* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Konkret tariximaddi həyat şəraiti ümumiliyi əsasında birləşmiş insan toplusu. İnsan cəmiyyəti. Cəmiyyətin inkişafı. Cəmiyyət tarixi. Cəmiyyət haqqında elm (cəmiyyətşünaslıq). – [Aşıq:] Sağ olun, əziz yoldaşlar, xalqa, cəmiyyətə xidmət eləmək bizim vətəndaşlıq borcumuzdur. B.Bayramov. // Tarixən müəyyənləşmiş iqtisadi quruluş və ona uyğun üstqurum. İbtidai cəmiyyət. Sosializm cəmiyyəti. Kapitalizm cəmiyyəti. – [Almaz:] Yoldaşlar, mədəni cəmiyyət bu gündə yaşaya bilməz. C.Cabbarlı. 2. Hər hansı (mənşə, vəziyyət, mənafe və s.) ümumiliyi əsasında birləşən adamlar mühiti. Zadəgan cəmiyyəti. Yüksək cəmiyyətdə dolaşmaq. // İctimai mühit. Cəmiyyətdə özünü apara bilmək. – Taleyini ev xidmətçiləri ilə birləşdirən bir qızın cəmiyyətə girə bilməsi və kütlə arasında müəyyən bir mövqe tutması mümkün deyildir. M.S.Ordubadi. 3. Qarşılarına ümumi məqsəd qoymuş adamlar birliyi; təşkilat. Tələbə elmi cəmiyyəti. İdman cəmiyyəti. Siyasi və elmi bilikləri yayan cəmiyyət. Səhmdarlar cəmiyyəti. – “Səadət” cəmiyyəti maarifi öz öhdəsinə almaq istəyirdi. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / cəmiyyət2 CƏM’İYYƏT, CƏMİYYƏT ə. 1) toplantı, bir yerə yığılma; 2) təşkilat, ittifaq; 3) heyət, məclis. Cəmiyyəti-xatir fikrin toplanması, fikrin bir yerdə olması; cəmiyyəti-xeyriyyə xeyriyyə cəmiyyəti.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / cəmiyyət3 \ – şüurlu fərdlərdən və xüsusilə aralarında təşkilatlanma əlaqələri və qarşılıqlı əməllər olan insanlardan ibarət topluluq. Ərəb dilindən keçmişdir, kökü cəmə`a \ felidir, toplaşmaq, cəm olmaq, yığışmaq deməkdir. İnsan-ların birgə fəaliyyətinin tarixən qərarlaşmış formalarının məcmu-su. Dar mənada ümumi, xüsusi və təkcə əlamətlərinin vəhdəti halında götürülmüş konkret cəmiyyət kimi və ayrıca region, ölkə kimi nəzərdən keçirilə bilər. Tarixən müəyyənləşmiş iqtisadi quruluş və ona uyğun üstqurum. İbtidai cəmiyyət. Sosializm cəmiyyəti. Kapitalizm cəmiyyəti. Bir yerə yığışan insanlara və dini terminologiyada məscidə namaz qılmaq üçün bir yerə yığışan insanlara da camaat \ – deyilir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / cəmiyyət4 1) konkret tarixi-maddi həyat şəraiti ümumiliyi əsasında birləşmiş insan toplusu; 2) təşkilat; 3) geniş mənada insanların tarixən təşəkkül tapmış birgə fəaliyyət formalarının məcmusu; 4) hər hansı (mənşə, vəziyyət, mənafe və s.) ümumilik əsasında birləşən adamlar mühiti; 5) qarşılarına ümumi məqsəd qoyan adamlar birliyi; təşkilat. Məsələn, tələbə elmi cəmiyyəti.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / cəmiyyət6 CƏMİYYƏT Bir qütbdə Əzim əsgəriləri ehtiyacın pəncəsinə verib hərisliyə, acgözlüyə sövq edən cəmiyyət, o biri qütbdə ya insan iztirablarına qarşı kar və kor olan qansızlar yetirir, ya da orada namuslu nə varsa bu biri qütbə keçməyə məcbur edirdi (M.İbrahimov); SİNİF [Müqim bəy:] İstismarçı sinfin möhtəkir nümayəndəsinin ölümünə acıyırsınız (S.Rəhimov).
