üz sözü azərbaycan dilində

üz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • üz • 97.3192%
  • Üz • 2.5964%
  • ÜZ • 0.0844%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Üz
Üz və ya sifət — insan başının yuxarıda baş dərisinin, aşağıda - alt çənənin küncləri və alt kənarı ilə, yanlardan - alt çənənin kənarları ilə sərhədlənmiş ön hissəsi.
Üz siniri
Üz siniri —
Üz-üzə (povesti)
"Üz–üzə" — Çingiz Aytmatovun ilk povesti. == Mövzusu == "Üz-üzə" əsərində yazıçı İkinci Dünya müharibəsi əsnasında cəbhədən qaçan bir əsgərin savaşın əleyhinə çıxması və insanın öz həyatını qurtarmaq üçün çəkdiyi iztirabları təsvir edir. Əsərdə kiçik bir kənddə müharibədən əvvəl xoşbəxt yaşayan bir ailədən bəhs edilir. Yeni evli bu cütlüyün həyatı müharibənin başlamasıyla tamamilə alt-üst olur. Əsərdə müharibənin insan və cəmiyyət ruhunda meydana gətirdiyi aşınmalar, xalqın ölüm-dirim mübarizəsi təsirli bir şəkildə təsvir edilmişdir. Əsərin əsas leytmotivini fərari ərini qorumaq üçün Səidənin yaşadığı qorxunc çətinliklər, hisslər təşkil edir. Kənddəki digər qadınlara cəbhədəki ərləriylə əlaqədar acı xəbər gəldikcə Səidənin yaşadığı ziddiyyətli duyğuları yazıçı onu mühakimə və tənqid etmədən adi bir insan olaraq görməyimizə nail olmuşdur. == İdeyası == Əsərin əsas ideyası ictimai rifahın fərdi mənfəətdən daha əhəmiyyətli olmağını göstərməkdır. Çingiz Aytmatov kiçik mühitdən çıxaraq bütün dünyaya səslənir, yalnız milli deyil, bütün bəşəriyyətin faciəsinə çevrilmiş problemlərə işıq salır. Yazıçı "Üz-üzə" əsərində xalqının ağrılarını, qəhrəmanlıqlarını, təcrübələrini yazıya töküb ölümsüzləşdirmiş, müharibənin sərt qanunlarını ən inandırıcı şəkildə izah etmiş, öz ifadəsi ilə desək "tipik insan"ı ortaya qoymağa çalışmışdır.
İki tərəfli üz
İki tərəfli üz — patologiyada "Craniophagus Parasiticus" adlanır. Belə hallarda bir bədəndə iki siam əkizlərinin kəllə qutusu bitişməyə başlayır. 1896-cı ildə nəşr olunan "Tibbin anomaliyalari və qeyri-adilikləri" kitabında maraqlı hadisə qeyd olunub. Belə ki, Edvard Mordreyk adlı şəxs iki üzlə anadan olub. O, İngiltərənin imkanlı ailəsinin varisi olub. Bütün tanışlar onun haqqında müsbət fikirdə idilər. Onu görənlər ön tərəfdən üzünün çox yaraşıqlı olduğunu deyirdilər. Ancaq başının arxa hissəsində yerləşən üzü əksinə çox çirkin olub. Onun dediyinə görə gecələr ikinci üzü ona iblisyana sözlər pıçıldayırmış. Hətta onun ön üzü güləndə arxa üzünün kədərləndiyi halları da olub.
Çapıqlı üz (film, 1983)
Çapıqlı üz (ing. Scarface) — 1983-cü ildə çəkilmiş Amerika epik kriminal dramdır. Baş rolda Al Paçinonun Toni Montananı canlandırdığı filmin rejissoru Brayan De Palma, ssenari müəllifi isə Oliver Stoundur. Hovard Houksun 1932-ci ildə çəkdiyi eyniadlı film əsasında çəkilmiş "Çapıqlı üz"də, 1980-ci ildə Mariel gəmi köçürülməsi nəticəsində Mayamiyə gələn uydurulmuş (real şəxsiyyət olmayan) Kuba köçkününün hekayəsi təsvir olunur. Montana 1980-ci il kokain bumu dövründə qüdrətli qanqsterə çevrilir. Süjet boyu onun Mayaminin kriminal aləmində yüksəlişinin və sonda yunan faciəsi tərzində enişinin xronikası təqdim edilir.
Üç üz (film, 2018)
Üç üz (fars. سه رخ‎ — Sə rüx) — Cəfər Pənahinin 2018-ci ildə çəkdiyi dram janrında filmdir. Filmdə iranlı üç qadının taleyindən bəhs edilir. == Filmin mövzusu == Məhdud büdcə ilə çəkilmiş bu minimalist filmdə baş rollarda Behnaz Nəcəfi, Mərziyyə Rzayi və rejissorun özü çəkilib. Film əsasən aktrisa olmaq istədiyi üçün ailəsinin təzyiqləri ilə üzləşən gənc bir qızın həyat hekayəsindən bəhs edir. Ümumilikdə isə filmdə üç iranlı aktrisanın həyatından bəhs edilir. Onlardan biri İslam İnqilabından sonra kinodan getməyə məcbur olan aktrisa, ikincisi müasir populyar aktrisa, digəri isə aktyorluq məktəbinin tələbəsidir. Filmdə İran qadınlarının, xüsusilə də aktrisaların qarşılaşdığı sosial və peşəkar problemlər göstərilir. == Mükafatlandırılması == Cəfər Pənahiyə siyasi fikirlərinə görə İranda iyirmi illik kino çəkmək və ölkəni tərk etmək qadağan edilməyinə baxmayaraq o, qadağa dövründə dörd film ərsəyə gətirmişdir. Bu filmlərdən sonuncusu məhz "Üç üz" filmidir.
Anarla üz-üzə (film, 1989)
Anarla üz-üzə filmi rejissorlar Ramiz Həsənoğlu və Rəis İsmayılov tərəfindən 1989-ci ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film yazıçı, şair, tərcüməçi, ssenarist Anarın həyat və yaradıcılığına həsr olunub. == Məzmun == Film yazıçı, şair, tərcüməçi, ssenarist Anarın həyat və yaradıcılığına həsr olunub.
Vulkanla üz-üzə (film, 2001)
== Məzmun == Film Azərbaycan ərazisində, xüsusilə Qobustanda palçıq vulkanları və onların lavalarının müalicəvi əhəmiyyəti haqqındadır. Palçıq vulkanlarına dünyanın bir çox yerlərində təsadüf etmək olar. Amma palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda, 16000 km² ərazidə cəmlənmişdir! Təbiətin möhtəşəm və sirri açılmamış təzahürü bütün forma və çeşid müxtəlifliyi ilə qəsdən sanki burada canlanmışdır. Elə bu səbəbdən də Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Azərbaycanda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir.
Vəhşi Təbiətə Üz tutan Fərdiyyəçilər
Vəhşi təbiətə Üz tutan Fərdiyyəçilər ya da Vəhşiliyə Yönələn Fərdiyyəçilər (isp. Individualistas Tendiendo a lo Salvaje, ITS) 2011-ci ildə Meksikada ortaya çıxan, özünü eko-ekstremist olaraq adlandıran bir eko-terror təşkilatıdır. Meksika hökumət orqanları tərəfindən bəzi şiddətli aktlar bu təşkilatla əlaqələndirilsə də, qrup tərəfindən törədilən hücumların çoxu istintaq araşdırmalarının ardından inkar edilmiş və başqa qruplara və ya terrorizm hesab olunmayan cinayətlərə aid edilmişdir. == İdeologiya == 3 fevral 2016-cı il tarixində ITS Eko-ekstremist Lənət (ispanca: Maldición Eco-extremista) adlı bloqda bir bəyanat dərc etdi. Yazıda o, özünü "eko-ekstremist" adlandıraraq, elmi və texnoloji tərəqqini ekosistemlərin təxribatına və özünü təbiətdən uzaqlaşdıran bir sivilizasiyanın inkişafına görə məsuliyyət daşımaqda ittiham edirdi. Alçalma prosesi kimi gördükləri texnoloji tərəqqini geri qaytarmaq üçün onlar cavabdeh olaraq təyin etdikləri şəxslərə qarşı peşmançılıq çəkmədən şiddətli hərəkətlər edəcəklərini açıqladılar. Qrup Meksikanın müxtəlif universitet mərkəzlərində nanotexnologiya və digər əlaqəli elmlərin tədrisinə özünü həsr etmiş universitet müəllimlərinə məktub bombaları göndərərək 2011-ci ildə terror fəaliyyətinə başladığını bəyan edirdi. Bu ilk hərəkətlərin metodologiyası qrupun əsas ilham mənbəyi olan Ted Kazinski'ninkinə bənzəyirdi. Bununla belə, digər neo-luddist və ya anarxo-primitivist qruplar tənqidi fikirdədirlər və görünür, Kazinskinin özü ilə əlaqə saxlamağa başlayıblar, o, 2012-ci ilin əvvəlində inqilabi hərəkətlərə dair sadəlövh təklifinə və tarix boyu ictimai hərəkatların lal təhlilinə görə İTS-ə qarşı sərt məktub yazmışdı. 2014-cü ildə ITS yeni mərhələ elan etdi və onlarla eko-anarxist qrupla Vəhşi Reaksiya (ispanca.
Halogenli üzvi birləşmələr
Halogenli üzvi birləşmələr - tərkibində Karbon - Halogen rabitəsi saxlayan birləşmələrə deyilir. == Halogenli törəmələrin nomenklaturası == Halogenli törəmələr R-Hal kimi (Alk-Hal-alkilhalogenidlər və Ar-Hal-arilhalogenidlər üçün) ümumi formulaya malikdirlər. Sistematik nomenklatura ilə ad verərkən müvafiq doymuş karbohidrogenin adının əvvəlinə halogen atomunun yerini göstərmək şətrilə "xlor", "brom", "yod" - sözləri yazılır. halogen karbohidrogen zəncirinin hansı ucuna yaxındırsa, nömrələmə də ordan başlanır. Əgər zəncirdə ikiqat və üçqat rabitələr varsa, onda nömrələmə ondan başlanır. Əgər halogen zəncirdə yeganə əvəzləyicidirsə, müvafiq radikalın adının sonunda "xlorid", "florid", "bromid" və "yodid" sözlərini əlavə edirlər. Əgər ilkin karbohidrogenin bütün hidrogen atomları halogenlə əvəz olunubsa onda halogenli törəmənin adının əvvəlinə "per-" sözü əlavə edilir. Bir sıra halogenli törəmələr üçün trival nomenklaturadan istifadə edilir. == Halogenidlərin fiziki xassələri == Struktur quruluşuna görə alkil və arilhalogenidlərin qaynama və ərimə temperaturları müvafiq karbohidrogenlərdən böyükdür. Normal şəraitdə, ancaq ən kiçik halogenidlər: CH3F, C2H5F, C3H3F, CH3Cl, C2H5Cl, CH3Br qazdır.
Hüseyni (üzüm)
Hüseyni — Üzüm növü. Sortun vətəni Orta Asiyadır. Hüseyni ərəb sözü olub "gözəl" və "yaxşılıq" deməkdir. Ən çox Özbəkistanda və dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanın əksər rayonlarında və ən çox Şəmkirdə yayılmışdır. Bir çox variasiyaları vardır. Ağ Hüseyni gilələri boğmalı olan, boğulma gilənin ortasındadır; Hüseyni Lyunda – gilələri silindrikdir, ağdır, gəlinbarmağı gilələri ensiz və nazikdir; çəhrayı Hüseyni – Hüseyni Lyunda kimidir, ancaq çəhrayıdır. Bunların içərisində Hüseyni Lyunda geniş yayılmışdır. Təsvir də buna görə aparılmışdır. Kolları güclü böyüyəndir. Kordon formaları bu sorta uyğun gəlir.
Həmcins üzvlər
Həmcins üzvlər — Cümlədə bir üzvlə bağlı olub, bir sintaktik vəzifə daşıyan bərabər hüquqlu üzvlərə həmcins üzvlər deyilir. Həmcins üzvlər bir sıra xarakterik xüsusiyyətlərə malikdir: a) həmcins üzvlər cümlədə eyni sintaktik vəzifədə, yəni eyni cümlə üzvü rolunda çıxış edir; b) həmcins üzvlər bir-biri ilə tabesizlik (bitişdirmə, bölüşdürmə, qarşılıq) bağlayıcıları, ya da sadalama (birləşdirici, bölüşdürücü, qarşılaşdırma intonasiyası) ilə bağlanır; c) həmcins üzvlər özləri üçün ümumi (müştərək) olan hər hansı bir cümlə üzvü ilə eyni sintaktik əlaqə və məna münasibətlərində olduğu üçün nəticədə, əsasən, eyni ifadə vasitəsinə və eyni şəklə malik olub, eyni suala cavab verir; ç) həmcins üzvlər ikidən az olmamaqla, qeyri-məhdud kəmiyyətə malik olur. Həmcins üzvlər cümlə üzvlərinə görə həmcins mübtədalar, həmcins xəbərlər, həmcins tamamlıqlar, həmcins təyinlər, həmcins zərfliklər kimi növləri var. == Həmcins mübtədalar == Həmcins mübtədalar ikiüzvlü və çoxüzvlü olur, onlar həm intonasiya əlaqəsi, həm tabesizlik bağlayıcıları, həm də intonasiya və tabesizlik bağlayıcıları ilə birgə işlənir. Həmcins mübtədalarda bəzən semantik fərqlərə görə, ardıcıllıq qorunur: a) subyektlərin ictimai vəzifəsi görə; b) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin vəzifəsinə görə; c) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin tədriciliyinə görə; ç) əşyaların keyfiyyətinə, həcminə görə, əşyaların mənasına görə; ə) hərəkətin mənasına görə; f) həmcins mübtədalardan başqa, sairə, özgə, qeyri və sair əvəzliklərlə ifadə olunanı və yaxud da bu əvəzliklərdən ibarət təyini olanı ən axırda gəlir; d) subyektlərin öz aralarında eyni münasibətdə olduqda, onlardan bu və ya digərini ayırmağa ehtiyac olmur və həmcins mübtədalar adi qaydada sıralanaraq düzülür və s. == Həmcins xəbərlər == Həmcins xəbərlər digər həmcins üzvlər kimi tabesizlik bağlayıcıları, intonasiya, tabesizlik bağlayıcıları və intonasiya ilə bağlanır. Həmcins xəbərlər ifadə vasitəsinə görə iki qrupa bölünür – həmcins ismi xəbərlər, həmcins feili xəbərlər. Bəzən ola bilər ki, bir cümlədə ismi xəbər və feili xəbər ilə həmcinslik yaransın. Həmcins feili xəbərlər cümlədə zamana, şəxsə, kəmiyyətə görə adətən uzlaşır, lakin bəzən pozulduğu hallar da olur. Cümlədə həmcins feili xəbərlərin sıralanmasına da semantik cəhətdən aşağıdakılar göstərilir: a) subyektin hərəkətinin həcminə görə; b) hərəkətlərin icrasındakı zamana görə; c) səbəb və nəticəyə görə; ç) səbəb və məqsədə görə; d) hərəkətin mühümlüyünə görə; həmcins ismi xəbərlərin semantik sıralanmasına bunlar aid edilir: a) subyektə və ya əşyaya aid keyfiyyətin dərəcəsinə görə; b) subyektə və ya əşyaya aid əlamətin dərəcəsinə görə; c) subyektə və ya əşyaya aid əlamətin hüququ dərəcəsinə görə; ç) subyektə və ya əşyaya aid əlamətin əhatə dərəcəsinə görə.
