Cəmiyyəti sözü azərbaycan dilində

Cəmiyyəti

Yazılış

  • Cəmiyyəti • 55.6001%
  • cəmiyyəti • 44.3516%
  • CƏMİYYƏTİ • 0.0422%
  • CƏmiyyəti • 0.0060%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Jet Cəmiyyəti
Jet Cəmiyyəti (Türk dilində: Jet Sosyete) Gülsə Birsel tərəfindən qələmə alınmış türk sitkomu. BMM tərəfindən qurulan serialın rejissoru Hakan Algüldür. İlk mövsümdə Star TV-də, ikinci mövsümdə TV8-də yayımlanan serial, üçüncü mövsümdən bəri puhutv-də yayımlanır. Təkrarlamalarsa hər çərşənbə günü Star TV-də yayımlanır. == Mövzu == Özpamuk Tekstilin sahibi Cəngiz Özpamuk, oğlu Ozanı baş ofisdən götürür və şirkətin ən aşağı səviyyəsində işləyən Yaşar Yükseli şirkətin baş meneceri edir. İşdən çıxarılan Ozan Jetset Mansionsdakı baş menecer villasından da çıxır və yan villada yaşayan ailəsinin yanına köçür. Ayazağada bir gecəqonduda yaşayan Yüksel ailəsi, Ozanın çıxdığı villaya məskunlaşır. Yaşar Yüksel moda sənayesində özünü göstərməyə çalışsa da, ailəsi cəmiyyətə girməyi hədəfləyir.
Kişfaludi cəmiyyəti
Kişfaludi cəmiyyəti (mac. Kisfaludy Társaság) — 1836-cı ildə Peştdə yaradılan ədəbi cəmiyyət. 1830-cu ildə vəfat edən Karoy Kişfaludinin şərəfinə adlandırılmışdır. Cəmiyyətdə aylıq görüşlər keçirilir, mükafatar təqdim olunur, xalq mahnılarının toplanmasına maliyyə dəstəyi göstərilirdi və Macarıstanın ədəbi həyatında böyük bir qüvvə idi. Bundan əlavə, Kişfaludi cəmiyyəti İmre Madaçın “İnsanın faciəsi” kimi əsərlərin nəşr olunmasına köməklik edirdi. 1952-ci ildə cəmiyyətin fəaliyyəti sona yetirildi. == Təsisçiləri == == Direktorları == Andraş Fay (ilk direktoru, 1837-1841) Ferents Toldi (1841-1861, və 1860-cı ildən sədr olmuşdur) Yanoş Aran Jiqmond Kemen (1867-1876) Moriç Lukas (1876-1879) Pal Dulai == Biblioqrafiya == Fischer, William: A Kisfaludy Társaság története a szabadságharcig ("The History of the Kisfaludy Society"), 1928. Kéky Louis: A százéves Kisfaludy Társaság ("The Kisfaludy Society Centennial"), 1936.
Kommunist cəmiyyəti
Marksizmdə kommunist cəmiyyəti və ya kommunist sistemi — yalnız qlobal miqyasda və ya dünya sosialist inqilabı tərəfindən kapitalizmin qlobal şəkildə məhv edilməsi nəticəsində əldə edilə bilən, prinsipin həyata keçirilməsi ilə xarakterizə olunan bir cəmiyyət və iqtisadi sistem növüdür. hər kəsdən qabiliyyətinə görə, hər kəsə ehtiyacına görə”, istehsal vasitələrinə ictimai mülkiyyət, planlı iqtisadiyyat, istehlak mallarına sərbəst çıxış, sinifsiz cəmiyyət, habelə dövlətin olmaması və əmtəə-pul münasibətləri onların mövcudluğuna ehtiyacın olmamasına, habelə cəmiyyətin hər bir üzvünün yaradıcılıqla həyata keçirilməsi üçün hərtərəfli imkanlara nail olmağa imkan verən şəraitlə əlaqədardır.
Kral Cəmiyyəti
Britaniya Kral Cəmiyyəti, London Kral Cəmiyyəti qısa və ən geniş tanınmış adı- Kral Cəmiyyəti. Geniş adı — Təbiət haqqında bilikləri genişləndirmək üçün London Kral Cəmiyyəti (en Royal Society of London for the Improvement of Natural Knowledge). Dünyada ən qədim elmi cəmiyyətlərdən biri: 1660-cı ildə yaradılmış və rəsmi olaraq 1662-ci ildə fəaliyyətə başlamış elmi cəmiyyətdir. İngiltərə kralı II Çarlz tərəfindən açılışı edilmişdir. Cəmiyyət təsisçiləri ilə bərabər tədqiqat və elmi müzakirələr üçün bir məkan olmağı hədəfləyirdi və əvvəlcə Invisible Kollecinin davamı idi. Cəmiyyət Britaniya hökumətinə qarşı dövlət yardımı alan elmi ekspertlər hazırlayan müəssisə kimi çıxış edir. Cəmiyyət Böyük Britaniyanın Elmlər Akademiyası kimi fəaliyyət göstərir və elmi-tədqiqat müəssisələrinə və elmi təşkilatlara sərmayələr qoyur. Cəmiyyət öz şurası tərəfindən idarə olunur; Cəmiyyətə bir sıra nizamnamə və müəyyən rütbələrə müvafiq olaraq cəmiyyətin prezidenti rəhbərlik edir. Şuranın üzvləri və sədri, yəni cəmiyyətin əsas üzvləri akademiya üzvləri tərəfindən seçilir və akademiya üzvlərinin özləri isə mövcud olan digər akademiya üzvləri tərəfindən seçilirlər. Hər il təyin olunan 44 yeni üzvü ilə bərabər hal-hazırda FRS (Fellow of Royal Society: Kral Cəmiyyətinin üzvü) aşağı titulundan istifadə etmək imkanı verilmiş 1314 akademiya üzvü mövcuddur.
LGBT cəmiyyəti
LGBT cəmiyyəti (LGBTQ+ cəmiyyəti, GLBT cəmiyyəti və ya gey cəmiyyəti olaraq da bilinir) ortaq bir mədəniyyət və ictimai hərəkatlarla birləşdirilmiş, lezbiyan, gey, biseksual, transseksual, LGBT təşkilatları və subkulturalardan ibarət müəyyən bir qrupdur. Bu icmalar ümumiyyətlə praydı, müxtəlifliyi, fərdi və seksuallığı qeyd edirlər. LGBT fəalları və sosioloqları, LGBT icma quruluşunu daha böyük cəmiyyətdə mövcud olan heteroseksizm, homofobiya, bifobiya, transfobiya, cinsiyyətçilik və konformist təzyiqlərə qarşı bir çəki olaraq görürlər. Prayd və ya bəzən gey prayd termini LGBT cəmiyyətinin kimliyini və kollektiv gücünü ifadə edir; prayd yürüşləri həm istifadənin əsas nümunəsini, həm də terminin ümumi mənasını nümayiş etdirir. LGBT cəmiyyəti siyasi mənsubiyyət baxımından müxtəlifdir. Lezbiyan, gey, biseksual və ya trans olan bütün insanlar özlərini LGBT cəmiyyətinin bir hissəsi hesab etmirlər. LGBT cəmiyyətinin bir hissəsi hesab edilə bilən qruplara gey kəndləri, LGBT hüquqları təşkilatları, şirkətlərdəki LGBT işçi qrupları, məktəblərdə və universitetlərdə LGBT tələbə qrupları və LGBT-ni təsdiq edən dini qruplar daxildir. LGBT cəmiyyətləri, dünyanın müxtəlif yerlərində LGBT hüquqlarını təbliğ edən vətəndaş hüquqları hərəkatları təşkil etmiş və ya dəstəkləmiş ola bilərlər. == Terminologiya == LGBT və ya GLBT, lezbiyan, gey, biseksual və transseksual-a aid olan bir inisializmdir. 1990-cı illərdən bəri istifadə olunan bu termin, 1980-ci illərin ortalarından sonuna qədər - bütövlükdə cəmiyyətə aid olan - gey terminini əvəz etmək üçün istifadə olunan LGB inisializminin uyğunlaşdırılmasıdır.
