qoltuq sözü azərbaycan dilində

qoltuq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qoltuq • 81.8750%
  • Qoltuq • 18.1250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qoltuq arteriyası
Qoltuq arteriyası – lat. arteria axillaris körpücükaltı arteriyanın ardını təşkil edərək birinci qabırğanın bayır kənarından böyük döş əzələsinin aşağı kənarınadək gedir və bazuya keçərək bazu arteriyasını – lat. a. brachialis adlanır. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Qoltuq blokadası
Qoltuq blokadası, aksillar blokada — periferik regional anesteziya metodu olub, əsasən yuxarı ətraflarda aparılan xüsusilə mil, dirsək, bilək, əldarağı, falanqa sümüklərinin osteosintezlərində, barmaqların replantasiya əməliyyatlarında həm anesteziya həm də əməliyyat sonrakı ağrılara qarşı müalicə üsulu kimi tətbiq edilir. Bu zaman blokada müvafiq qoltuq nahiyəsindən xüsusi iynə vasitəilə daxil olaraq, yerli keyləşdirici preparat yeridilməklə əldə edilir. Bu üsul qoltuqdan inyeksiya olduğuna görə qoltuq blokadası yaxud aksillar blokada adlandırılır. Uzunmüddətli müalicə üçün isə xüsusi iynənin mənfəzindən kateter yridilir. Kateter dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrinin təşkil etdiyi bazu kələfinə yerləşdirilir. Xüsusi portatip infuziya nasosu ilə kateterə davamlı olaraq yerli keyləşdirici preparat yeridilir. Bu zaman anesteziyanın müddəti tətbiq olunan preparatın təsir qüvvəsindən, həcmindən, inyeksiyanın dəqiq icra edilməsindən asılı olaraq qısala və uzana bilir. Regional anesteziya müşahidə manitoru altında (EKQ, arterial təzyiq, pulsoksimetr) tam sterillik göznəlilməklə icra edilməlidir. İlk olaraq müdaxilə olunacaq nahiyə tibbi benzin vasitəsilə yağsızlaşdırılmalı, dezinfeksion məhlulla üç dəfə yuyulmalı və steril materialla izolə olunmalıdır. Punksiya olunan yer yerli keyləşdirici inyeksiyası ilə infiltirasiyalaşdırılır.
Qoltuq körfəzi
Qoltuq körfəzi - Xəzər dənizinin qərb sahilində Azərbaycan ərazisində yerləşir. Körfəz Kür çayının təsiri ilə yaranan, dənizin içərilərinə doğru irəliləmiş deltanın cənubunda yerləşir. Körfəz materik ilə delta arasında yerləşdiyindən Qoltuğu xatırladır. Körfəz dayazlığı ilə seçilir. Səbəb isə Kürün dənizə axıtdığı lildir. Dərinlik bəzi yerlərdə hətta 50 sm qədər azalır. Dəniz suyuna nisbətən şorluğu azdır. Körfəzə Ana Kür çayı axır.
Qoltuq nağara
Nağaranın bu növü, adətən, zurna, balaban və başqa alətlər qrupunda istifadə edilir (şəkil). Əvvəllər onun üzünə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Hazırda ansambl və orkestrlərin tərkibində aparıcı alət kimi çalınan qoltuq nağaranın rolu böyükdür. Nağara ərəb sözü olub, "döyəcləmək", "taqqıldatmaq" mənasını verir. Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki yüngül çubuqla da çalınır. Çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa üsullarından istifadə edilir. Çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür. Açıq havada sərbəst çalınır. Folklor ənənələrində, xalq oyunu tamaşalarında, eləcə də "Cəngi", "Yallı" və bu növ rəqslərdə qoltuq nağaradan istifadə edilir.
Züd-Ost Qoltuq
Züd-Ost Qoltuq — (Cənub-Şərqi Qoltuq) Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Züd-Ost Qoltuq kəndi Azərbaycan SSR dönəmində təsis edilib. Kəndin adı alman dilindən tərcümədə "Cənub-Şərq Kolu" mənasını verir və bu da onun coğrafi mövqeyinə işarə edir. Kənddə Sovet dövrünün tipik infrastrukturu mövcud idi. Buraya məktəb, tibb müəssisəsi və kənd təsərrüfatı obyektləri, kitabxana, qış və yay kinoklubları daxildir. Sovetlər dağılandan sonra kəndin bəzi obyektləri fəaliyyətini dayandırmışdır. Kürün deltasında, çayla Xəzərin əmələ gətirdiyi bucaqda Qoltuq adlı iki yaşayış məskəni var. Züd-Ost (Cənub-Şərq) və Nord-Ost (Şimal-Şərq) adlanan Qoltuq kəndləri XIX əsrin son rübündə təşəkkül tapmış, əsrimizin əvvəllərində isə xeyli genişlənmişdir. Bucaq mənası bildirən Qoltuq əsl türk sözüdür və körfəz kimi coğrafi anlayış bildirir. Bu söz dilimizin izahlı lüğətində çay və dəniz sahilində su girintisi, körfəz kimi mənalandırılır.
Qoltuqçiçək canavargiləsi
Qoltuqçiçək canavargiləsi (lat. Daphne axilliflora) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. Rusiya (Dağıstan), Gürcüstan və Kiçik Asiyada təbii arealı vardır. Təbii halda Göyçay rayonunda rast gəlinir. Azərbaycanın nadir bitkisidir.VU D2. Tək-tək və ya qrup şəklində palıd-vələs meşələrində müşahidə edilir. Azərbaycanda arealı geniş deyildir. Təbiətdə qısaboylu, budaqlı kol bitkisidir. Budaqlarının rəngi bozumtul rəngdə olur. Canavargiləsinin yarpaqları ellipsşəkilli və ya uzunsuv neştərşəkilli olur.

