Hidayət xeyriyyə cəmiyyəti
Hidayət xeyriyyə cəmiyyəti - əsas məqsədi qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmə qarşı çıxmaq olan cəmiyyət. 1904-cü ildə yaradılan cəmiyyətin idarə heyətində Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mirməhəmməd Kərim Bakuvi, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri olub. Cəmiyyətin üzvləri daima öz fikirlərinə və əməllərinə görə cinayətkarlar və dini radikallar tərəfindən təqiblərə məruz qalıblar.
== Haqqında ==
Hidayət Xeyriyyə Cəmiyyəti 1904-cü ildə Bakıda yaradılıb. Cəmiyyətin yaradıcıları əsasən ruhanilər və ziyalılar idi. Onların əsas məqsədi Bakıda insanları narahat edən qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmin qarşısını almaq olub. Camaatı incidən, küçələrdə qadınları təhqir edən şəxslər cəmiyyətin üzvləri tərəfindən müəyyən edilir və onların barəsində cəza tədbirləri görülməsi üçün adları general-qubernatora təqdim olunurdu. Hidayət Xeyriyyə Cəmiyyətinin on nəfərdən ibarət idarə heyəti var idi. Bunlar Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mir Məhəmməd Kərim, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri idilər. Cəmiyyətin nizamnaməsini Əhməd bəy Ağaoğlu yazıb.