kürsü sözü azərbaycan dilində

kürsü

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kürsü • 92.8854%
  • Kürsü • 5.5336%
  • KÜRSÜ • 1.5810%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kürsü
Kürsü — qışda evləri qızdırılması üçün istifadə olunan cihaz. == İstifadə qaydası == Kürsü bunlardan ibarətdir: bir qısa masa və altında keyfiyyətli, uzun müddət yanan və aşağı tüstü verən kömür ilə dolu manqal və kürsü yorğanı. Kürsü yorğanı masanın üstünə çəkilər ki, isti masanın altından çıxmasın və boşa getməsin. == Mədəni mövqesi == Azərbaycan və İranda Çillə gecəsində ailə kürsü ətrafında toplanır və bu gecəni qeyd edərdilər.[mənbə göstərin] == Digər ölkələr == Bir Kotatsu adlı oxşar məhsul Yaponiyada istifadə olunur. == Xarici keçidlər == Kürsü nədir?

kürsü sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Yanları və söykənəcəyi olmayan stul; kətil. Kürsüdə oturmaq. – Xəstənin yanındakı kürsünün üstündə oturan mülayim bir həkim fısıltı ilə danışırdı. H.Nəzərli. Dünən əl çalındı bir sənətkara; Bir kürsü qulunun rəngi dəyişdi. M.Araz. // Kreslo, stul. Kürsüləri düzmək. – Otağa xalılar salınıb və yumşaq divan və kürsülər qoyulub. Ə.Haqverdiyev. Ziyafət məclisinin yuxarı başında üç boş kürsü qoyulmuşdu. M.S.Ordubadi. 2. Tribuna, kafedra. Kürsüdən danışmaq. – Salona daxil olduqda Sona xalanı kürsüdə nitq söyləyən gördüm. S.S.Axundov. Yoğunca bir adam olan Mehman dayı yerindən qalxıb kürsünün dalına gəldi. Ə.Sadıq. □ Kürsüyə çıxmaq – nitq demək, çıxış etmək və s. üçün tribunanın arxasına keçmək. Natiq kürsüyə çıxdı. – Mən də çıxdım kürsülərə, mən də söyüldüm, söydüm. S.Rüstəm. Natiqlər bir-birinin arxasınca kürsüyə çıxıb düşürdülər. S.Rəhman. Danışıq kürsüsü – bax xitabət kürsüsü. [Məhəmmədcəfər] danışıq kürsüsünə çıxanda əlinin içi ilə başını tez-tez dala darıyardı. Qantəmir. Xitabət kürsüsü – bax kürsü 2-ci mənada. Burda nə səhnə vardır, nə xitabət kürsüsü; Nə əl-qolunu ölçən; Bir natiqin gur səsi. R.Rza. Salmanov növbəarası iclası açıb ona söz verincə, Haşımov … xitabət kürsüsünün arxasına keçdi və … danışmağa başladı. Ə.Əbülhəsən. 3. məc. Vəzifə, rütbə, mövqe mənasında. [Hikmət İsfəhani] bir neçə dəfə məclis vəkili olmuş, baş vəzir kürsüsünü tutmuşdur. M.İbrahimov. 4. Keçmişdə: qızınmaq üçün altına manqalda və ya çalada od qoyulub, üstünə iri yorğan salınan yastı stol. Kürsü qurmaq. Kürsüyə girmək. Kürsüdə qızınmaq. – Yayda yük üstü ona yaylaq idi; Kürsülər altı ona qışlaq idi. S.Ə.Şirvani. …Qışın soyuğunda da adam istəyir girsin isti kürsüyə və yorğanı çəksin başına… C.Məmmədquluzadə. Evin ortasında qədim qayda ilə kürsü qurulub, Məşədi Ağabanı kürsüdə oturub, əlində qırmızı parçadan özünə köynək tikir. M.Əliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / kürsü

kürsü sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. KÜRSÜ (yığıncaqda nitq söyləmək üçün hündür yer) Ona kürsüyə sinə gərdi; Danışmadı, susdu bir dəm; Çatıb qara qaşlarını, fikrə getdi o bir anlıq (S.Vurğun); TRİBUNA O su verdilər, xahiş edib uca yerə, tribunaya çıxartdılar (Mir Cəlal). 2. kürsü bax stul 3. kürsü bax kreslo

