Panslavyanizm rəngləri
Panslavyanizm rəngləri - Mavi, ağ və qırmızı rənglərdən ibarətdir. Bu rənglər birinci dəfə 1848-ci ildə Praqada keçirilmiş olan Slavyan konqresində Rusiya bayrağından ilham alınaraq qəbul edilmişdir. Rusiya bayrağı isə öz növbəsində Niderland bayrağından ilhamlanaraq yaradılmışdır. Tarix boyu bu rənglərdən slavyan mənşəli xalqlar tərəfindən yaradılmış olan əksər dövlətlərin bayraqlarında istifadə olunmuşdur. Bu rənglər Rusiya, Yuqoslaviya, Çexoslovakiya, Çexiya, Slovakiya, Xorvatiya, Serbiya və Sloveniya kimi slavyan ölkələrinin bayraqlarında görünsə də, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Şimali Macarıstan, Monteneqro, Polşa və Ukrayna kimi slavyan ölkələrinin bayraqlarında bu rənglərə rast gəlinmir.