qoşmaq sözü azərbaycan dilində

qoşmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qoşmaq • 97.0509%
  • QOŞMAQ • 1.6086%
  • Qoşmaq • 1.3405%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Satışa qoşmaq hüququ
Satışa qoşmaq hüququ (ing. Drag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Satışa məcbur etmək” və bəzi ədəbiyyatlarda "özünlə dartmaq hüququ" kimi də adlandırılır. Satışa qoşulmaq hüququnun əksidir. Satışa qoşmaq hüququ investora imkan verir ki, o öz səhmlərini kənar şəxsə satdıqda, səhmdarı (sahibkarı) öz səhmlərini satmağa məcbur etsin. Əksəriyyət riskli kapital investisiyalarda bu şərtlər sahibkar və investor(lar) arasında imzalanan səhmdarlar müqaviləsində əks olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu üsulun istifadəsini qadağa edən norma olmasa da, mövcud səhmdarlar tərəfindən öz səhmlərini kənar şəxsə satışında müəyyən məhdudiyyətlər qoyulub . Bu hüquq majoritar səhmdarlara minoritar səhmdarları şirkətin satılmasına qoşulmağa məcbur etmək imkanı verən hüquqdur. Bu zaman majoritar səhmdar minoritar səhmdara hər hansı digər səhm satanların təklif etdiyi eyni qiyməti və şərtləri təklif etməlidirlər. Bu hüquq majoritar səhmdarları qorumaq üçün nəzərdə tutulub.

qoşmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Arabanı və s.-ni çəkib aparmaq üçün atı və başqa qoşqu heyvanlarını xüsusi surətdə arabaya və s.-yə bağlamaq. Öküzləri kotana qoşmaq. Arabaya dörd at qoşdular. Şimalda kirşəyə it və ya maral qoşurlar. – [Faytonçu:] Sənin xatirin üçün qırx yeddi manata qoşaram. Ə.Haqverdiyev. Payızın əvvəlindən Nurəddin arabasını qoşub, şəhərə kirayəçiliyə getdi. S.S.Axundov. 2. İlişdirmək, bənd etmək, bağlamaq. Qatara əlavə vaqon qoşmaq. Vaqonları parovoza qoşmaq. Kotanı traktora qoşmaq. 3. Birləşdirmək, qatmaq. Mən də qoşdum səsimi; Bu gəncliyin səsinə. Ə.Cavad. 4. Cəlb etmək, bir işin iştirakçısı etmək. Siz varlı kolxozları bu işə qoşun! Qoyun kəndimiz şəhərə çatsın! S.Rəhimov. 5. Birgə, bərabər göndərmək, yanınca göndərmək, yoldaş etmək. O, Süleyman adlı bir nəfəri bizə qoşdu. M.S.Ordubadi. [Səfi bəy:] Buyurun gedək, adam qoşum, sizi xalanızgilə aparsınlar. S.S.Axundov. Bakıda Firidunu növbəti çağırışçılara qoşub Tbilisiyə göndərdilər. Mir Cəlal. 6. Düzəltmək, təlif etmək, demək. Mahnı qoşmaq. Dastan qoşmaq. – [Hacı Rəsul:] Deyəsən bu sözləri lap mənə qoşublar. Vallah, mənim halıma qoşublar: hara qədəm basdım, xəzan oldu. Mir Cəlal. El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular. İ.Əfəndiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / qoşmaq
  • 2 f. Getmək, bir tərəfə üz tutmaq, yüyürüb getmək. Vaxta ki bu izdihamı gördüm; Mən də o yerə qoşub yüyürdüm. M.Ə.Sabir. Kənd uşaqları əllərində badya, mis kasa dərəyə doğru qoşurdular. A.Şaiq. Azacıq keçmədən cəsur insanlar; Qoşdu iş başına, tərpəndi şəhər. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / qoşmaq

qoşmaq sözünün etimologiyası

qoşmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qoşmaq sözünün antonimləri (əks mənalı sözlər)

qoşmaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 QOŞMAQ I f. Bağlamaq, bənd etmək. Payızın əvvəlində Nurəddin arabasını qoşub, şəhərə kirayəçiliyə getdi (S.S.Axundov). QOŞMAQ II f. Getmək, bir tərəfə üz tutmaq, yüyürmək. Kənd uşaqları əllərində badya, mis kasa dərəyə doğru qoşurdular (A.Şaiq).

