ub sözü azərbaycan dilində

ub

Yazılış

  • ub • 75.9259%
  • UB • 21.6049%
  • Ub • 1.2346%
  • uB • 1.2346%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məhəmmədsəid Ubaydulloyev
Məhəmmədsəid Ubaydulloyev (tac. Маҳмадсаид Убайдуллоев, d. 1 fevral 1952) — Tacikistanın paytaxtı Düşənbə şəhərinin meri (2017-ci ilə qədər).
Salvia uberrima
Stenocalyx ubensis
Eugenia brasiliensis (lat. Eugenia brasiliensis) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü. == Yayılması == Eugenia brasiliensis Braziliya və Paraqvayda həm yabanı halda bitir, həm də becərilir.. == Sinonim == Eugenia bracteolaris Lam. ex DC. Eugenia brasiliensis var. erythrocarpa Cambess. Eugenia brasiliensis var. leucocarpa Cambess. Eugenia dombeyi Skeels [Illegitimate] Eugenia filipes Baill. Eugenia filipes Baillon in Grandidier Eugenia ubensis Cambess.
Səd ibn Ubadə
Səd ibn Ubadə (güm. 580-ci illər, Mədinə – 636 və ya 635, Hövran, ərəb. ‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, 7-ci əsrin islam siyasəti xadimi, Mədinədəki Xəzrəc qəbiləsinin başçılarından biri. == Bioqrafiya == Onun tam adı Sad ibn Ubad ibn Dulaim ibn Haris ibn Numan ibn Əbu Həzeym əl-Ənsari əl-Səidi əl-Xəzrəcdir. Səid şəcərəsinin başçısı idi. Akabedə ikinci beyyət zamanı İslamı qəbul edir. O, Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin təşəbbüskarlarından olub. Qureyşlilər bundan xəbər tutur və Akabedən qayıdarkən onun izinə düşərək Məkkəyə gətirirlər. Orada ona işgəncə verilir, lakin Cübeyr ibn Mutim və Haris ibn Hərbin sayəsində Mədinəyə qayıtmağı bacarır. Səd varlı bir insan idi və var-dövlətini gənc müsəlman cəmiyyətinin ehtiyaclarına xərcləyirdi.
Təlhə ibn Ubeydullah
Təlhə ibn Ubeydullah (ərəb. طلحة بن عبيدالله‎) (595, Məkkə – 656, Bəsrə) — səhabə. İslamın ilk səhabələrdəndir. Ömərin xilafət üçün təyin etdiyi altı namizəddən biridir. ” Məhəmmədin onun haqqında Cənnət müjdəsi verdiyi on nəfərdən biridir. İslamı ilk qəbul edənlərdəndir. Rəvayət edildiyinə görə ticarət üçün getdiyi Şamın Busra qəsəbəsində qarşılaşdığı bir rahibdən Məkkədən bir peyğəmbər çıxacağını eşitmişdir. Rahibin tərifindən o peyğəmbərin Məhəmməd olduğunu anlayar. Dərhal Məkkəyə geri qayıdan Təlhə Məhəmmədin peyğəmbərlik elan etdiyini eşitdiyində Əbu Bəkr vasitəsiylə Məhəmmədə beyət edərək müsəlman olmuşdur. Təlhə bin Ubeydullah müsəlman olduqdan sonra məkkəli paqanlar tərəfindan işgəncələrə məruz qalır.
UBS
UBS Group AG — dünya miqyasında geniş maliyyə xidmətləri göstərən ən böyük İsveçrə maliyyə holdinq şirkəti. Bankın qeydiyyat yeri və baş ofisinin yeri Sürixdir . Xüsusi Bankçılıqdan əlavə, UBS özəl, korporativ və institusional müştərilərə sərvət idarəçiliyi, aktivlərin idarəedilməsi və beynəlxalq investisiya bank xidmətləri göstərir. UBS, dünyanın ən böyük özəl sərvətini idarə edir və müştəriləri arasında dünya milyarderlərinin təxminən yarısını təşkil edir. UBS, 1862-ci ildə İsveçrə bank sənayesinin gəlişi ilə Vinterturda Bank olaraq quruldu. 1890-cı illər ərzində İsveçrə Bankı Korporasiyası (SBC) quruldu və İsveçrənin beynəlxalq bitərəfliyinə arxalanaraq fəaliyyətini genişləndirən özəl banklar sindikatını qurdu. SBC və UBS arasında on illərdir davam edən bazar rəqabətindən sonra, 1998-ci ildə birləşərək yalnız UBS kimi tanınan tək bir şirkət qurdular. 2011-ci ildə G20 ölkələri tərəfindən qurulan Maliyyə Sabitliyi Şurası UBS-ni dünyanın 29 sistem əhəmiyyətli bankları siyahısına daxil etdi . Bu qərara əsasən, UBS xüsusi nəzarət rejiminə tabedir və öz sərmayəsi üçün daha sərt meyarlara cavab verməlidir. 2014-cü ildə UBS AG bankının UBS Group AG holdinqinə çevrilməsinə başlandı , bu, bank sisteminin böhranlarına qarşı davamlılığı və dayanıqlılığı artırmaq üçün İsveçrə qanunvericiliyinin bank sektorundakı yeni tələblərinə riayət edilməsi zərurəti ilə əlaqələndirildi.