Millətlər Cəmiyyəti
Millətlər Liqası — universal beynəlxalq təşkilatın yaradılması ideyası siyasi düşüncə tarixində çoxdan meydana çıxmışdı. Lakin XX əsrə qədər bu ideya reallaşdırılmadı. Birinci Dünya müharibəsinin dəhşətli fəlakəti, on milyonlarla insanın çəkdiyi əzablar belə bir halın təkrarlanmasının qarşısını almağa malik ümumdunya təşkilatının ideyasına ümumi marağı gücləndirdi. I Dünya müharibəsini başa çatdırmaq üçün 1919-cu ilin 28 aprelində Parisdə keçirilən sülh danışıqlarının yekununda yaradılan Millətlər Liqası (ing. League of Nations, fr. Société des Nations, isp. Sociedad de Naciones) təəssüf ki, sülh və təhlükəsizliyin qorunmasında effektsiz oldu. Millətlər Liqası 26 il müddətində fəaliyyət göstərmiş və bu dövr ərzində yol verilən səhvlər institutun dağılmasına təsirsiz ötüşməmişdir. Nəticədə Millətlər Liqasının Ali Şurasının 18 aprel 1946-cı ildə keçirilən XXI son toplantısında təşkilat fəaliyyətini dayandırmışdır. == Millətlər Liqasının (Cəmiyyəti) yaranması və mahiyyəti == Paris Sülh Konfransının 25 yanvar 1919-cu ildə edilən yığıncağında beynəlxalq sülhü və etibarılığı təmin edəcək və davam etdirəcək bir Millətlər Cəmiyyəti yaradılmasına qərar verildi.
Allahsızlar Cəmiyyəti
"Mübariz Allahsızlar İttifaqı" (ilk adı: "Allahsızlar Cəmiyyəti") — 1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş din əleyhinə təşkilat. == Tarixi == 1924-cü ilin yanvarında AK(b)P Mərkəzi Komitəsi Siyasi Bürosu Din Əleyhinə Komissiya yaratmışdır. Komissiya tərəfindən şəhər və kəndlərdə "Allahsızlar Cəmiyəti" təşkil olunur. 1929-cu ildən din əleyhinə hücum daha da güclənir və həmin il "Allahsızlar Cəmiyyəti" "Mübariz Allahsızlar İttifaqı"na çevrilmişdir.
Nicat Cəmiyyəti
Nicat Cəmiyyəti — Bakı qubernatorunun 1906-cı il avqustun 22-də təsdiq etdiyi nizamnamə əsasında fəaliyyətə başlamış xeyriyyə cəmiyyəti. Təşkilatın özü isə mart ayının 9-u yaradılmışdı. Bu ad təşkilata İmran Qasımov tərəfindən uyğun görülmüşdür. == Cəmiyyətin fəaliyyəti == Cəmiyyətin nizamnaməsindən məlum olur ki, cəmiyyətin əsas məqsədi müsəlman əhali arasında maarifçilik işinin yayılması, ali, orta və ibtidai təhsil müsissələrində oxuyan müsəlmanlara yardım göstərilməsi, ana dili və ədəbiyyatın inkişafı idi. Bu məqsədlə cəmiyyət müxtəlif kitablar və dərsliklər nəşr edirdi. Cəmiyyətin kitabxanası və digər müsəlman quberniyalarında şöbələri fəaliyyət göstərirdi. 1913-cü ildə Nicat cəmiyyəti tərəfindən Mirzə Muxtarın səhnə fəaliyyətinin 40 illiyi münasibətilə yubiley gecəsi keçirilmiş, yubilyarın da iştirakı ilə Üzeyir Hacıbəyovun "Rüstəm və Söhrab", "Leyli və "Məcnun" operalarından səhnələr göstərilmişdir. === Təhsil === Bakı, Gəncə, Şamaxı, Şəki, Quba, Lənkəran və s. yerlərdə açdığı bölmələri də yerlərdə maarifçilik fəaliyyətləri göstərən cəmiyyətin təşəbbüsü ilə 1906–1910-cu illərdə Gəncədə Mədrəseyi-ruhani, Şamaxıda Üxüvvət, Ağdaşda Darülfənn, Şəkidə Həqiqətüs-Sibyan, Lənkəranda Behcət adlı məktəblər açılmışdı. Cəmiyyət müsəlmanlar arasında savadsızlığın ləğvi məqsədilə böyüklər üçün axşam kursları təşkil edir və onların fəaliyyətini maliyyələşdirirdi.
Postsənaye cəmiyyəti
Postsənaye cəmiyyəti (ing. Post-industrial society) — iqtisadiyyatı yüksək məhsuldar sənaye, bilik sənayesi, ÜDM-də yüksək keyfiyyətli və yenilikçi xidmətlərin yüksək payı olan, bütün iqtisadi və digər fəaliyyət növlərində rəqabət olan, habelə xidmət sektorunda işləyən əhalinin sənaye sahələrindən daha yüksək paya sahib yenilikçi bir sektorun hakim olduğu bir cəmiyyət. Postsənaye cəmiyyətində təsirli bir yenilikçi sənaye, bütün iqtisadi subyektlərin, istehlakçıların və əhalinin ehtiyaclarını təmin edir, böyümə sürətini tədricən azaldır və keyfiyyətcə, yenilikçi dəyişiklikləri artırır. Elmi inkişaflar iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə — bilik sənayesinin əsasına çevrilir. Ən dəyərli keyfiyyətlər işçinin təhsil səviyyəsi, peşəkarlığı, öyrənmə qabiliyyəti və yaradıcılığıdır. Postsənaye cəmiyyətinin inkişafında əsas intensiv amil insan kapitalıdır — mütəxəssislər, yüksək savadlı insanlar, bütün növ iqtisadi yeniliklərdə elm və bilik. == Postsənaye cəmiyyətin inkişafının mahiyyəti və konsepsiyası == Postindustrial cəmiyyətin sənaye cəmiyyətindən əsas fərqləndirici cəhətləri çox yüksək əmək məhsuldarlığı, yüksək həyat keyfiyyəti, yüksək texnologiyalara sahib olan və innovasiya iqtisadiyyatının üstünlük təşkil edən sektoru və riskli işdir. Yüksək keyfiyyətli insan kapitalının yüksək dəyəri və məhsuldarlığı yeniliklər və yeniliklər arasında rəqabət artıqlığı yaradır. Postindustrial cəmiyyətin mahiyyəti əhalinin həyat keyfiyyətinin artması və bilik sənayesi daxil olmaqla yenilikçi bir iqtisadiyyatın inkişafından ibarətdir. Postsənaye cəmiyyətinin inkişaf konsepsiyası yenilikçi iqtisadiyyatın keyfiyyətini və rəqabət qabiliyyətini yüksəltmək üçün insan kapitalına investisiya qoyma, həyat keyfiyyəti də daxil olmaqla keyfiyyətini artırmaq üçün azaldılır.