Infraqırmızı spektroskopiya üsulu ilə üzvi maddələrin tədqiqi
İnfraqırmızı spektroskopiya — infraqırmızı şüaların təsiri ilə maddələrin tərkibindəki dəyişikliklərin təyin edilməsində istifadə olunan spektral analiz üsullarından biridir. Hələ 1882–1900-cü illərdə Edvard Festinq 52 birləşmənin "IQ" spektrini almış və müşahidə olunan udmanın bu molekullardakı funksional qruplarla əlaqəsini göstərmişdir. Bu üsulun daha da təkmilləşməsində Amerika fiziki Uilyam Kobelsin böyük əməyi oldu. Hələ 1903-cü ildə o, NaCl prizmasından istifadə edərək yüzlərlə üzvi və qeyri-üzvi maddələrin tam infraqırmızı spektrlərini almışdır. İQ spektroskopiyanın inkişafı İQ interferometrlərinin meydana gəlməsi ilə bağlı olmuşdur ki, bunlar da 70-ci illərdə təkmilləşərək kompüterləşmiş və Furye çevrici ilə təchiz olunmuş halda dünya bazarlarına çıxarılmışdır. Spektrlərdəki ehtizazi və fırlanma dalğa uzunluğu 1–50µ arasındadır. Mineralogiyada və kristalloqrafiyada infraqırmızı spektroskopiya mineral qarışıqlarının kəmiyyət analizi və tutuşdurulması; mineralın quruluşundakı H2O-nun təbiətini müəyyən etmək, onların əmələ gəlməsində bir kriteriya kimi quruluşun nizamlanma dərəcəsini araşdırmaq üçün və başqa hallarda istifadə olunur. Spektroskopiya maddə ilə elektromaqnit şüaların qarşılıqlı təsirini, maddənin struktur quruluşunu və onu təşkil edən atomların və molekulların öyrənilməsidir. Spektroskopiya elektromaqnit şüalanmanın – qamma şüaların, X-şüaların (rentgen şüaları), infraqırmızı şüaların, görünən və ultrabənövşəyi şüaların, mikrodalğanın və radio tezliklərin bütün sahəsini istifadə edir. İnfraqırmızı spektroskopiya spektroskopiyanın bir bölməsidir ki, infraqırmızı diapazonda üzvi və qeyri-üzvi birləşmələrin buraxılma, udulma və əksolunma spektrləri əldə edilir və araşdırılır.
Kabaddi üzrə Dünya Kuboku 2014
Kabaddi üzrə Dünya Kuboku 2014 (ing. 2014 World Kabaddi Cup) — Hindistanın Pəncab ştatında kabaddi idman növünün dairəvi üslubu üzrə sayca beşinci dəfə keçirilmiş dünya kuboku uğrunda turnir. == İştirakçı ölkələr == Kabaddi üzrə dünya kuboku uğrunda oyunlarda 11 ölkənin kişilərdən ibarət yığma komandası və 8 ölkənin qadınlardan ibarət yığma komandası (cəmi 19 komanda) mübarizə aparmışdır. === Kişilərdən ibarət yığma komandalar === Argentina Avstraliya Kanada Danimarka İngiltərə Hindistan İran Pakistan İspaniya İsveç ABŞ == Oyun meydanları == ing. Government College Stadium, Gurdaspur ing. Multi Purpose Sports Stadium, Dhudike ing. Nehru Stadium, Rupnagar ing. A.S. College Stadium, Khanna, Ludhiana ing. Guru Arjun Dev Sports Stadium, Chohla Sahib, Tarn Taran ing. Guru Nanak Stadium, Sultanpur Lodhi ing.
Kartof üzrə Beynəlxalq Mərkəz
Kartof üzrə Beynəlxalq Mərkəz (ing. CIP) — Kənd təsərrüfatı üzrə Beynəlxalq təşkilat == Yaradılması == Mərkəz 1971-ci ilin 20 yanvarında Perunun Lima şəhərində yaradılmışdır. 1972-ci ildən kənd təsərrüfatında beynəlxalq tədqiqatların məsləhətləşmə qrupunun çağırışı altında fəaliyyət göstərir. == Əsas məqsədi == Ərzaq məhsulları istehsalının artırılmasına köməklik göstərmək və kənd təsərrüfatında dayanıqlı ekoloji təhlükəsizliyin yaradılması; adi və şirin kartofun istehsalı üzrə elmi proqramların tətbiqi ilə əhalinin rifahının yüksəldilməsi; kartofun genetik materiallarla və təcrübə mübadiləsi ilə təmin edilməsi.
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937–1941), professor Şıxbala Əliyev (1941–1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov (1943–1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949–1967), akademik İzzət Oruczadə (1967–1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971–1983) rəhbərlik etmiş, 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmişdir. 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (Azərbaycan)
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937–1941), professor Şıxbala Əliyev (1941–1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov (1943–1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949–1967), akademik İzzət Oruczadə (1967–1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971–1983) rəhbərlik etmiş, 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmişdir. 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı.
Kimya üzrə "Nobel" mükafatı
Nobel Kimya mükafatı — Kimya elmində vacib kəşflər etmiş alimlər üçün nəzərdə tutlmuşdur. Kimya üzrə Nobel Mükafatı (isveç. Nobelpriset i kemi) kimya sahəsində elmi nailiyyətlərə görə hər il Stokholmda İsveç Kral Elmlər Akademiyası tərəfindən verilən ən yüksək mükafatdır. Mükafat laureatlarına namizədlər Kimya üzrə Nobel Komitəsi tərəfindən irəli sürülür. Mükafat 1895-ci ildən isveçli kimyaçı Alfred Nobelin (ölüb 1896) vəsiyyəti ilə təsis edilən beş mükafatdan biridir, kimya, fizika, ədəbiyyat, fiziologiya və tibb sahələrində görkəmli nailiyyətlərə və sülhə verdiyi töhfələrə görə verilir. Kimya üzrə ilk Nobel mükafatı 1901-ci ildə hollandiyalı Jacob Hendrik van't Hoff'a verilib. Hər bir laureata medal, diplom və pul mükafatı verilir, bu mükafatların məbləği illər ərzində dəyişir. Mükafat Stokholmda, Nobelin ölümünün ildönümündə, dekabrın 10-da keçirilən illik mərasimdə verilir == Tarixi ilkin şərtlər == Alfred Bernard Nobel (21 oktyabr 1833, Stokholm, İsveç) kimyaçı, mühəndis, novator, hərbi istehsalçı və dinamitin ixtiraçısı idi. Alfred Nobelin mülkiyyətində qalması kimyəvi və top istehsalına keçid üçün əhəmiyyətli bir təkan verən Bofors metallurgiya şirkətinə sahib idi — Bofors həm hərbi silahların (təyyarələr, tanklar) istehsalı, həm də barıt istehsalı ilə məşğul idi., və s. Alfred Nobel üç yüz əlli beş müxtəlif ixtiraya patent verdi, bunların arasında ən məşhuru dinamit ixtirası idi.
Kimya üzrə Nobel mükafatı
Nobel Kimya mükafatı — Kimya elmində vacib kəşflər etmiş alimlər üçün nəzərdə tutlmuşdur. Kimya üzrə Nobel Mükafatı (isveç. Nobelpriset i kemi) kimya sahəsində elmi nailiyyətlərə görə hər il Stokholmda İsveç Kral Elmlər Akademiyası tərəfindən verilən ən yüksək mükafatdır. Mükafat laureatlarına namizədlər Kimya üzrə Nobel Komitəsi tərəfindən irəli sürülür. Mükafat 1895-ci ildən isveçli kimyaçı Alfred Nobelin (ölüb 1896) vəsiyyəti ilə təsis edilən beş mükafatdan biridir, kimya, fizika, ədəbiyyat, fiziologiya və tibb sahələrində görkəmli nailiyyətlərə və sülhə verdiyi töhfələrə görə verilir. Kimya üzrə ilk Nobel mükafatı 1901-ci ildə hollandiyalı Jacob Hendrik van't Hoff'a verilib. Hər bir laureata medal, diplom və pul mükafatı verilir, bu mükafatların məbləği illər ərzində dəyişir. Mükafat Stokholmda, Nobelin ölümünün ildönümündə, dekabrın 10-da keçirilən illik mərasimdə verilir == Tarixi ilkin şərtlər == Alfred Bernard Nobel (21 oktyabr 1833, Stokholm, İsveç) kimyaçı, mühəndis, novator, hərbi istehsalçı və dinamitin ixtiraçısı idi. Alfred Nobelin mülkiyyətində qalması kimyəvi və top istehsalına keçid üçün əhəmiyyətli bir təkan verən Bofors metallurgiya şirkətinə sahib idi — Bofors həm hərbi silahların (təyyarələr, tanklar) istehsalı, həm də barıt istehsalı ilə məşğul idi., və s. Alfred Nobel üç yüz əlli beş müxtəlif ixtiraya patent verdi, bunların arasında ən məşhuru dinamit ixtirası idi.
Kimya üzrə Nobel mükafatı laureatlarının siyahısı
Kimya üzrə Nobel mükafatı (isv.Nobelpriset i kemi) — İsveç Kral Elmlər Akademiyası tərəfindən kimyanın müxtəlif sahələri üzrə elm adamlarına təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və Royal İsveç Elmlər Akademiyası tərəfindən verilir. Kimya üzrə Nobel mükafatına ilk dəfə 1901-ci ildə hollandiyalı alim Yakob Vant-Hoff layiq görülmüşdür. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə Yakob Vant-Hoffa verilmiş mükafat pulunun məbləği 150.782 İsveç kronu təşkil edirdi, 2007-ci ilin dekabr ayında bu məbləğ 7.731.004 İsveç kronuna bərabər idi. Mükafat Stokholmda 10 dekabr — Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur. Ən azı 25 laureat, digər kimya sahələrindən daha çox üzvi kimya sahəsindəki töhfələrinə görə Nobel mükafatına layiq görülmüşdür. Kimya üzrə iki Nobel mükafatı laureatı, Riçard Kun (1938) və Adolf Butenandtın (1939) mükafatlarını almasına hökumətləri icazə vermədi.
Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi
== Yaranma tarixi == Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli 511 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə" təsdiq edilmiş və həmin tarixdən etibarən Müfəttişlik fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılmışdır. == Əsasnamə == Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamə" təsdiq edilmişdir. == Haqqında == Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Əsasnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarda kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və su keçidlərinin təhlükəsiz istismarına texniki nəzarəti, həmçinin çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır. == Fəaliyyət istiqamətləri == kiçikhəcmli gəmilərin və onların dayanacaq bazalarının istifadəsi zamanı dövlət və texniki nəzarəti, kiçikhəcmli gəmilərin dayanacaq bazalarında insanların təhlükəsizliyi ilə bağlı tələblərə əməl olunmasına nəzarəti həyata keçirir; kiçikhəcmli gəmilərin təsnifatına uyğun olaraq onların dövlət qeydiyyatını və uçotunu aparır, onları ilkin və illik texniki müayinədən və baxışdan keçirir; kiçikhəcmli gəmilərə dövlət - bort nömrəsinin, qeydə alınmış gəmilərə gəmi biletinin və digər sənədlərin verilməsini təmin edir; kiçikhəcmli gəmilərin dayanacaq bazalarının, yanalma körpülərinin, su keçidlərinin, eləcə də çimərliklərin texniki baxışdan keçirilməsini təmin edir; kiçikhəcmli gəmilərin reyestri, onları idarə etmək hüququ verən sürücülük vəsiqələri, həmçinin kiçikhəcmli gəmilərin və gəmi sürücülərinin qeydiyyat sənədlərinin uçotunu aparır; kiçikhəcmli gəmilərin öz təyinatı üzrə istismar olunmasına nəzarət edir; çimərliklərdə, su hövzələrində və sututarlarda insanların axtarışını və xilasını, dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirir; çimərliklərin yararlı hala salınması və çimərliklərdə təhlükəsizlik qaydalarına əməl edilməsi üçün tədbirlər görür, burada yaradılmış xilasetmə məntəqələrinin xilasetmə avadanlıqları, rabitə və digər texniki vasitələrlə təchizatına nəzarət edir; kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısını almaq və insanların su obyektlərində təhlükəsizliyini təmin etmək məqsədi ilə əhali arasında maarifləndirmə işləri aparır, bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirir. == Region şöbələri == Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kiçikhəcmli gəmilərə nəzarət üzrə 5 region şöbəsi var: Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Şimal regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Muğan regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Cənub regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Daxili su hövzələri üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi. Bu region şöbələri kiçik həcmli gəmilərə texniki nəzarət, qeydiyyatdan yayınan kiçik həcmli gəmilərin qeydiyyata cəlb olunması, gəmilər üzərində seriya və bort nömrəsinin yazılmasına nəzarət, əhali arasında maarifləndirmə işinin aparılması və sair bu kimi funksiyaları həyata keçirirlər. == Ümumi məlumat == Kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə ölkə ərazisindəki fiziki və hüquqi şəxslərə məxsus kiçik həcmli gəmilərə texniki nəzarəti həyata keçirir. Texniki baxış zamanı gəminin texniki sənədləri yoxlanılaraq gəminin tutumu, onun yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, yelkənlərin sahəsi, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, gəmidə xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıq ilə təchizatı yoxlanılır. Texniki baxışdan keçirilmiş kiçik həcmli gəmilər Xidmət tərəfindən dövlət qeydiyyatına alınaraq müvafiq bort və seriya nömrələri, gəmi bileti və texniki talonlarla təmin edilirlər.