Ubalar (Arxangel)
Ubalar (başq. Убалар, rus. Убалары) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Arx-Latış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 26 km, kənd sovetliyindən (Maksim Qorki): 5 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 33 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98%) üstünlük təşkil edir.
Ubangi (çay)
Ubangi (Obangui) — Mərkəzi Afrikada çay. Konqo (Zair) çayının ən böyük sağ qolu. Konqo Respublikasının, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası sərhədi ilə axır. Uele və Mbomu çaylarının birləşməsindən əmələ gəlir. Ubangi çayının uzunluğu Uele çayının mənbəyindən 2300 kilometrdir. Hövzəsinin sahəsi 772,8 min kvadrat kilometrdir. Bangi şəhərindən yuxarı astanalıdır. Mənsəbindən Bangi şəhərinədək 650 kilometr uzunluğunda gəmiçiliyə yararlıdır.
Ubanq dili
Ubanq dili — Niger-Konqo dilləri ailəsinin Bendi dilləri qrupuna daxil olan dil. Təxminən 11 min nəfər bu dildə danışır. Ubanq dili öz unikal xüsusiyyətinə görə dünyanın digər dillərindən fərqlənir. Belə ki, Nigeriyada eyniadlı kənddə yaşayan bu dilin daşıyıcısı olan ubanqlı kişilər və qadınlar ayrı formada danışırlar. Düzdü, oğlan uşaqları 10 yaşına kimi qadınların danışdığı dildə danışa bilər. Buna kimsə etiraz etməyəcək; ancaq oğlan uşağının 10 yaşından sonra da qadın dilində danışmağı məqsədəuyğun deyil. Əgər bir oğlan, "kişi" dilində danışırsa deməli bu uşaq artıq yeniyetmədir. Uşaq müvafiq yaşda doğru dilə keçmirsə, hesab olunur ki, deməli onda nəsə bir "anormallıq" var. Ubanqlılar bu fərqliliklə qürur duyur və bunu Tanrının bir hədiyyəsi sayırlar. Onlar deyir ki, “Tanrı Adəm, Həvva və Ubanq xalqını yaradıb".
Ubari
Ubari Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində Bərbərcə danışan şəhər və Vadi əl Həya rayonunun inzibati mərkəzidir. Sahara səhrasında yerləşir. Ölkənin cənub-qərbindəki Əvbari adlı keçmiş rayonun paytaxtı idi. == Coğrafiya == Ubari, Tarqa dərəsində, Messak Sattafat yaylası ilə göllər arasında uzanır. Doğma bitkilərə təbii yayla qidalanan göllərin sahillərindəki bataqlıq otları və yerli Sahara Date xurması (lat.Phoenix dactylifera) daxildir. Ubari oasis qəsəbəsi, Kel Acer Tuareq xalqının Qat-dan sonra ikinci mərkəzidir. Qonşu kəndlərə Qerma və Qarran daxildir. Ubari dünyanın ən günəşli və quraq bölgələrindən birində yerləşir. Qısa, çox isti qış, lakin uzun, son dərəcə isti ilə isti bir səhra iqlimi var. İllik orta yağıntının miqdarı planetdə ən azı 8 mm (0.31 in) olan və ən çox onilliklər heç bir yağış görmədən asanlıqla keçə bilər.