    Azərbaycan dilinin sinonimlər lüğəti / kürsü

kürsü sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 KÜRSÜ I is. [ ər. ] Bir neçə pilləli oturacaq, taxt, stul. Amma necə deyərlər, kürsüyə çıxmaq bir ayıb, kürsüdən düşmək iki ayıb (Anar). KÜRSÜ II is. [ ər. ] Qış zamanı evin içində düzəldilən ocaq, stul. Cavahir kömür qoyub kürsü qurmuş, donmuş ayaqlarını yorğanın altına keçirib Teymur üçün yun corab toxuyurdu (H.Seyidbəyli).

    Azərbaycan dilinin omonimlər lüğəti / kürsü

kürsü sözünün rus dilinə tərcüməsi

  • 1 1. стул; 2. трибуна;

    Azərbaycanca-rusca lüğət / kürsü
  • 2 1 сущ. 1. табурет, табуретка (стул без спинки) 2. стул: 1) род мебели со спинкой для сиденья одного человека 2) занимаемое место, должность 3. скамья, скамейка (приспособление для сиденья). Müttəhimlər kürsüsü скамья (для) подсудимых 4. кафедра (возвышение для оратора, лектора). Kürsüdən danışmaq говорить с кафедры 5. трибуна. Kürsüyə qalxmaq подняться на трибуну 2 I сущ. строит. цоколь (нижняя часть наружной стены здания, лежащая на фундаменте, нижняя, утолщенная часть колонны и т.п.) II прил. цокольный. Kürsü mərtəbəsi цокольный этаж

    Azərbaycanca-rusca lüğət / kürsü

kürsü sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. stool; chair; (yumşaq) padded chair; qatlama ~ folding chair; elektrik ~sü chair; elektrik ~ündə edam olunmaq to go* to the chair; 2. (tribuna) rostrum, platform; xitabət ~sü rostrum, platform; xitabət ~sünə qalxmaq / çıxmaq to mount the platform / rostrum; 3. məc. (vəzifə) chair, office, post; sədr və s. ~sünü tutmaq to hold* / fill the post / chair of a chairman, etc.

    Azərbaycanca-ingiliscə lüğət / kürsü

kürsü sözünün fransız dilinə tərcüməsi

kürsü sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] суш. 1. стул, куьсри (далу агалддай чка ва кьуьнтеб тадай къвалар авачир); // кресло; 2. трибуна, кафедра; kürsüyə çıxmaq трибунадиз экъечӀун (рахун патал); danışıq kürsüsü кил. xitabət kürsüsü; xitabət kürsüsü кил. kürsü 2); 3. пер. къуллугъ, везифа; 4. виликра: хъуьтӀуьз жуваз чим акъудун патал винелай чӀехи яргъан вегьенвай, кӀаникай чалада (ва я мангалда) цкӀламар авай кьулу стол.

    Azərbaycanca-ləzgicə lüğəti / kürsü

kürsü sözünün türk dilinə tərcüməsi

kürsü sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Daşkəsən, Gədəbəy) çörək bişirmək üçün qazılıb düzəldilmiş və içərisi kərpiclə hörülmüş yer, təndir. – Kürsü hörülör, çörəy ora kürəx’nən qoylor (Daşkəsən); – Kürsünü qala, çörəx’ yaperam (Gədəbəy) II (Şamaxı) qışda qızışmaq üçün evin ortasında xüsusi düzəldilmiş ocaq. – Biz payızın orta ayında kürsü qururuğ

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kürsü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kürsü nədir? #kürsü sözünün mənası #kürsü nə deməkdir? #kürsü sözünün izahı #kürsü sözünün yazılışı #kürsü necə yazılır? #kürsü sözünün düzgün yazılışı #kürsü leksik mənası #kürsü sözünün sinonimi #kürsü sözünün yaxın mənalı sözlər #kürsü sözünün əks mənası #kürsü sözünün etimologiyası #kürsü sözünün orfoqrafiyası #kürsü rusca #kürsü inglisça #kürsü fransızca #kürsü sözünün istifadəsi #sözlük