Kəmalə sözü azərbaycan dilində

Kəmalə

Yazılış

  • Kəmalə • 99.6656%
  • kəmalə • 0.2007%
  • KƏMALƏ • 0.1338%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəmalə
Kəmalə — Azərbaycanlı qadın adı. Kəmalə Hüseynova — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011). Kəmalə Piriyeva — Azərbaycan teleaparıcısı və aktrisası. Kəmalə Ağayeva ― şairə, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1958) Kəmalə Abiyeva — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Kəmalə Eyvazova — Rusiya alimi, Tibb elmləri namizədi. Kəmalə Yanson — azərbaycanlı dekorativ-tətbiqi sənəti ustası.
Kəmalə Abdullayeva
Kəmalə Hüseynova (tam adı: Kəmalə Müzəffər qızı Hüseynova; 29 may 1967, Nuxa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011). == Həyatı == Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1986–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Artıq dördüncü kursda Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur. O zaman birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış etmişdir. 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci il tarixində Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Kəmalə Abiyeva
Kəmalə Abiyeva (Abiyeva Kəmalə Aydın qızı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kəmalə Abiyeva Azərbaycanın cənub bölgəsinin Astara şəhərində müəllim ailəsində anadan olub. Kiçik yaşlarından ailəsi Bakıya köçüb. Bakının indiki Yasamal rayonundakı 52 nömrəli orta məktəbi bitirib. ADPU-nin fizika fakültəsində ali təhsil alıb. Pedaqoji fəaliyyətə həmin ildə Abşeron rayon Masazır kəndində başlayıb. 1980-ci ildən Bakının Yasamal rayonundakı Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə işləyir. "Qabaqcıl təhsil işçi"sidir. 10 və 11-ci sinif "Fizika" dərsliyinin rəyçilərindən biridir. Onlarla elmi-metodiki məqalənin müəllifidir.
Kəmalə Ağayeva
Kəmalə Eyvazova
Kəmalə Eyvazova (Eyvazova Kəmalə Əhliman qızı; 1975, Şamaxı rayonu) — Rusiya alimi, Tibb elmləri namizədi. S.N.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” SETK rekonstruktiv okuloplastik cərrahiyyə bölməsinin müdiri. == Həyatı == Eyvazova Kəmalə Əhliman qızı 1975-ci ildə Azərbaycan Respublikasının Şamaxı rayonunda anadan olub. 1992-ci ildə Şamaxının 2 nömrəli orta məktəbini gümüş medalla bitirib. Elə həmin il N.Nərimanov adına Azərbaycan Tibb Universitetinə (indiki Azərbaycan Tibb Universiteti) qəbul olub və 1998-ci ildə oranı bitirib. 1998-2001-ci illərdə Moskvada S.N.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” Sahələrarası Elmi-Texniki Kompleksdə (SETK) klinik ordinaturada təhsil alıb. Görmə orqanları xəstəliklərinin müayinə və diaqnostikasının əsas üsullarına yiyələnib. 2001-ci ilin noyabrından K.Eyvazova S.N.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” SETK-nın refraksion cərrahiyyə şöbəsinin aspiranturasına qəbul olunub. Təhsil zamanı özünü elmi-klinik işlərdə müstəqil surətdə görə bilən məqsədyönlü, diqqətli, düşüncəli həkim kimi göstərib. Müasir oftalmologiyanın nailiyyətləri ilə mütəmadi maraqlanıb, Rusiya və xarici elmi ədəbiyyatları öyrənərək bilik səviyyəsini daim artırıb.