Ubasute
Ubasute (姥捨て), obasute və ya oyasute (親捨て) – Yaponiyada yaşlı və ya xəstə qohumları kimsəsiz yerdə ölümə tərk etmək adəti. Ubasute əfsanələşmiş adət hesab olunur, geniş yayılıb-yayılmadığı mübahisə mövzusudur. Müasir Yaponiyada bu adətin müxtəlif formalarda canlandırıldığı müşahidə olunur. == Yerlər == Fuci dağının şimal-qərb yamacındakı sıx meşələrin, xüsusilə, Aokiqahara meşəsinin ubasute adəti üçün populyar yer olduğu düşünülür. Naqano prefekturasında yerləşən Obasute dağının adı bu adətdən yaranmışdır, çünki qədim zamanlarda insanlar yaşlı və ya xəstə yaxınlarını bu dağda ölümə tərk edirdilər. == Əfsanələr == Ubasute bir çox əfsanənin və hekayənin mövzusu olmuşdur. Bu hekayələrin çoxu valideyni tərk etmək haqqında olsa da, ailə sevgisini də təsvir edir. Məsələn, "Ubasuteyama" hekayəsində oğul öz anasını ölümə tərk etmək üçün dağın zirvəsinə aparır, lakin anası oğlunun geri qayıtmasını asanlaşdırmaq üçün yolu sümüklərlə işarələyir. Bu hekayə ananın hər şeyin fərqində olmasına baxmayaraq, oğlunu hələ də sevdiyini təmsil edir. Hindistandan gələn bir hekayə isə yaşlıları sevməyən bir hökmdar haqqındadır.
Ubbe Raqnarsson
Ubbe Raqnarsson — Raqnar Lodbrokun oğullarından biri. Böyük Vikinq Ordusunun komandirlərindən biri. == Həyatı == Raqnar Lodbrok və Aslauqun oğullarından biri olaraq doğulmuşdu. 878-ci ildə Devon sahillərinə gələrək Uelsin işğalına başlamışdı. Sinvit döyüşündə Anqlo-sakson ordusu tərəfindən məğlub edilərək edam edilmişdi. Ubba, həmçinin Hubba, Ubbe və Ubbi kimi tanınan, VIII əsrin ortalarından etibarən Viking başçısı və böyük ordunun komandirlərindən biri olan Norveçli döyüşçülər koalisiyası idi. 865-ci ildə Northumbria Anglo-Sakson Krallığını işğal etdi - Mercia , Şərqi Anglia və Wessex. Bəzi mənbələr bu xüsusi Ubba Ragnar Lothbrok oğlu olduğunu göstərir (baxmayaraq ki, tarixdə təsdiqlənməyib). Çağdaş ingilis mənbələri ordunun kişilərini danimarkalı və yunanlar kimi təsvir edirlər, amma gücün bir hissəsini Frisia'dan çıxardığına dair bir dəlil var və bir qaynaq Ubbanı Frisilər kimi təsvir edir. 865-ci ildə Böyük Ordu, görünür, İvar adlı bir adamın başçılıq etdiyi, Northumbria krallığını işğal etmədən və məhv etmədən əvvəl Şərqi Angliyada qəfildən qaçmışdı.
Uber
Uber — Dünyanın ən böyük onlayn taksi sifarişi xidməti. "Uber" mobil telefondakı proqram vasitəsilə fərdi avtomobil sürücülərinin xidmətlərindən istifadə etməyə imkan verən avtomobil daşımaları arasında populyar online-servisdir. Əsası 2009-cu ildə sahibkarlar Trevis Kalanik və Harret Kemp tərəfindən qoyulan və mənzil-qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən kompaniya hazırda dünyanın təxminən 80 ölkəsinin 500-dən çox şəhərində fəaliyyət göstərir. == Tarixi == 2014-cü ildə Silikon vadisində ən çox investisiya alan şirkət olmuşdu. 1.2 milyard dollarlıq yatırım ilə şirkətin ümumi dəyəri 40 milyard dolları keçmişdi. == Uber Air == "Uber Air" adlı servis yaxın illərdə Amerikanın Texas ştatının Dallas və Kaliforniya ştatının Los-Anceles şəhərlərində fəaliyyətə başlayacaq. Hava taksisi vertikal uçuş və eniş sisteminə malik nəqliyyat vasitəsidir və havaya pərlər vasitəsilə qalxacaq. Avstraliyanın Melburn şəhərində "Uber Air" servisi vasitəsilə kommersiya daşımaları 2023-cü ildə nəzərdə tutulub. İlk eksperimental uçuşlar isə artıq 2020-ci ildən test rejimində həyata keçirilə bilər. == Elektrik velosipedi == 2019-cu ildə "Uber" şirkətinin Lissabon küçələrində 750 ədəd "Jump" elektrik velosipedi var idi.
