qolçaq sözü azərbaycan dilində

qolçaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qolçaq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2013 •••••• 0.15
2017 •••••••••••••••••••• 0.49
2020 •••••• 0.13

qolçaq sözünün leksik mənası və izahı

  • 1 is. 1. İş zamanı qola taxılan, qalın parçadan, dəridən və sairədən hazırlanan xüsusi qol geyimi və ya sarğı. Dəmirçi qolçağı. Çörəkçi qolçağı. 2. Qədim zamanlarda müharibələrdə qola taxılan dəmir və ya poladdan xüsusi şəkildə hazırlanmış geyim, ümumiyyətlə, qolu zərbədən qorumaq üçün ona keçirilən, ya sarılan hər cür qoruyucu. Polad qolçaq qoluma; Dəlilər sağü soluma; At minəm düşəm yoluma; Çənlibel durağım ola. “Koroğlu”. Bax, əynində çox qiymətli, yaxşı dəmir geyim var; Dəyərlidir qollarında olan polad qolçaqlar. A.Səhhət.

    Azərbaycan dilinin izahlı lüğəti / qolçaq

qolçaq sözünün etimologiyası

  • 1 Qol sözü ilə bağlıdır, “qolda olan (qola taxılan)” deməkdir. Müqayisə et: yançaq - çantadır, “yan tərəfdə olan” deməkdir. Ələ geydiyimiz şeyə “əlcək”, qola geydiyimiz şeyə “qolçaq” deyirik. Sözün kökü məlumdur: əl və qol. Bəs -çaq, -cək nədir? Bu –lıq4 şəkilçisinin sinonimidir. Salyanda qolçaq yox, əllik sözündən istifadə olunur. Güman edirəm ki, -çaq (-caq) şəkilçisi taxmaq feilinin kökünün müstəqil mənasını itirmiş, şəkilçiləşmiş formasıdır: qol+taq. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qolçaq

qolçaq sözünün rus dilinə tərcüməsi

qolçaq sözünün inglis dilinə tərcüməsi

qolçaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. хилегьанар (фу чрадамаз, чатук кӀвалахдамаз ва мс. гъилин цӀеминал гьалсдай ва я арушдай затӀ, хамуникай ва я къалин парчадикай цвайи хилер); 2. виликра дяведин вахтунда пекинин хилерин винелай гьалсдай гьахьтин ракьун хилер.

    Azərbaycanca-ləzgicə lüğəti / qolçaq

qolçaq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Qədim zamanlarda müharibələrdə qola taxılan dəmir və ya poladdan xüsusi şəkildə hazırlanmış geyim, ümumiyyətlə, qolu zərbədən qorumaq üçün ona keçirilən ya sarılan hər cür qoruyucu. (“Koroğlu” dastanının lüğəti) Könlümü namərdlər yıxsa, Polad qolçaq qolum sıxsa, Misri qılınc qından çıxsa, Leş sərilər, baş inildər.                          (“Eyvazın Çənlibelə gətirilməyi”)                 * At minəm, düşəm yoluma, Poladdan qolçaq qoluma, Yeddi min dəli boyuma, Çənlibeldə yerim ola!                         (“Eyvazın Çənlibelə gətirilməyi”) (“Koroğlu–Hümmət”)

Azərbaycan dastanlarının leksikası

"qolçaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qolçaq nədir? #qolçaq sözünün mənası #qolçaq nə deməkdir? #qolçaq sözünün izahı #qolçaq sözünün yazılışı #qolçaq necə yazılır? #qolçaq sözünün düzgün yazılışı #qolçaq leksik mənası #qolçaq sözünün sinonimi #qolçaq sözünün yaxın mənalı sözlər #qolçaq sözünün əks mənası #qolçaq sözünün etimologiyası #qolçaq sözünün orfoqrafiyası #qolçaq rusca #qolçaq inglisça #qolçaq fransızca #qolçaq sözünün istifadəsi #sözlük