Kişi cinsiyyət üzvü
Kişilər arasında rus daması üzrə SSRİ çempionatı 1988
Kişilər arasında rus daması üzrə 48-ci SSRİ çempionatı 1988-ci ilin oktyabrında, Bakı şəhərinin mərkəzi sayılan Beş Mərtəbə adlanan yerin yaxınlığında, yenicə açılan respublika şahmat mərkəzində keçirilmişdir. Yarışma iki mərhələdə aparılırdı. Birinci mərhələ 10–20 oktyabr aralığında 32 damaçının iştirakı ilə keçirilmişdir. İsveçrə sistemi üzrə 9- yur keşirilmişdir. İkinci mərhələ 21–30 oktyabr aralığında dairəvi sistem üzrə keçirilmişdir. Bu mərhələdə 10 qrosmeyster və 2 master iştirak edirdi. Birinci və ikinci yerləri moskvalı Nikolay Abasıyev və kiyevli Mixayil Raxunov, bürünc medalı isə mariyampoleli Arunas Norvayşas tutmuşdur. == Yarış cədvəli == == Ədəbiyyat == Методическое пособие СЛШИ. "От Медкова до Иванова". Авторы Ю.А. Арустамов, В.М. Высоцкий, С.Н. Горбачёв. 1990.
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandalarının görüşlərinin siyahısı
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandaları bir-biriləri ilə cəmi 15 dəfə qarşılaşıblar. Bu oyunların dördü Şahmat Olimpiadası, üçü dünya çempionatı, səkkizi isə Avropa çempionatı çərçivəsində baş tutub. Oyunların 5-dən Azərbaycan, 5-dən isə Ermənistan qalib ayrılıb. 5 görüşdə heç-heçə qeydə alınıb. Komandalar arasında ilk görüş 1997-ci ildə, son görüş isə 2022-ci ildə baş tutub. Ermənistan yığması 3 dəfə Şahmat Olimpiadasının (2006, 2008, 2012), 1 dəfə isə dünya (2011) və Avropa (1999) çempionatının qalibi olub. Azərbaycan yığması Şahmat Olimpiadası və dünya çempionatında ciddi uğur qazana bilməsə də, 3 dəfə qitə birinciliyinin (2009, 2013, 2017) qalibi adını qazanıb. == Olimpiada == === 38-ci Şahmat Olimpiadası. Drezden, Almaniya (2008) === === 39-cu Şahmat Olimpiadası. Xantı-Mansi, Rusiya (2010) === === 43-cü Şahmat Olimpiadası. ===
Kompüter üzrə mühəndis
== İxtisas haqqında anlayış == Müasir dövrdə həyatımızın hər bir sahəsində kompüterlərdən geniş istifadə olunur və, təbii ki, kompüter üzrə ən müxtəlif ixtisaslara böyük tələbat var. Belə ixtisaslardan biri də kompüter üzrə mühəndislikdir. Kompüter üzrə mühəndis əsasən müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur, eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir. Eyni zamanda kompüter üzrə mühəndis İnternetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır. == İxtisas üçün lazım olan xüsusiyyətlər == Kompüter mühəndisi həm bütövlükdə kompüterin, həm də onun ayrı-ayrı hissələrinin iş mexanizmini dərk etmək üçün fizika və riyaziyyatı, xüsusilə də fizikanın elektrik və maqnit, riyaziyyatın isə riyazi məntiq bölmələrini dərindən mənimsəməlidir. Kompüter mühəndisinin qarşısına çıxa biləcək problemlərin mənbəyini çox zaman ilk baxışdan dəqiq bilmək olmur, çünki həmin problemlər bir neçə səbəbdən yarana bilər. Kompüter mühəndisi üzləşdiyi problemin məhz hansı səbəbdən (və ya səbəblərdən) yarandığını aydınlaşdırmaq üçün mümkün mənbələri yoxlayıb aradan qaldırmalıdır (bu prosesə problemin lokalizasiyası deyilir). Bu işdə, ixtisasını gözəl bilməklə yanaşı, məntiqi mühakimə yürüdə bilmək qabiliyyəti, mühəndis intuisiyası, səbirli, soyuqqanlı olmaq kompüter mühəndisinə çox kömək edə bilər.
Kompüter İnsidentlәri üzrә Mәslәhәt Mәrkәzi
Kompüter İnsidentləri üzrə Məsləhət Mərkəzi Enerji Departamentində orijinal kompüter hadisələrini tədqiq edən qrupdur == Tarixi == Kompüter İnsidentləri üzrə Məsləhət Mərkəzi ABŞ Energetika Nazirliyi yanında 1989-cu ildə yaradılmışdı və Lawrence Livermore Milli Laboratoriyasında yerləşir. == Məqsədi == Mərkəzin əsas məqsədi Energetika Nazirliyi əməkdaşlarının və podratçılarının kompüter təhlükəsiz-liyinin təmin edilməsidir. FIRST-in təşkilatçılarından biridir. == Fəaliyyəti == Internet istifadəçilərinin boşluqlar haqqında dövri məlumatlandırılması üçün CIAC mərkəzi də CERT/CC-yə analoji olaraq öz veb serverində (http://llnl.ciac.gov) və göndəriş siyahılarında informasiya bülletenləri (Advisories) nəşr edir. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Kvay çayı üzərindən körpü (film, 1957)
"Kvay çayı üzərindən körpü" (ing. The Bridge on the River Kwai) — Pyer Bulun eyniadlı romanı əsasında rejissor Devid Lin tərəfindən 1957-ci ildə Seylonda çəkilmiş Britaniya-ABŞ istehsalı olan bədii film. Baş rollarda Uilyam Holden, Alek Ginness və Cek Hokins çəkilmişdir. Müasir kinoşünaslar tərəfindən tarixinin ən yaxşı kino işlərindən hesab olunur və rejissor Devid Linin karyerasının kulminasiya nöqtəsi (Linin digər bir epik blokbasteri olan "Ərəbistanlı Lourens"lə yanaşı) sayılır. Film 7 Oskar mükafatı qazanmış, o cümlədən ilin ən yaxşı filmi seçilməklə yanaşı, bir sıra kinematoqrafiya mükafatlarına layiq görülüb. == Süjeti == II Dünya müharibəsi zamanı ingilis hərbi əsirləri Birma cəngəlliklərində yapon düşərgəsinə düşürlər. Orada onlar keçən dəfəki əsirlər partiyasından qalan iki amerikalı əsirlə rastlaşırlar. İngilislərə polkovnik-leytenant Nikolson (Alek Ginness) rəhbərlik edir. O hesab edir ki, özü və adamları Sinqapurda ali komandanlığın əmrinə əsasən əsir düşdüyündən, onlar əsirlikdə olmasına baxmayaraq, hərbi xidmət başında olmuş kimi sayılırlar. O, öz adamları arasında ciddi ordu nizamını yürüdür, hətta onlar düşərgədə yaralar, xəstəliklər və yaponların onlara qarşı törətdiyi işgəncələrə baxmayaraq sıra addımları ilə gəzirlər.
Köpək balığı üzgəclərindən şorba
Köpək balığı üzgəclərindən şorba — əsasən toy və ya ziyafətlərdə süfrəyə verilən Çin mətbəxinin yeməklərindən biri. Şorba əsrlər əvvəl Sonq xanədanında imperatorun ailəsinə və məhkəmə üzvlərinə verilən zaman ortaya çıxdı. Balıqçılıq ticarəti artdıqda şorba dünyada məşhur oldu. 2011-2013-cü illər arasında Çində istehlak 50-70 % azaldı.
Labrusk üzümü
Vitis labrusca (lat. Vitis labrusca) — üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki növü.Əsasən "izabella" üzüm sortu kimi tanınır. == Təbii yayılması == Şimali Amerikada bitir. == Botaniki təsviri == Gövdəsinin diametri 20-30 sm, dirəklə yüksəyə qalxan, sıx örtüklər əmələ gətirən ikievli lianadır. Tükcüklü zoğların bığcıqları 2-3 çəngəlvari, yaxşı inkişaf etmişdir. Qırışlı, iri, yumurtavari və ya yumru formalı yarpaqları (25 sm-dək) bütöv və ya 3 hissəlidir, üstü tutqun, tünd yaşıl, çılpaq, alt tərəfi tükcüklüdür. Çiçək qurupunun uzunluğu 8 sm-dək, qısa, qalın ayaqda dişicik çiçəkləri daha möhkəm, erkəkcikli daha yumşaqdır. Kiçik meyvə salxımlarında 20 giləmeyvə olur. Şarşəkilli giləmeyvələri qara-al qırmızı, bəzən qırmızımtıl-qonur, çəhrayı, sarımtıl-yaşıl, çox az hallarda ağ rəngli, diametri 15–20 mm-dir. Üstdən sıx çöküntü ilə örtülmüşdür.
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə və ya MDB beynəlmiləl döyüşçülərin işləri üzrə komitə —MDB üzvü olan dövlətlərin vətəndaşlarının SSRİ dövründə lokal müharibə iştirakçılarının işləri üzrə beynəlxalq koordinasiya şurası.1991-ci ilin avqust ayından rəhbəri Ruslan Auşevdir. == Komitənin məqsəd və vəzifələri == Komitənin Əsasnaməsinə görə əsas fəaliyyət istiqamətləri: müharibə, lokal müharibə veteranlarının və terror qurbanlarının həyat səviyyəsinin yüksəldilməsi; veteran və əlilərin sosial müdafiəsi üzrə hüquqi sənədlərin hazırlanması; dövlətlər arası səviyyədə veteranların iqtisadi, tibbi, hüquqi problemlərinin həll edilməsi; müvafiq kontingentin və onların ailə üzvlərinin tibbi. sosial, əmək, psixoloji reabilitasiyası.
Metal üzvi birləşmələr
Metal üzvi birləşmələr Metal-üzvi kimya metal-üzvi birləşmələri öyrənir. Metal-üzvi birləşmələr (MÜB) üzvi qrupların bilavasitə metal atomu ilə metal-karbon rabitəsi vasitəsilə əmələ gətirdiyi birləşmələrdir. Əgər üzvi liqand keçid metal atomu ilə bilavasitə keçid metal–karbon rabitəsi ilə birləşibsə, belə birləşmələr keçid metalların metal-üzvi birləşmələri, əgər qeyri-keçid metalla birləşibsə, onda qeyri-keçid metalların metal-üzvi birləşmələri adlanır. Metalüzvi birləşmələrin kompleks birləşmələrdən fərqi odur ki, kompleks birləşmələrdə bilavasitə metal–karbon rabitəsi yoxdur. Bu baxımdan metal-üzvi birləşmələr kompleks birləşmələrin xüsusi formasıdır. Keçid metalların metal-üzvi birləşmələrinə maraq əsasən iki aspektlə (praktik və fundamental) əlaqədardır. Ən əvvəl bu komplekslərin tədqiqi keçid metal atomunun rabitə yaratma qabiliyyətini araşdırmağa və keçid metal-üzvi liqand arasındakı çox mərkəzli ikielektronlu rabitələrin xüsusiyyətlərini dərindən dərk etməyə imkan verir. İkincisi keçid metalların metal-üzvi birləşmələrinin perspektivli katalitik sistemlər olması ilə əlaqədardır. Məlumdur ki, keçid metallar əsasında alınmış homogen katalizatorlar çoxtonnajlı kimyəvi məhsulların — spirtlər, plastifikatorlar, sirkə turşusu, dərman maddələrinin və s. sintezində istifadə edilir.
Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası
Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası (ing. Framework Convention for the Protection of National Minorities) — 1 fevral 1995-ci ildə imzalanan Avropa Şurası konvensiyası. Fransa, Monako, Andorra və Türkiyə tərəfindən imzalanmamış Avropa Şurasına üzv dövlətlərdən; imzalanmış, lakin Belçika, Yunanıstan, İslandiya və Lüksemburq tərəfindən təsdiqlənməmişdir. Konvensiyanın həyata keçirilməsinə iştirakçı ölkələrin hesabatlarını qiymətləndirən Məşvərət Komitəsi və CC-nin fikirlərinə əsasən tövsiyələr verən Avropa Şurası Nazirlər Komitəsi nəzarət edir. Fərdi şikayət mexanizmi yoxdur və konvensiya zəif bir mexanizm kimi qəbul edilir. == Strukturu == Preambula və I hissə (maddə 1-3) - konvensiyanın məqsədləri, prinsipləri və orada təsbit edilmiş hüquqlardan istifadə hüququ. II hissə (maddə 4-19) - konvensiya tərəflərinin öhdəliklər kataloqu: Maddə 4. Ayrı-seçkiliyin qadağan edilməsi. Maddə 5. Asimilyasiya siyasətinin qadağan edilməsi.
Minifutbol üzrə Avropa çempionatı
EMF EURO kişi milli komandaları üçün Avropa Minifutbol Federasiyası tərəfindən idarə olunan əsas kiçik tərəfli futbol yarışıdır.
Mosfilmovskaya üzərindəki ev
Mosfilmovskaya üzərindəki ev (rus. Дом на Мосфильмовской) — Moskvanın Pyryeva küçəsi, 2-də Sergey Skuratovun layihəsinə uyğun olaraq 2011-ci ildə inşa edilən çoxfunksiyalı yaşayış kompleksi. == Tarixi == 2004-cü ildə Moskva hökuməti, Don-Stroyun bir hissəsi olan Tamrofda, sahəsi 120.000 m² olan, 68.000 m²-i isə yaşayış kompleksindən ibarət göydələn tikməyə icazə verdi. Əvvəlcə Don-Stroy, bükülmüş bir qüllədən ibarət iki eyni cüt bina tikməyi planlaşdırdı, lakin bir binanın tikilməsi layihəsi ilə razılaşdıqdan sonra bir cüt binanın lehinə seçimlər edildi. Buna səbəb tikinti materiallarının baha olması, həmçinin Turning Torso göydələninə bənzəməsi oldu. Skuratov yeni bir qüllə dizaynını hazırladı, burada ilkin hamar əyilməni həndəsi təqlidi ilə əvəz etdi. 165 m hündürlüyündə tikilməsi planlaşdırılan göydələnin hündürlüyü Memarlıq Şurası tərəfindən tənqid edildi. Skuratov hündürlüyü 50 metrə qaldıranda baş şəhər memarı Aleksandr Kuzmin bu yüksəklikdəki bir obyekti yalnız YUNESKO-nun razılığı ilə tikilə biləcəyini söylədi. Don-Story layihəsi ilə bağlı materiallar Parisə göndərildi və təşkilatın razılığı aldı. == Tikilinin sökülməsi ətrafında müzakirə == 2010-cu ilin iyununda Moskva hakimiyyəti göydələnin icazəsiz inşa edildiyini hesab etdi və nəticəyə gəldilər ki, təxminən binanın yarısı sökülməlidir.
Azərbaycan faşizmlə üz-üzə (film, 2005)