qoltuq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Qolun, döşün yanı ilə çiyin bəndinin altındakı hissəsi, qolun çiyinlə birləşdiyi yerin altındakı çuxur. Kitabı vurun qoltuğunuza və Arazı hoppanın, keçin … vətəninizə. C.Məmmədquluzadə. Götürüb qoltuğuna çantasını; Məktəbə şövqi-tamam ilə gedir. A.Səhhət. Dağlardan gah çantası quş dolu ovçular, gah da qoltuğu kitablı məktəbli uşaqlarının endiyini gördüm. S.Rüstəm. Atası iki əli ilə qoltuğunun altından yapışıb onu havaya qaldırar, atıb-tutardı. M.Rzaquluzadə. □ Qoltuq cibi – paltarın iç tərəfində döşün üstünə düşən cib. Xudayar bəy çubuğu doldurub, … əlini qoltuq cibinə uzadıb və bir çimdik qov çıxardıb tutdu … ağanın qabağına. C.Məmmədquluzadə. [Məhbusi] sonra şalvarın cibinə soxuşdurduğu yüz tüməni çıxarıb səliqə ilə bükdü və qoltuq cibinə qoydu. M.İbrahimov. 2. Çay və ya dəniz sahilində su girintisi, körfəz. ◊ Qoltuğa girmək – 1) gəzə bilməyən və ya xəstə bir adamın yeriməsinə kömək etmək, onu ayağa qaldırmaq; 2) sıxılmaq, özünü gizləmək, ortaya çıxmamaq, küncbucağa qısılmaq. Qoltuğa sığınmaq – 1) bax qoltuğa girmək 2-ci mənada; 2) pənah aparmaq, birinin himayəsi altına girmək. Qoltuğa soxulmaq – bax qoltuğa girmək 2-ci mənada. Qoltuğu altına almaq – himayəsi altına almaq, pərəstarlıq etmək. Qoltuğu şişmək – bax qoltuğunun altı şişmək. Padşah fərəhləndi ki, belə bir qulu var. Qonaqların yanında qoltuğu şişdi. (Nağıl). Qoltuğuna qarpız vermək – 1) çox tərifləmək, həddindən artıq şişirtmək; 2) ələ salmaq məqsədilə birini üzünə tərifləmək. Qoltuğuna vermək (papağını, xoruzunu, şələsini və s.) – 1) biabır etmək, ifşa etmək; 2) rüsvayçılıqla qovmaq. Həsənağa kimi zalımın biri getdi naçalnikdən xahiş elədi, bir də görəcəksən, papağımı qoltuğuma verib saldılar eşiyə. Ə.Haqverdiyev. Qoltuğunun altı şişmək – lovğalanmaq, təşəxxüslənmək, qürrələnmək (təriflənmək nəticəsində). Qoltuğunun altına (qarpız) vermək – birini həvəsləndirmək, bir işi gördürmək, yaxud ələ salmaq üçün yalandan üzünə tərifləmək. Qoltuq altında yaşamaq – birinin himayəsi altında yaşamaq.