Azərbaycan dilinin sinonimlər lüğəti / cəmiyyət1 CƏMİYYƏT I is. [ ər. ] Birlik, ittifaq. Əhməd Cavad ədəbiyyat cəmiyyətinin məsul katibi idi. CƏMİYYƏT II is. [ ər. ] Şair cəmiyyətin dili, dilmancı; Şair bir planet siqlətindədir (M.Araz).
Azərbaycan dilinin omonimlər lüğəti / cəmiyyət2 сущ. общество: 1. совокупность людей, объединенных общими для них конкретно-историческими условиями материальной жизни. Bəşər cəmiyyəti человеческое общество, demokratik cəmiyyət демократическое общество, ədalətli cəmiyyət справедливое общество, mütərəqqi cəmiyyət прогрессивное общество, cəmiyyətin qanunları законы общества, cəmiyyətin mənafeyi интересы общества, cəmiyyətə fayda vermək приносить пользу обществу, быть полезным обществу 2. исторически определенный экономический строй и соответствующая ему надстройка, строй, формация, ступень исторического развития. Quldarlıq cəmiyyəti рабовладельческое общество, feodalizm cəmiyyəti феодальное общество, kapitalizm cəmiyyəti капиталистическое общество, sosializm cəmiyyəti социалистическое общество, sinifli cəmiyyət классовое общество, cəmiyyətin bazisi базис общества, cəmiyyətin üstqurumu надстройка общества 3. круг людей, объединенных общностью чего-л. (происхождения, положения, интересов и т.п.). Ali cəmiyyət высшее общество, kübar cəmiyyət светское общество, zadəgan cəmiyyəti дворянское (аристократическое) общество 4. круг людей, составляющих какую-л. среду, какое-л. окружение. Ziyalı cəmiyyəti интеллигентное общество, mədəni cəmiyyət культурное общество, cəmiyyətdə bir mövqeyi olmaq занимать какое-л. положение в обществе, cəmiyyətdə özünü apara bilmək уметь вести себя в обществе 5. добровольное объединение людей, ставящих себе какие-л. общие задачи; организация. İstehlak cəmiyyəti потребительское общество, könüllü idman cəmiyyəti добровольное спортивное общество, siyasi və elmi bilikləri yayan cəmiyyət общество по распространению политических и научных знаний, tələbə elmi cəmiyyəti студенческое научное общество, teatr cəmiyyəti театральное общество, xarici ölkələrlə dostluq cəmiyyəti общество дружбы с зарубежными странами, xeyriyyə cəmiyyəti благотворительное общество, cəmiyyətin sədri председатель общества, cəmiyyətin üzvləri члены общества
Azərbaycanca-rusca lüğət / cəmiyyət1 i. society; league; order; corporation; company; ibtidai ~ primitive society; sinifsiz ~ classless society; kommunizm ~i communist society; kapitalist ~i capitalist society; Qırmızı Xaç və Qırmızı Aypara ~i Red Cross and Crescent Society
Azərbaycanca-ingiliscə lüğət / cəmiyyət1 is. société f, communauté f, ligue f, association f, organisation f ; ibtidai ~ société primitive ; sinifsiz ~ société sans classes ; kommunizm ~i société communiste ; kapitalist ~i société capitaliste ; Qırmızı Xaç və Qırmızı Aypara ~i Société de Croix et de Croissant Rouges
Azərbaycanca-fransızca lüğət / cəmiyyət1 [ər.] сущ. 1. жемият; общество; 2. вилик умуми са макьсад эцигнавай инсанрин кӀватӀал; тешкилат.
Azərbaycanca-ləzgicə lüğəti / cəmiyyət