* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. köhn. Boynuna, ətəyinə, yaxasına və qol yerlərinin kənarına xəz və s. tikilmiş qolsuz üst geyimi; kürdü. [Ağa Mərdan:] Səbr elə, bir tirmə küləcəmi geyim, mahud cübbəmi bürünüm. M.F.Axundzadə. Əynində atlaz küləcə; Üstündə baftası qəşəng. Aşıq Ələsgər. [Kənd qızları] yeridikcə köynəklərinin ətəklərinə, küləcələrinin yaxalarına tikdikləri sarmalar, gümüş pullar səslənirdi. Ə.Abasov.
Azərbaycan dilinin izahlı lüğəti / küləcə2 Boynuna, ətəyinə, yaxasına və qol yerlərinin kənarına xəz və s. tikilmiş qolsuz üst geyimi; kürdü. Geyinib qəddi-dala, Küləcə xəzinən gəlir. (“Tahir və Zöhrə”)
Azərbaycan dastanlarının leksikası / küləcə2 сущ. душегрейка, душегрея: 1. теплая кофта без рукавов, род жилета 2. диал. старинная женская одежда в виде короткой сборчатой кофты
Azərbaycanca-rusca lüğət / küləcə1 прил. куьгьн. хивев, ценерив, хилер акалдай чкайрив хъицикь гвай хилер галачир жанду хьтин винелай алукӀдай пек.
Azərbaycanca-ləzgicə lüğəti / küləcə(Culfa, Meğri, Ordubad, Tovuz) bax küləçə. – Küləcəni ahıl arvatdar geyər (Culfa); – Nənəmin küləcəsi qalır (Ordubad); – Küləceyi qavaxlar çox geyərdilər (Tovuz)
Azərbaycan dilinin dialektoloji lüğəti.