    Azərbaycan dilinin izahlı lüğəti / qoltuq
  • 2 (türkkünc, dalan) Xəzər, Aral dənizlərində və Baykal gölündə qurunun içərilərinə doğru uzanan kiçik dar körfəzlər. култук kultuk

    Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / qoltuq

qoltuq sözünün etimologiyası

  • 1 Qol sözü ilə bağlıdır, “qolun altı” deməkdir. Ruslarda da пазуха, под духа dan törəyib (duxa qədim hindlilərdə “qul” deməkdir). Bizim tuq da həmin duxa ilə qohum ola bilər. Bu sözün qolbiç variantı da olub. Rusca qol “просить”, qol­tuqçu isə “попращайка” kimi tərcümə olunub. Qoltuqda yaşamaq kiminsə əməyi he­sa­bı­na yaşamaqdır. Qoltuq (qolbiç), görünür, qolun bucaq əmələ gətirdiyi yerdir. Türk­mən dilində “ilişmə, birləşmə” mənalarında qolta kəlməsi işlə­di­lir. Qol­tuq da birləşmə ilə bağlı ola bilər. Tuva dilində qol yerinə qoltuq işlədirlər: çanqız qolduk birləşməsi “təkqol” kimi açıqlanıb (çanqız “yalqız” deməkdir). 2. Əsli qol və yığmaq kəlmələrindən ibarətdir. Əzələlərin yığılması və açılması ilə bağ­lıdır. Maraqlıdır ki, rus dilindəki подмышка sözü də “əzələ” anlamına uyğun gəlir. Qoltuq sözü ye­­rinə, mənbələrdə qoldaq, qoldağu, qolbiç kəlmələri də işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qoltuq

qoltuq sözünün rus dilinə tərcüməsi

  • 1 1. подмышки; 2. пазуха;

    Azərbaycanca-rusca lüğət / qoltuq
  • 2 I сущ. 1. мышка (мышца под плечевым сгибом). Sol qoltuqda слева под мышкой 2. пазуха. Qoltuğunda hər hansı bir şeyi tutmaq держать что-л. за пазухой, qoltuğuna vurmaq положить за пазуху 3. впадина, углубление в чём- л. 4. заманиха (залив, образующийся узкой подводной косой, далеко вдающийся в русло реки; ложный фарватер) 5. затон (глубоко вдавшийся в сушу речной залив); заводь 6. разг. чужой дом. Qoltuqda yaşamaq жить в чужом доме; не иметь собственного дома (жилища) II прил. 1. подмышечный. Qoltuq nahiyəsi подмышечная область, qoltuq arteriyası подмышечная артерия 2. пазушный. Qoltuq tumurcuğu бот. пазушная почка 3. боковой (внутренний). Qoltuq cibi боковой (внутренний) карман ◊ qoltuğunun altına almaq kimi взять под своё покровительство кого, qoltuğu altında yaşamaq kimin жить, пользуясь чьимто покровительством, под крылышком у кого; qoltuğuna almaq (vurmaq) взять что-нибудь под мышку; qoltuğuna girmək: 1. брать взять под руку; 2. пользоваться покровительством; qoltuğunun altı şişmək возгордиться; qoltuğuna qarpız vermək kimin чрезмерно и неискренне хвалить, подбадривать кого; xoruzunu qoltuğuna vermək: 1. разоблачать, разоблачить, показать чьё-л. настоящее лицо; 2. простореч. победить кого в каком-л. споре

