Rüşdi sözü azərbaycan dilində

Rüşdi

Yazılış

  • Rüşdi • 77.1429%
  • rüşdi • 17.1429%
  • RÜŞDİ • 5.7143%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məhəmmədəli Rüşdi
Məhəmmədəli Rüşdi - Təbriz tamaşaçılarının xüsusi rəğbət bəslədikləri sənətkar olub. Populyar və şöhrətli aktyor realist oyun üslubunda istifadə etdiyi ifadə vasitələrinin təbiiliyi, cazibədarlığı və səmimiyyəti ilə geniş kütlənin rəğbətini qazanıb. Səhnədə 25 ildən çox aktyorluq edib və Təbrizdə milli teatrın inkişafında hər cür məhrumiyyət və əzablara mətanətlə sinə gərib. == Həyatı == Məhəmmədəli Rüşdi 1906-cı ildə Təbrizdə dünyaya göz açıb. Atası müəllim idi və buna görə də oğlunu ziyalı görmək üçün ona mükəmməl təhsil verib. O, Təbrizdə darülmüəllimi bitirdikdən sonra müxtəlif təhsil ocaqlarında dərs verib. Müəllimlik edə-edə həm məktəblərdə hazırlanan tamaşalarda, həm də şəhərin müxtəlif həvəskar teatr dəstələrində kiçik rollar oynamağa başlayıb. Əvvəlcə qız rollarında səhnəyə çıxıb. Tədricən qabiliyyəti və bacarığı, səhnədə sərbəst və inamla davranması ilə maraq doğuran aktyora daha sanballı rollar tapşırılıb. Məhəmmədəli Rüşdi dramatik rollarda, realist səpkili psixoloji obrazların ifasında daha uğurla, daha inamla çıxış edib.
Salman Rüşdi
Salman Rüşdi (19 iyun 1947[…], Bombey, Britaniya Hindistanı) — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı. == Həyatı == Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Universitetinin tarix fakültəsini bitirib. == Yaradıcılığı == İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1981-ci ildə yazdığı "Gecəyarısı uşaqları" əsəri Le Monde tərəfindən XX əsrin 100 kitabı siyahısına daxil edilmişdir. 1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.
Şirvanzadə Mehmed Rüşdi Paşa
Şirvanizadə Mehmed Rüşdü Paşa (1828, Amasya – 1874, Taif, Məkkə bölgəsi[d]) — Sultan Əbdüləzizin hakimiyyəti dövründə 9 ay 27 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == 1828-ci ildə Amasiyada dünyaya gəlmişdir. Atası Nəqşibənd təriqətinin Xalidiyyə şeyxlərindən İsmayıl Siracəddin Əfəndidir. Ailəsi vaxtilə Şirvan-Dağıstan bölgəsindən Amasyaya köç etmişdir. İlk dini təhsilini atası və böyük qardaşı Əbdülhəmid Əfəndidən almış, ardından 1851-ci ildə İstanbula gedərək burada Vidinli Mustafa Əfəndidən icazət almışdır. Hələ təhsili davam edərkən dövrün şeyxülislamı Məşrəfzadə Arif Əfəndinin oğlu Sıddıq Əfəndiyə dərs verməyə başlamışdır. Məhz bu tələbəsi və Əhməd Cövdət Əfəndinin vasitəçiliyi ilə 1855-ci ildə müdərrisliyi təsdiqləndi. Ardından 21 sentyabr 1853-cü ildə Amasya Vəqf idarəsinin rəisi təyin edilsə də, bu vəzifədə çox qala bilmədi və 3 yanvar 1855-ci ildə istehfa verərək İstanbula döndü. Döndükdən qısa müddət sonra Rüşdü Əfəndi, torpaq qanunu hazırlanması məqsədilə Əhməd Cövdət Əfəndi tərəfindən qurulan komitəyə üzv seçildi və bir neçə il bu komitə daxilində çalışdı. Bu müddət ərzində Mehmed Əli Paşa, Fuad Paşa kimi dövrün mühüm siyasi xadimləriylə tanış oldu.
Həsən Rüşdiyyə
Hacı Mirzə Həsən Rüşdiyyə (5 iyul 1851, Təbriz – 10 dekabr 1944, Qum) — əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri. İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmişdir. == Həyatı == Əslən azərbaycanlı olan İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmiş Hacı Mirzə Həsən Mehdi oğlu Təbrizi 1851-ci il iyulun 5-də Təbriz şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini ərəb və fars dillərini mükəmməl bilən, dövrünün ziyalılarından olan maarifpərvər atası Molla Mehdidən almışdır. Ruhani olmaq istəsə də, daha sonra bu fikirdən daşınmışdır. Bunun əsas səbəblərindən biri İstanbulda iki təbrizli naşir – Mirzə Nəcəfəli xan və Ağa Məhəmməd Tahir tərəfindən nəşr olunan, İran mətbuatı tarixində ilk mühacir mətbu orqanı sayılan "Əxtər" (1875–1896) qəzetində yazılmış məqalə ilə tanışlığı idi. Məqalədə deyilirdi ki, "Avropada hər min nəfərdən on nəfəri savadsız, İranda isə hər min nəfərdən on nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurlardan irəli gəlir… İranda da avropasayağı məktəblər olmalıdır". Bu məqalədən və digər amillərdən təsirlənən gənc Həsən atasından icazə alaraq, Osmanlı dövlətinə yollanır. Orada fəaliyyət göstərən məktəblərin adı onun diqqətini cəlb edir və özünə Rüşdiyyə təxəllüsünü götürür.
Mirzə Həsən Rüşdiyyə