Səadət Cəmiyyəti
Bakı müsəlman Ruhani Cəmiyyəti "Səadət" — 1907-ci ildən Bakıda fəaliyyət göstərən və xalqın maariflənməsində, milli oyanışında mühüm rolu olmuş müsəlman xeyriyyə cəmiyyəti. == Tarixi və fəaliyyəti == "Səadət" cəmiyyəti 7 iyun 1907-ci ildə yaradılmışdır. Cəmiyyətin yaranması və fəaliyyətində görkəmli xeyriyyəçi, maarifpərvər Hacı Zeynalabdin Tağıyevin böyük rolu olmuşdur. "Səadət"in əsas məqsədi xalqı maarifləndirmək, onun mədəni inkişafında özünəməxsusluğunu qorumaq olmuşdur. Cəmiyyət köhnə üsullu məktəb və mədrəsələrin yenidən qurulmasına, təkmilləşdirilməsinə, onların yayılmasına, kitabxanalar, qiraətxanalar açılmasına çalışırdı. == Səadət məktəbi == 1908-ci ildə cəmiyyət tərəfindən Bakıda açılmış "Səadət" məktəbində Fərhad Ağazadə, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Axund Molla Ağa Əlizadə, Molla Qədir İsmayılzadə, Məmməd Hənəfı Terequlov, Əli Hüseynov, Kərim bəy Məlikov və b. müəllimlik edirdilər. Məktəbin müdiri Əli bəy Hüseynzadə idi. Cəmiyyətin bütün məktəb proqramlarına Qori seminariyasının məzunu Fərhad Ağazadə rəhbərlik edirdi. Cəmiyyətin fəaliyyətində mütərəqqi din xadimləri yaxından iştirak edirdilər.
Səfa Cəmiyyəti
Səfa Cəmiyyəti — XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş, xeyriyyə cəmiyyəti. Cəmiyyətin məqsədi imkansız uşaqları təhsilə cəlb etmək, əhalinin yoxsul təbəqəsinə tibbi yardım göstərmək, xalqın mədəni səviyyəsini yüksəltmək olub. == Fəaliyyəti == Səfa Cəmiyyətinin 50 üzvü olub. Cəmiyyət üzvlük haqqı, fərdi ianələr və teatr tamaşalarından yığılan vəsait hesabına fəaliyyət göstərirdi. Məqsədləri imkansız uşaqları təhsilə cəlb etmək, əhalinin yoxsul təbəqəsinə tibbi yardım göstərmək, xalqın mədəni səviyyəsini yüksəltmək olub. Cəmiyyət Böyük Çəmbərəkənd küçəsində yerləşən binada fəaliyyət göstərirdi. İkimərtəbəli məktəb binası 1910-cu ildə ziyalılardan Əlibala Zərbəliyev tərəfindən tikilib. O, həm də cəmiyyətin xəzinədarı idi. Məktəbdə Hüseyn Cavid, Seyid Hüseyn və Səməd Mənsur və digərləri dərs deyiblər. İlk vaxtlar məktəbdə 60 nəfər, 1914 ildə isə 160 nəfər şagird təhsil alırdı.
Səhmdar cəmiyyəti
Səhmdar cəmiyyəti — nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin bu təşkilati-hüquqi formasının fərqləndirici xüsusiyyəti nizamnamə kapitalının emissiya qiymətli kağızlar – səhmlər hesabına formalaşmasıdır. Bu zaman səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur. Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər. Səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür. Müasir korporativ hüquqda səhmdar cəmiyyəti inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər kimi qəbul olunur. Bəzi dövlətlərin yurisdiksiyalarında səhmdar cəmiyyətlərinin məhdud məsuliyyət olmadan da qeydiyyatdan keçməsi mümkündür. Böyük Britaniya və başqa dövlətlərdə belə şirkətlər qeyri-məhdud şirkətlər (ing. unlimited company) kimi fəaliyyət göstərirlər.
Sənaye cəmiyyəti
Sənaye cəmiyyəti — istehsal proseslərinin ön plana çıxdığı, fabrik və zavodlar, sənaye məhsullarının iqtisadiyyatın əsasını təşkil etdiyi, aqrar cəmiyyətdən sonra enerjinin əldə edilməsi nəticəsində meydana çıxan cəmiyyət. == Sənayenin inkişafı == Avropada və Şimali Amerikadakı sənaye inqilabından, ardınca 20-ci əsrdə bütün dünyada baş vermiş sənayeləşmədən əvvəl iqtisadiyyatın böyük bir hissəsi aqrar xüsusiyyət daşıyırdı. Əsas məhsullar çox vaxt məişətdə hazırlanır və istehsalın digər böyük bir hissəsi məhdud ixtisas və ya texnikaya sahib olan sənətkarlar tərəfindən kiçik emalatxanalarda həyata keçirilirdi. Orta əsrlərin sonlarında Avropanın bir çox şəhərlərində sənətkarlar öz ticarətlərini tənzimləmək və kollektiv şəkildə öz biznes maraqlarını həyata keçirmək üçün gildiyalar yaratdılar.
Teosofiya Cəmiyyəti
Teosofiya cəmiyyəti—Yelena Blavatskaya tərəfindən qurulan dərnək. == Tarixi == Tarix səhnəsində meydana gələn yeni dinlərin böyük əksəriyyətinin fəaliyyəti uzun müddətli olmamışdır. Buna baxmayaraq bəziləri öz mövcudluğunu qoruya bilmiş və tanınaraq hal-hazırda geniş yayılan dinlərdən birinə çevrilmişdir. В"Müasir dövrdə yeni yaranan dinlərdən hər hansı biri bir neçə əsrdən artıq mövcud ola biləcəkmiВ"? Din sosioloqlarının fikrincə bu suala müəyyən mənada müsbət cavab vermək mümkündür. Belə ki, onlar dünyəvi faktorlardan çıxış edərək belə dinlərin daha uzunmüddətli olacağını irəli sürürlər. Tədqiqatçılara görə, yeni dinlər yalnız o vaxt inkişaf edib yayıla bilərlər ki, özlərində ruhani həyat qabiliyyətini, güclü təşkilatçılığı və tərəfdarlarının şəxsi maraq dairələrini yüksək səviyyədə qoruya bilsinlər. İctimai mühitdə yeni dinlərin yayılması o halda özünü göstərir ki, mənəvi dəyərlərdə qeyri-müəyyənlik, cəmiyyətdə parçalanma, ənənəvi dinlərdə isə zəifləmə müşahidə edilsin. Bu məqalədə yeni dinlərdən biri, XIX əsrin sonlarında yayılaraq nüfuzlu dini-mistik cərəyana çevirilən teosofiya və ya teosof cəmiyyəti haqqında məlumat veriləcəkdir. В"TeosofiyaВ" sözü В"ilahi müdriklikВ" mənasına gəlir.