üz sözünün leksik mənası və izahı

  • 1 is. 1. İnsan başının qabaq hissəsi; surət, sifət, çöhrə, sima. Üzünün ifadəsi. Qəşəng üz. – Mərcan bəy diqqətlə Kərbəlayı Qubadın üzünə baxır. Ü.Hacıbəyov. [Qızın] yumru, gözəl üzü və yanaqları açıq sərin havada qızarmışdı. M.İbrahimov. // Heyvan başının qabaq hissəsi. Qoyunun üzü. İtin üzü. 2. Toxunma şeylərin üst (avand) tərəfi (astar müqabili). Parçanın üzü. Xalçanın üzü. // Yorğan, balış, döşək və s.-nin üst tərəfini örtən parça və s. Yorğanın üzü qırmızıdır. Döşəyə üz çəkmək. – [Gülbadam] üzsüz boz balışı, üzü qırmızı çiçəkli çitdən mütəkkəli döşəyin ortasına qoydu. N.Nərimanov. 3. Bir şeyin qabaq tərəfi, ön tərəfi, irəli tərəfi, qabağı, önü. Maşının arxası çaya, üzü isə meşəyə tərəf idi. İ.Əfəndiyev. // Bir tikilinin, binanın və s.-nin qabaq, ön tərəfi; fasad. [Elçin:] Sarayın üzü gündoğana tikiləcək. Z.Xəlil. Təki ayaq kəsməsin könül mülkündən ilham; Üzü günəşə baxan otağım mənə bəsdir. Ə.Cəmil. 4. riyaz. Həndəsi fiqurun başqa səthlə bucaq təşkil edən düz səthi. Kubun altı üzü var. 5. Bir şeyin köçürülmüş, yazılmış surəti, nüsxəsi. Firdovsi şaha göndərdi bir gün “Şahnamə”nin üzünü. M.Rahim. □ Üzünü köçürtmək – bir yazının mətnini olduğu kimi başqa kağıza köçür(t)mək, başqa kağızda yazmaq. [Zalxa:] Eybi yoxdur, bizim qızlardan birinə verərəm, üzünü köçürdərlər. S.Rəhman. [Vahid] …kitabların üzünü köçürür, qaralanmış vərəqləri ağardırdı. Mir Cəlal. 6. Su və s. mayelərin səthi, üst tərəfi, üstü. Gölün üzü. Suyun üzündə ördəklər üzür. – Bu gecə keçmişi vurduq, yıxdıq; Dalğalardan üzə sağlam çıxdıq. M.Müşfiq. Gen qoynunda layla çalır bizə göy dəniz; Su üzündə bir qayadır sanki gəmimiz. Ə.Cəmil. 7. Göyün biz gördüyümüz tərəfi. Göyün üzünü bulud örtmüşdür. Səmanın üzü açıqdır. – Toz-torpaq göyün üzünü elə bürümüşdü ki, günəş görünmürdü. A.Şaiq. □ Üzünə pərdə çəkmək – örtünmək, bir şeyin altında görünməz hala gəlmək, gizlənmək. Deyirlər, göylər belə; Üzünə pərdə çəkmiş. B.Vahabzadə. 8. “Tərəf”, “səmt”, “yan” mənasında (o, bu, bəri, o biri və s. sözlərdən sonra işlədilir). Təpənin o üzü. Çayın bu üzü. – Atlar tapılmadıqda [Gülo] at sahiblərini inandırırdı ki, atlar bu üzdə deyil. S.Rəhimov. 9. məc. Abır, həya, utanma. Adamda üz gərək. ◊ Üz açılmaq – bax üzü gülmək. Hər yerdə sülh sözünü deyəndə gözlər işıqlanır, üzlər açılır. M.İbrahimov. Üz ağartmaq – yaxşı işi, nəcib hərəkəti, etimadı doğrultmağı və s. ilə fəxr etməyə, iftixar etməyə əsas vermək, hüquq vermək. Yaxşı iş üz ağardar. (Ata. sözü). [Briqadir:] Demək, əvvəlki işində üz ağardıb, indi də keçibsən başqa işə? V.Şıxlı. Üz ağlığı – fəxr etməyə, iftixara layiq olan iş, hərəkət və s. Yaxşı övlad üz ağlığıdır. Üz almaq – keçmişdə: qadınların eşmə sapla üzlərinin tüklərini yolub təmizləməsi. Üz bozartmaq – bax üzünü bozartmaq. Üz çevirmək – 1) bax üz döndərmək 1 və 3-cü mənalarda; 2) bax üz qoymaq 1-ci mənada. Gülgəz dəli olub, yoxsa divana? Üz çevirib gedər çöl-biyabana. Aşıq Abbas; 3) birini görməmək üçün üzünü o biri tərəfə çevirmək. Sənəmin qarşısından keçəndə hamı ondan üz çevirir. M.Dilbazi; 4) əlaqəsini kəsmək, üz döndərmək. [Bəhram:] Belə bir vücuddan [Saradan] da üz çevirmək olarmı? C.Cabbarlı. Nə oldu, üz çevirib qaçdın aqibət məndən. H.Cavid. Üz çevirməmək – bir yerə daha getməmək, ayağını üzmək. Səməd, doğrudan da, o gedən gedib, bir daha dəlləkxanaya üz çevirmədi. M.Hüseyn. Son illərdə bir neçə basqında burunları yaxşıca ovulmuş qıpçaqlar çoxdan bəri buralara üz çevirmirdilər. M.Rzaquluzadə. Üz döndərmək – 1) əlaqəsini kəsmək, daha yaxınlıq etməmək, üz çevirmək. Dal gərdəndə siyah zülfün hörübdür; Aşıq Ələsgərdən üz döndəribdir. Aşıq Ələsgər. Nə üçün, bilməyirəm, məndən üz döndərmisən? M.Rahim; 2) məc. xəyanət etmək, daha inanmamaq, üz çevirmək. Üləmalar üz döndərib xudadan. Q.Zakir; 3) itaətindən çıxmaq, daha tabe olmaq istəməmək, dal çevirmək. [Əxistan:] Məndən üz döndərir getdikcə Şirvan; Aşkara öldürsəm baş verər üsyan. M.Rahim; 4) çevrilmək, başını çevirmək. Sonra üz döndərib meydana baxdı; Tərlan yaralanmış tərlana baxdı. M.Rahim. Üz gətirmək – nadinclik etmək, sırtıqlıq etmək. Üz görmək – tərəf saxlamaq, tərəfgirlik etmək, havadarlıq etmək. Yalan deyən, rüşvət alan, tərəf tutan, üz görən! Dərdimizə qalmayanlar çıxsın bizim cərgədən! S.Vurğun. [Məhbus:] Qoy qanun nə tələb edirsə onu yazsın, yoldaşıyam deyə mənə üz görməsin. Mir Cəlal. Üz göstərmək – 1) zahirən bu və ya başqa cür münasibət göstərmək. Xüsusilə Mayaya göstərdiyi üz, dediyi sözlər yadına düşəndə Qaraş əzabdan qovrulub yanırdı. M.İbrahimov; 2) bax üz vermək 2-ci mənada. Üz götürüb qaçmaq – bax baş götürüb qaçmaq. Bu mənada Məşədi Əsgər öz əməlinin qorxusundan quzu qapmış qurd kimi üz götürüb qaçırdı. S.M.Qənizadə. Üz qoymaq – 1) yönəlmək, üz tutub getmək, yollanmaq, istiqamət almaq. Bəli, atları gətirdilər və minib, Təbrizdən çıxıb üz qoyduq Araz kənarına tərəf hərəkət etməyə. C.Məmmədquluzadə. Balıqçı gəmisi lövbərini qaldırıb, şimala tərəf üz qoydu. Q.İlkin; 2) adətən feillərdən sonra gələrək həmin felin ifadə etdiyi hərəkətə, işə başlamağı ifadə edir. Bunu gördükdə adamlar bir-birini basaraq yan küçələrə qaçmağa üz qoydu(lar). S.S.Axundov. …Abbas birdən harada olduğunu, kiminlə danışdığını yaddan çıxarıb qışqırmağa üz qoydu. Ə.Vəliyev. Üz tutmaq – 1) söz demək üçün üzünü birinə tərəf çevirmək, üzünü çevirərək demək. Rəşid oğlana üz tutdu: – Səni qulluğa götürmək mənim boynuma. M.Hüseyn; 2) bax üz qoymaq 1-ci mənada. Qərib-qərib, qəmginqəmgin ötərsiz; Yüz tutubsuz nə məkana, durnalar? M.V.Vidadi. Cəlil ağa düz evə üz tutdu. İ.Musabəyov; 3) başlamaq. Qurumağa üz tutmuş ağaclar su içib cana gəldi, torpaq tərləməyə, nəfəs almağa, yenidən dirçəlməyə başladı. Ə.Məmmədxanlı. Üz vermək – 1) vaqe olmaq, ortaya çıxmaq, baş vermək, olmaq; təsadüf etmək, birinin başına gəlmək. Bədbəxtlik üz vermək. – Demək, evlənmək istədiyi günlər ərəfəsində [Əsədə] xoşbəxtlik üz vermişdi. S.Vəliyev; 2) adətən xoşagəlməz bir işi görməsinə mane olmamaq, bu işə laqeyd baxmaq, ona şərait yaratmaq, xoş sifət göstərmək. [Hacı:] Qayınanalarınıza çox da üz verməyin. Qantəmir. Şahmar [Zülfüqarla] dərdləşmək, dağılan əməkgünlərindən danışmaq istədi, ancaq hesabdar üz vermədi. B.Bayramov; 3) hücum etmək, üstünə cummaq. Canavar üz verdi sürüyə. Üz vurmaq – 1) bir işi görməyi və ya görməməyi dostcasına, yoldaşcasına tələb etmək, xahiş etmək, israr etmək. Xahiş edirəm, üz vurmayasınız, sizinlə gedə bilməyəcəyəm; 2) dan. yeşik və s.-yə yığılan meyvənin yaxşısını üzünə düzmək. Pomidor yeşiyinə üz vurmaq. Üzüm səbətinə üz vurmaq. Üzə çıxarmaq – 1) meydana çıxarmaq, tapmaq. [Əmiraslan baba:] Bu Ağbulaq meşələrində … azı yüzə qədər çeşmə tapıb, qayalardan, çınqıllardan üzə çıxarmışam. S.Rəhimov; 2) köhn. qeyriqanuni, gizli vəziyyətdən çıxararaq adi həyata qaytarmaq. Qaçağı üzə çıxarmaq. Üzə çıxmaq – 1) daha gizlənməyib açıq yaşamağa başlamaq (qaçaq, cani, oğru və b. haqqında). [Bəkir:] Ev-eşiyimiz bərbad olub, varyoxumuz gedəndən sonra üzə çıxıb nə edəcəyik. N.Vəzirov. Oğrular üzə çıxdılar. Amma onlar Kor Hümmətin tapşırığı ilə İskəndərin əleyhinə şəhadət verdilər. M.Hüseyn; 2) dan. öz bacarığı, qabiliyyəti və s. müsbət xüsusiyyətləri sayəsində irəli getmək, həyatda, cəmiyyətdə özünə layiq yer tutmaq. Dəmirov rayonda adamların üzə çıxmağına, irəliyə getməyinə sevinən və bu uğurda çalışan bir adamdır. S.Rəhimov; 3) aşkara çıxmaq, aşkar olmaq, müəyyənləşmək, məlum olmaq. Kimin yaxşı, kimin pis işlədiyi çox tez üzə çıxır; 4) adamlar arasına çıxmaq, gözə görünmək. Gözəllər içində, xublar yanında; Üzə çıxa bilməz xəcalətindən. Q.Zakir. Üzə durmaq – 1) inad etmək, öz dediyindən, tələbindən əl çəkməmək. Bağça barın istəyir; Heyva, narın istəyir; Oğlan üzə durubdur; Getmir, yarın istəyir. (Bayatı); // məc. mənada. Gecə də üzə durmuşdu, işıqlanmırdı ki, işıqlanmırdı. Ə.Vəliyev; 2) itaətdən çıxmaq, inad göstərmək. Kütlə durub bu gün üzə; Ver bizə bir hesab deyir. Ə.Nəzmi. [Əxistan:] Budur, bir kəndli də məmuru vurmuş; Bu, vergi istəmiş, o üzə durmuş. M.Rahim. Üzə gülmək – 1) öz gözəlliyi, cazibədarlığı və s. ilə xoşlandırmaq, oxşamaq, xoşa gəlmək, cəzb etmək. Yeni binalar üzə gülür. – [Xalçanın] xüsusi zövqlə vurulan naxışları bahar çiçəyi kimi üzə gülürdü. (Qəzetlərdən); 2) yalandan üzdə özünü dost göstərmək, yalandan xoş sifət göstərmək. [Əsma xanım:] Üzə gülən imiş o qəlbiqara; Hardan meyil verdim o biilqara. “Lətif şah”. Üzə qabarmaq (qayıtmaq) – cavab qaytarmaq, üzə durmaq; itaətdən çıxmaq. Hümmət, arvadın da üzə qayıtdığını görüb geri çəkildi. B.Bayramov. Üzə salmaq – bax üzünə salmaq. [Yalınçağın] indi işi-peşəsi … üzə salıb, hər gün bir qapıda qarın otarmaq idi. M.Rzaquluzadə. Üzə vermək – göstərmək, bildirmək, büruzə vermək. Narazılığını üzə vermək. Üzə vurmamaq – ürəyində olan, yaxud gördüyü, bildiyi bir şeyi deməmək, bildirməmək, hiss etdirməmək. [Şirəlinin] ürəyinə balaca xal düşdüsə də, üzə vurmayıb