qopmaq sözü azərbaycan dilində

qopmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qopmaq • 92.6829%
  • Qopmaq • 6.0976%
  • QOPMAQ • 1.2195%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2011 •••••••••••••• 0.17
2012 •••••••••••••••••••• 0.26
2013 •••••••••••• 0.15
2015 •••••••••••••• 0.17
2016 •••••••••••••• 0.17
2019 ••••••••••• 0.14
2020 ••••••••••• 0.13

qopmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Dartılmaq, çəkilmək və s. nəticəsində kəsilmək, üzülmək, qırılmaq. Paltarın düymələri qopdu. – Sanki onun ürəyi şaxta vurmuş qönçə kimi qopub düşəcəkdi. Mir Cəlal. // Yapışdığı, bitişdiyi yerdən aralanmaq, ayrılmaq, ayrılıb düşmək. Divarın kağızı qopmuşdur. Ayaqqabının dabanı qopdu. Kitabın cildi qopdu. Çaynikin qulpu qopmuşdur. // Kökündən çıxmaq. [Kola bağlanmış ayı] durub zəncirini dartmağa başladı. Kolun budağı ayının gücünə davam etməyib qopdu. S.S.Axundov. Elə bu vaxt Qəhrəman öz kökündən qopmuş ağacın başından yerə gəlir. S.Rəhimov. // Bütöv bir şeyin bir parçası ayrılıb (sınıb) düşmək. 2. Ayrılmaq, əlaqəsini kəsmək (oturduğu, ya yaşadığı yerdən). Rza Qəhrəmani cəld hərəkətlə yerindən sıçrayıb, yarıbihuş halda torpaqdan qopmaq istəməyən Məhbusinin qollarını açdı. M.İbrahimov. 3. Birdən və şiddətlə başlamaq, zahir olmaq, eşidilmək. Vəlvələ qopdu. – Bir qitə yer üstündə qopub bir yekə dava; Meydan ki qızışdı, olarıq məhv sərapa. M.Ə.Sabir. Qopanda qarlı fırtına cahanı tar-mar edər; Qırar, yıxar ağacları, qiyamət aşikar edər. A.Səhhət. Yenicə yatağımda uzanmışdım ki, qonşu evdən acıqlı və yanıqlı bir şivən qopdu. A.Şaiq. // Qalxmaq. Qoşun pərakəndə bir halda çılpaq çöllərlə gedir, yerdən qopan toz aləmi bürüyürdü. Çəmənzəminli. Ata oğlunu belə görəndə sinəsindən odlu bir fəryad qopdu. M.Rzaquluzadə. ◊ Yerindən qopmaq – birdən yerindən sıçramaq, atılmaq, qalxmaq. Gülsənəm arvad yerindən necə qopduğunu bilmədi. M.Hüseyn. O, dəli kimi yerindən qopub, atına sıçradı və ildırım sürəti ilə çapdı. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / qopmaq

qopmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qopmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QOPMAQ – YAPIŞMAQ Kolun budağı ayının gücünə davam etməyib qopdu (S.S.Axundov); Tez əyilib mili yerdən götürdü və arvadına verdi, sonra onun yarıçılpaq ətli qolundan yapışdı (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / qopmaq

qopmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. отрываться, отклеиваться, сорваться, отлепляться; 2. отламываться, раздражаться, внезапно начаться, подняться, вспыхнуть;

    Azərbaycanca-rusca lüğət / qopmaq
  • 2 глаг. 1. срываться, сорваться (не удержавшись, упасть). Qapı qopdu дверь сорвалась 2. отрываться, оторваться, отлетать, отлететь. Düymə qopdu пуговица оторвалась (отлетела) 3. отторгаться, отторгнуться. Köçürülmüş orqan qopdu (bitişmədi) пересаженный орган отторгся 4. отламываться, отломиться. Stulun ayağı qopdu ножка стула отломилась 5. отклеиваться, отклеиться, отлепляться, отлепиться. Marka qopdu марка отклеилась 6. отбиваться, отбиться. Çaynikin burnu qopdu носик чайника отбился 7. сдираться, содраться (о коже, кожуре и т.п.) 8. срываться, сорваться. Qapı həncamadan qopdu дверь сорвалась с петель 9. отваливаться, отвалиться; yerindən qopmaq вскочить с места; haray qopdu поднялся шум; fəryad qopdu поднялся крик; fırtına qopdu поднялся шторм; külək qopdu поднялся ветер; vəlvələ qopdu поднялся переполох; qiyamət qopdu поднялся шум, скандал, поднялась буча (суматоха)

    Azərbaycanca-rusca lüğət / qopmaq

qopmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (düymə və s.) to come* off, to tear* off 2. (suvaq və s.) to peel off; 3. (yapışdırılmış bir şey) to come* unstuck; 4. (tufan və s.) to break* out; to break* off; Tufan saat 5-də qopdu The storm broke out at 5; Budaq qopdu The branch broke off; Fəryad qopdu There was a shout / a yell / a cry

    Azərbaycanca-ingiliscə lüğət / qopmaq

qopmaq sözünün fransız dilinə tərcüməsi

qopmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. хкатун; галатун (мес. перемдин хел, дуьгме); 2. алатун (мес. кьазбун, чекмедин дабан, чайникдин цӀуцӀ); 3. алакъа атӀун, къакъатун, ччара хьун (ацукьнавай ва я яшамиш жезвай чкадихъай); 4. акъатун (мес. гьарай, дяве); къарагъун (мес. гар, руг); ** qiyamət qopmaq кил. qiyamət; yerindən qopmaq чкадилай къудгъунна къарагъун, чкадилай сад лагьана хкадар хьана къарагъун.

    Azərbaycanca-ləzgicə lüğəti / qopmaq

qopmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#qopmaq nədir? #qopmaq sözünün mənası #qopmaq nə deməkdir? #qopmaq sözünün izahı #qopmaq sözünün yazılışı #qopmaq necə yazılır? #qopmaq sözünün düzgün yazılışı #qopmaq leksik mənası #qopmaq sözünün sinonimi #qopmaq sözünün yaxın mənalı sözlər #qopmaq sözünün əks mənası #qopmaq sözünün etimologiyası #qopmaq sözünün orfoqrafiyası #qopmaq rusca #qopmaq inglisça #qopmaq fransızca #qopmaq sözünün istifadəsi #sözlük