Uberto Alvarado Arelyano
Uberto Alvarado Arelyano (isp. Alvarad Arellano Huberto; 1927 – 21 dekabr 1974, Qvatemala) — Qvatemala şairi, yazıçısi, publisisti, esseisti, dramaturqu, Qvatemalada kommunist hərəkatının lideri. == Həyatı == Uberto Alvarado Arelyano 21 may 1927-ci ildə Kesaltenanqo şəhərində anadan olmuşdur. O, 1949-cu ildən Qvatemala Əmək Partiyasının üzvüdür. Xakobo Arbenz Quzman hökuməti 1954-cü ildə devrilənədək "Sakker-ti" (Dan yeri) adlı yaradıcı gənc ziyalı qrupunun təşkilatçısı və rəhbəri idi. 1954–1956-cı illərdə mühacirətdə olmuş, qayıtdıqdan sonra gizli fəaliyyət göstərmişdir. 1949-cu ildə Qvatemala Əmək Partiyası Mərkəzi Komitəsinin üzvü, 1957-ci idlən MK Siyasi Komissiyasının, 1963-cü ildən MK Katibliyinin, 1872-ci ildən MK Baş katibi olmuşdur. 1974-cü ilin dekabrında həbs edilərək öldürülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Энциклопедический справочник «Латинская Америка». — М.: Советская Энциклопедия.
Ubeydullah Əhrar
Nasirəddin Ubeydullah ibn Mahmud Şaşi Xacə Əhrar kimi tanınır (aprel 1404 və ya 1404, Turan və ya Daşkənd – 21 fevral 1490 və ya 1489, Səmərqənd) — Mavərənnəhrin böyük sufisi, Nəqşibəndiyyə şeyxi. == Həyatı == Ubeydullah ibn Mahmud 1404-cü ildə Şaş vilayətinin Bağıstan kəndində doğulmuşdu. Nəqşibəndi ənənəsində Xacə-i Əhrar deyə tanınır. Uşaqlığında həm məktəbə davam etdi, həm də əkinçiliklə məşğul olan atasına yardımçı oldu. İyirmi iki yaşına gəldiyində dayısı Xacə İbrahim onu elm təhsili üçün Səmərqəndə gətirdü. Burada bir müddət Mövlanə Qütbəddin Sədr mədrəsəsinə davam etdiysə də təsəvvüfə duyduğu meyil səbəbiylə mədrəsə təhsilini başa çatdıra bilmədi. Bu dönəmdə tanış olduğu Nəqşibəndi şeyxi Sa‘dəddin-i Qaşqari ilə birlikdə Nizaməddin Xamuşun söhbətlərinə qatıldı. Səmərqənddə iki illik iqamətinin ilk ilində Mavəraünəhirin müxtəlif şəhərlərini dolaşıb, Nəqşibəndiyyə təriqətinin öndə gələn şeyxlərini ziyarət etdi. Ertəsi il Heratdan Səmərqəndə gələn və Şah Qasım Ənvar deyə məşhur olan Səfəvi şeyxi Seyyid Muinəddin Əli Təbrizinin söhbətlərindən faydalandı. Daha sonra Səmərqənddən ayrılıb Herata getdi.
Ubeyy ibn Kəb
Ubeyy ibn Kəb (I minillik, Mədinə – 649 və ya VII əsr, Mədinə, ərəb. أبي بن كعب‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, Quranı gözəl oxumaq bacarığına görə o, Seyid əl-Qurra (qiraət edənlərin ağası) ləqəbini almışdır. == Bioqrafiya == Tam adı Ubeyy ibn Kəb ibn Qeys əl-Xəzrəcdir. Mədinədə doğulmuş və Xəzrəc qəbiləsindəndir. Müsəlmanların Mədinəyə hicrətindən əvvəl İslamı qəbul etmiş, Əqəbədəki ikinci beyyətinin iştirakçısı olmuşdur. Bədr, Uhud, Xəndək döyüşü və digər müsəlmanların müşriklərə qarşı döyüşlərində iştirak etmişdir. Uhud döyüşündə Ubeyy ağır yaralanır. Ubeyy ibn Kəb İslamı qəbul etməmişdən əvvəl oxuyub yazmağı bilən nadir insanlardan idi. Hicrətdən sonra Mədinə əhli arasından onun birinci katibi olur. O, Məhəmmədə nazil olan İlahi vəhyləri yazmış və Quranı ən yaxşı oxuyan şəxs olmuşdur.