dedi. S.Rəhman. Üzü ağ çıxmaq – bəslənilən ümidi, tapşırılan işi namusla yerinə yetirən adam haqqında. Üzü ağ olmaq – yaxşı işinə, əməlinə, təmizliyinə görə fəxr etməyə layiq olmaq; etimadı doğrultmaq. [Müəllim Hüseynə:] Yaxşı oxu, adam ol, bizim də üzümüz ağ olsun, ananın da. S.Rəhman. Qız ona qulaq oldu; Dil oldu, dodaq oldu; Anasının yanında; Hər vaxt üzü ağ oldu. M.Dilbazi. Üzü astarından baha başa gəlmək (oturmaq) – bax astarı üzündən baha başa gəlmək (“astar”da). Üzü dönmək – bax üz döndərmək 1 və 2-ci mənalarda. Gəl, ey mehrü məhəbbətim; Üzün məndən niyə döndü! Aşıq Ələsgər. Bizi görcək yan keçirsən; Niyə üzün dönüb sənin? Aşıq Şəmşir. Üzü gəlməmək – bir şeyi deməyə, istəməyə utanmaq, xəcalət çəkmək. [Molla:] Daha başqa mükafat istəməyə üzüm gəlmir. “M.N.lətif.” Yalan deməyə də [Səfər kişinin] üzü gəlmədi. Mir Cəlal. Üzü gülmək – sevinci üzündən bəlli olmaq. Üzü gülür hər insanın; Banisi var bu dövranın. Aşıq Şəmşir. Üzü gülməmək – həmişə qaşqabaqlı olmaq, üzü kədər ifadə etmək. Bu gündən sonra mehriban Soltanın üzü gülmədi, könlü qəmli, gözləri nəmli oldu, saralıb solmağa başladı. “Lətif şah”. Üzü qara etmək – xəcalətli etmək. Üzü(n) ağ olsun! – çox vaxt töhmət, məzəmmət, narazılıq məqamında işlədilir. Qubad gecəni yatıb, səhər tezdən qardaşına bir belə kağız yazdı ki: qardaş, üzün ağ olsun, sənin Siracın bizim börkümüzü soxdu yerə. (Nağıl). Üzü(n) qara olsun – nifrət, danlaq, məzəmmət bildirən ifadə. Pis övladın üzü qara olsun! – [Rüstəm bəy:] Mənim qızım Məşədi İbadın tayı deyildir, amma nə eyləmək, pulsuzluğun üzü qara olsun! Ü.Hacıbəyov. Yoxsulluğun üzü qara olsun! S.Rəhimov. Üzümüzə gələn – qarşıdakı. Üzümüzə gələn bayram. Üzün qara olsun! – qarğış, danlaq məqamında işlədilir. [Zərnigar xanım:] “Səni görüm el içində xəcil olasan, ay kişi, oğul-uşaq yanında üzün qara olsun”, – deyə ərinə qarğayırdı. İ.Şıxlı. Üzündə abır (həya, abır-həya) olmamaq – həyasız, utanmaz, ədəbsiz adam haqqında. Üzündə su yoxdur – həyasız, abırsız adam haqqında. Üzündə yazılıb (yazılmışdır) – üzünə baxdıqda aydın olur, üzünə baxan kimi məlum olur. Üzündəki qırış (qırışlar) açılmamaq – bax üzü gülməmək. Üzündən gəlməmək – bax üzü gəlməmək. [Cəmilin] üzündən gəlmirdi ki, nənəsini çağırsın, yenə də əliboş döndüyünü bildirsin. S.Rəhimov. Üzündən keçə bilməmək – yaxın dost və ya hörmətli bir şəxs olduğuna görə xahişini, sözünü yerə sala bilməmək. Lakin [Rüstəm] Şərəfoğlunun üzündən keçə bilmirdi, kişi hörmətə layiq adam idi. M.İbrahimov. Üzündən qan qaçmaq – üzünün rəngi saralmaq, üzünün qanı çəkilmək. [Uşağın] üzündən qan qaçıb, meyit rənginə dönmüşdü. S.S.Axundov. Üzündən oxumaq – üzündən, üzünün ifadəsindən bilinmək, məlum olmaq, bəlli olmaq. Onun ürəyindəkiləri üzündən oxumaq olur. – Gülnaz Aqilin baxışlarından sanki onun ürəyindən nələr keçdiyini üzündən oxuya bildi. Q.İlkin. Üzündən zəhər tökülmək (yağmaq) – çox hirsli, acıqlı, qaşqabaqlı, üzügülməz adam haqqında. [Hacı:] Bu nə halətdir, Ağa dərviş, yenə üzündən zəhər tökülür? N.Vəzirov. Üzünə ağ olmaq – itaətindən çıxmaq, tabe olmamaq, üzünə qabarmaq. [Allahqulu:] Ağa, başına dönüm, böyüyün üzünə ağ olma! N.Vəzirov. [Bayrama] elə gəlirdi ki, Gülsabah atasının üzünə ağ olmaz. Ə.Vəliyev. Üzünə baxan (baxsa) kəffarə verməlidir (gərək kəffarə versin) – çox çirkin, kifir adam haqqında. Üzünə bir batman darı töksən biri (birisi) də yerə düşməz – üzü çopur adam haqqında. Üzünə (dik, şax) demək (söyləmək) – birisinin nöqsanını və ya onun haqqındakı fikri və s.-ni dalınca deyil, özünə demək. Qəlbində kin və küdurət saxlayan deyildi, açıqsözlü idi, ərindən çəkinməyib hər sözünü onun üzünə dik söylərdi. E.Sultanov. [Serjant:] Sözü dik adamın üzünə deyəndir. Mir Cəlal. Üzünə durmaq – 1) ibtidai istintaqda və ya məhkəmə prosesində birisinin təqsirini, cinayətini özünə demək. Şahid müttəhimin üzünə durdu. Mütəzərrir müqəssirin üzünə durdu; 2) bax üzünə ağ olmaq. [Fatma xanım:] Allah, gör mən nə günə düşmüşəm ki, bu kürd gədəsi də üzümə durubdu! N.Vəzirov. [Məşədi İbad:] Rəhmətlik Pərzada günlərin bir günü bir şillə çəkdim ki, bir dişi sındı, o idi ki, sonra bir kərə olsun üzümə durmadı. Ü.Hacıbəyov. Üzünə ələk (dəsmal, pərdə) tutmaq – yalandan özünü utancaq kimi göstərmək. Üzünə gülmək – xoşuna gəlmək, cəlb etmək. Ağ lavaşlar da süfrəyə sərilib, adamın üzünə gülürdü. E.Sultanov. [Əsgər:] Bu ev, bu həyət, bu yol – hamısı elə bil ki, üzümə gülür. Ü.Hacıbəyov. Üzünə gün doğmaq – xoşbəxt yaşamağa başlamaq, taleyi gülmək, bəxti açılmaq, fərəhlənmək. Qorxmaz evə gələndə elə bil qardaşı ilə bacısının üzünə gün doğar, evləri fərəh və nəşə ilə dolardı. Ə.Vəliyev. Üzünə qabarmaq (qayıtmaq) – bax üzə qabarmaq (qayıtmaq). Etiraz Mayanı boğurdu, lakin bu qədər adamın içində Rüstəm kişinin üzünə qayıda bilmirdi. M.İbrahimov. Üzünə qan səpilmək (çilənmək) – hirsindən üzü qızarmaq. [Mimrənin] üzünə qan səpildi. Çəmənzəminli. Üzünə pərdə çəkmək – maskalanmaq, özünü dost kimi göstərmək. Üzünə salmaq – həyasızlıqla, sırtıqlıqla bir şeyi əldə etmək üçün çalışmaq. Üzünə vurmaq – 1) bir adamın eybini, qüsurunu, çatışmayan cəhətini kobudcasına özünə demək. [Teymur] elə zənn eləyir ki, Molla onun çolaqlığını üzünə vurmaq istəyir. “M.N.lətif.” [Səkinə Rüstəmə:] Bizim borcumuz səbirli olmaqdır, ay Rüstəm, hövsələsizlik eləyib hər şeyi üzlərinə vursan onlar da darılıb ipiörkəni qırarlar. M.İbrahimov; 2) etdiyi yaxşılığı xatırladaraq utandırmaq, minnət qoymaq. Üzünü açmaq – 1) qeyri-münasib bir sözü deməklə və ya başqa bir hərəkəti ilə uşağın tərbiyəsinə, əxlaqına pis təsir göstərmək. [Zaman:] Ay arvad, bu uşağı niyə çağırıb, üzünü açırsan? Ə.Haqverdiyev; 2) keçmişdə: çarşabı üzündən kənar etmək, üzünü göstərmək. [Aktyor Sona xalaya:] A qoca qarı, heç həya etmirsən ki, üzünü açıb bu naməhrəm kişilərə göstərirsən? S.S.Axundov. [Cahan] üzünü açıb göstərir. Ü.Hacıbəyov; 3) məc. qızlığını almaq, bəkarətini, ismətini pozmaq. Üzünü ağ etmək (eləmək) – bax üzünü ağartmaq 1-ci mənada. Üzünü ağartmaq – 1) bax üz ağartmaq. Qulluqçu ağanın üzünü ağardar. (Ata. sözü.). [Halay Şiraslana:] …Sənin şerin bizim divar qəzetinin üzünü ağardıbdır. S.Rəhimov; 2) bir yazının ilk mətnini, qaralamasını təmiz köçürtmək, üzünü köçürmək. Katib cavab verir ki, kağızın Mirzə Səfərdədir, üzünü ağardar, apararsan. Ə.Haqverdiyev. Üzünü bozartmaq – 1) bax sifətini (üzünü) bozartmaq (“bozartmaq”da). Nəbi üzünü bozardıb dedi: – Sən bizdən nə istəyirsən? “Qaçaq Nəbi”; 2) özünü göstərmək, öz xasiyyətini, xüsusiyyətini büruzə vermək (əsasən mənfi cəhətdən). Artıq payız üzünü bozartmışdı. B.Bayramov. Üzünü çıxartmaq – bir sənədin, yazının üzünü olduğu kimi köçürmək, surətini çıxarmaq. Diplomun üzünü çıxartmaq. – [Qoca:] [Vəsiyyətnamənin] üzünü çıxarıb sizə gətirmişəm. Mir Cəlal. Üzünü görmə! – pis adam haqqında işlədilir. Üzünü heç görmə, üzü dönəndə; Elə bil, yer altdan əjdaha çıxır. S.Vurğun. Elə ki bu çalsaqqal kişi göy örtüklü stolun dalına keçdi, daha üzünü görmə! Mir Cəlal. Üzünü görək dan. zar. – çoxdan görüşmədiyi yaxın adamla görüşərkən deyilir. Üzünü görmək istəməmək – zəhləsi getmək, nifrət etmək, görüşmək istəməmək. Üzünü güldürmək – şənləndirmək, sevindirmək, kefini açmaq. [Zeynal] ağlamaqda olan üç anasız qızın üzünü güldürər, sınıq ürəklərini sevindirə bilərdi. S.Hüseyn. Üzünü qara etmək – bax üzü qara etmək. [Sədr:] Salamat olun, ay uşaqlar, – dedi, – heç olmazsa siz bizim üzümüzü qara eləməyin. M.Hüseyn. Üzünü mürdəşir yusun! dan. – qarğış məqamında işlədilir. [Nazlı:] Görüm [Ağalarovun] üzünü mürdəşir mazutla yusun, bəlkə onda gözü bu nöyütdən doya! Ə.Məmmədxanlı. Üzünü turşutmaq – üz əzələlərini yığmaq, üzünü qırışdırmaq, surətilə öz narazılığını, məmnunsuzluğunu ifadə etmək. [Calal başını kənara çəkib üzünü turşudur:] Vallah, dadaş, genə çaxır içmisən. C.Məmmədquluzadə. Üzünü tutmaq – 1) üzünü çevirib demək, müraciət etmək, üz tutmaq, üzünü döndərmək (çevirmək). [Şah] üzünü hərəmlərə tutub xitab elədi. M.F.Axundzadə. [Humay üzünü göy səmtinə tutaraq:] Aman, ya rəbbi! Bu nə fəlakətli hal!… H.Cavid; 2) bax üz tutmaq. Bilmirəm, haraya tutum üzümü? Az qaldı, itirəm bütün özümü. H.K.Sanılı. Üzünün əti (suyu) tökülmək – biabır olmaq, rüsvay olmaq, hörmətdən düşmək, abrı getmək (tökülmək). Üzünün qanı qaçmaq – bax üzündən qan qaçmaq. Üzünün suyunu tökmək – bərk danlamaq, biabır etmək, rüsvay etmək. Alnı açıq, üzü ağ – bax alnı açıq. Astarı üzündən baha (baha başa gəlmək) – bax astar. Hansı üzlə – bax nə üzlə. Əliboş Cəmil indi xəstə nənəsinin yanına hansı üzlə dönəcək, ona necə cavab verəcəkdi. S.Rəhimov. Qapını üzünə çırpmaq – bax qapı. Nə üzlə – nə cəsarətlə, nə əsasla, nəyə arxalanaraq, nəyə güvənərək, nə haqla. [Səkinə:] Mən pambıq işinə çıxmasam, sən [Rüstəm] yayın istisində nə üzlə qapı-qapı düşüb, özgə arvadlarına deyəcəksən ki, gəlin, pambıq batdı? M.İbrahimov. [Bəy:] Pristavın yanına bəs nə üzlə gedəcəksən? Mir Cəlal. Taleyi üzünə gülmək – bax tale.