    Azərbaycan dilinin omonimlər lüğəti / qoşmaq

qoşmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. запрягать; 2. присоединять, приобщить, прицеплять, сопрягать; 3. сочинять, сложить;

    Azərbaycanca-rusca lüğət / qoşmaq
  • 2 1 глаг. 1. запрягать, запрячь. Atları qoşmaq запрячь (впрячь) лошадей, arabanı qoşmaq запрячь телегу 2. прицеплять, прицепить. Vaqonu qatara qoşmaq прицепить вагон к поезду 3. присоединять, присоединить, объединять, объединить, соединять, соединить что с чем 4. приобщать, приобщить 1) кого к чему-л.: знакомить, ознакомить с чем-л., вводить, ввести во что-л. Geniş xalq kütlələrini mədəniyyatə qoşmaq приобщить широкие массы к культуре 2) что к чему-л.: присоединять, присоединить, прилагать, приложить. Sənədi işə qoşmaq приобщить документ к делу 5. сопрягать, сопрячь 2 глаг. nə 1. сочинять, сочинить, слагать, сложить что. Nəğmə qoşmaq сложить песню, şeir qoşmaq сочинить стихи 2. лит. импровизировать (создавать художественное произведение в момент исполнения)

    Azərbaycanca-rusca lüğət / qoşmaq

qoşmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (öküzü və s.) to yoke (d.); (atı, iti və s.) to harness (d.), to put* (d. to), to set* (d. in); öküzləri ~ to yoke oxen; atları ~ to harness horses; 2. (vaqon və s.) to couple (d.); 3. (cərəyanı) to connect (d.); 4. (şer) to write* (d.); 5. (mahnı) to compose (d.); Radionu qoşun Switch on the radio / wireless

    Azərbaycanca-ingiliscə lüğət / qoşmaq

qoşmaq sözünün fransız dilinə tərcüməsi

qoşmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. фин, са патахъ фин, зверна фин, чукуна фин, чукун.

    Azərbaycanca-ləzgicə lüğəti / qoşmaq
  • 2 гл. 1. кутун, акалун, гилигун, гилитӀун, кутӀунун (мес. арабадик балкӀан, туьрездик яцар, трактордихъ куьтен ва мс.); 2. кутун; сад авун; желб вун, са кардин иштиракчи авун; 3. агалдарун, акалун, галаз (санал, агалдарна) ракъурун, юлдаш авун; 4. туькӀуьрун, лугьун, теснифун; mahnı qoşmaq мани туькӀуьрун; ** baş qoşmaq кил. baş.

    Azərbaycanca-ləzgicə lüğəti / qoşmaq

qoşmaq sözünün türk dilinə tərcüməsi

"qoşmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qoşmaq nədir? #qoşmaq sözünün mənası #qoşmaq nə deməkdir? #qoşmaq sözünün izahı #qoşmaq sözünün yazılışı #qoşmaq necə yazılır? #qoşmaq sözünün düzgün yazılışı #qoşmaq leksik mənası #qoşmaq sözünün sinonimi #qoşmaq sözünün yaxın mənalı sözlər #qoşmaq sözünün əks mənası #qoşmaq sözünün etimologiyası #qoşmaq sözünün orfoqrafiyası #qoşmaq rusca #qoşmaq inglisça #qoşmaq fransızca #qoşmaq sözünün istifadəsi #sözlük