Təhsil Cəmiyyəti
"Təhsil" Cəmiyyəti 1986-cı ildən qeyri-rəsmi, 1990-cı il 15 avqust tarixindən rəsmi fəaliyyətə başlamış və 1993-cü ildə 10 noyabr tarixində təkrar dövlət qeydiyyatından keçmişdir. == Cəmiyyətin yaranma tarixçəsi == Azərbaycan Respublikası "Təhsil" Cəmiyyəti 1986-cı ildən qeyri-rəsmi, 1990-cı ilin avqustundan rəsmi fəaliyyət göstərir. Məqsəd xalqın zamanla ayaqlaşması naminə maarifləndirmə işini sürətləndirməkdədir. 1980-ci ilin ikinci yarısında SSRİ-də gedən yenidənqurma dövründə respublikanın görkəmli ziyalılarını narahat edən məsələlərdən biri də təhsil sistemində yaranmış neqativ hallar idi. Ona görə də ziyalıların təşəbbüs qrupu istedadlı gənclərə qayğı göstərilməsi məqsədilə belə bir qurumun yaradılması ilə əlaqədar Mərkəzi Komitənin ideoloji Şöbəsinə müraciət etdi. Ideoloji şöbə ictimaiyyətin fikrini öyrənmək məqsədilə Azərbaycan Lenin Kommunist Sosioloji Tədqiqat Şöbəsinə bu işlə məşğul olmaq tapşırıldı. Şöbənin rəhbəri Əhməd Qəşəmoğlunun başçılığı ilə dəfələrlə "Bilik" Cəmiyyətində, ayrı-ayrı təhsil ocaqlarında, Təhsil Nazirliyində, Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (ETPEİ) geniş ictimaiyyətin iştirakı ilə müzakirə olunub rəylər alındıqdan sonra 1989-cu ilin 28 oktyabrında ETPEİ-in akt zalında "Təhsil" Cəmiyyətinin təsis konfransı keçirildi. Konfransda ibadət İdarə Heyəti seçildi. İdarə Heyətinə respublikanın aşağıdakı ziyalıları seçildi. 1990-cı il fevralın 28-də "Azərbaycan Müəllimi" qəzetində Cəmiyyətin Nizamnaməsi çap olunaraq xalqın müzakirəsinə verildi, həmin Nizamnamə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetin, Azərbaycan Neft Akademiyasının və "Şuşa" qəzetlərində də nəşr olundu.
Veqan cəmiyyəti
Veqan cəmiyyəti (ing. The Vegan Society) — İngiltərədə istehlak və ümumiyyətlə həyat etik mədəniyyətini təbliğ edən qeydiyyatdan keçmiş xeyriyyə cəmiyyəti. 1 noyabr 1944-cü ildə Böyük Britaniyanın Birminhem şəhərində Donald Uotson (1910-2005) və 24 dostu tərəfindən qurulmuşdur. Cəmiyyət Birləşmiş Krallıqda ilk olan cəmiyyətdir. Cəmiyyət Vegan termini (vegeterian sözlərindən) istifadə etmişdir. Cəmiyyətin təsis ildönümü, 1 noyabr, "Beynəlxalq Veqan Günü" olaraq qeyd olunur (1994-cü ildən). 1988 və 2005-ci illərdə Veqan cəmiyyəti üzvlərinin sayı təxminən 4000 . idi. == Fəaliyyəti == Veb sayt, flayer, kitab, video və s. vasitəsilə məlumatların yayılması.
Vətəndaş cəmiyyəti
Vətəndaş cəmiyyəti – dövlət və kommersiya fəaliyyətinə nisbətən müstəqil olan ayrı-ayrı fərdlərin və qrupların öz maraqları və dəyərləri naminə əməkdaşlıq etdiyi ictimai sfera. Bazar – öz özündə təşkilatlanan sistemdir, lakin bu o demək deyil ki, dövlət bu mexanizmin təkmilləşdirilməsində iştirak edə bilməz. O, rəqabət aparan subyektlər arasında maraqlar balansını yaratmalı və bərabərləşdirməlidir. Dövlət bazar münasibətlərinin formalaşdırılması və qorunmasında mühüm faktordur. Vətəndaş cəmiyyətinin struktur elementlərini cəmiyyətin sferalarına görə aşağıdakı kimi təsnif etmək olar: İqtisadi sferada vətəndaş cəmiyyətinin struktur elementlərini vətəndaşların öz şəxsi təşəbbüskarlıqları ilə yaratdıqları qeyri-dövlət müəssisələri, korperativlər, icarə kollektivləri, birliklər, aksioner təşkilatları, korporasiyalar və vətəndaşların digər könüllü birlikləri təşkil edir. Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını aşağıdakı elementlər təşkil edir: ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri və ya əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünüidarəetmə orqanları. İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması və həmçinin sosial konfliktlərin həlli. Qeyri-dövlət, müstəqil K. İ. V. Bu sferada cəmiyyətdə formalaşan maraqların konstitusiya və dövlət qanunları çərçivəsində institusional formaya salınması və qeyri-zorakı, sivil formada ifadə edilməsi təcrübəsi formalaşır. Vətəndaş cəmiyyətinin mənəvi sferasına aşağdakı elementlər daxildir: söz, fikir azadlığı, öz mövqeyini açıq ifadə etmək imkanı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyi. == Vətəndaş cəmiyyətinin prinsipləri == Vətəndaş cəmiyyətinin prinsiplərini yuxarıda deyilmiş fikirləri nəzərə almaqla belə ifadə etmək olar: İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri.
İnformasiya cəmiyyəti
İnformasiya cəmiyyəti — əhalinin böyük hissəsinin müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olduğu cəmiyyət. İnformasiya cəmiyyəti IC postsənaye cəmiyyətinin bir konsepsiyasıdır. Bu, istehsalatın əsas məhsulunu informasiya və bilik təşkil edən sivilizasiyanın inkişafının yeni tarixi fazasıdır. İnformasiya cəmiyyətinə xas olan münasibətlər informasiyalaşdırma prosesinin uğurlu başa çatdırılması nəticəsində formalaşır. İC-nin fərqləndirici cəhəti: Cəmiyyətin həyatında informasiya və biliyin rolunun artması; daxili məhsulların axınında informasiya kommunikasiyalarının, məhsullarının və xidmətlərinin payının artması; insanların effektiv informasiya qarşılıqlı əlaqələrini, dünya informasiya resurslarına müraciətlərini təmin edən və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını təmin edən qlobal informasiya fəzasının yaradılmasıır. == İC-nin xarakterik xüsusiyyətləri == Mənbə: informasiya böhranı aradan qalxır, informasiya axını və informasiya “aclığı” arasındakı ziddiyyət həll olunur; informasiyanın başqa resurslardan üstünlüyü təmin edilmiş olur; bütün bəşəri sivilizasiya üçün qlobal informasiya mühiti yaranır; informasiya və kommunikasiya texnologiyalarından istifadə kütləvi hal alır, sosial və iqtisadi fəaliyyətin yeni formaları yaranır; informasiya əmtəəyə çevrilir, informasiya və bilik bazarı yaradılır və inkişaf edir; inkişafın əsas forması kimi informasiya iqtisadiyyatı formalaşır; İKT vasitəsilə hər bir insanın, bütün sivilizasiyaların informasiya resurslarına sərbəst çıxışı reallaşır; təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsi artır; İC-nin də xarakterik xüsusiyyətləri ilə yanaşı təhlükəli meylləri vardır. Bunları aşağıdakı kimi vermək olar: cəmiyyətə kütləvi informasiya vasitələrinin təsiri artır; informasiya texnologiyaları təşkilatların və insanların şəxsi həyatına dağıdıcı təsirlər edə bilər; informasiya bolluğunda daha dəqiq və keyfiyyətli informasiyanın seçim çətinliyi yaranır; insanların böyük əksəriyyətində yeni cəmiyyətə uyğunlaşmaq çətinliklər yaradır.
