* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Rütbəsi olan, müəyyən rütbə sahibi olan. Əbülfət mirzə qapını açan kimi qarşısında böyük rütbəli bir İran məmurunu və iki nəfər də polis nəfərini gördü. M.S.Ordubadi. Hacı böyük rütbəli adamlarla oturub-durduğu kimi xırda-xuruş müəllimlərlə də söhbətdən xoşlanır. Qantəmir.
Azərbaycan dilinin izahlı lüğəti / rütbəli