Rüqəyyə Kəbiri
Rüqəyyə Kəbiri - Şair və yazıçı. Öz əsərlərini Azərbaycan və Fars dillərində yazır.
== Həyatı ==
Ruqiyyə Kəbiri 1963-cü ildə Güney Azərbaycanın Xoy şəhərində dünyaya gəlmişdir. Orta məktəbi doğulduğu şəhərdə bitirmişdir. Təbriz Universitetinin tibb fakültəsində təhsil almışdır.
Təhsilini bitirdikdən sonra bir müddət Salmas və Təbriz xəstəxanalarında işləmişdir.
Yaradıcılığa erkən başlsa da, uzun müddət əsərlərini nəşr etdirməmişdir. Müəllifin bədii yazıları, şeir, nəsr, ssenari və tərcümələrdən ibarətdir.
“Təbrizin al təbim” (2010) şeir toplusu, “İçimdəki qız” (2013), “Bu qapı heç çalın¬mayacaq” (2011) hekayələr toplusu, “Evim” (2013), “Yerdən uca torpaq” (2014) romanları kitab kimi nəşr olunmuşdur.
Çağdaş Güney Azərbaycan ədəbiyyatında mifik qaynaqlardan bəhrələnən, psixoloji detallara önəm verən yazarlardan biri kimi tanınır.