İnquşetiya cəmiyyəti
İnquşetiya və ya İnquş camaatlığı, müxtəlif kəndlərin və qəbilələrin ərazi birliyinə əsaslanan İnquşların orta əsr ərazi birlikləridir (qrupları, vahidləri). İlk İnquş ərazi cəmiyyətlərinin, bir növ siyasi inzibati formasiyalarının - şaharların yaranması XVI əsrin ikinci yarısına təsadüf edir. İnquş cəmiyyətlərinin adları, yerləşdikləri ərazinin adları ilə adlanırdı, yəni adlar coğrafi prinsipə söykənirdi. Zamanla tez -tez dəyişən müxtəlif saylarda, adlarda və sərhədlərdə İnquş cəmiyyətləri XIX əsrin sonlarına qədər fəaliyyət göstərmişdir. Əvvəlki dövrlərdə İnquşlar, tək bir mərkəz ətrafında toplaşmaqdansa ərazi baxımından delimitasiyaya daha çox töhfə verən dağ-dərələrdə, nisbətən qapalı şəraitdə yaşamalarına baxmayaraq, tək bir etnik qrupun kimliyini qorudular. Ortaq bir mədəniyyətə və ortaq bir dilə əsaslanaraq "Qalqay" ortaq etnonimi altında yaşayırdılar. == Tarixi == XIII əsrdə Alaniya dövlətinin süqutu və əhalisinin Daryalın şərqində və qərbində qalalar tikərək dağlara axını yeni etno-ərazi icmalarının yaranması üçün əsas oldu. İnquşların düzənliyə qayıtması ilə əlaqədar olan miqrasiya prosesləri, Əmir Teymurun Şimali Qafqazı tərk etməsindən qısa müddət sonra (XV əsrin əvvəlləri) başladı.. Ən erkən mərhələdə, bu inquşların düzən ərazilərdə yeni gələn köçəri xalqların məskunlaşmasına qarşı çıxmaq üçün etdikləri ayrı-ayrı hərbi-siyasi hərəkətlərlər formasında olurdu. Bu dövrlə əlaqəli bəzi epizodlar XIX əsrdə qeydə alınmış inquş əfsanələrindən birində öz əksini tapmışdır.
İnternet cəmiyyəti
İnternet cəmiyyəti (ing. ISOC – İnternetin rəhbər orqanlarından olan beynəlxalq ictimai qeyri-kommersiya qurumu. 1992-ci ildə qurulan bu təşkilat şəbəkə standartlarına və protokollarına nəzarət edir. Onun tərkibinə 150-dən çox təşkilat, o cümlədən IETF, IAB daxildir. == İstinadlar == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əlincə Cəmiyyəti
Əlincə — 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti == Haqqında == Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-cı ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. === Yaradılmasında məqsəd === Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək, elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. == Cəmiyyətin strukturu == "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Barenpatak cəmiyyəti
Barenpatak cəmiyyəti — Rusiya imperiyasında qurulmuş erməni milliyətçi qruplaşması. 1869-cu ilin aprelində Aleksandropolda Arsen Krityanın rəhbərliyi ilə yaradılmışdır. Qruplaşmanın məqsədi erməni gəncləri arasında milliyətçi ideyaları yaymaq, təhsil-maarifçilik məsələləri ilə məşğul olmaq və s. idi. Barenpatak cəmiyyəti 1875-ci ilə qədər fəaliyyət göstərmişdir. İrəvan quberniyasının jandarm idarəsi onu aşkar edərək ləğv etmişdir.
Millətlər cəmiyyəti
Millətlər cəmiyyəti (ing. Commonwealth) – cəmiyyətin xeyrinə yaradılmış olan siyasi icmalara verilən ümumi bir termindir. Tarixi baxımdan respublika ilə sinonim olaraq işlədilmişdir. Millətlər cəmiyyəti termininin mənası “cəmiyyətin xeyri üçün yaxşı və sərfəli olan” deməkdir və onun ilk dəfə olaraq istifadə edilməsi XV əsrə təsadüf edir. Bu terminin orijinalı sərvətin, var-dövlətin, zənginliyin (wealth) keçmiş ekvivalenti olan rifah (well-being) sözündəndir ki, bu söz də öz növbəsində Latın dilindəki res publica (republic) sözünün dolayı tərcüməsidir. Bu sözün hərfi mənası isə “ümumi rifah” deməkdir. XVII əsrdə isə Millətlər cəmiyyəti anlayışı daha geniş məna kəsb edərək “ən böyük hakimiyyət gücünün xalqa verildiyi respublika və ya demokratiya ilə idarə olunan dövlət” mənasına gəlmişdir. XVIII əsrdə yaşamış olan ingilis millət vəkili Samuel Pepis (ing. Samuel Pepys) millətlər cəmiyyəti (commonwealth) tipli idarəetmə forması haqqındakı fikirlərini qısaca belə ifadə etmişdir: “Dövlət Millətlər cəmiyyəti (Commonwealth) tipində kralın hakimiyyəti altında olduğu üçün idarəçilikdə yaxşı işlər görülmüş və ümumilikdə dövlər yaxşı idarə olunmuşdur...” Bu termin sonralar getdikcə bəzi siyasi formasiyaları ifadə etmək üçün istifadə olunmağa başlanmışdır. Üç ölkə - Avstraliya, Baham adaları və Dominika - dörd ABŞ ştatı ilə bərabər Millətlər cəmiyyəti ("Commonwealth") tituluna malikdir.
Nicat cəmiyyəti
Nicat Cəmiyyəti — Bakı qubernatorunun 1906-cı il avqustun 22-də təsdiq etdiyi nizamnamə əsasında fəaliyyətə başlamış xeyriyyə cəmiyyəti. Təşkilatın özü isə mart ayının 9-u yaradılmışdı. Bu ad təşkilata İmran Qasımov tərəfindən uyğun görülmüşdür. == Cəmiyyətin fəaliyyəti == Cəmiyyətin nizamnaməsindən məlum olur ki, cəmiyyətin əsas məqsədi müsəlman əhali arasında maarifçilik işinin yayılması, ali, orta və ibtidai təhsil müsissələrində oxuyan müsəlmanlara yardım göstərilməsi, ana dili və ədəbiyyatın inkişafı idi. Bu məqsədlə cəmiyyət müxtəlif kitablar və dərsliklər nəşr edirdi. Cəmiyyətin kitabxanası və digər müsəlman quberniyalarında şöbələri fəaliyyət göstərirdi. 1913-cü ildə Nicat cəmiyyəti tərəfindən Mirzə Muxtarın səhnə fəaliyyətinin 40 illiyi münasibətilə yubiley gecəsi keçirilmiş, yubilyarın da iştirakı ilə Üzeyir Hacıbəyovun "Rüstəm və Söhrab", "Leyli və "Məcnun" operalarından səhnələr göstərilmişdir. === Təhsil === Bakı, Gəncə, Şamaxı, Şəki, Quba, Lənkəran və s. yerlərdə açdığı bölmələri də yerlərdə maarifçilik fəaliyyətləri göstərən cəmiyyətin təşəbbüsü ilə 1906–1910-cu illərdə Gəncədə Mədrəseyi-ruhani, Şamaxıda Üxüvvət, Ağdaşda Darülfənn, Şəkidə Həqiqətüs-Sibyan, Lənkəranda Behcət adlı məktəblər açılmışdı. Cəmiyyət müsəlmanlar arasında savadsızlığın ləğvi məqsədilə böyüklər üçün axşam kursları təşkil edir və onların fəaliyyətini maliyyələşdirirdi.
