* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Kor adamın halı, gözü görməmə. [Salman:] O mənim atamın korluğuna sataşdı. Ə.Haqverdiyev. [Məsmə:] [Ərimgil] gözsüzlük bədbəxtliyini, korluq fəlakətini özləri üçün bir nemət hesab edirdilər. S.Hüseyn. [Zeynal] korluğa qismən adət etmişdisə də, yenə çox əziyyət çəkirdi. B.Bayramov. 2. məc. Ətrafında baş verən hadisələri görməyi və ona qiymət verməyi bacarmama; bəsirətsizlik, uzaqgörməzlik, qəflət. Siyasi korluq. ◊ Rəng korluğu – bax daltonizm.
Azərbaycan dilinin izahlı lüğəti / korluq2 is. Ehtiyac, çatışmazlıq, sıxıntı, əziyyət. [Osetiya torpağının] çaydan, sudan korluğu yoxdur. M.İbrahimov. [Pakizə xala:] Mən onu ayazda, soyuqda, pis gündə, korluqda böyütməkdə ikən məktəb onu qucağına aldı. Mir Cəlal. □ Korluq vermək – 1) başqasını incitmək, əziyyət vermək. Qonşuya korluq vermək; 2) sıxıntı vermək, lazımi qaydada baxmamaq. [Gülsənəm:] Yox, oğul, insafən biz mal-qaraya korluq vermədik. M.Hüseyn. [Bərbərzadə:] Mən isə, tərsinə, özümə korluq verən deyiləm. S.Rəhman. Uşaq olma, yeməyinə korluq versən zəif düşərsən… Mir Cəlal. Korluq etmək dan. – müəyyən müddət üçün hazırlıq görmək, azuqə toplamaq. Taxıl korluq etmək. Ağac (odun) korluq etmək. Korluq çəkmək – ehtiyacda olmaq, sıxıntı çəkmək, zillət çəkmək, ağır günlər keçirmək, əziyyət çəkmək. Sudan korluq çəkmək. Paltardan korluq çəkmək. – [Hacı Osman:] Bu il qoyunlarımız korluq çəkməyəcəklər ki. N.Vəzirov. [Hacı Əhməd Almaza:] Biz eşitdik, azuqə sarıdan korluq çəkirsiniz. C.Cabbarlı. [Müvəkkil Firəngizə:] Görünür yamanca korluq çəkmisiniz. B.Bayramov. Korluğunu çəkmək – birinin olmamasından mənəvi əzab hiss etmək, birinin intizarında olmaq, həsrətini çəkmək. [Qurban:] Sabahın xeyir, a Fatmanisə, kişinin korluğunu çəkmirsən ki. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / korluq1 1. слепота; 2. перен. непроницательность, недальновидность; 3. нужда, нуждаемость;
Azərbaycanca-rusca lüğət / korluq2 1 сущ. слепота: 1. полное или частичное отсутствие зрения 2. перен. неумение понимать, разбираться в чем-л., правильно судить о чём-л. Siyasi korluq политическая слепота ◊ toyuq korluğu куриная слепота (болезнь глаз, при которой человек не видит при слабом освещении, в темноте); rəng korluğu дальтонизм (неспособность различать некоторые цвета) 2 сущ. разг. нужда: 1. отсутствие достаточных средств к существованию; бедность; лишения, нехватки. Korluqda böyümək расти, вырасти в нужде, həyatda çoxlu korluq görmək испытать много лишений в жизни 2. потребности в ком-, чём- л., необходимость чего-л. ◊ korluq vermək kimə стеснять кого в чем, чем (ограничивать кого в чем); korluq çəkmək нуждаться, испытывать нужду в чём-л. Sudan korluq çəkmək нуждаться в воде; puldan korluq çəkir (он) испытывает нужду в деньгах; korluğunu çəkmək kimin тосковать, испытывать тоску о ком, по ком
Azərbaycanca-rusca lüğət / korluq1 I. i. blindness II. i. 1. (ehtiyac) need, want; (qıtlıq) famine; su korluğu water famine; 2. (narahatlıq, əziyyət) trouble; 3. (ziyan) damage, harm; ~ vermək: 1) (pis təchiz etmək) to stint smb. in smth; 2) (narahat etmək) to trouble (d.); 3) (ziyan vurmaq) to damage (d.); to harm (d.); Özünə korluq vermə Don’t stint yourself Uşaqlara yeməkdən korluq vermə Never stint the children in food; Qoyma uşaqlar qonşulara korluq versinlər Don’t let the children trouble your neighbours; Bu böcəklər bitkilərə çox korluq verirlər These insects damage / harm the plants very much; ~ çəkmək to be* in need (of), to be* hard-up; puldan ~ çəkmək to be* in need of money
Azərbaycanca-ingiliscə lüğət / korluq1 is. 1) cécité f ; 2) is. besoin m ; su korluğu manque f d’eau ; inquiétude f ; trouble m, agitation f, émotion f ; özünə korluq vermə! ne te gêne pas! ~ çəkmək être dans la gêne, être dans le besoin, tomber vi (ê) dans la dèche (fam.) ; puldan ~ çəkmək avoir besoin de l’argent, manquer d’argent
Azərbaycanca-fransızca lüğət / korluq1 сущ. 1. буьркьуьвал, буьркьуь касдин гьал, вилериз такун; 2. пер. басаратсузвал, къвезмай (жезмай) крар фагьумиз (кьатӀуз, акваз) тахьун, авамвал, буьндуьгуьрвал; ** rəng korluğu кил. daltonizm.
Azərbaycanca-ləzgicə lüğəti / korluq2 сущ. игьтияж, дарвал, кимивал, азият, агакь тийир (кими) затӀ; // korluq vermək азият гун а) масад инжиклу авун; б) дарвал гун, лазим тир къайдада килиг тавун (мес. жуваз); korluq etmək рах. гьазурвал акун, кӀватӀун (мес. техил, недай затӀар, векь-кӀарас); korluq çəkmək дарвал чӀугун, азият чӀугун, зиллет чӀугун, каш-мекь чӀугун, игьтияждик хьун; korluğunu çəkmək садан гьасрет чӀугун, садахъ цӀигел хьун, сад тахьуникай руьгьдин азаб гьисс авун.
Azərbaycanca-ləzgicə lüğəti / korluq