    Azərbaycan dilinin izahlı lüğəti / üz
  • 2 Uzun, uzaq. (“Koroğlu” dastanının lüğəti) Dəli Həsən qabaqda, Koroğlu dalda az getdilər, üz getdilər, gəlib bir sıldırım qayanın dibinə çatdılar. (“Koroğlu ilə Dəli Həsən”) * At az getdi, üz getdi, dağ aşdı, dərə keçdi, düz getdi... (“Koroğlunun Ərzurum səfəri”) * Dağları, daşları üz elədilər, dərələri, təpələri düz elədilər. Gəlib Ərzuruma çatdılar. (“Koroğlunun Ərzurum səfəri”)

    Azərbaycan dastanlarının leksikası / üz

üz sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 4 sima — bəniz — sifət — çöhrə

    Azərbaycan dilinin sinonimlər lüğəti / üz
  • 5 ÜZ Bu mənzərəni görən Cahangirin hiddətli üzü birdən şən bir təbəssümlə parladı, dodaqları açılaraq, şaqqırtılı bir qəhqəhə qopdu (Çəmənzəminli); BƏNİZ O zaman bu gözəl çıraq kimi Leyla müəllimənin bütün üzünə işıq salır və solğun bənizində soyuq bir mehribanlıq görürdük (M.İbrahimov); BƏT-BƏNİZ [Tutubəyim:] Özü ikicanlı, zəif, xiffət eləməkdən bət-bənizi qaçıb (Çəmənzəminli); CAMAL Mən səni xoşlayıram ən gözəl şeir kimi; Görürəm camalım, mənə görünməsən də (M.Rahim); ÇÖHRƏ Nurlu yerində sakit otursa da, çöhrəsi gülürdü (H.Abbaszadə); DİDAR (arx.) Tale yan yardan aralı saldı; Öksüz ruhum didarə həsrət qaldı (H.Cavid); QABAQ (arx.) Büllur buxaq, lalə yanaq, ay qabaq; Şahmar zülfü pərişanlar dolanır (Aşıq Ələsgər); LİQA (kl.əd.) Göstərdi mahi-ruzə üfüqdən liqasını; Çəkdi əzançılar da obaşdan səlasını (A.Səhhət); RÜXSAR (kl.əd., şair.) Ta ki, məni gördü ol qəlbi qara; Çəkdi yaşmağını o gül rüxsara (M.P.Vaqif); RÜ(U)X (kl.əd., şair.) Xəti reyhanüdür gər kim, göyərmiş kövsər üstünə; Və ya rüxundən ayətdir oxunmuş bədr ilə ayə (Nəsimi); SİFƏT Qaraşın sifətini çulğayan kədər o qədər qalınlaşdı ki, az qala ata oğlunun sifətim tanımamaq dərəcəsinə gəldi (Ə.Vəliyev); SİMA Əvvəlki şirin xəyallar və xoş ümidlər Fikrətin simasını örtdü (M.İbrahimov); SURƏT O saat Qaraoğlanın vahiməli, pırtlaq gözləri və çapıq surəti gözlərinin önündə dururdu (S.S.Axundov); ÜZAR (arx.) Hala da tülu etmədimi fəsli-baharın?! Ey canlı çiçək, örtülü qalsınmı üzarın?! (M.Hadi); VƏCH (kl.əd., şair.) Leyk hanı səndə bəsirət gözü; Ta görəsən vəchi-dilarasını?! (M.Ə.Sabir).

    Azərbaycan dilinin sinonimlər lüğəti / üz

üz sözünün antonimləri (əks mənalı sözlər)

üz sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ÜZ I is. Sifət, bəniz. Aç üzün, yox tikanı insanın; Arı sancar üzün, pətəkdən qaç! (M.Ə.Möcüz). ÜZ II is. Qaymaq, südün üzünə gələn yağ. Onlar çəkilən üzü hesabladılar (İ.Şıxlı). ÜZ III f. Suda əl-qol ataraq hərəkət etmək. Sərin sularında üzür balıqlar; Qağayılar kimi süzür qayıqlar! (S.Rüstəm).