Səadət cəmiyyəti
Bakı müsəlman Ruhani Cəmiyyəti "Səadət" — 1907-ci ildən Bakıda fəaliyyət göstərən və xalqın maariflənməsində, milli oyanışında mühüm rolu olmuş müsəlman xeyriyyə cəmiyyəti. == Tarixi və fəaliyyəti == "Səadət" cəmiyyəti 7 iyun 1907-ci ildə yaradılmışdır. Cəmiyyətin yaranması və fəaliyyətində görkəmli xeyriyyəçi, maarifpərvər Hacı Zeynalabdin Tağıyevin böyük rolu olmuşdur. "Səadət"in əsas məqsədi xalqı maarifləndirmək, onun mədəni inkişafında özünəməxsusluğunu qorumaq olmuşdur. Cəmiyyət köhnə üsullu məktəb və mədrəsələrin yenidən qurulmasına, təkmilləşdirilməsinə, onların yayılmasına, kitabxanalar, qiraətxanalar açılmasına çalışırdı. == Səadət məktəbi == 1908-ci ildə cəmiyyət tərəfindən Bakıda açılmış "Səadət" məktəbində Fərhad Ağazadə, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Axund Molla Ağa Əlizadə, Molla Qədir İsmayılzadə, Məmməd Hənəfı Terequlov, Əli Hüseynov, Kərim bəy Məlikov və b. müəllimlik edirdilər. Məktəbin müdiri Əli bəy Hüseynzadə idi. Cəmiyyətin bütün məktəb proqramlarına Qori seminariyasının məzunu Fərhad Ağazadə rəhbərlik edirdi. Cəmiyyətin fəaliyyətində mütərəqqi din xadimləri yaxından iştirak edirdilər.
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti — 1904–1919-cu illərdə fəaliyyət göstərmiş qeyri-hökumət humanitar qurumu. == Haqqında == Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti Ələkbər bəy Rəfibəylinin təşəbbüsü ilə yaradılmışdı. Nizamnaməsi 1906-cı il iyunun 30-da Gəncə qubernatoru tərəfindən təsdiq edilmişdi. == İdarəetmə == Cəmiyyət İdarə Heyəti və ümumi iclas tərəfindən idarə olunurdu. Nizamnaməyə görə, idarə heyəti sədr, onun müavini, xəzinədar, katib və cəmiyyət üzvləri sırasından ümumi iclasda bir il müddətinə seçilən 3 üzvdən ibarət idi. Cəmiyyətin 4 nəfər ömürlük-fəxri üzvü vardı. 1914-cü ildən 1919-cu ilə kimi Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin tərkibi aşağıdakı şəxslərdən ibarət idi: Nəzarət-Təftiş Komissiyası: Cəmiyyətin fəxri üzvləri (ömürlük üzvlər ayda 200 manat, digər üzvlər 20 manat üzvlük haqqı ödəyirdilər): Sadəcə üzvlər (ayda 5 manat üzvlük haqqı ödəyirdilər): == Faəliyyət == Nizamnamədə cəmiyyətin kasıb müsəlman uşaqlarının Rusiya və onun hüdudları xaricindəki orta və ali təhsil müəssisələrinə daxil olub oxumalarına, habelə xəstəxana və başqa səhiyyə ocaqlarında müalicə olunanlara yardım etmək məqsədilə yaradıldığı göstərilirdi. Cəmiyyətin vəsaiti üzvlük haqlarından, habelə şəhər sakinlərinin köçürdüyü ianələrdən, cəmiyyətin təşəbbüsü və iştirakı ilə keçirilən tamaşalardan, konsert və rəqs gecələrindən və s.-dən əldə edilən gəlirlərdən ibarət idi. Xeyriyyə məqsədilə keçirilən hər bir konsert və ya digər tədbir üçün əvvəlcədən Gəncə qubernatorundan icazə alınmalı idi. Cəmiyyət şəhərdəki ikisinifli müsəlman məktəbinin şagirdlərinə, Qarabağ və Zəngəzurda erməni-daşnaklar tərəfindən soyqırıma məruz qalmış türk-müsəlman əhaliyə yardım məqsədilə tamaşalar və konsertlər təşkil edirdi.
Gəncə Tibb Cəmiyyəti
"Yelizavetpol Tibb Cəmiyyəti" və ya "Gəncə Tibb Cəmiyyəti" — Azərbaycanda ilk səhiyyə-sağlamlıq cəmiyyəti == Haqqında == "Yelizavetpol Tibb Cəmiyyəti" Xudadat bəy Rəfibəylinin təşəbbüsü və rəhbərliyi ilə 1914-cü ildə yaradılmışdır. Bu cəmiyyətin əsas məqsədi Gəncədə yoxsullara, kimsəsizlərə pulsuz tibbi yardım göstərmək idi. Cəmiyyətin fəal üzvləri Həsən bəy Ağayev, Həmzə bəy Zeynalov, Musa bəy Rəfiyev və s. şəxslər idi. "Yelizavetpol Tibb Cəmiyyəti" Bakı, Şuşa, Şəki və şəhərlərdə fəaliyyət göstərən digər cəmiyyətlərlə daim sıx əlaqədə olurdu.
Hamburq Coğrafiya Cəmiyyəti
Hamburq Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft in Hamburg‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Hamburq şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 1873-cü ildə Almaniyanın Hamburq şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur.
Hannover Coğrafiya Cəmiyyəti
Hannover Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft zu Hannover‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Hannover şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 1878-ci ildə Almaniyanın Hannover şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir.
Hidayət xeyriyyə cəmiyyəti
Hidayət xeyriyyə cəmiyyəti - əsas məqsədi qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmə qarşı çıxmaq olan cəmiyyət. 1904-cü ildə yaradılan cəmiyyətin idarə heyətində Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mirməhəmməd Kərim Bakuvi, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri olub. Cəmiyyətin üzvləri daima öz fikirlərinə və əməllərinə görə cinayətkarlar və dini radikallar tərəfindən təqiblərə məruz qalıblar. == Haqqında == Hidayət Xeyriyyə Cəmiyyəti 1904-cü ildə Bakıda yaradılıb. Cəmiyyətin yaradıcıları əsasən ruhanilər və ziyalılar idi. Onların əsas məqsədi Bakıda insanları narahat edən qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmin qarşısını almaq olub. Camaatı incidən, küçələrdə qadınları təhqir edən şəxslər cəmiyyətin üzvləri tərəfindən müəyyən edilir və onların barəsində cəza tədbirləri görülməsi üçün adları general-qubernatora təqdim olunurdu. Hidayət Xeyriyyə Cəmiyyətinin on nəfərdən ibarət idarə heyəti var idi. Bunlar Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mir Məhəmməd Kərim, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri idilər. Cəmiyyətin nizamnaməsini Əhməd bəy Ağaoğlu yazıb.
Hindistan Qırmızı Xaç Cəmiyyəti
Hindistan Qırmızı Xaç Cəmiyyəti (ing. Indian Red Cross Society, IRCS) — insan həyatını və sağlamlığını qorumaq üçün Hindistanda yerləşən könüllü bir humanitar təşkilatdır. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının bir hissəsidir və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının əsas prinsipləri əsasında fəaliyyət göstərir. Cəmiyyətin missiyası fəlakətlərə / fövqəladə hallara və həssas insanların və icmaların sağlamlığına və qayğılarına yardım etməkdir. Hindistanda 700-dən çox filial şəbəkəsi var. Cəmiyyət Qırmızı Xaç emblemini digər beynəlxalq Qırmızı Xaç cəmiyyətləri ilə vahid bir emblem kimi istifadə edir. Könüllülük, 1920-ci ildə qurulduğu gündən etibarən, Hindistan Qırmızı Xaç Cəmiyyətinin əsas diqqət mərkəzində olmuşdur, cəmiyyətin "Gənclik" və "Yeniyetmələr" adlı könüllülük proqramları mövcuddur. Cəmiyyət, Hindistandakı Müqəddəs Con Ambulansı ilə yaxından əlaqələndirilir. == Tarixi == Birinci dünya müharibəsi dövründə Hindistanda yaralanan əsgərlər üçün yardım xidmətləri qurumları, Birgə Müharibə Komitəsinin şöbəsi tərəfindən, Müqəddəs Con Ambulans Assosiasiyası ilə Britaniya Qırmızı Xaç Cəmiyyəti arasında əməkdaşlıq etdi. 3 mart 1920-ci ildə Sir Klod Hill tərəfindən Hindistan Qanunvericilik Şurasına Britaniya Qırmızı Xaç Cəmiyyətindən müstəqil olaraq fəaliyyət göstərən Hindistan Qırmızı Xaç Cəmiyyəti yaratmaq üçün bir layihə təqdim edildi.
