külfət sözü azərbaycan dilində

külfət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • külfət • 92.2078%
  • Külfət • 3.8961%
  • KÜLFƏT • 3.8961%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.09

külfət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. bax ailə 1-ci mənada. Bir külfətdə dörd nəfər uşaq var… C.Məmmədquluzadə. [Qafar:] Pinəçilik edib yeddi baş külfətin ruzisini bir tövr ilə qazanıram. S.S.Axundov. [Molla Qurban:] Bəy yanında alnıaçıq, külfət yanında üzügülər olasan, inşallah!… Ə.Vəliyev. □ Külfət sahibi – ailə başçısı, ata. İndi balaca uşaq özünü kişi və külfət sahibi hiss edirdi. Ə.Haqverdiyev. Nəcibənin … oğlu iyirmi-iyirmi beş il idi ki, kənddə evlənmiş, külfət sahibi olmuşdu. Mir Cəlal. 2. köhn. evf. Arvad mənasında. [Qəribin anası:] Mən Təbrizli Məmmədin külfətiyəm, bu da oğlumun nişanlısıbır. “Aşıq Qərib”. [Cahan:] Bəy, dəllal Kərbəlayı Nəsirin külfətiyəm, bəlkə tanıyasan? Ü.Hacıbəyov. Namaz kişinin külfətiyəm, – deyə, qarı könülsüz cavab verdi. M.Hüseyn. 3. məc. Zəhmət, əziyyət, qayğı mənasında. Onu külfət basıb.

    Azərbaycan dilinin izahlı lüğəti / külfət

külfət sözünün sinonimləri (yaxın mənalı sözlər)

külfət sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 KÜLFƏT I is. [ ər. ] Ailə, oğul-uşaq. Nə lazım qardaş, kasıb adamam, bir sürü külfət sahibiyəm (N.Vəzirov). KÜLFƏT II is. [ ər. ] Arvad, əyal, həyat yoldaşı. Mən zavodda işləyən Tahirin külfətiyəm (S.Rəhman).

    Azərbaycan dilinin omonimlər lüğəti / külfət

külfət sözünün rus dilinə tərcüməsi

  • 1 семья, семейство

    Azərbaycanca-rusca lüğət / külfət
  • 2 сущ. разг. 1. семья, семейство (группа живущих вместе близких родственников). Böyük külfət большая семья, çoxuşaqlı külfət многодетная семья, külfət başçısı глава семейства 2. эвфем. жена. Külfəti xəstədir его жена больна

    Azərbaycanca-rusca lüğət / külfət

külfət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. family; household; ~ sahibi householder, family man*; head of the family; 2. d.d. wife, mate; 3. məc. (ailə qayğısı) care for family, trouble about family; Onu külfət basıb He has much trouble about (or care for) his family; He has a large family

    Azərbaycanca-ingiliscə lüğət / külfət

külfət sözünün fransız dilinə tərcüməsi

külfət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. хизан, хзан, килфет (кил. ailə 1); // külfət sahibi хзандин сагьиб, хзандин кьил (чӀехиди), буба; 2. эвф. паб; 3. пер. жафа, зегьмет, азият, къайгъу.

    Azərbaycanca-ləzgicə lüğəti / külfət

külfət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) zəhmət, məşəqqət, yorucu iş, möhnət; 2) səmərəsiz zəhmət, əbəs çalışma; 3) rəsmi rəftar; 4) m. ailə, oğul-uşaq; 5) m. arvad, əyal, həyat yoldaşı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"külfət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#külfət nədir? #külfət sözünün mənası #külfət nə deməkdir? #külfət sözünün izahı #külfət sözünün yazılışı #külfət necə yazılır? #külfət sözünün düzgün yazılışı #külfət leksik mənası #külfət sözünün sinonimi #külfət sözünün yaxın mənalı sözlər #külfət sözünün əks mənası #külfət sözünün etimologiyası #külfət sözünün orfoqrafiyası #külfət rusca #külfət inglisça #külfət fransızca #külfət sözünün istifadəsi #sözlük