Rüşdiyyə
Həsən Rüşdiyyə — əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri. Rüşdiyyə məktəbi — XIX əsrin sonlarında XX əsrin əvvəllərində Cənubi Azərbaycanda yeni üsullu məktəb.
Rüşdiyyə məktəbi
Rüşdiyyə məktəbi — XIX əsrin sonlarında XX əsrin əvvəllərində Cənubi Azərbaycanda yeni üsullu məktəb Cənubi Azərbaycan maarifpərvəri və pedaqoqu Rüşdiyyənin Təbrizdə ("Dəbistani-Rüşdiyyə" və "Mədrəseyi-Rüşdiyyə", 1888; "Rüşdiyyəyi-müzəffəriyyə", 1893) və Tehranda (1897) yeni üsullu məktəbi. Rüşdiyyə məktəblərinin tədris planına Azərbaycan, fars, fransız dilləri, sərf-nəhv, ədəbiyyat, riyaziyyat, fizika və b. fənlər daxil idi. İranda sxolastik tədris üsuluna zidd olan Rüşdiyyə məktəbləri şah üsuli-idarəsi və mürtəce ruhanilər tərəfindən dəfələrlə bağlanmışdı. Buna baxmayaraq, Rüşdiyyə məktəbləri İranda yeni tədris üsulunun yayılmasında mühüm rol oynamışdır. == İstinadlar == == Ədəbiyyat == "İbtidai və Rüşdiyyə məktəb dərslikləri". Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002.
Şahnaz Rüşdiyyə
Şahnaz Rüşdiyyə və ya Şahnaz Azad — jurnalist. O,Həsən Rüşdiyyənin qızı və Əbülqasim Marağayinin həyat yoldaşı idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2006 •••••• 0.23
2007 •••••••••••••••••••• 0.85
2008 •••••• 0.24
2011 ••••••• 0.26
2012 ••••• 0.17
2016 ••••• 0.17

rüşdi sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. həddi-büluğa çatan; yetkin (gənc haqqında).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

doğru yolla getmə, doğru yolu tapma; inkişaf etmiş.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"rüşdi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rüşdi nədir? #rüşdi sözünün mənası #rüşdi nə deməkdir? #rüşdi sözünün izahı #rüşdi sözünün yazılışı #rüşdi necə yazılır? #rüşdi sözünün düzgün yazılışı #rüşdi leksik mənası #rüşdi sözünün sinonimi #rüşdi sözünün yaxın mənalı sözlər #rüşdi sözünün əks mənası #rüşdi sözünün etimologiyası #rüşdi sözünün orfoqrafiyası #rüşdi rusca #rüşdi inglisça #rüşdi fransızca #rüşdi sözünün istifadəsi #sözlük