* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Sonradan yaymaq, yastılamaq üçün yumru hala salınmış xəmir parçası. Bir kündə xəmir. Kündələri tabağa yığmaq. – Atam elə bicdir ki, kündəni sayır, anam elə bicdir ki, kündədən kəsir. (Məsəl). Gülsənəm son kündəni də … sacın üstünə sərdi. S.Rəhimov. Pəri nənə səy və diqqətlə iri kündəni yayırdı. M.Hüseyn. 2. məc. Qalın, kobud, kələ-kötür. [Mürsəl:] Ayaqların kündə, əllərin kösöy; Gəlin gedən kimi qaynananı döy! S.Rüstəm. // Sif. mənasında. Kündə əl. Kündə ayaq.
Azərbaycan dilinin izahlı lüğəti / kündə2 is. [fars.] Keçmişdə: qaçmasın deyə dustaqların ayaqlarına, boyunlarına və ya əllərinə vurulan ağır şey. Mən aşiqəm tey yara; Canım aldı tey yara; Boynum kündədə olsun; Əlim yetsin tey yara. (Bayatı). Xəlil paşa hökm elədi, üçünün də ayağına kündə vurub zindana salsınlar. “Koroğlu”. Həcərin ayağına qandal, boynuna kündə vurdular. “Qaçaq Nəbi”.
Azərbaycan dilinin izahlı lüğəti / kündə4 f. 1) dustaqların ayağına vurulan bənd, bağ; 2) yaymaq və yastılamaq üçün girdə şəklə salınmış xəmir parçası.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / kündə5 Dustaqların ayağına vurulan bənd, bağ. (“Koroğlu” dastanının lüğəti) Xəlil paşa hökm elədi, üçünün də ayağına kündə vurub, zindana saldılar. (“Koroğlunun Bayazid səfəri”) * Xacə şəkli Koroğluya verdi. Koroğlu Eyvazın şəklini görən kimi səbr qərarını itirdi. Koroğlu Dəli Həsəni yanına çağırıb dedi: – İki haça ilə bir kündə hazırla. (Paris nüsxəsi, 3-cü məclis) * Xacənin boynuna haça, ayağına kündə vurub zindana apardılar. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası / kündə1 Farsca kəndən məsdərindən əmələ gəlib, mənası “kəsmək”, “kəsilmiş” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / kündə1 KÜNDƏ I is. [ fars. ] Yaymaq və yastıqlanmaq üçün müxtəlif ölçülərdə kəsilmiş və girdə şəklə salınmış xəmir parçası. Anam həmişə kündəni xırda tutur. KÜNDƏ II is. [ fars. ] Dustaqların ayaqlarına vurulan bağ, bənd. Kündənin tozunu silin, padşahın libası bulanmasın (Ə.Haqverdiyev).
Azərbaycan dilinin omonimlər lüğəti / kündə2 1 I сущ. катыш, комок теста округлой формы II прил. разг. толстый, пухлый. Kündə əllər пухлые руки 2 сущ. колодки (тяжелые деревянные оковы, надевавшиеся в старину на шею, на руки или ноги осужденного) 3 I сущ. тех. крица (кусок железа, получаемый при обработке руды и чугуна) II прил. кричный (служащий для производства криц). Kündə kürəsi кричный горн.
Azərbaycanca-rusca lüğət / kündə1 I. i. dough / paste ball, a rolled / rounded lump of dough II. i. stocks pl.; ayağına ~ vurmaq to put* in the stocks
Azərbaycanca-ingiliscə lüğət / kündə1 сущ. 1. кӀвалакӀ (тинидин); 2. пер. яцӀу, цӀалцӀам тушир, кубут (мес. гъилер, кӀвачер).
Azərbaycanca-ləzgicə lüğəti / kündə2 [fars.] сущ. тӀаб (юкьвай тӀекв, ара авай, виликди дустагърин кӀвачериз, гъилериз ядай ва я гарданда твадай залан затӀ).
Azərbaycanca-ləzgicə lüğəti / kündə