* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••••••• | 106.21 |
2003 | •••••••••••••••• | 116.14 |
2004 | •••••••••••••••••••• | 145.19 |
2005 | •••••••••••••••••••• | 147.10 |
2006 | •••••••••••••••••• | 133.79 |
2007 | •••••••••••••••••••• | 149.48 |
2008 | •••••••••••••••••• | 130.58 |
2009 | •••••••••••••••• | 119.03 |
2010 | •••••••••••••••• | 113.01 |
2011 | •••••••••••••••• | 118.56 |
2012 | •••••••••••••••• | 117.63 |
2013 | •••••••••••••• | 97.30 |
2014 | ••••••••••••• | 92.33 |
2015 | •••••••••• | 74.17 |
2016 | ••••••••• | 65.95 |
2017 | •••••••••• | 71.21 |
2018 | ••••••••• | 61.28 |
2019 | ••••••••• | 65.65 |
2020 | ••••• | 30.37 |
1 is. 1. Görüşmək üçün və ya başqa bir məqsədlə birinin evinə gələn adam. …Naçalnik yanına gələn qonaqlar ilə düşmüşdülər Hacı Namazalının evində. C.Məmmədquluzadə. Qonaqlar üçün papirosla maxorka da gətirilmişdi. M.Hüseyn. □ Qonaq etmək (eləmək) – məmnuniyyətlə vermək, təklif etmək (yemək, içmək və s.). [Yusif:] Bu gün dostum Nizaminin bağçasında hamını ceyran kababı ilə şəraba qonaq edəcəyəm. M.Hüseyn. Qonaq getmək – çağırılmış bir yerə, qonaqlığa getmək. Qonaq gəlmək – bir yerə görüşə gəlmək. Günlərin birində Fəridə ərinin evindən ata-anasıgilə qonaq gəldi. M.Hüseyn. Qonaq otağı – evdə qonaqlara, görüşə gələnlərə məxsus xüsusi otaq. // Birinin başqa bir yerdə (kənddə, şəhərdə) yaşayan tanışı, bir-birinin evində qonaq qalan adamlardan hər biri. Bu kənddə bizim bir qonağımız var. // Ziyafətə, bayrama və s.-yə dəvət olunmuş adam. Bozbaşdan doymaq istəyirsənsə, qonaqlarını tox yola salmaq istəyirsənsə, çölməyə çox ət sal. C.Məmmədquluzadə. Ziyafət başlanmamışdı, sanki ziyafətin başlanması üçün möhtərəm bir qonağın intizarı çəkilirdi. M.S.Ordubadi. 2. məc. Müvəqqəti olaraq bir yerə düşmüş, bir yerdə qalan adam; gəldi-gedər. [Xudayar bəy odabaşıya:] …Bu gecə sənə qonağam, Kərbəlayı Cəfər əmi. C.Məmmədquluzadə. Bir gecəlik qonağa ev sahibi nə versə, ona da şükür. M.İbrahimov. // Eyni mənada quşlar haqqında. Bu quşlar yazda bizim yerlərdə qonaqdırlar. □ Qonaq qalmaq – bir yerdə gecələmək, gecə, ya gündüz azacıq bir zaman üçün bir yerə düşmək, bir yerdə qalmaq. Bir günlük burada qonaq qalacağam. // Bir iclasda, yığıncaqda, bayramda, şənlikdə və s.-də iştirak etməyə dəvət edilmiş kənar adam. Qonaqlar üçün yer. O, iclasda qonaq sifəti ilə iştirak edir.
Azərbaycan dilinin izahlı lüğəti / qonaq1 Qədim mənası “yerli olmayan, kənardan gələn” deməkdir. Qonmaq feili ilə kökdaşdır. Gəlmə adam kiminsə evində qonur, qonaq qalır. Sinonimi tünərgə sözü olub, “gecələmək” deməkdir (tün –“gecə”dir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qonaq2 QONAQ Qonaqlarım dünyanın; İnsanları qədərdir (M.Rahim); MEHMAN [Tacir:] Alçaq, sən bilirsən ki, bunlar bizim mehmanlarımızdır (M.S.Ordubadi); MÜSAFİR Gecələr başına işıq saçar Ay; O yaşıl sinəndə müsafirkən ay (S.Rüstəm).
Azərbaycan dilinin sinonimlər lüğəti / qonaq2 I сущ. гость: 1. тот кто навещает, посещает кого-л., гостья. Əziz qonaqlar! Дорогие гости! qonaqlarla birlikdə вместе с гостями 2. постороннее лицо, приглашённое присутствовать на собрании, заседании и т.п. Qurultayın qonaqları гости съезда II прил. гостевой. Qonaq bileti гостевой билет; qonaq getmək идти в гости; qonaq qalmaq (olmaq) гостить, погостить; qonaq etmək угощать, угостить, поднести угощенье; qonaq çağırmaq приглашать, пригласить кого; qonaq gəlmək kimə приходить, прийти в гости к кому; qonaq otağı гостиная; qonaq evi дом для гостей (гостиница); qonaq etməmək kimi не принимать кого в качестве гостя; qonağa baxıb hörmət edərlər какой гость, такое ему и угощение, каков гость, таков и приём
Azərbaycanca-rusca lüğət / qonaq1 I. i. guest, visitor; çağrılmış ~ invited guest; çağrılmamış ~ uninvited guest / intruder; hörmətli ~ respected guest; şərəfli ~ guest of honour; ~ getmək to visit (d.), to pay* a visit (i.); ~ gəlmək to come* to see (d.); ~ qəbul etmək to receive visitors / guests; ~ qalmaq to be* on a visit; ~ etmək to entertain (d. to; rəsmi d. at); to treat (d. to), to feast (d.) II. s.: ~ otağı drawing-room; (sadə döşənmiş) sitting-room
Azərbaycanca-ingiliscə lüğət / qonaq1 is. hôt//e m, -esse f ; invité m, -e f, convive m ; ~ getmək aller vi (ê) en visite
Azərbaycanca-fransızca lüğət / qonaq1 сущ. 1. мугьман; qonaq etmək (eləmək) мугьман авун, илифарун; qonaq getmək мугьманвилиз фин, мугьмандиз фин, илифун (эверай са чкадиз); qonaq otağı мугьмандин кӀвал, кӀвале мугьманар патал ччара авунвай кӀвал; 2. таниш, хванахва; 3. пер. вахтуналди са чкадиз кӀвалах аваз ва я гьакӀа атанвай (ва я эверна гъанвай) ччара кас; qonaq qalmaq мугьман хьун, са чкада йифун, вахтуналди са чкада амукьун, акъвазун; // атана фидай затӀ; ət qonaqdır, sümük möhkəm olsun. Ata. sözü як мугьман я, кlараб сагърай.
Azərbaycanca-ləzgicə lüğəti / qonaqmehman, müsafir; müvəqqəti olaraq başqasının evində qalmaq; «qonmaq» sözü ilə bağlıdır.
Azərbaycan kişi adlarının izahlı lüğəti