* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Süvarinin ayağını dirəməsi üçün yəhərin iki tərəfindən asılı altı düz dəmir halqalardan hər biri. Rüstəm kişi boz atın üzəngisinə ayaq qoyanda Maya dönüb ferma işçilərilə görüşdü. M.İbrahimov. Ağaxan bəy üzəngidə dikələrək: – …Bunlar hamısı sizə qurbandır, – deyib, ətrafı paşaya göstərməyə başlayırdı. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / üzəngi2 Süvarinin ayağını dirəməsi üçün yəhərin iki tərəfindən asılı altı düz dəmir halqalardan hər biri. (“Koroğlu” dastanının lüğəti) Hər nə vaxt ki Toqata gəldin, atın üzəngisini özüm basıb səni ona mindirəcəyəm. (“Həmzənin Qıratı aparmağı”) * Həmzə baxdı ki, bəli, qoç Koroğlu Qırat da yedəyində tövlədən çıxır. Tez yüyürüb üzəngini basdı. (“Həmzənin Qıratı aparmağı”) * Üzəngiyə qalxıb baxdı ki, adamlar oturan oturub, dayanan dayanıb, ortalıqda da süpürgəçilər meydanı sulayıb, süpürüb səliqəyə salırlar. (“Koroğlunun Ərzurum səfəri”) * Koroğlu hasardan çıxıb özünü qarının evinə yetirdi. Sonra gedib üç yaşar bir day alıb gətirdi. Atın yəhərini, üzəngisini də hazırladı. (Paris nüsxəsi, 5-ci məclis)
Azərbaycan dastanlarının leksikası / üzəngi1 Üzük və üzəngi sözləri üzmək feilindən əmələ gəlib: biri qızı ata evindən, 2-ci isə ayağı yerdən üzür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / üzəngi1 ÜZƏNGİ, RİKAB Abbas əhd eləmişdi ki, Gülgəz Pəriyə çatıb onu kəcavəyə mindirəndə onun üzəngisini özü basıb ata mindirsin. Abbas sözünü qurtarıb Gülgəz Pərinin rikabını basıb, ata mindirdi (“Abbas və Gülgəz”).
Azərbaycan dilinin sinonimlər lüğəti / üzəngi1 ÜZƏNGİ I is. Yəhərdə ayaq qoyulan yer. Yəhərə çəkilən bu cüt üzəngi; Baxın, oxşamayır biri-birinə (Ə.Kürçaylı). ÜZƏNGİ II is. anat. Orta qulaqda ikinci sümükcüyün adı.
Azərbaycan dilinin omonimlər lüğəti / üzəngi2 I сущ. стремя: 1. одна из парных железных дужек с ушком, подвешиваемых на ремне к седлу для упора ног всадника. Ayağını üzəngiyə qoymaq поставить (вдеть) ногу в стремя, üzəngidə dikəlmək (qalxmaq) привстать на стременах 2. мед. одна из слуховых косточек среднего уха у человека и у большинства млекопитающих; стремечко. Üzənginin əsası основание стремени, üzəngi siniri нерв стремени, üzəngi darağı гребешок стремени, üzəngi əzələsi мышца стремени II прил. стремянный, стременной. Üzəngi qayışları стременные ремни ◊ ayağı üzəngidədir: 1. лёгок (легкий) на подъем; 2. готов к отъезду
Azərbaycanca-rusca lüğət / üzəngi1 сущ. уьзенг (балкӀандин пурарин кьве патай куьрс жедай, акьахдамаз кӀвач ттвадай ракьун гьалкъайрикай гьар сад).
Azərbaycanca-ləzgicə lüğəti / üzəngiI (Borçalı) çarıqda bağ keçirilən ilgək. – Üzəngi çarıxda yandolor, davandadolor II (Qazax) astana
Azərbaycan dilinin dialektoloji lüğəti.