    Azərbaycanca-rusca lüğət / qoltuq

qoltuq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. armpit; 2. bosom; qoltuğunun altında under one’s bosom, under (one’s) arm; qoltuğunun altına almaq / çəkmək məc. to shelter (d.), to give* refuge (d.); ◊ qoltuğuna qarpız vermək (yalandan tərifləmək) to flatter (d.), to adulate (d.); ◊ xoruzunu qoltuğuna vermək ≅ to denounce (d.); to drive* out (d.); to criticize mercilessly; (işdən qovmaq) to sack (d.), to fire (d.); ◊ qoltuğunun altı şişmək ≅ to become* proud (of), to get* a swelled head (over)

    Azərbaycanca-ingiliscə lüğət / qoltuq

qoltuq sözünün fransız dilinə tərcüməsi

qoltuq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кьуьчӀ, хъуьчӀуьн кӀан (гъилни къуьн галкӀизвай чкадин кӀаник квай легъв, чухур); // qoltuq cibi къултух (къултухдин жибин); 2. залив (вацӀукай ва я гьуьлуькай кьураматдин къенез гьахьнавай пай); ** qoltuğa girmək хъуьчӀуьк акахьун а) садан хъуьчӀуькай кьуна куьмекун, кӀвачел къарагъарун, къекъуьрун; б) вичи-вич чуьнуьхарун, илисарун, са чкадал илис хьун, гуькь хьун, дуьздал экъечӀ тавун, ценцик акахьун; qoltuğa sığınmaq а) садан хъуьчӀуьк (лувак) акахьун, панагь фин, нафакьадик фин; б) кил. qoltuğa girmək б); qoltuğu altına almaq нафакьадиз къачун, лувак кутун, къвалав гутуна хуьн; qoltuğu şişmək кил. qoltuğunun altı şişmək; qoltuğuna qarpız vermək а) хъуьчӀуьк къарпузар кутун (гун), гзаф тарифун; б) рахшанд патал садан чинал тарифун; qoltuğuna vermək (papağını, xoruzunu, şələsini və s.) а) беябур авун, дуьздал акъудун; б) шала (бармак, шалта ва мс.) хъуьчӀуьк вахгун, беябурчивилелди чукурун; qoltuğunun altı şişmək хъуьчӀуьк къарпузар акатун, гзаф дамах къачун, лавгъавал авун (тарифуникди); qoltuğunun altına (qarpız) vermək хъуьчӀуьк къарпузар гун (кутун), сад гьевесдиз гъун, са кар ийиз тун ва я рахшанд авун патал тапарривай адан чинал тарифун; qoltuq altında yaşamaq садан нафакьадик (лувак) яшамиш хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / qoltuq

qoltuq sözünün türk dilinə tərcüməsi

"qoltuq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qoltuq nədir? #qoltuq sözünün mənası #qoltuq nə deməkdir? #qoltuq sözünün izahı #qoltuq sözünün yazılışı #qoltuq necə yazılır? #qoltuq sözünün düzgün yazılışı #qoltuq leksik mənası #qoltuq sözünün sinonimi #qoltuq sözünün yaxın mənalı sözlər #qoltuq sözünün əks mənası #qoltuq sözünün etimologiyası #qoltuq sözünün orfoqrafiyası #qoltuq rusca #qoltuq inglisça #qoltuq fransızca #qoltuq sözünün istifadəsi #sözlük