Rəşidi sözü azərbaycan dilində

Rəşidi

Yazılış

  • Rəşidi • 97.5610%
  • rəşidi • 2.4390%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rəbbi Rəşidi
Rəbbi Rəşidi — Təbrizdə yerləşən tarixi bina. Bina qədim zamanlar universitet idi.
Rəşidi xilafəti
Rəşidi Xilafəti - İslam tarixində ilk 4 xəlifə – “Doğru idarə edilən” və yaxud “Rəşid xəlifələr” dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistan yarımadası və Levantdan Qafqaza qədər, qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən böyük imperiyası idi. == Mənşəyi == 632-ci ildə, Məhəmməd Peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğəmbərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Übeydə ibn əl-Cərrah Əbu-Bəkrə öz sədaqətlərini vəd etdilər. Beləliklə, Əbu-Bəkr əs-Siddiq ilk "Xəlifə-i Resul-il-Lah" - “Allahın Rəsulu”nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı.Əbu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi və nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onların seçilməsi və hökmranlığı bacarığa əsaslanırdı. Xüsusilə, sünnəyə əsasən, xəlifələrin dördü də evlilik vasitəsilə Məhəmməd peyğəmbərə bağlanmışdı. Onlar İslamı ilk qəbul edənlər idi və cənnətin açıqca vəd edildiyi 10 nəfər arasında idilər, birlik və dəstəkləri ilə Məhəmməd peyğəmbərin ən yaxın əshabələri olaraq onun tərəfindən yüksək qiymətləndirilirdilər və yaranmaqda olan Müsəlman cəmiyyəti daxilində onlara rəhbərlik rolu həvalə edilmişdi.Sünnəyə əsasən, Rəşidi Xilafəti termini Məhəmmədin ölümündən sonra xilafətin 30 il yaşayacağı və daha sonra krallıqla davam edəcəyi ilə bağlı məşhur hədisindən meydana gəlib.
Süleyman Rəşidi
Süleyman Rəşidi (Süleyman Həsən oğlu Əliyev; 25 may 1927 – 21 fevral 2003) — Azərbaycan dramaturqu. == Həyatı == Süleyman Rəşidi 1927-ci ildə mayın 25-də Naxçıvan şəhərində anadan olmuşdur. Uşaqlıq illəri doğma Naxçıvan şəhərində keçmişdir. Təhsilini davam etdirmək ücün 1951-ci ildə Bakı şəhərinə köçmüş və həmin ildə orada Azərbaycan Politexnik İnstitununa daxil olmuşdur. 1956-cı ildə institutu bitirərək mühəndis ixtisası üzrə uzun illər çalışmışdır. == Yaradıcılığı == Süleyman Rəşidinin yaradıcılığı ömrünün uzun illərini əhatə edir. Öz yazıçılıq fəaliyyətini mühəndis sənətinə paralel qoyaraq, uzun illər bu iki bir-birindən fərqli peşələri uğurla davam etdirmişdir. Buna görə Süleyman Rəşidi sənət dairələrində mühəndis-dramaturq kimi tanınıb. Süleyman Rəşidi yaradıcılığına demək olar ki, gənc yaşlarından başlamışdır. Üç qardaşı və bir bacısı olan gəncin uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edib.
Rəbi-Rəşidi kompleksi