    Azərbaycan dilinin omonimlər lüğəti / üz

üz sözünün rus dilinə tərcüməsi

  • 1 1. лицо; 2. лицевая сторона; 3. поверхность; 4. обивка (мебели); 5. мат. грань;

    Azərbaycanca-rusca lüğət / üz
  • 2 I сущ. 1. лицо: 1) передняя часть головы человека. Üz cizgiləri черты лица, üz qırışıqları морщины лица, üzün quruluşu строение лица, üzün masajı массаж лица, üz üçün krem крем для лица, üzünü yumaq мыть лицо, üzünü silmək вытирать лицо 2) обращенная наружу (лицевая) сторона чего-л. (ткани, одежды). Paltarı üzünə çevirmək вывернуть платье с изнанки на лицо 3) передняя сторона дома, строения, сооружения и т.п.; фасад. Binanın üzü meydana baxır здание стоит лицом к площади 2. верх (наружная, лицевая сторона чего-л. – преимущественно одежды). Paltonun üzü верх пальто, döşəyin üzü верх матраца, yorğanın üzü верх одеяла, çamadanın üzü верх чемодана 3. поверхность (наружная сторона чего-л.). Suyun üzündə на поверхности воды, üzə çıxmaq всплыть на поверхность 4. перёд, передок (часть обуви, охватывающая сверху переднюю часть ступни). Çəkmənin üzü передок сапога 5. разг. копия (точно соответствующее подлиннику воспроизведение чего-л.). Məqalənin üzü копия статьи, yaş kağızının üzü копия метрики, üzünü çıxartmaq снимать копию 6. обивка (то, чем обивают или чем обито что-л.). Dəri üz кожаная обивка 7. облицовка (материал, которым облицовывается поверхность чего-л.). Mərmər üz мраморная облицовка 8. обёртка (то, чем обёрнуто что-л.). Kitabın üzü обёртка книги, dəftərin üzü обёртка тетради 9. чехол (покрышка из материи или другого материала, сделанная по форме какого-л. предмета и защищающая его от порчи, загрязнения и т.п.) 10. мат. грань (плоская поверхность геометрического тела). Kubun üzləri грани куба 11. разг. сторона. Küçənin sağ üzü правая сторона улицы, yolun kölgə üzü теневая сторона дороги 12. стыд, совесть. Üzüm gəlmir совесть не позволяет, adamda üz yaxşı şeydir совесть – вещь хорошая II прил. 1. лицевой: 1) относящийся к лицу (передней части головы человека). Üz əzələləri лицевые мышцы, üz kanalı лицевой канал, üz siniri лицевой нерв 2) обращённый наружу, представляющий собой внешнюю сторону чего-л.; наружный. Parçanın üz tərəfi лицевая сторона материи 3) представляющий собой перёд чего-л.; передняя часть чего-л. Evin üz tərəfi лицевая сторона дома 2. поверхностный (находящийся, имеющий место на поверхности, у поверхности чего-л.). Torpağın (yerin) üz qatı поверхностный слой почвы; üz almaq чистить лицо крученой ниткой от излишних волос; üz çəkmə облицовка; обтяжка; üz çəkilmək облицовываться, быть облицованным; üz çəkmək лицевать, облицевать; üz çəkilmiş облицованный, обитый ◊ üz ağartmaq оправдать надежды, доверие; üz ağlığı: 1. подарок свёкра невестке после первой брачной ночи (за целомудрие); 2. предмет гордости; üz bozartmaq kimə: 1. дерзить, грубить к ому 2. посмотреть на кого сердито; üz verirsən, astar da istəyir дай ему мёд, да ещё и ложку; дай палец, руку отхватит; üz vermə! не балуй! не давай воли! üz vermək: 1) kimə баловать; сажать на голову кого 2) üz vermək kimə потворствовать, ублажать, быть пристрастным, проявлять лицеприятие к кому; üz göstərmə! не сажай на голову!, 3) случиться, приключиться с кем-л. Ona bədbəxtlik üz vermişdir с ним случилась беда; üz vurma! не проси! üz vurmaq kimə приставать, пристать с просьбой; üz qoymaq (tutmaq) haraya устремляться, устремиться куда (стремительно двинуться куда-л.); üz qoymamaq kimdə ругать кого на ч ем свет стоит 2. не пользоваться доверием где-л., хорошей репутацией; üz qoymayıb (он) сжёг все мосты; üz döndərmək kimdən порвать отношения, перестать общаться с кем; отвернуться; üz istəyir (ki) … надо потерять совесть, чтобы …; надо иметь наглость, чтобы …; üz göstərmək kimə относиться каким-л. образом: 1. быть приветливым с кем-л. 2. см. üz vermək (в 2 знач.); üz tutmaq: 1. kimə обращаться, обратиться к кому; 2. см. üz qoymaq; üz götürüb qaçmaq бежать без оглядки; üz çevirmək kimdən, nədən см. üz dəndərmək; üz çevirməmək haraya перестать бывать где-л., перестать ходить куда-л.; üzdən iraq не дай Бог!, не приведи Господи!; üzdən getmək скользить по поверхности, не углубляться, не вникать; üzə vermək проявляться, проявиться (о внутреннем состоянии); üzə vurma! не напоминай; üzə vurmaq nəyi бросить в лицо обвинение или упрёк; попрекать, ставить в упрёк кому-л. что-л.; üzə vurmamag промолчать о чём-л.; üzə qabarmaq, üzə qayıtmaq дерзить, хамить; üzə dayanmaq (durmaq): 1. противиться, воспротивиться 2. обнаглеть, становиться, стать наглым; üzə demək говорить в лицо; üzə dirənmək выходить, выйти из повиновения; üzə çıxarmaq kimi, nəyi: 1. вывести на чистую воду, вывести на свет божий (наружу) 2. обнаруживать, обнаружить 3. разрешить появиться на людях (о невестке); üzə çıxmaq явиться с повинной. Qaçaqlar üzə çıxdılar беглецы явились с повинной; üzü ağ olmaq оправдать доверие, ожидания; быть достойным похвалы, одобрения; üzü(n) ağ olsun!: 1. выражение благодарности за хорошую работу, учебу, поведение и т.п. 2. возглас, выражающий осуждение, укор (с оттенком иронии); üzü ağ çıxmaq см. üzü ağ olmaq; üzü astarından bahadır (üzü astarından baha oturur) игра не стоит свеч, овчинка выделки не стоит; üzü açılmaq kimin: 1. становиться, стать красивой лицом; 2. потерять невинность (целомудрие), быть изнасилованной; 3. становиться, стать развязным, беззастенчивым; üzü bərkdir kimin ничего не случится с кем; üzü bu yanadır жилец на этом свете (о больном, подающем надежды на выздоровление); смерть миновала кого; üzü bulud kimi tutulmaq смотреть сентябрём; üzü qara olmaq быть виноватым перед кем-л., чем-л.; üzü(n) qara olsun позор и срам тебе (ему); üzü qara çıxmaq: 1. оказаться нецеломудренной после первой брачной ночи (о невесте); 2. оказаться виноватым перед кем-л.; üzü dönmək kimdən; см. üz döndərmək kimdən; üzü(-m) yoxdur (qaradır) kimin yanında виноват перед кем; üzü gəlməmək стесняться просить (говорить, обращаться и т.д.); üzü gülmək просиять, повеселеть, радостно улыбнуться; üzü o yanadır kimin не жилец (о том, кто близок к смерти, одной ногой в могиле); üzü tutulmaq см. üzü bulud kimi tutulmaq; üzü üzlər görmüş видавший виды (испытавший в жизни многое); üzündə abırhaya yoxdur kimin ни стыда, ни совести у кого; üzündə yazılıb (yazılmışdır) kimin на лице написано чьё м, у кого; üzünün qırışları açılmır вечно хмурый, вечно озабоченный; üzünün qanı qaçıb kimin лица нет на ком, ни кровинки в лице у кого; üzündən keçə bilmədim kimin не мог отказать к ому (из-за уважения); üzündən gəlməmək стесняться, постесняться говорить или поступать по отношению к кому-л.; üzündən oxumaq читать по лицу; видеть, определять, понимать что-л. по выражению лица; üzünə ağ olmaq kimin см. üzünə qayıtmaq; üzünə baxan (baxsa) kəffarə verməlidir (gərək kəffarə versin) противно смотреть на кого, противное лицо у кого (о некрасивом, уродливом человеке); üzünə bir batman darı töksən biri də yerə düşməz (о рябом человеке); üzünə vurmaq kimin сказать в лицо, напомнить о чём-л. кому, попрекнуть чем-л.; üzünə qabarmaq (qayıtmaq) см. üzə qabarmaq (qayıtmaq); üzünə qan səpilmək (çilənmək) багроветь, побагроветь от чего-л.; üzünə (dik, şax) demək (söyləmək) говорить, сказать прямо в лицо; бросить в лицо к ому; üzünə durğuzmaq kimin kimi восстановить кого против кого; üzünə durmaq kimin: 1. см. üzünə (dik, şax) demək (söyləmək) 2. см. üzünə ağ olmaq 3. обвинить кого-л., сказав в лицо при очной ставке; üzə qabarmaq нагрубить к ому-л.; əgər utanırsansa, üzünə ələk (dəsmal, pərdə) тут если очень стесняешься, закрывай лицо; üzünə gəlmək kimin дерзить кому; шутл. üzünə (üzünüzə) gülab suyu! извините за выражение, простите … (говорится при употреблении какого-л. грубого, неприличного, неудобного слова); üzünə gülmək kimin: 1. см. üzünə xoş baxmaq; 2. лукавить (притворяться, вести себя неискренне); üzünə gülür nə радует взор, глаз что; üzünə gün doğdu kimin счастье улыбнулось к ому; üzünə söz gəlmək kimin получить выговор, замечание из-за кого-л., чего-л.; üzünə tüpürmək kimin плевать, плюнуть в лицо кому; üzünə xoş baxmaq kimin быть ласковым, приветливым с кем; üzünə şax demək kimin сказать прямо в лицо; üzünü ağartmaq (üzünü ağ eləmək) kimin оправдать доверие чьё, оправдать надежды чьи; üzünü açmaq kimin: 1. развращать, развратить кого; 2. лишать, лишить девственности, целомудрия кого; üzünü bozartmaq kimə: 1. сурово посмотреть на кого 2. дерзить, грубить к ому; üzünü qara eləmək kimin не оправдать надежд, доверия чьего; презр. üzünü it də yalamaz kimin урод уродом (об очень некрасивом, уродливом человеке); üzünü it yalasa doyar чумазый, грязный (о лице ребёнка); üzünü külək əsən tərəfə tutmaq держать нос по ветру; üzünü görək! сколько лет сколько зим!; … üzünü görmə! kimin не приведи Господи!; üzünü görmək istəməmək ненавидеть, и видеть не хотеть; üzünü güldürmək kimin веселить кого; поднимать настроение кого, чьё; üzünü mürdəşir yusun! чтобы (он, ты) подох!; üzünü turşutmaq делать, сделать кислую мину; üzünü tutmaq закрыть лицо; üzünün qanı qaçıb лица нет в ком, ни кровинки в лице кого, чьем; üzünün (üzünüzün) əti (suyu) tökülsün! как тебе (вам) не стыдно! постеснялся (постеснялись) бы!; üzünün suyu getmək (tökülmək) терять, потерять стыд; üzümüzün suyunu tökmə не говори непристойностей, глупостей при ком-л.; üzünün suyunu tökmək обругать, заставить краснеть, покраснеть

    Azərbaycanca-rusca lüğət / üz

üz sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. face; 2. surface; 3. the right side or face (of cloth, etc.) 4. the outer covering of a thing; 5. məc. boldness, effrontery; ~də on, on the surface of; suyun ~ündə on the surface of the water; üzündən for the sake of, on account of; sənin ~ündən for the sake of you; ~ə demək to say* to face; ~ çevirmək 1) bax küsmək; 2) to turn away from; ~ə çıxmaq 1) to come* to the surface; 2) to appear, to make* one’s appearance; to show* oneself; ~ etmək to face up; pul ~ü görmək to get* a bit of money, dinclik / rahatlıq ~ü görmək to find* a little peace; ~ünü açmaq 1) to talk to a child about unseemly things; 2) to have* sex with a virgin; ~ü gülmək to be* happy / delighted / joyful; ~ünə gülmək to smile at, to be* friendly towards (with a hint of insincerity); ~ü gülər happy, kind, (i.s.) with smiling face; ~ü qara 1) one who did smth. in the past to be ashamed of; 2) a girl who had sex before marriage; ~ qarası / qaralığı dishonour, disgrace; ~ü olmamaq 1) to have* no face / cover; 2) not to dare, not to have the face to; ~ü gəlməmək to be* unable to refuse, to be* unable to face; ~ü gəlmək to dare, to have* the effrontery; istəməyə ~ü gəlmək to have* the effrontery to want, to dare to want, to bring* oneself (to+inf.); Ona bunu deməyə üzüm gəlmir I can’t bring myself to tell him / her this; ~-~dən utanar It is difficult to say such things to a person’s face; It is hard to refuse personally; ~ vermək to be* indulgent to, to spoil (d.); to give* encouragement; ~ vurmaq to have* recourse to; ~ünə vurmaq to cast* smth. in a person’s teeth, to reproach smb.; ~ü olmamaq to have* no face, to dare not; İstiyə üzüm yoxdur I can’t face the heat; nə üzlə gəldin? How have you the face to come? ~ bağlamaq (süd) bax qaymaqlamaq; ~ döndərmək 1) bax küsmək; 2) to be* / to get* disloyal; ~ görmək məc. 1) to meet* people of different character; 2) to be* treated kindly; ~ göstərmək 1) (pis mənada) to treat badly, to meet* coldly; 2) (yaxşı mənada) to please (d.), to give* satisfaction; (i.); ~ çəkmək to revet (d. with), (avadanlığa) to upholster (d.), (dəmirdən) to bind* with iron (d.); ~dən baxmaq to look* / to examine superficially, to look* / to examine hastily; ~dən iraq God forbid; ~ə qabarmaq / gəlmək, qayıtmaq to be* impudent / insolent (to); (uşaq) to cheek (d.); d.d. to sauce (d.); to answer insolently / impudently; ~ə dirənmək to refuse outright; ~ə durmaq 1) to refuse outright; 2) to be* a false witness, to testify / to despose falsely; ~ü ağ olmaq to justify hopes / smb’s confidence / trust; to be* praiseworthy; ~ü bərk olmaq to be* obstinate, to be* capable of great endurance, to be* a great stayer; ~ü açılmaq to become* impudent / shameless; ~ü danlanmaq to be* reproached; ~ü üstə face downwards; ~ ü üstə uzanmaq to lie* face downwards; ~ünə dik baxmaq to look steadily at smb.; ~ünə salmaq to act / to behave boldly / impudently; ~ünə söz gəlmək to be* reprimanded / reproached; ~ünü ağartmaq 1) to copy; 2) to act / to behave praiseworthily; ~ünü ağ etmək to justify smb.’s hopes / confidence; ~ünü almaq (südün) to cream / to skim, to take* off; südün ~ünü almaq to cream / to skim the milk, to take* off the cream; ~ünü köçürmək to copy (d.), to copy out (d.); ~ünü malalamaq 1) bax suvamaq; 2) məc. to slur over (d.); işdəki qüsürlarün ~ünü malalamaq to slur over the defects of the work