Jet cəmiyyəti (teleserial, 2018)
Jet Cəmiyyəti (Türk dilində: Jet Sosyete) Gülsə Birsel tərəfindən qələmə alınmış türk sitkomu. BMM tərəfindən qurulan serialın rejissoru Hakan Algüldür. İlk mövsümdə Star TV-də, ikinci mövsümdə TV8-də yayımlanan serial, üçüncü mövsümdən bəri puhutv-də yayımlanır. Təkrarlamalarsa hər çərşənbə günü Star TV-də yayımlanır. == Mövzu == Özpamuk Tekstilin sahibi Cəngiz Özpamuk, oğlu Ozanı baş ofisdən götürür və şirkətin ən aşağı səviyyəsində işləyən Yaşar Yükseli şirkətin baş meneceri edir. İşdən çıxarılan Ozan Jetset Mansionsdakı baş menecer villasından da çıxır və yan villada yaşayan ailəsinin yanına köçür. Ayazağada bir gecəqonduda yaşayan Yüksel ailəsi, Ozanın çıxdığı villaya məskunlaşır. Yaşar Yüksel moda sənayesində özünü göstərməyə çalışsa da, ailəsi cəmiyyətə girməyi hədəfləyir.
Kral Cəmiyyəti adası
Kral Cəmiyyəti adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada London Kral Cəmiyyətinin şərəfinə adlandırılmışdır. == Yerləşməsi == Arxipelaqın mərkəzində, Smitson boğazının akvatoriyasında, Quker və Li-Smit adaları arasında yerləşir. == Təsviri == Ada buzdan tam azaddır. Uzunluğu 5.5 km, eni isə 2 km-dir. Adanın makksimal hündürlüyü 204 m-dir.
Kral Fotoqrafiya Cəmiyyəti
Kral Fotoqrafiya Cəmiyyəti (ing. Royal Photographic Society) — Böyük Britaniyada yerləşən və dünyanın ən nüfuzlu fotoqrafiya birliklərindən biri. Bu, dünyada ilk fotoqraflar cəmiyyətidir. Cəmiyyətin baş direktoru Mixael Pritçarddır. == Tarixi == Cəmiyyətin əsası 20 yanvar 1853-cü ildə britaniyalı fotoqraf Rocer Fenton tərəfindən qoyulmuşdur. Həmin vaxt adı London Fotoqrafiya Cəmiyyəti idi. 1874-cü idə adı dəyişdirilərək Böyük Britaniya Fotoqrafiya Cəmiyyəti, 1894-cü ildən isə Kral Fotoqrafiya Cəmiyyəti olmuşdur. == Üzvləri == Yarandığı gündən bəri cəmiyyətdə 80 min fotoqraf təmsil olunub. Müxtəlif ölkələrdən adlı-sanlı fotoqraflar, o cümlədən Martin Parr (Böyük Britaniya), Enni Leybovits (ABŞ) bu cəmiyyətin üzvüdürlər. 2015-ci ildə azərbaycanlı fotoqraf Rüfət Əliyev Kral Fotoqrafiya Cəmiyyətinə üzv seçilib.
Kral statistika cəmiyyəti
Kral statistika cəmiyyəti (ing. Royal Statistical Society) — elmi statistika cəmiyyəti və Böyük Britaniyanın statistlər peşəkar birliyi. == Tarixi == Əhali məlumatlarını toplamaq məqsədi ilə 1834-cü ildə London Statistika Cəmiyyəti olaraq quruldu. Riyazi statistika sahəsində tədqiqatlar yalnız bir neçə onillikdən sonra aparılmağa başladı. === Banisləri === Cəmiyyətin quruluşunu Riçard Cons, Çarlz Bebbic, Adolf Ketle, Vilyam Uevell və tomas Maltus asanlaşdırdı. Cəmiyyətin görkəmli üzvləri arasında Florens Naytinqeyl də vardı, 1858-ci ildə quruma qoşulan ilk qadın oldu. Kral statistika cəmiyyətinin müxtəlif dövrlərdə prezidentləri Vilyam Beveric, Ronald Eylmer Fişer, Qarold Vilson, Eqon Şap Pirson, Leonard Tippettt Henri Kaleb, Devid Koks və başqaları idi. === Kral tərəfindən diplom === 1887-ci ildə London Statistika Cəmiyyəti bir kral nizamnaməsi əsasında Kral Statistika Cəmiyyətinə çevrildi və 1993-cü ildə İngiltərə Peşəkar Statistlər Birliyi — Statistlər İnstitutu ilə birləşdirildi. Cəmiyyətin hazırda dünya üzrə 7200 üzvü var. == Strukturu == Cəmiyyətin Londonun İslinqton dairəsində bir neçə ofisi və iclas otağı var.
Leypsiq Coğrafiya Cəmiyyəti
Leypsiq Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft zu Leipzig‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Leypsiq şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 1861-ci ildə Almaniyanın Leypsiq şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir.
London Geologiya Cəmiyyəti
London Geologiya Cəmiyyəti (ingilis dilində:Geological Society of London или Geological Society) — Böyük Britaniyada yerləşən, Yer kürəsinin tədqiqi məqsədilə yaradılan elmi cəmiyyət. London Geologiya Cəmiyyəti dünyada yaradılan ilk geologiya cəmiyyətidir. Cəmiyyətin əsas missiyası geoloqlara bir-birilə tanış olmalarına, elmi axtarış cəhdlərinin stimullaşdırılmasına, fikir mübadiləsi yolu ilə geologiya elminin inkişafı sahəsində baş verən yeniliklər və yeni faktlar barəsində məlumatların paylaşılmasına yardım etməkdir . == Tarixi == London Geologiya Cəmiyyəti 1807-ci ildə 13 alimin iştirakı ilə keçirilən yığıncaqda yaradılmışdır. Cəmiyyətin təsisçiləri arasında Uilyam Babinqton, Corc Qrinaf Qemfri Devi və Artur Eykin kimi görkəmli alimlər də var idi. Onlar vaxtaşırı nahara toplaşır və geologiya məsələlərini müzakirə edirdilər. 1825-ci ildə bu cəmiyyət kral IV Georqdan xüsusi imtiyaz almış və rəsmən tanınmışdır. 1839-cu ildə London Geologiya cəmiyyətinin artıq 750 nəfər üzvü var idi. Qadınların bu cəmiyyətə rəsmi şəkildə üzv olmasının qadağan edildiyi bir dövrdə paleontoloq Meri Enninqə xüsusi istisnalıq edilmişdir. 1874-cü ildə Cəmiyyət Londonun Pikadelli küçəsində Byörlinqton-hause iqamətgahında yerləşirdi.
