolluq çöl siçanı
Şelkovnikov kolluq çöl siçanı (lat. Microtus schelkovnikovi) — Rodentia dəstəsindan bir Məməli növü. Bədəninin uzunluğu 107 mm, quyruğunun uzunluğu 18–24 mm-ə qədər, çəkisi 7–10 qramdır. Üst tərəfinin rəngi tünd boz, qonurumtul çalarlıdır. Quyruğu aşkar ikirənglidir. Dişilərdə 4 cüt əmzik var. Şelkovnikov çöl siçanının arealı Lənkəran təbii vilayətinin dağətəyi və dağlıq meşə əraziləri ilə məhdudlaşır. Onun İranda Elburs dağının şimal yamaclarında yaşaması ehtimal edilir. 150–1000 m hündürlükdə meşələrdə tökülmüş yarpaqların və lianların arasinda yaşayır. Əldə edilmiş dişilərdə 3–6 rüşeym aşkar edilmişdir.
Böyük Qafqazın alçaqdağlığın palıd, palıd-vələs meşə-kolluqları
Kolluqışlaq
Kolluqışlaq — Azərbaycan Respublikasının Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində kənd. Kolluqışlaq kəndi dağətəyi ərazidədir. Əvvəllər burada Pirdavudan kəndinin (İrəvan quberniyası) qışlağı olmuşdur. Qışlaq kollu-koslu olduğu üçün belə adlandırılmışdır. Sonralar burada salınmış kənd də həmin adı almışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.

kolluq sözünün leksik mənası və izahı

  • 1 is. Kollardan ibarət sahə; kolu çox olan, kol basmış yer. Kolluğu qırmaq. Kolluqda gizlənmək. [Tarverdi:] Mənim kolluq içində iki yüz yoldaşım yatır. M.F.Axundzadə. …Sıx kolluqdan yavaşyavaş baharın dirçəldib dilə gətirdiyi quşların pıçıltısı ucalırdı. Ə.Əbülhəsən. // Sif. mənasında. Kolluq sahə. – Abbas qulançar yığa-yığa çəməndən xeyli uzaqlaşıb bir kolluq dərəyə düşmüşdü. S.S.Axundov. Dəhnənin yuxarı tərəfi kolluq, qayalıq bir yer idi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / kolluq

kolluq sözünün rus dilinə tərcüməsi

  • 1 заросль; место, заросшее кустарником

    Azərbaycanca-rusca lüğət / kolluq
  • 2 I сущ. кустарник (заросли кустов); место, заросшее кустарником. Kolluğu qırmaq вырубать кустарник, kolluqda gizlənmək спрятаться в кустарнике II прил. кустарниковый: 1. заросший кустарником. Kolluq sahə кустарниковая площадь 2. растущий кустами. Kolluq bitkiləri кустарниковая растительность

    Azərbaycanca-rusca lüğət / kolluq

kolluq sözünün inglis dilinə tərcüməsi

kolluq sözünün fransız dilinə tərcüməsi

kolluq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. сущ. валар, валар-цацар, валар (кулар, цацар) гзаф авай чка; 2. прил. валар авай, кулари (валари) кьур (мес. ккам).

    Azərbaycanca-ləzgicə lüğəti / kolluq

"kolluq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kolluq nədir? #kolluq sözünün mənası #kolluq nə deməkdir? #kolluq sözünün izahı #kolluq sözünün yazılışı #kolluq necə yazılır? #kolluq sözünün düzgün yazılışı #kolluq leksik mənası #kolluq sözünün sinonimi #kolluq sözünün yaxın mənalı sözlər #kolluq sözünün əks mənası #kolluq sözünün etimologiyası #kolluq sözünün orfoqrafiyası #kolluq rusca #kolluq inglisça #kolluq fransızca #kolluq sözünün istifadəsi #sözlük