Ubin adası
Ubin adası (malay Pulau Ubin) — Sinqapur dövlətinin ərazisinə daxil olan ada. Ölkənin şimal-şərqində yerləşir. Gözəl təbiətinə görə insanlar tərəfindən qədim zamanlardan ziyarət edilir. Hazırda isə turistik bölgə sayılır. Adada 2012-ci il məlumatına görə 38 nəfər yaşayır. Ən hündür yeri Bukit Puaka təpəsidir (75 m). İnzibati baxımından Şimal-Şərq regionuna daxildir. Adanın adı malay dilindən tərcümədə "Qranit adası" mənasını verir. == Nəqliyyat == Adaya Çanqi sərnişin limanından bərə ilə getmək mümkündür. Adaya 10 dəqiqə müddətində çatmaq mümükündür.
Ubinilium
Unbinilium (Ubn) - kimyəvi elementlərin dövri sistemində 120-ci element.
Ubisoft
Ubisoft — videooyun istehsal edən Fransa şirkəti. Baş mərkəzi Fransanın paytaxtı Parisin Montyer kommunasında yerləşir. Şirkət "Assassin's Creed", "Far Cry", "For Honor", "Just Dance", "Prince of Persia", "Rabbids", "Rayman", "Tom Clancy's" və "Watch Dogs" kimi tanınmış videooyunları hazırlayıb. == Tarixi == Beş Hiymo qardaşları 1986-cı ildə ilk dəfə olaraq Montyer kommunasında "Ubisoft" şirkətinin əsasını qoyurlar. İv Hiymo Fransada digər oyun istehsal edən "Electronic Arts", "Sierra On-Line" və "Microprose" şirkətləri ilə birgə çalışmışdır. 1994-cü ildə "Ubisoft" şirkətinin Kanadanın Monreal şəhərində ofis açır və bir müddət sonra şirkətin əsas ofisinə çevrilir. 1996-cı ildə "Ubisoft" şirkəti Çinin Şanxay və Kanadanın Monreal şəhərində digər ofislər açdırır. Digər ölkələrdə açlıan ofislər orijinal videooyunlar və ya filmlərə uyğun videooyunlar hazırlayır.
Ubisoft Montreal
Ubisoft Montreal - oyun istehsal edən şirkətdir və Ubisoft şirkətinin baş ofisidir. Şirkətin mərkəzi Kanadanın Monreal şəhərində yerləşir. == Tarixi == "Ubisoft Montreal" şirkəti 1997-ci ildə Kanadanın Kvebek əyalətinin Monreal şəhərində qurulmuşdur. Çünki Kvebek əyaləti fransız dilli xalqın məskunlaşdığı əsas yerlərdən biri idi və bu da studiyanın mərkəzinin burada yerləşməsi üçün əsas ilham mənbəyinə çevrilmişdi. Əvvəlcə şirkət, əsasən, uşaq oyunlarını hazırlamağa başlamışdır. 2000-ci ildən etibarən şirkət "Hərəkət" (ing. Action) janrında oyunlar istehsal etməyə başlayır. Bu şirkəti "Hərəkət" janrından istehsal etdiyi oyunu isə "Tom Clancy's Splinter Cell" videooyunu idi.
Ubort
Ubort (ukr. Уборть; belar. Убарць) ― Ukraynanın Jitomir vilayəti və Belarusun Qomel vilayətindən axan çay. Ubort Dnepr çayı hövzəsinə daxil olan Pripyatın sağ qoludur. Çay 292 kilometr (181 mil) uzunluğuna və 5820 km² drenaj hövzəsinə malikdir. == Su rejimi == Ubort daha çox yazda dağlardakı qarın əriməsi (~70%) və buzlaqlar ilə qidalanır. Buna görə çayın bolsulu dövrü əsasən martın ortalarından mayın əvvələrinə qədərdir. Ubort noyabrın ortalarında və ya yanvarın sonlarında dona bilir və buz fevralın və ya aprelin ortalarında əriyir. == Hövzəsi == Ubort Jitomir vilayətindəki Andreyeviçi kəndinin cənubundakı təpələrdən başlayır. Çay 222 metr yüksəkliyindəki Simoni təpələrindən qərbə və 225 metr yüksəkliyindəki Marinivka təpələrindən şimal-şərqə doğru axan bir neçə kiçik çaydan başlanğıc götürür.