Kəmalə Hüseynova
Kəmalə Hüseynova (tam adı: Kəmalə Müzəffər qızı Hüseynova; 29 may 1967, Nuxa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011). == Həyatı == Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1986–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Artıq dördüncü kursda Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur. O zaman birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış etmişdir. 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci il tarixində Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Kəmalə Müzəffər
Kəmalə Hüseynova (tam adı: Kəmalə Müzəffər qızı Hüseynova; 29 may 1967, Nuxa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011). == Həyatı == Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1986–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Artıq dördüncü kursda Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur. O zaman birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış etmişdir. 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci il tarixində Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Kəmalə Piriyeva
Kəmalə Piriyeva (9 yanvar 1990, Bakı) — Azərbaycan teleaparıcısı və aktrisası. == Həyatı və fəaliyyəti == Kəmalə Piriyeva 1990-cı il yanvar ayının 9-da Bakı şəhərində doğulub. 1996–2007-ci illərdə Nərimanov rayon 73 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" fakültəsindən məzun olub. 2007-ci ildə universitetdən Azad Azərbaycan televiziyasına təcrübə keçmək üçün göndərilib. İlk işi 2007-ci ildə 17 yaşında "Yeni ulduz 7" yarışmasında aparıcılıq etmək oldu. Daha sonra isə o, "Bizim səhər", "Xalq ulduzu", "CinemaAtv", "Atv maqazin", "Qaça-Qaç", "Piknik", "Mətbəx işi", "Azərbaycanın Səsi Bala", "Bir balaca oyun" kimi verilişlərdə aparıcılıq edir. Bu illər ərzində o, aktrisalıq fəaliyyəti ilə də məşğul olur. İlk dəfə Atv-də yayımlanan "Sirr" serialında rol alır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Məhv olmuş gündəliklər" tamaşasında əsas rollardan birini (Anjel) icra edir.
Kəmalə Sarıcalinskaya
Kəmalə Sarıcalinskaya (22 oktyabr 1926, Ağdam rayonu – 2012) — "Əməkdar Hüquqşünas", hüquq elmləri doktoru, professor. == Həyatı == 1926-cı il oktyabrın 22-də Ağdam rayonunda anadan olub. 1944–1950-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb. 1967-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafıə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən 12.00.08 – "Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ" və 12.00.09 – "Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavinidir. Onun rəhbərliyi altında altı nəfər hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda 5 nəfər tədqiqatçının dissertasiyasına elmi rəhbərlik edir. BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, "Antinarkotizm" Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının üzvüdür. "Azərbaycan Hüquq jurnalı", "Dirçəliş- XXI əsr", "Qanun", "Antinarkotizm", "Hüquq + Gənclik" jurnallarının redaksiya heyətlərinin üzvüdür İki övladı var.
Kəmalə Yanson
Kəmalə Yanson və ya Kəmalə K. Jansson (tam adı: Kəmalə Rafiq qızı Kərimova-Yanson; 18 aprel 1971, Bakı) — azərbaycanlı dekorativ-tətbiqi sənəti ustası, rəssam. Azərbaycan Rəssamlar İttifaqının üzvü (2011-ci ildən) == Həyatı == Kəmalə Rafiq qızı Kərimova 18 aprel 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildən İsveçdə yaşayır. İsveç vətəndaşı ilə ailə qurduqdan sonra Yanson (isv. Jansson) soyadını qəbul etmişdir. == Təhsili == Orta təhsilini Bakı şəhərində — əvvəlcə 172 nömrəli məktəbdə, daha sonra isə 254 nömrəli məktəbdə almışdır. 1986–1989-cu illərdə Bakı şəhəri 84 nömrəli Orta Texniki Peşə Məktəbində "Çini və saxsı məmulatların rəngkarlığı" ixtisası üzrə ixtisaslaşmışdır. 2011–2014-cü illərdə İsveçin Onge əyalətindəki BOBERG Gimnaziyasında İsveç dili üzrə oxumuşdur. 2012–2013-cü illərdə İsveçin Frensta əyaləti Olsta kollecində moda-dizayn sahəsi üzrə təhsil almışdır. 2017–2018-ci illərdə İsveçin Onge əyalətindəki Komvux təhsil mərkəzində tərcüməçilər üçün İsveç dili üzrə təkmilləşdirmə kursu keçmişdir.
