* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. qəd. Səs, səda. Ünümdən titrədi tamam vilayət; Eylə sandılar ki, qopdu qiyamət. M.P.Vaqif. Kədərli keçirdi dustağın günü; Gecə musiqisi bayquşun ünü. H.K.Sanılı.
Azərbaycan dilinin izahlı lüğəti / ün2 Səs, səda. (“Koroğlu” dastanının lüğəti) Qarşı yatan qarlı dağlar, Dağlar, səndə qarım qaldı. Əlim çatmaz, ünüm yetməz, Dal budaqda narım qaldı. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikası / ün2 сущ. устар. голос; ünüm yetmir голос мой не доходит до кого, до чего
Azərbaycanca-rusca lüğət / ün(Bakı, Cəbrayıl, Cəlilabad, Culfa, Gədəbəy, Göyçay, Xanlar, İmişli, İsmayıllı, Laçın, Oğuz, Saatlı, Salyan, Şahbuz, Şamaxı, Şəmkir, Şuşa, Tovuz) bax in III. – Hər yana ün saldım (İmişli); – Bir ün sallam ki, a:ləm yığılar (İsmayıllı); – Mədət kişi dağadaşa ün salıf (Gədəbəy); – Gejə-gündüz ünüm göyə qalxır (Laçın); – Uzağdan ün gəldi, baxdım gördim odı (Salyan); – Ünüm tutduxcan bağırdım, əmbə eşitmədi (Tovuz); – Be:jə dişimin ağrısınnan o qədə ağlamışam, ünüm dağlara düşüf (Şuşa)
Azərbaycan dilinin dialektoloji lüğəti.