* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] bax behişt. Bizim babamız Adəmə və anamız Həvvaya cənnətdə nə əskik idi, genə Allahın əmrini sındırdılar və cənnətdən qovuldular? İnsan belədir! M.F.Axundzadə. Deyirlər ki, qış fəslində cənnətin qapıları Muğana tərəf açılır… M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / cənnət3 ə. behişt. Cənnəti-ədn cənnət bağı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / cənnət1 Ərəbcədir, soğdaq dilində buna uçmaq deyiblər, biz də belə işlətmişik (“Dədə Qorqud”da da var). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / cənnət2 CƏNNƏT (din.) Cənnətin ənbərin qapıları usta Ağabalanın üzünə açıldı (Çəmənzəminli); BEHİŞT [Cavad:] İkinci budur ki, istəyirəm savab iş görəm ki, dünyada behiştə gedəm (Ə.Vəliyev); RİZVAN (məc.) Vahid, zəmanə xubləri keçdi cənnəti; Zahid hənuz rövzeyi-rizvanə bağlanıb (Ə.Vahid); UÇMAQ (arx) Oldur bu gecə ki, əhli iman; Uçmaq ilə Cavidan qovuşdu (Xətayi).
Azərbaycan dilinin sinonimlər lüğəti / cənnət1 CƏNNƏT – CƏHƏNNƏM Cənnətin yazlığı, cəhənnəmin payızlığı (Ata. sözü).
Azərbaycan dilinin antonimlər lüğəti / cənnət2 I сущ. рай: 1. по религиозным представлениям, место, где души умерших праведников ведут блаженное существование; см. behişt 2. перен. о красивом месте, где можно счастливо жить, об очень хороших условиях жизни; рай земной. Bura lap cənnətdir здесь прямо рай, настоящий рай II прил. райский: 1. относящийся к раю. Cənnət bağı райский сад, cənnət məlaikəsi райский херувим 2. перен. прекрасный, красивый, очаровательный. Cənnət guşəsi райский уголок, райское местечко, cənnət nəğmələri райские песни (мелодии) ◊ cənnət kimi (прекрасный) как рай, подобный раю; cənnətə getmək (düşmək) попасть в рай
Azərbaycanca-rusca lüğət / cənnət1 I. i. paradise, the Garden of Eden, home of Adam and Eve, şair. Elysium II. s. məc. paradise; paradisiac, paradisiacal, paradisal; ~ ləzzəti the joys of paradise; ~ alması paradise apple; ~ qüşü bird of paradise
Azərbaycanca-ingiliscə lüğət / cənnət1 1) is. paradis m, éden m ; 2) sif. paradisiaque ; ~ ləzzəti les délices d’Eden ; les jouissances du Paradis ; ~ alması pomme f de paradis ; ~ quşu oiseau m de paradis, paradisier m
Azərbaycanca-fransızca lüğət / cənnət