Qonaqlı sözü azərbaycan dilində

Qonaqlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qonaqlı • 54.5455%
  • qonaqlı • 45.4545%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qonaqlı
Qonaqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Yekəalılar olmuşdur. Yaşayış məntəqəsini həmin rayondakı Yekəalılar (indiki Vahidli) kəndindən gəlmiş Molla Qurban adlı şəxs salmışdır. Kənd Qovaqlı meşə sahəsinin ətəyində salındığına görə belə adlanmış, sonra da rəsmi sənədlərdə Qonaqlı şəklinə düşmüşdür. Qonaq sözü qovaq ağa­cının adının yerli tələffüz variantıdır. Hazırda kəndin yaxınlığındakı Bəydəmirli kəndinin (Gədəbəy гayonu) сənubunda qovaq ağaclarının çox olduğu yer də Qonaqlıçökək adlanır. Oykonim qonaq (qovaq) sözündən və -lı şəkilçisindən düzəlmişdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Axıncaçayın dərəsində yerləşir. Hüseynov Mustafa Ələddin oğlu (1996-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Boston Çay Qonaqlığı
Boston çay dəstgahı (ing. Boston Tea Party) — 16 dekabr 1773-cü ildə Bostonda Britaniya hakimiyyətinə qarşı etiraz aksiyası. Amerika inqilabının başlanğıcı sayılır. == Haqqında == Boston Çay Qonaqlığı 16 Dekabr 1773'cü ildə Boston limanında "Azadlıq Oğulları" (Sons of Liberty) tərəfindən təşkil olunmuş siyasi etiraz aktıdır. Yerli qəbiləlilərin tərzində geyinmiş bir neçə insan East India şirkətinə aid gəmilərə çıxaraq bütün yükü - çay qutularını dənizə atdı. Çayın ümumi çəkisi 42 ton təşkil edirdi. Bu etiraz, 10 May 1773'cü ildə qəbul olunmuş Çay aktına qarşı yönəlmişdi. Bu akt East India şirkətinə aksiz ödəmədən çay idxal etməyə icazə verirdi, bu da amerikalı tacirlərin biznesinə zərər vururdu. Aktın özü isə Britaniya İmperiyasının "Yeni Dünyasında" fiskal siyasəti sərtləşdirən bir neçə digər tədbir ilə birlikdə 1767'ci ildə təsdiq olunmuşdu. Bu aktlar Taunşendin aktları kimi tanınır.
Qonaqlıq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Subaylıq qonaqlığı: II hissə (film, 2011)
Hanqover 2 (ing. The Hangover Part II) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Todd Fillipsin rejissorluq etdiyi filmin baş rollarında Bradley Cooper, Zach Galifianakis və Ed Helms çəkilmişlər. Kassa müvəffəqiyyəti tutan Hanqover filminin ikinci filmi.
Valtasar qonaqlığı
Valtasar qonaqlığı — Rembrantın Babilin son kralı Belşazzarı çəkdiyi böyük ölçülü yağlı boya tablodur. Babil Kralı Belşazzar e.ə. 6-cı əsrdə zadəganlar üçün bir ziyafət təşkil edir və onlarla birlikdə oturub şərab içib, əylənirlər. Birdən kralın arxasında bir əl peyda olur. Kral və ətrafındakılar qorxuya düşərək nə olduğunu anlamaq üçün o tərəfə baxırlar. Əlin olduğu yerdə bir yazı görülür və kral kahinləri çağırıb yazının nə məna verdiyini soruşur. Kahinlərin heç biri bunu oxuya bilmir və nəhayət, Daniyal yazını oxuyur: “Mənə təkəl u-parsin”. "Mənə" sayılı deməkdir və "mesaj" tanrının kralın səltənət günlərinə bir son verəcəyini işarə edir. "Təkəl" tarazlıq mənasını verir ki; buradakı mesaj, kralın tarazlığı qoruyub saxlaya bilmədiyini və testi keçə bilmədiyinə işarə edir. "Parsin" bölünmüş deməkdir və krallığın bölünməsinə işarət edir.