Kəmalə Cəfərzadə (teatrşünas)
Kəmalə Cəfərzadə —Tanınmış teatrşünas,Azərbaycanın Əməkdar mədəniyyət işçisi . == Həyatı == Kəmalə Məmməd qızı Cəfərzadə 5 avqust 1950-ci ildə Şirvan rayonunda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatrşünaslıq" fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində, 1977-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının Nəşriyyat şöbəsində baş redaktor, Yaradıcılıq şöbəsinin baş mütəxəssisi, rəisi, sədrin köməkcisi işləmişdir,1998-ci ildən 2014-cü ilə kimi isə məsul katib vəzifəsində işləyib.2014-cü ildə Azərbaycan Bədii Tərcümə və Əlaqələr Mərkəzində redaktor sonra isə şöbə müdiri vəzifəsində çalışıb. K.Çəfərzadə dövri mətbuatda teatr sənətinin müxtəlif sahələrindən bəhs edən məqalə, resenziya və portret yazıları ilə cıxış edir. Onun "Teatrda gənç aktyor problemi", "Gülarə Rəsulova", "Zülfidə Babayeva", "Fırtınadan əvvəlki harmoniya" (M.Əlizadə ilə birlikdə), "Teatrşünas alimin son əsəri" (M.Əlizadə ilə birlikdə), "Bir aktrisa var Bakıda (Sofya Bəsirzadə)", "Həm teatrda, həm kinoda… (Nəçibə Məlikova)", "Hüseynağa Hacıbababəyov", "Heykəltəraş Nəcəf Salamov", "Fars teatr tamaşaları", "Hind teatr tamaşaları", "Balet barədə dialoq və dialoq iştirakcıları haqqında (Rəfiqə Axundova və Maqsud Məmmədov)", "Teatrın baş rəssamı (Əyyub Fətəliyev)", "Meyerxold və Azərbaycan teatrı", "Səhnədə kecən illər (Ulduz Rəfili)", "Respublikamızın yaşıdları – Raxil Ginzburq", "Həsənağa Turabov ücün elegiya", "Sevgi dolu ömür (Firəngiz Şərifova)" və sair yazılarını qeyd etmək olar. Kəmalə Cəfərzadə bir sıra kitabların, o cümlədən Ə.Nemətzadənin "İsmayıl Dağıstanlı", Barat Şəkinskayanın "Xatirələrim", İ.Rəhimlinin "Kəsişən paralellər", "Bəşir Səfəroğlu", "Aktyora oxşamayan adam", Y.Əlioğlunun "Səhnə rampasının sehri", "Sənət cevrəsinin sakinləri", "Şuşa teatrı", Ə.Cəfərzadənin "Biz Cəfərzadələr" və s. kitabların redaktoru olmuşdur. K.Cəfərzadə xarici ölkələrdə – Türkiyə, Rusiya və Qazaxıstanda kecirilən teatr festivallarında nümayəndə kimi iştirak etmişdir. K.Cəfərzadə Teatr Xadimləri İttifaqının kecirdiyi irimiqyaslı tədbirlərin: festivalların, yaradıçılıq tədbirlərinin, konfransların təşkilində fəal iştirak edir.
