küləyi sözü azərbaycan dilində

küləyi

Yazılış

  • küləyi • 99.9549%
  • Küləyi • 0.0338%
  • KÜLƏYİ • 0.0113%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Günəş küləyi
Günəş küləyi — Günəş tacı plazmasının planetlərarası fəzaya daim axını. Tac fotosferdən gələn dalğavarı hərəkətlərin enerjisi hesabına qızır. Tacın enerjisinin bir hissəsini Günəş küləyinin hissəcikləri daşıyır. Günəş küləyi əslində tacın daim genişlənməsidir. Genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300–400 km-ə (Yer ətrafında) çatır. Kimyəvi tərkibi (əsasən protonlar və elektronlar) Günəş tacınınkı ilə eynidir. Kosmik aparatlar Yupiter ətrafında da Günəş küləyi qeyd etmişlər. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer maqnitosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca Yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına, qütb parıltısına və s.
Okean Küləyi
Okean Küləyi (sanskr. सागर पवन) Hindistan Hərbi Donanmasının aerobatika eskadronudur. 2003-cü ildə qurulmuşdur. Qoa ştatında bazalaşıb. Uçuşlar üçün HAL HJT-16 Kiran təyyarələr istifadə olunur. Mavi Mələklərdən sonra, hər hansı ölkənin Hərbi Dəniz Donammasının sahib olduğu aerobatika komandasıdır.
Passat küləyi
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Əfqan küləyi
Əfqan küləyi – Amu – Dərya çayının yuxarı axarı boyunca cənub – qərb istiqamətində əsən çox tozlu, yerli küləkdir..
Şərq küləyi (roman)
Şərq küləyi — Çingiz Abdullayev tərəfindən yazılmış roman. 2013-cü ildə Qanun nəşriyyatında nəşr edilib. == Məzmun == Satqınlar bağışlanmır. Bu, Rusiyanın xüsusi xidmət orqanlarının ali zabitlərindən ibarət "Qalxan və qılınc" adlı məxfi təşkilatm şüarıdır. Keçmiş FTX polkovniki Timur Qarayev İtaliyada gizlənən qaçağı yox etmək əmri alır. Əməliyyat sanki uğurlu alınır: budur o - satqın İuda, Qarayevlə bir süfrədə əyləşib. Lakin polkovnik onu cəzalandırmağa tələsmir. Bunun üçün onun tutarlı səbəbləri var...
Səmt küləyi (film, 1973)
Səmt küləyi — Rejissor Eldar Quliyevin filmi. == Məzmun == Tarixi-inqilabi film Azərbaycanda inqilabi hərəkatın iştirakçısı çex İvan Prokopyeviç Vatsekin xatirəsinə həsr olunmuşdur. Vatsek filmin baş qəhrəmanı Yanın(Aloiz Şveqlik) prototipidir. Kinolent beynəlmiləlçilik ideyalarını, azadlıq uğrunda mübarizə aparan xalqların dostluğunu tərənnüm edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Yusif Səmədoğlu, İrji Marek, Lüdviq Toman Quruluşçu rejissor : Eldar Quliyev Quruluşçu operator : Yozef İllik Quruluşçu rəssam : Kamil Nəcəfzadə, Boqumil Pokornı Bəstəkar : Polad Bülbüloğlu Səs operatoru : Ələkbər Həsənzadə Rejissor : Ramiz Əliyev Montaj edən : Tahirə Babayeva Rejissor assistenti : Vaqif Əsədullayev === Rollarda === Aloiz Şveqlik-Yan Həsən Məmmədov-Əlibala Həsənağa Turabov-Biçeraxov Radovan Lukavski-Smit Yozef Lanqmiller-Roşer Qleb Strijenov-Vasin Gennadi Yudin-Petrov Ələddin Abbasov-Əmiraslanov Yana Girova-Mariya Hacımurad Yegizarov-Talıbov Amaliya Pənahova-Xədicə Yozef Şebek-Eduard Sadıq Həsənzadə-Muxtar İsmayıl Osmanlı-Qayıbov Ənvər Həsənov-Əli Kamal Xudaverdiyev-Quldur Muxtar Maniyev-Anarxist Bahadur Əliyev Ramiz Məlikov == İstinadlar == == Mənbə == "Kino yenilikləri" qəzeti. 21 iyun 1974-cü il. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Səmt küləyi (film, 1980)
== Məzmun == Film Bakı Hərbi Dəniz Məktəbinin tarixi və onun fəaliyyətinə həsr olunmuşdur.
Küləyin istiqaməti
Küləyin istiqaməti. Külək istiqaməti və surəti ilə səciyyələnir. Surət m/san və ya Bofort şkalası üzrə (0-12 bal ilə) göstərilir. Küləyin istiqaməti və surəti flüger və anamometr vasitəsi ilə ölcülur. Surəti 0-dan 50 m/san-yədək, yüksək təbəqələrdə qasırğa zamanı 100 m/san-yədək olur.
Küləyin sürəti
== Külək == Atmosfer təzyiqinin paylanmasından asılı olaraq hava həmişə üfiqi istiqamətdə yer dəyişir. Havanın üfiqi istiqamətdə belə yer dəyişməsinə külək deyilir. Külək həmişə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru əsir. == Küləyin sürəti == Küləyin sürəti və istiqaməti daima dəyişir. Yer səthində küləyin orta sürəti 5-10m/san olub, bəzən isə güclü atmosfer tufanları zamanı 50m/san.-yə çatır. Atmosferin yuxarı təbəqələrində şırnaq axınlarında küləyin sürəti daima 100 m/san bərabər olur. Küləyin sürəti m/san, km/saat və düyümlərlə ifadə olunur. Metr saniyədən düyümlərə keçmək üçün m/san-ni 2-yə vurmaq lazımdır. Bundan başqa küləyin sürətini ballarla (Bofort şkalası) ifadə etmək olar. Mümkün ola bilən küləyin sürətləri 12 balla ifadə edilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 113.81 dəfə / 1 mln.
2003 0.79
2004 4.38
2005 1.35
2006 4.50
2007 1.69
2008 6.33
2009 •••• 40.48
2010 ••••••••• 94.31
2011 •••••••••••• 135.12
2012 ••••••••••• 118.40
2013 ••••••••••••• 149.96
2014 ••••••••••• 118.58
2015 •••••••••••••• 162.12
2016 ••••••••••••••• 164.34
2017 ••••••••••••••• 172.02
2018 •••••••••••••••••••• 231.93
2019 •••••••••••••••••• 206.41
2020 •••••••••• 110.73

"küləyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#küləyi nədir? #küləyi sözünün mənası #küləyi nə deməkdir? #küləyi sözünün izahı #küləyi sözünün yazılışı #küləyi necə yazılır? #küləyi sözünün düzgün yazılışı #küləyi leksik mənası #küləyi sözünün sinonimi #küləyi sözünün yaxın mənalı sözlər #küləyi sözünün əks mənası #küləyi sözünün etimologiyası #küləyi sözünün orfoqrafiyası #küləyi rusca #küləyi inglisça #küləyi fransızca #küləyi sözünün istifadəsi #sözlük