Ubsu-Nur
Ubsu-nur, Ubsa Gölü, Uvs Gölü, (Monqol dili: Увс Нуур - Uvs Nuur, Rus dili: Убса - Ubsa, Tuva dili: Успа-Холь - Uspa Hol), Monqolustanda ən böyük göl. Dəniz səviyyesindən 759 metre hündürlükdə bulunur.
Ubsu-Nur çökəkliyi
Ubsu-Nur çökəkliyi — Ubsu-Nur gölünün hövzəsində, Orta Asiyanın ən şimalda yerləşən, ən böyük qapalı su hövzəsinin sahəsini əhatə edir. Hövzənin ərazisi Monqolustanın (Ubsu-Nur gölü bölgəsi) və Rusiyanın (Ubsunur çökəkliyi qoruğunun) bir hissəsidir. Hər iki ölkədə bir mühafizə sahəsi vardır. Ubsu-Nur çökəkliyində təbiəti mühafizə obyektlərinin ümumi sahəsi 1,068,853 ha-dır. Ubsu-Nur hövzəsi Böyük Göllər çökəkliyinin şimal hissəsini əhatə edir, nisbətən aşağı olan Xan-Xuxiyn-Nuruu silsiləsi (ən yüksək hündürlüyü 2928 m) və onun qərb uzantısı Toğtoxun-Şil silsiləsi (maksimum hündürlüyü 2357 m yuxarı) ilə əhatələnir. Ubsu-Nur çökəkliyinin uzunluğu şimaldan cənuba 160 km, qərbdən şərqə 600 km-dir. Əvvəllər Ubsu-Nur hövzəsi tamamilə Monqolustanın bir hissəsi idi. 1932-ci ilə qədər Monqolustan Xalq Respublikası ilə Tuva Xalq Respublikası arasında müqavilə bağlanır. Müqaviləyə əsasən Ubsu-Nur hövzəsinin şimal hissəsi Tıvaya verilir. 1944-cü ildə bölgə Tıva Muxtar Vilayəti olaraq SSRİ-nin tərkibinə daxil olur və 26 mart 1958-ci ildə Monqolustan ilə SSRİ arasındakı sərhədə dair razılaşma əldə edilir.
Ubsu-nur gölü
Ubsu-nur, Ubsa Gölü, Uvs Gölü, (Monqol dili: Увс Нуур - Uvs Nuur, Rus dili: Убса - Ubsa, Tuva dili: Успа-Холь - Uspa Hol), Monqolustanda ən böyük göl. Dəniz səviyyesindən 759 metre hündürlükdə bulunur.
Ubuntu
Ubuntu ("insanpərvərlik", "humanizm") — Debian əsasında yaranmış, Linux nüvəsini istifadə edən əməliyyat sistemidir. Əsas yaradıcı və sponsor Canonical şirkətidir. Hal-hazırda layihə azad cəmiyyət tərəfindən aktiv inkişaf etdirilir və dəstək edilir. "Ubuntu" sözü zulu dilindən (əsasən Cənubi Afrika Respublikasında geniş yayılmış dil) tərcümədə "insanlıq" anlamını verir. Hazırda sərbəst şəkildə inkişaf etdirilir və dəstəklənir. 2009–2011-ci illərdə Beynəlxalq İnformatika Olimpiadasında (International Olympiad in Informatics, IOI) yarış iştirakçılarının kompüterində Ubuntu əməliyyat sistemi quraşdırılmışdı. Distrubitivin adi yeni veriyası 6 aydan bir çıxır və 18 ay ərzində təhlükəsizlik yenilənmələri ilə dəstək edilir. LTS versiyası isə 2 ildən bir çıxır və 3 il ərzində dəstək edilir (server veriyası — 5 il). Ubuntu server və iş stansiyaları üçün ilkin yığılmış proqram təminatı ilə təchiz edilir. Ubuntu CD və ya DVD-daşıyıcı istifadə edərək LiveCD və ya mətn sehrbazı vasitəsilə masaüstü fərdi kompyuterlərə yazılır.

"ub" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ub nədir? #ub sözünün mənası #ub nə deməkdir? #ub sözünün izahı #ub sözünün yazılışı #ub necə yazılır? #ub sözünün düzgün yazılışı #ub leksik mənası #ub sözünün sinonimi #ub sözünün yaxın mənalı sözlər #ub sözünün əks mənası #ub sözünün etimologiyası #ub sözünün orfoqrafiyası #ub rusca #ub inglisça #ub fransızca #ub sözünün istifadəsi #sözlük