London Kral Cəmiyyəti
Britaniya Kral Cəmiyyəti, London Kral Cəmiyyəti qısa və ən geniş tanınmış adı- Kral Cəmiyyəti. Geniş adı — Təbiət haqqında bilikləri genişləndirmək üçün London Kral Cəmiyyəti (en Royal Society of London for the Improvement of Natural Knowledge). Dünyada ən qədim elmi cəmiyyətlərdən biri: 1660-cı ildə yaradılmış və rəsmi olaraq 1662-ci ildə fəaliyyətə başlamış elmi cəmiyyətdir. İngiltərə kralı II Çarlz tərəfindən açılışı edilmişdir. Cəmiyyət təsisçiləri ilə bərabər tədqiqat və elmi müzakirələr üçün bir məkan olmağı hədəfləyirdi və əvvəlcə Invisible Kollecinin davamı idi. Cəmiyyət Britaniya hökumətinə qarşı dövlət yardımı alan elmi ekspertlər hazırlayan müəssisə kimi çıxış edir. Cəmiyyət Böyük Britaniyanın Elmlər Akademiyası kimi fəaliyyət göstərir və elmi-tədqiqat müəssisələrinə və elmi təşkilatlara sərmayələr qoyur. Cəmiyyət öz şurası tərəfindən idarə olunur; Cəmiyyətə bir sıra nizamnamə və müəyyən rütbələrə müvafiq olaraq cəmiyyətin prezidenti rəhbərlik edir. Şuranın üzvləri və sədri, yəni cəmiyyətin əsas üzvləri akademiya üzvləri tərəfindən seçilir və akademiya üzvlərinin özləri isə mövcud olan digər akademiya üzvləri tərəfindən seçilirlər. Hər il təyin olunan 44 yeni üzvü ilə bərabər hal-hazırda FRS (Fellow of Royal Society: Kral Cəmiyyətinin üzvü) aşağı titulundan istifadə etmək imkanı verilmiş 1314 akademiya üzvü mövcuddur.
Lübek Coğrafiya Cəmiyyəti
Lübek Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft zu Lübeck‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Lübek şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 20 yanvar 1882-ci ildə Almaniyanın Lübek şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur. == Həmçinin bax == Coğrafiya cəmiyyətlərinin siyahısı == Ədəbiyyat == Georg Behrens: 175 Jahre Gemeinnütziges Wirken. Lübeck 1978 200 Jahre Gesellschaft zur Beförderung gemeinnütziger Tätigkeit in Lübeck 1789-1989, Verlag Schmidt-Römhild, Lübeck 1988.
Milli Coğrafiya Cəmiyyəti
Milli Coğrafiya Cəmiyyəti (ing. National Geographic Society) — ABŞ-nin ən böyük elmi və tədris təşkilatlarından biridir. 27 yanvar 1888-ci ildə Vaşinqtonda yaradılıb.
Milli Dəyişiklik Cəmiyyəti
Məhəmməd Əl-Baradei tərəfindən yaradılıb. 2009-cu ildə BAEA direktoru vəzifəsindən gedən əl-Baradey Misirdə siyasi fəaliyyətə başlayacağını bəyan etdi. Az bir vaxtda Misirin tanınmış jurnalistləri, yazıçılar, siyasətçilər, sənətçilər və başqa tanınmış şəxslər əl-Baradeyin yaratdığı hərəkata qoşuldular. Qeyd edək ki, hələ iki il əvvəl əl-Baradey Misirdə həm parlament (2010-cu ildə keçirildi), həm də prezident (bu il keçirilməsi planlaşdırılır) seçkilərində iştirak edəcəyini bəyan etdi.
Misir Coğrafiya Cəmiyyəti
Misir Coğrafiya Cəmiyyəti (ərəb. الجمعية الجغرافية المصرية‎; fr. Société de géographie d'Egypte) — Misir Ərəb Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Mərkəzi qərargahı Qahirə şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 19 may 1875-ci ildə coğrafiya elminin inkişafını təşviq etmək üçün İsmail Paşanın fərmanı ilə Coğrafiyanın Cazibə Cəmiyyəti adı ilə yaradılmışdır. Cəmiyyətin ilk prezidenti alman botanist, səyyah və etnoloq Georq Avqust Şveynfurt idi. Ölkədəki siyasi vəziyyətlərdən asılı olaraq, adı bir neçə dəfə dəyişdirilmişdir. 1952-ci ildəki Misir İnqilabından sonra indiki adı ilə adlandırılmışdır. == Fəaliyyəti == Cəmiyyət ölkədə coğrafiya sahəsində elmi, dinaktik və populyar fəaliyyət həyata keçirir. Mütəmadi olaraq, yığıncaqların və elmi konfransların, elmi ekspedisiyaların, mühazirələrin və populyar ekskursiyaların keçirilməsini təşkil edir.
Müsəlman Aktyorlar Cəmiyyəti
Müsəlman Aktyorlar Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda fəaliyyət göstərmiş peşəkar aktyor truppası. == Yaradılması == Nicat və Şəfa maarifçilik cəmiyyətlərinin köməyi ilə yaradılmışdı. Truppanın fəaliyyətində Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov və b. yaxından iştirak etmişlər. == Fəaliyyəti == Cəmiyyət aktyorların peşəkarlığının yüksəldilməsinə, ustalığının təkmilləşdirilməsinə, onların yaradıcılıq inkişafına daim qayğı göstərirdi. Cəmiyyətin aktyor truppası Ə.Haqverdiyevin, N.Vəzirovun, Ü.Hacıbəylinin, Namiq Kamalın sərlərindən ibarət tamaşalar hazırlayır, xeyriyyə tamaşalarında iştirak edir, Bakı və onun ətraf rayonlarında çıxış edirdilər. Milli teatr sənətinin inkişafında cəmiyyətin aktyor truppasının mühüm rolu olmuşdur. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman Dram Cəmiyyəti == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, 2004.
Müsəlman Dram Cəmiyyəti
Müsəlman Dram Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş teatr cəmiyyəti. == Haqqında == 1916-cı ilin mayında Bakıda təsis olunmuş, 1920-ci ilədək fəaliyyət göstərmişdir. Birinci iclasında Sadıq bəy Hacınski (sədr), Mir Yaqub Mehdiyev (sədr müavini), Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Bağır bəy Əlibəyov (idarə heyətinin üzvləri), Bala bəy Xocayev (katib), Əliheydər Babayev (daxıldar — xəzinədar), Əhməd bəy Hacınski, Süleyman Abdullayev cəmiyyətin üzvü seçilmişlər. Cəmiyyətin məqsədi nizamnaməsində deyildiyi kimi "teatr və səhnəni ticarət halından çıxarıb, sənət halına vəz" etməkdən, teatr qüvvələri hazırlamaqdan ibarət olmuşdur. Müsəlman Dram Cəmiyyəti 1916-cı ilin 19 oktyabrında çağırılmış növbəti iclasında Abbas Mirzə Şərifzadənin üç il müddətinə Xarkov şəhərinə Eylin studiyasının dram kursunda təhsil almağa göndərilməsi haqqında qərar qəbul etmişdi. Müsəlman Dram Cəmiyyəti üzvlərdən, xeyriyyəçilərdən alınan ianələr və teatr tamaşalarından toplanan vəsait hesabına yaşayırdı.

"cəmiyyəti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəmiyyəti nədir? #cəmiyyəti sözünün mənası #cəmiyyəti nə deməkdir? #cəmiyyəti sözünün izahı #cəmiyyəti sözünün yazılışı #cəmiyyəti necə yazılır? #cəmiyyəti sözünün düzgün yazılışı #cəmiyyəti leksik mənası #cəmiyyəti sözünün sinonimi #cəmiyyəti sözünün yaxın mənalı sözlər #cəmiyyəti sözünün əks mənası #cəmiyyəti sözünün etimologiyası #cəmiyyəti sözünün orfoqrafiyası #cəmiyyəti rusca #cəmiyyəti inglisça #cəmiyyəti fransızca #cəmiyyəti sözünün istifadəsi #sözlük