Türkiyə tərəfindən boşaldılmış kürd kəndləri
Türkiyə tərəfindən boşaldılmış kürd kəndləri — Türkiyə Silahlı Qüvvələri tərəfindən Türkiyə ərazisində əhalisi kürdlərdən ibarət olan boşaldılmış kəndlər. Onların sayının 3,000 civarında olduğu təxmin edilir. 1984-cü ildən Türkiyə ordusu Kürdüstan Fəhlə Partiyasının kökünü kəsmək üçün kampaniyaya başlamışdır. 2000-ci ilə qədər 30,000-ə yaxın insan həlak olmuş, iki milyon kürd qaçqın isə evlərini tərk edərək şəhərlərə köçmüşdür.
Humanitar Hüquq Layihəsinə görə, Türkiyə hökuməti tərəfindən 2,400 kürd kəndi dağıdılmış, 18 min kürd edam edilmişdir. Digər hesablamalara görə, dağıdılmış kürd kəndlərinin sayı 4,000-dən çoxdur. Ümumilikdə 3,000,000-a qədər insan (əsasən kürdlər) didərgin düşmüşdür.
Kürd İnsan Hüquqları Layihəsi kəndlərin əhalisinin boşaldılmasını (evakuasiyasını) 5 mərhələyə bölür:
1985–1989-cu illərdə ilkin mərhələ
1990–1991-ci illərdə sentralizasiya mərhələsi
1992–1993-cü illərdə kəndlərin sistematik boşaldılması mərhələsi
1994-cü ildə kəndlərin boşaldılmasının eskalasiya mərhələsi
1995–2001-ci illərdə daha digər kəndlər boşaldılmışdır
2009-cu ilin məlumatına görə, 1,000,000 nəfər hələ də məcburi köçkündür.