* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Yuxarıdan, havadan enərək bir şey üzərində oturmaq, dayanmaq; enmək. Sərçələr söyüd ağacına qondular. – Pendir ağzında bir qara qarğa; Uçaraq qondu bir uca budağa. M.Ə.Sabir. Bir qaya başına qartal qonaraq; Dayanmış yenə də sakit vüqarla! S.Vurğun. Sığırçınlar səhər çağı gələr, budaqlara qonub səslənər, baharın müjdəsini gətirərlər. Mir Cəlal. // Yerə enmək. Təyyarə meydançaya qondu. – Aeroplan çölə qondu. Ə.Məmmədxanlı. // Toz haqqında – çökmək, oturmaq. Paltarına toz qonmaq. Stolun üstünə bir barmaq toz qonubdur. // Cəld oturmaq, əyləşmək, minmək. Qoç Koroğlu qonar olsa yəhərə; Yağı düşmənləri salar qəhərə. “Koroğlu”. Oğlan bir anda [buğanın] başına qonub bıçağını çəkdi, boğazını kəsdi. M.Rzaquluzadə. 2. məc. Çökmək, təzahür etmək, ifadə etmək. Qeyri-adi bir kədər uşağın gözlərinə qonmuşdu. M.İbrahimov. [Qızın] üzünə qonan sevincli bir təbəssüm güzgü kimi Beyrəyin də üzündə əks etdi. M.Rzaquluzadə. 3. məc. Şığımaq, hücumla birinin başının üstünü almaq. Əsgərlərimiz şahin kimi düşmən üzərinə qondular.
Azərbaycan dilinin izahlı lüğəti / qonmaq2 1. Bir yerdə qonaq qalmaq; qonaq olmaq. 2. Ordu qurmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)
Azərbaycan dastanlarının leksikası / qonmaq3 1. Cəld oturmaq, minmək. 2. Dastanda məskən samaq, yaşamaq mənasında da rast gəlinir. (“Koroğlu” dastanının lüğəti) Qoç Koroğlu qonar olsa yəhərə, Yağı düşmənləri salar qəhərə, Axurda arpasın qoymaz səhərə, Dara düşsəm, mənə kömək Qıratım. (“Koroğlunun İstanbul səfəri”) * Çənlibeldə köçüm, qonum, Atlasdan biçilər donum, Ortadan qalxmaya xonum, Gündə yüz qonağım ola!.. (“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikası / qonmaq2 глаг. nəyə, haraya 1. садиться, сеть куда, на что (о птицах, насекомых). Quş budağa qondu птица села на ветку 2. оседать, осесть. Paltara toz qondu пыль осела на одежду
Azərbaycanca-rusca lüğət / qonmaq1 f. 1. (quş) to perch; 2. (milçək və s.) to alight, to settle; 3. (toz) to settle
Azərbaycanca-ingiliscə lüğət / qonmaq1 гл. 1. ацукьун (цавай эвичӀна, лув гана, фена са затӀунин винел акъвазун, мес. нуькӀ тарал, чӀиж цуькведал ва мс.); 2. кьун, ацукьун (мес. руг, чиг); 3. эвичӀун, ацукьун (мес. самолёт чилел); 4. акьахун, ацукьун (мес. балкӀандал); 5. пер. ацахьун; гецифун; акун; 6. пер. вегьин, гьужумна садан кьилел пад атӀун (мес. душмандин); ** hazıra qonmaq кил. hazır.
Azərbaycanca-ləzgicə lüğəti / qonmaq