Rəb-i Rəşidi kompleksi (fars. رَبع رشیدی‎) — Elxani hökmdarı Qazan xanın hakimiyyəti illərində vəziri Fəzlullah Rəşidəddin tərəfindən inşa etdirilən və daxilində bir sıra təhsil, mədəniyyət, ibadət və tibb mərkəzlərinin olduğu yaşayış kompleksi.Təbrizin şimal-şərqində yerləşən Rəb-i Rəşididə 30 min ev vardı. Bəzi mənbələrə görə burada 24 karvansara, 1500 dükan, üçmərtəbəli karvansaralar, məscid, bazar, hamam, zərbxana, 7 min tələbəsi və 4500 müəllimi olan tədris müəssisəsi fəaliyyət göstərirdi. Hamamlar, kağız istehsal edən karxana, boyaqçı emalatxanaları, xiyabanlar, sikkəxana, bağlar, dəyirmanlar, rəssam və xəttatların fəaliyyət göstərdiyi emalatxanalar Rəşidiyyənin çoxfunksiyalı şəhərcik olduğuna dəlalət edirdi. Lakin Rəb-i-Rəşidinin çiçəklənməsi uzun çəkmədi. 1318-ci ildə baş vəzir Fəzlullah Rəşidəddin edam edildikdən bir müddət sonra qəzəblənmiş kütlə 1336 -cı ildə şəhərciyi talan və viran etdi. Beləliklə, Rəb-i Rəşidi süqut etdi. == Tarixi == Monqollar, xüsusən birinci yarım əsrlik talan və dağıntılar başa çatdıqdan sonra Yaxın Şərqdə Elxanilər dövlətinin yaranması ilə müsbət izlər buraxmağa başladılar. Xüsusən Qazan xanın (1295-1304) taxta çıxması və daxili çəkişmələrə son qoyaraq dövləti öz nəzarəti altına alması ilə Elxanilər dövlətində böyük inkişaf fəaliyyəti başlandı ki, burada Elxani hökmranlığının mərkəzi olan Azərbaycan imtiyazlı yer tuturdu. Bu dövrdə bir tərəfdən Təbriz kimi köhnə yaşayış məskənlərində yeni quruculuq işləri aparılır, digər tərəfdən isə Elxani dövlətinin ərazisində yeni məskənlər salınmağa çalışılırdı.
Rəşidi Tarixi (kitab)
Rəşidi-tarixi—Mirzə Heydər Duqlatın əsəri. == Rəşidi tarixi fars dilində == Rəşidi tarixi (fars. تاریخ رشیدی‎ Tarixi Rəşidi) Türkistan ərazisinin 1347-1545 illərindəki tarixi, Çığatay xanları və Qaşqar əmirləri haqqında farsca kitabdır.Bu kitabın yazıçısı Mirzə Məhəmmədheydər Duqlatdır.Müəllif bu kitabın təlifi üçün bu mənbələrdən istifadə edib:Fəzlullah Rəşidəddinin Came ət-təvarix kitabı, Cəhangüşaye Cüveyni tarixi kitabı, Həmdulla Müstofinin Seçilmiş tarixi(Tarixi qozide) kitabı, Şərəfəddin Əli Yəzdinin Zəfərnamə kitabı, Əbdürrəzzaqın Nəzmə çəkilmiş(Tarixi Mənzum) kitabı, Mirzə Uluqbəyin Ulusi Ərbəə kitabı. == Rəşidi tarixi rus dilində == Bu kitab bir neçə dəfə dus dilində çap olunub. 1996-cı ildə Daşkənd şəhərində 2 cildliyi "Fan" nəşriyyatında işıq üzü görüb. 2011-ci ildə Moskva şəhərində "Direkt-Media" nəşriyyatında 198 səhifədən inarət buraxılıb. Bu nəşrdə yalnız Qazax xanlığına aid olan məlumat var.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2004 ••••••••••• 0.67
2005 ••••••••••• 0.67
2006 ••••••• 0.45
2007 ••••••• 0.42
2009 ••• 0.16
2010 ••• 0.18
2011 ••• 0.17
2012 ••••••• 0.43
2013 •••••••••••••••••••• 1.31
2016 •••••• 0.35
2017 ••• 0.16
2019 ••••• 0.28

"rəşidi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəşidi nədir? #rəşidi sözünün mənası #rəşidi nə deməkdir? #rəşidi sözünün izahı #rəşidi sözünün yazılışı #rəşidi necə yazılır? #rəşidi sözünün düzgün yazılışı #rəşidi leksik mənası #rəşidi sözünün sinonimi #rəşidi sözünün yaxın mənalı sözlər #rəşidi sözünün əks mənası #rəşidi sözünün etimologiyası #rəşidi sözünün orfoqrafiyası #rəşidi rusca #rəşidi inglisça #rəşidi fransızca #rəşidi sözünün istifadəsi #sözlük