    Azərbaycanca-ingiliscə lüğət / üz

üz sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) face f ; figure f, visage m ; physionomie f ; 2) endroit m ; surface f ; suyun ~ündə à la surface de l’eau ; ~ündən à cause de, en conséquence de, par suite de ; sənin ~ündən à cause de toi ; ~ə çıxmaq sortir vi (ê) à la surface ; apparaître vi ; ~ü gülmək être heureu//x, -se ; devenir vi (ê) gai, -e ; ~ü olmamaq avoir honte de faire qch ; ~ döndərmək détourner (se) ; tourner le dos (à) ; ~dən baxmaq regarder vt superficiellement ; ~dən iraq à Dieu ne plaise, Dieu nous en garde ; montrer (se) digne de ; ~ünə söz gəlmək être réprimandé, -e

    Azərbaycanca-fransızca lüğət / üz

üz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. ччин; kişi, sözü üzə deyər. Ata. sözü итимди, гаф чинал лугьуда; inəyin üzü калин ччин; // ччинин; 2. сумра, суфат, сифет, куц; 3. ччин (мес. месин, хъуьцуьгандин); ччин пад, винел пад (мес. гамунин, парчадин); вилик пад, фасад (дараматдин); 4. мат. ччин (мес. кубдин, призмадин); 5. са затӀунин куьчнавай, кхьенвай ччин, сурет, копия, экземпляр; üzünü köçürtmək чин куьч(ар)ун, кхьенвай затӀунин ччин авайвал маса ччарчиз куьчун, маса ччарчел кхьин; 6. ччин (мес. цавун); винел пад; gölün üzü вирин ччин; suyun üzü цин ччин; // ччарар (мес. некӀедин); 7. пад, тереф, къвал; çayın bu üzü вацӀун и пад; 8. пер. абур, гьая, регьуьвал; ** üz açılmaq кил. üzü gülmək; üz almaq виликра дишегьлийри звер гайи епиналди ччинин чӀарар къачун (михьун); üz bozartmaq кил. üzünü bozartmaq; üz çevirmək а) кил. üz döndərmək; б) кил. üz qoymaq а); в) ччин элкъуьрун, элкъуьн (садаз килиг тавун патал); г) ччин элкъуьрун, алакъа атӀун; üz çevirməmək ччин элкъуьр тавун, са чкадиз мад хъфин тавун, кӀвач атӀун; üz döndərmək ччин элкъуьрун а) алакъа атӀун, ахгат тавун; б) пер. хиянат авун, чӀалахъ хъхьун тавун; в) итӀаатдай акъатун, муьтӀуьгъ тахьун, далу элкъуьрун; г) кьил элкъуьрун, са патахъ элкъуьн; üz gətirmək ччин атун, надинжвал авун, ялах хьун; üz görmək пад хуьн, тереф хуьн; üz göstərmək а) ччин къалурун; б) ччин гун, чин ачухун; üz götürüb qaçmaq кил. baş (baş götürüb qaçmaq); üz qoymaq фин (кьил туькӀвейвал са патахъ), физ авалун, рекье гьатун; üz tutmaq а) ччин элкъуьрна лугьун, ччин элкъуьрун (гаф лугьун патал садахъ); б) кил. üz qoymaq а); в) авалун, башламишун; üz vermək а) кьилел атун, дуьшуьш хьун, хьун (са кар, вакъиа); б) ччин гун, ччин ачухун, ччин къалурун; в) винел вегьин (фин), гьужум авун; üz vurmaq а) ччин ягъун, дуствилелди тӀалаб авун, хагьиш авун; б) рах. ишигда твазвай емишрин хъсанбур винел эцигун; üzə çıxarmaq винел акъудун, дуьздал акъудун; жугъурун, якьурун; üzə çıxmaq винел акъатун а) кьилел акъатун, дуьздал акъатун; ашкара хьун, ччир хьун, малум хьун; б) рах. вичин алакьуналди вилик фин, вичиз лайих чка кьун; в) ччиниз акъатун, инсанрин арадиз акъатун, акун; üzə durmaq ччина акъвазун а) вичин гафунилай гъил къачун тавун, терсвал авун; б) итӀаатдай акъатун, итӀаат тавун; üzə gülmək а) ччиниз хъуьруьн, вичин гуьзелвилелди, иервилелди хушуниз атун, желб авун; б) ччинал хъуьруьн, тапарривай хуш ччин къалурун, вичи-вич дуст хьиз тухун; üzə qabarmaq (qayıtmaq) ччина акъвазун, ччиниз акьахун, гафунал гаф эцигун, жаваб хгун; итӀаатдай акъатун; üzə salmaq кил. üzünə salmaq; üzə vermək къалурун, чирун, винел акъудун (мес. наразивал); üzə vurmamaq ччиниз ягъун тавун, ччиниз тайгъун, рикӀе авай ва я акур са затӀ лугьун тавун, чир тавун, винел акъуд тавун; üzü ağ olmaq авур хъсан кӀвалахдиз (амалдиз) килигна дамахуниз лайих хьун; вичел тапшурмишай са кар кьилиз акъудун; üzü astarından baha başa gəlmək (oturmaq) кил. astar (astarı üzündən baha başa gəlmək); üzü gəlməmək ччин татун, ччин тахьун, са затӀ лугьуз (кӀан жез) регъуь хьун, хажалат чӀугун; üzü gülmək ччин хъуьруьн, ччина хъвер гьатун, ччина хвешивилин лишанар гьатун; üzü gülməmək ччин хъуьруьн тавун, гьамиша ччин атӀугъна хьун, ччинай гъамлувал акун; üzü qara etmək уьзуькъара авун, хажалатлу авун (рах.); üzümüzə gələn виликай къвезвай, алукьзавай (мес. сувар); üzündə abır (həya, abır-həya) olmamaq ччина абур-гьая тахьун (гьаясуз, регъуь тежер, эдебсуз касдин гьакъинда); üzündə su yoxdur ччина яд авачир, регъуьвал авачир, гьаясуз, абурсуз касдикай рахадамаз; üzündəki qırış (qırışlar) açılmamaq кил. üzü gülməmək; üzündən gəlməmək кил. üzü gəlməmək; üzündən keçə bilməmək ччиникай хкатиз тахьун, мукьвади ва я гьуьрметлу кас тирвиляй хагьиш ва я гаф ччилел вегьиз тахьун; üzündən qan qaçmaq ччинин рангар атӀун, рангар лацу хьун; üzündən oxumaq ччинай кӀелун, ччинин лишанрилай ччир хьун, малум хьун, белли хьун; üzündən zəhər tökülmək ччинай агъу (зегьер) авахьун, гзаф хъел авай, ччин атӀугъай, ччина хъвер авачир касдин гьакъинда; üzünə ağ olmaq ччина акъвазун, итӀаатдай акъатун, табий тахьун; üzünə (dik, şax) demək (söyləmək) ччинал лугьун, кьулухъай ваъ, вичиз лугьун (са нукьсан, фикир); üzünə durmaq а) ччинал акъвазун, суддал, силисдал садан тахсир вичиз (ччинал) лугьун; б) кил. üzünə ağ olmaq; üzünə ələk (dəsmal, pərdə) tutmaq ччин кӀевун, регъуь кьасарун, тапарривай вич регъуьди хьиз тухун; üzünə gülmək ччиниз хъуьруьн, хуш(униз) атун, желб авун; üzünə gün doğmaq ччина хъвер гьатун, шад хьун, хушбахт яшамиш жез авалун, бахт ахъа хьун; üzünə qabarmaq (qayıtmaq) кил. üzə qabarmaq (qayıtmaq); üzünə qan səpilmək (çilənmək) ччиниз иви хъиткьинун, хъиляй ччин яру хьун; üzünə pərdə çəkmək ччинал перде (маска) акьалжун, вичи-вич дуст хьиз къалурун; üzünə salmaq ччин гьалдун, гьаясузвилелди, ялахвилелди са затӀ гъилик ийиз алахъун; üzünə vurmaq ччиниз ягъун а) са касдин айибар, тахсирар векъидаказ ччинал (вичиз) лугьун; б) авур хъсанвал рикӀел хкана регъуь авун; üzünü açmaq ччин ахъаюн а) ччина авай перде акъудун, са пис гаф лагьана аялдин тербиядиз таъсир авун; б) вилик девирра: ччина авай чаршав акъудун, ччин къалурун; üzünü bozartmaq а) кил. bozartmaq (sifətini, üzünü bozartmaq); б) вичи-вич къалурун, вичин хесетар къалурун, винел акъудун (пис манада); üzünü çıxartmaq ччин (сурет) акъудун, документдин, кхьенвай затӀунин ччин гьана авайвал куьчун; üzünü görmək istəməmək (ччин) акваз кӀан тахьун, аквадай вил тахьун, зегьле фин, нифрет авун; üzünü güldürmək ччин хъуьруьрун, хвеши авун, шадарун, кефияр ахъаюн; üzünü qara etmək кил. üzü qara etmək; üzünü mürdəşir yusun! рах. ччин фекьиди чуьхуьрай, ччин алат хьуй! кьве кьил ктӀануй! кьий! манада къаргъиш; üzünü turşutmaq ччин чӀурун, ччин агажун; üzünü tutmaq а) ччин элкъуьрун, ччин (кьил) элкуърна лугьун (рахун); б) кил. üz tutmaq; üzünün əti (suyu) tökülmək абурдай аватун, беябур хьун, русвагь хьун, гьуьрметдай аватун; üzünün qanı qaçmaq кил. üzündən qan qaçmaq; üzünün suyunu tökmək абурур гун, кӀевиз ахмурун, беябур авун, русвагь авун; alnı açıq, üzü ağ кил. alnıaçıq; astarı üzündən baha (baha başa gəlmək) кил. astar; hansı üzlə кил. nə üzlə; qapını üzünə çırpmaq кил. qapı; nə üzlə гьи ччинивди (ччиналди), гьи жуьрэтдалди, квел дамахна, квек далу кутуна; taleyi üzünə gülmək кил. tale.

    Azərbaycanca-ləzgicə lüğəti / üz

üz sözünün türk dilinə tərcüməsi

üz sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağdam, Bərdə, Biləsuvar, Borçalı, Cəlilabad, Salyan, Şəki) qaymaq. – Südün üzün alıflar, altının kəndo:u qalıf (Ağdam); – Qavaxdan da üz çox olurdu (Borçalı); – Südün üzün yığıf satajam (Bərdə); – Sütün üzünü yığıf heyləcə töhmüşəm nəhriyə (Şəki)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"üz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#üz nədir? #üz sözünün mənası #üz nə deməkdir? #üz sözünün izahı #üz sözünün yazılışı #üz necə yazılır? #üz sözünün düzgün yazılışı #üz leksik mənası #üz sözünün sinonimi #üz sözünün yaxın mənalı sözlər #üz sözünün əks mənası #üz sözünün etimologiyası #üz sözünün orfoqrafiyası #üz rusca #üz inglisça #üz fransızca #üz sözünün istifadəsi #sözlük