* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Suyun öz məcrası ilə axması; axın. İti cərəyan. // Dənizlərdə, okeanlarda suyun hər hansı bir istiqamətdə hərəkəti, habelə müəyyən istiqamətdə hərəkət edən su axınının özü. Dəniz cərəyanları. İsti cərəyan. Soyuq cərəyan. 2. fiz. Elektrik yükünün hərəkəti; elektrik enerjisi. Yüksəktezlikli cərəyan. Cərəyanın gücü. – Keçirici mühitdə əmələ gətirilən elektrik sahəsi elektrik cərəyanı əmələ gətirir. Z.Kazımzadə. 3. məc. Ədəbi-bədii və ya ictimai, siyasi hadisə. Satirik cərəyan. Mürtəce cərəyan. İncəsənətdə cərəyanlar. – “Kəşkül” səhifələrində köhnə sxolastik ədəbiyyat üslubu ilə hakim ədəbi cərəyan olmağa başlayan realizm ədəbi üslubu mübarizə edir. M.İbrahimov. ◊ Cərəyan etmək – 1) keçmək, axmaq, hərəkət etmək. Quru səhralar ancaq isti küləklər cərəyan edən zaman səslənir, həm də çox darıxdırıcı, yorucu olurlar. S.Rəhimov; 2) baş vermək, olmaq. Hadisə də o vaxt olduğu kimi, Qafqazın kim bilir harasında… cərəyan edirdi. Ə.Əbülhəsən. Hadisələr sürətlə cərəyan edirdi. Mir Cəlal; 3) keçmək. Həyatın necə cərəyan edir?
Azərbaycan dilinin izahlı lüğəti / cərəyan3 1. CƏRƏYAN, AXIN Belə bir zəruri axına – cərəyana qoşulan Bəktaşi Bəybala oğlu, istəsin-istəməsin öz maşınlarını da bu yeniləşən, gündən-günə əfsanələşən döyüşdə öz yanında .. görürdü (S.Rəhimov). 2. CƏRƏYAN (fiz.) Keçirici mühitdə əmələ gətirilən elektrik sahəsi cərəyan əmələ gətirir (Z.Kazımzadə); TOK (dan.) [Toğrul:] Sən öləsən, məsləkinə and olsun ki, tok altında ölməsən, yaşılburun qurbağanı sənə alacağam.. (C.Cabbarlı); ELEKTRİK ENERJİSİ.
Azərbaycan dilinin sinonimlər lüğəti / cərəyan2 I сущ. 1. ток (перемещение электрических зарядов в телах или в вакууме). Elektrik cərəyanı электрический ток, qapalı cərəyan замкнутый ток, ikifazalı cərəyan двухфазный ток, sabit cərəyan постоянный ток, dəyişən cərəyan переменный ток, cərəyanın istiqaməti направление тока, cərəyan şiddəti сила тока, cərəyan mənbəyi источник тока, cərəyan dövrəsi цепь тока, cərəyanın paylanması распределение тока, cərəyanın kəsilməsi отсечка тока, cərəyan xətti линия тока, cərəyan sabitləşdiricisi стабилизатор тока, cərəyan dəyişdiricisi преобразователь тока 2. течение: 1) движение воды в речном русле, а также сама движущаяся вода. İti cərəyan быстрое течение 2) движение потока, масс воды в морях, океанах, а также самодвижущийся в определенном направлении поток воды. Dəniz cərəyanları морские течения, isti cərəyan теплое течение, soyuq cərəyan холодное течение 3) перен. литературно-художественное или общественно-политическое направление. İncəsənətdəki cərəyanlar течения в искусстве, mürtəce cərəyanlar реакционные течения, mütərəqqi cərəyanlar прогрессивные течения, fəlsəfi cərəyan философское течение, siyasi cərəyan политическое течение, ədəbi cərəyan литературное течение 3. геол. циркуляция (совершение кругового движения, круговорота). Cərəyan itkisi потеря циркуляции II прил. токовый. Cərəyan tərəzisi токовые весы; cərəyan etmək протекать, происходить (о событиях, явлениях и т.п.). Romanda cərəyan edən hadisələr события, происходящие в романе
Azərbaycanca-rusca lüğət / cərəyan3 токо … (первая составная часть сложных слов, указывающая на отношение к электрическому току). Cərəyandaşıyan токонесущий, cərəyanpaylayan токораспределитель
Azərbaycanca-rusca lüğət / cərəyan1 i. 1. flow, movement; 2. fiz. current; elektrik ~ı electric current; güclü ~ strong current; hava ~ı air current; daimi ~ a steady flow; elektron ~ stream / flow of electrons; ~ etmək to flow*; to pass; (baş-vermək) to occur, to happen; 3. trend
Azərbaycanca-ingiliscə lüğət / cərəyan1 is. fiz courant m ; elektrik ~ı courant électrique ; güclü ~ courant fort ; hava ~ı courant d’air, bouffé f, vent m ; daimi ~ courant continu ; dəyişən cərəyan courant alternatif ; elektron ~ courant d’électrons (électronique) ; tendance f, mouvement m ; ~ etmək circuler vi
Azərbaycanca-fransızca lüğət / cərəyan1 сущ. 1. авахьун; фин (жими затӀ, яд, вацӀ); // физвай яд; яд физвай пад; 2. физ. ток, электрикдин ток; 3. пер. чӀигъир, рехъ, гьерекат (политикада, литературада ва мс.); ** cərəyan etmək а) авахьун, фин, гьерекат авун; хьун (мес. гар); б) хьун, кьиле фин (мес. са вакъиа); в) алатун, фин (мес. уьмуьр).
Azərbaycanca-ləzgicə lüğəti / cərəyan