Şiraz qonaqlığı
Şiraz qonaqlığı və ya Şiraz şənliyi ― 1763-cü ildə İran şahı Kərim xan Zənd, Xoy xanı Şahbaz xan, Qarabağ xanı Pənahəli xan, Naxçıvan xanı Hacı xan, Qaradağ xanı Kazım xan və Sərablı Əli xan arasında baş vermiş xəyanət. Xəyanəti Kərim xan Zənd təşkil etmişdir. Kərim xan Zənd öz qardaşı edam olunan yerdəcə Fətəli xan Əfşarı edam etdirmişdir. Bu münasibətlə ziyafətə dəvət edilən xanlar isə faktiki olaraq öz xanlıqlarından təcrid edilmiş və Kərim xan Zəndin əsiri olmuşlar. Xanlar Şiraza çatdıqdan sonra "ziyafətin" əsl mahiyyəti bir daha aydınlaşdı. "Şiraz qonaqlığı"nda Kərim xanın məqsədi — bu yolla xanları vətənlərindən uzaq salmaq və beləliklə onları özündən asılı vəziyyətə salmaq idi. "Şiraz qonaqlığı" nəticəsində Qarabağ və Qaradağ xanlıqları bir müddət Kərim xan Zənddən asılı vəziyyətə düşürlər. Girov götürülmüş Azərbaycan xanları "qonaqlığ"ın zahiri cəhətlərinə aldanmayaraq öz xanlıqları ilə əlaqə saxlamağa və onu möhkəmləndirməyə səy göstərir, müxtəlif yolla xilas olub vətənə qayıtmağa çalışırdılar. Beləliklə, "Şiraz qonaqlığı" gözlənilən nəticələri vermədi. Bu və başqa ("Qızılqaya xəyanəti (1752)") faktlar göstərir ki, həmin dövrdə Azərbaycanda millətçilik ön planda deyildi.
Eprilin qonaqlığı
Eprilin qonaqlığı (ing. Pieces of April) — amerikalı rejissor Piter Hedcesin 2003-cü ildə ekranlara çıxan komediya-dram janrındakı filmi. == Süjet == Epril sevgilisi ilə Nyu-Yorkda valideynlərindən uzaqda yaşayan qəribə bir qızdır. O, Şükran günü ərəfəsində anasının xərçəng xəstəliyinə tutulduğunu eşidir və ailəsini öz mənzilinə qonaq çağırmaq qərarına gəlir. Ancaq Epril hind toyuğu bişirməkdə mahir deyil, ona görə də qonşularının köməyinə müraciət edir. == Rollarda == Katie Holmes — April Burns Derek Luke — Bobby Oliver Platt — Jim Burns Patricia Clarkson — Joy Burns Elison Pill — Beth Burns John Gallagher Jr. — Timmy Burns Alice Drummond — Grandma Dottie Sean Hayes — Wayne Isiah Whitlock Jr. — Eugene Lillias White — Evette Leila Danette — Woman in Stairwell Sisqó — Latrell Adrian Martinez — Man in Mohair Sweater Armando Riesco — Tyrone == İstinadlar == == Xarici keçidlər == "Official website". Wayback Machine. 2009-02-21 tarixində orijinalından arxivləşdirilib.

"qonaqlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qonaqlı nədir? #qonaqlı sözünün mənası #qonaqlı nə deməkdir? #qonaqlı sözünün izahı #qonaqlı sözünün yazılışı #qonaqlı necə yazılır? #qonaqlı sözünün düzgün yazılışı #qonaqlı leksik mənası #qonaqlı sözünün sinonimi #qonaqlı sözünün yaxın mənalı sözlər #qonaqlı sözünün əks mənası #qonaqlı sözünün etimologiyası #qonaqlı sözünün orfoqrafiyası #qonaqlı rusca #qonaqlı inglisça #qonaqlı fransızca #qonaqlı sözünün istifadəsi #sözlük