Kəmalə Abıyeva
Abiyeva Kəmalə Nəbi qızı (1979) — azərbaycanlı hüquqşünas; Azərbaycan Ali Məhkəməsinin hakimi və Kommersiya Kollegiyasının sədri (2020—). == Həyatı == Kəmalə Abiyeva 1979-cu ildə anadan olub. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2000–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi mülki və təsərrüfat hüququ üzrə magistr dərəcəsi alıb. 2007–2011-ci illərdə isə Bakı Dövlət Universitetində Mülki hüquq ixtisası üzrə aspirantura təhsili alıb. == Fəaliyyəti == 2000–2006-cı illərdə İqtisad Məhkəməsində məhkəmə iclas katibi, 2006–2010-cu illərdə Ali Məhkəmədə məsləhətçi, məhkəmə iclas katibi, hakim köməkçisi vəzifələrində çalışıb. 26 oktyabr 2010-cu ildə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə hakim vəzifəsinə təyin edilib. 2 iyul 2013-cü ildə Bakı Apellyasiya Məhkəməsinəhakim vəzifəsinə təyin edilib. 21 dekabr 2018-ci ildə Bakı Apellyasiya Məhkəməsi sədrinin müavini vəzifəsinə təyin edilib. İlham Əliyevin 11 fevral 2023-cü il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Kəmaləddin Behzad
Kəmaləddin Behzad (1455-1536) — Şərqin görkəmli ustad rəssamlarından biri, Səfəvilər saray kitabxanasının rəisi. == Həyatı == Kəmaləddin 1455-ci ildə Orta Asiyanın Xocənd şəhərində anadan olmuşdu. 1510-cu ildə, yəni Şeybani xanın ölümündən sonra məşhur rəssam Təbrizə gələrək, Şah İsmayılın sarayına daxil olmuşdu. Üç hökmdarın sarayında yaşamış Behzad Şah İsmayılın hakimiyyəti zamanı daha çox şöhrət qazanmışdır. Şah İsmayıl Xətainin istedadlı sənət adamlarına necə yüksək qiymət verdiyini XVI əsr Bağdad sənətşünaslarından Mustafa Çələbi Əlinin 1578-ci ildə yazdığı "Mənaqibi hünərvəra" adlı əsərində görmək olar. Müəllif göstərir ki, Şah İsmayıl 1514-cü ildə I Sultan Səlim ilə müharibədən bir qədər əvvəl, məşhur rəssam Behzad və öz şəxsi saray xəttatı Mahmud Nişapurini düşmən əlinə əsir düşməsinlər deyə, onların salamat saxlanması barədə tədbir görmüşdür. Bu tarixi həqiqət haqqında Şah İsmayılın dilindən deyilmiş sözlərin sadələşdirilmiş şəklini misal gətiririk: "...Sultan Səlim Şah İsmayıl ilə Çaldıran səhrasında yaxın bir məsafadə idi... "Kim bilir, bəlkə müharibədə öldüm və ya məmləkətimdə qarət və qarışıqlıq baş verdi", - deyərək, Sultan Səlim xan Ruminin əlinə əsir düşməmək üçün əvvəl Şah Mahmud Nəjadi və ikincisi misilsiz ustad rəssam Behzadı bir mağarada gizlətmişdi. Və "Sizin hifsinizi Allaha tapşırdım" deyib müharibəyə getmişdi. Ol zaman ki, müharibədə məğlub olub geriyə qayıtdı, cümlədən əvvəl yuxarıda adları zikr olunanları tapmaq üçün həmin məhəlləyə varıb diqqətlə axtardı.
Kəmaləddin Heydərov
Kəmaləddin Fəttah oğlu Heydərov (15 iyul 1961, Çeşməbasar, Naxçıvan rayonu) — Azərbaycan Respublikasının fövqəladə hallar naziri (2006-cı ildən), general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti. == Həyatı == Kəmaləddin Fəttah oğlu Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışmışdır. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilmişdir. == Ailəsi == Ailəlidir. 2 övladı var. Sabiq deputat, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun oğludur. "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" Futbol Klubunun keçmiş prezidenti Tale Heydərovun atasıdır.
Kəmaləddin Məmmədov
Kəmaləddin Məmmədzadə
Kəmaləddin Mərəşi
Kəmaləddin ibn Qəvaməddin əl-Hüseyni əl-Mərəşi (Amul, Mazandaran ostanı – 1398) — XIV əsr İran dövlət adamı və şair. == Həyatı == Kəmaləddin ibn Mir Qəvaməddin Təbəristanın Amul şəhərində dünyaya gəlmişdi. Həzrət Əli soyundan olub, Mərəşiyyyə seyidləri kökənlidir. Təriqət şeyxi olan atası Seyid Qəvaməddin müstəqil bir idarəçilik qurmaq amacıyla 1349-cu ildə qiyam qaldırdı; oğulları və müridlərinin yardımı ilə Mazandaranın böyük bir qismini ələ keçirdi və Mərəşilər xanədanını qurdu (1359). Qəvaməddinin yerinə keçən oğlu Kəmaləddin, Əmir Teymur tərəfindən uşaqları və qardaşlarıyla birlikdə Mavəraünnəhirə sürüldü (1393). Əmir Teymur o zamanlar Mərəşi soyundan olan şiə sülaləsi tərəfindən idarə edilən Mazandaran vilayətinə hücum çəkir. Mərəşi dövlətinin başçısı Seyid Kəmaləddin qısa müqavimətdən sonra təslim olur. Əmir Teymur Mərəşiyyə əyanlarını hüzuruna gətirməyi əmr edir və görüş zamanı Seyid Kəmaləddinə deyir: "Mən sizin mal-mülkünüzü əlinizdən almaq üçün vilayətinizə gəlməmişəm. Bura ona görə gəlmişəm ki, sizin məzhəbiniz (əqidəniz) pisdir!" Seyid Kəmaləddin soruşur: "Ey əmir, bizim məzhəbimizin nəyi pisdir?" Əmir Teymur o zamanlar şiələr haqqında əhli-sünnədə formalaşmış fikri dilə gətirir: "Siz səhabələri söyürsünüz və rafizi məzhəbsiniz!" . Seyid Kəmaləddin Mərəşi 1398-ci ildə Kaşqarda vəvat edib.
Kəmaləddin Qafarov
Kamaləddin Qafarov (7 sentyabr 1976, Naxçıvan) — V, VI və VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Kamaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurub. Həmin ildə Y. H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub, 1997-ci ildə meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Daha sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib. 2005-ci ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkilib. 2014-cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib. 2014–2015-ci illərdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == 2015-ci il 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V və 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Kəmaləddin Qədim
Kəmaləddin Qədim — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan MSSR-nin Sədərək rayonunda anadan olub. İxtisasca tarixçidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Kəmaləddin Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır. Kəmaləddin Qədim bir neçə Beynəlxalq Poeziya Mükafatları laureatıdır. == Yaradıcılığı == Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları "Azərbaycan", "Ulduz" jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
Kəmaləddin Sami Gökçən
Kəmaləddin Sami Gökçən (türk. Kemalettin Sami Gökçen; 1884, Sinop – 15 aprel 1934, Berlin) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == 1905-ci ildə İmperiyanın Hərbi Mühəndislik Məktəbini və 1908-ci ildə isə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirdi. Daha sonra 4-cü ordunun əmrinə verildi. 1911-ci ildə İtaliya-Osmanlı müharibəsi zamanı Yaniyaya getdi. Hərbi məktəbdə müəllim kimi fəaliyyət göstərdi. 1915-ci ildə Şahzadə Ömər Fərrux Əfəndinin müəllimi kimi onunla birlikdə Avropaya getdi. İstanbulun işğalından sonra 5 dekabr 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu. 31 mart 1921-ci ildə polkovnik rütbəsi ilə İkinci İnönü döyüşü və Sakarya meydan döyüşündən sonra Böyük hücumda iştirak etdi. 31 avqust 1922-ci ildə general-leytenant rütbəsinə yüksəldi.
Kəmaləddin İsmayılov
Musa Kəmaləddin
Musa Kəmaləddin (1156 Ərbil -1241 Ərbil) Kürd astronom, filozof və riyaziyyatçı. Aslen Ərbilli eğitimi Bağdatta almıştır. Tam adı "Musa bin Yunus bin Muhammed bin Men’a" dır. Riyaziyyat dersini Şərəfəddin Tusi den almışdır.
Münirə Sultan (Əhməd Kəmaləddin Əfəndinin qızı)
Münirə Sultan (17 may 1880, Dolmabağça sarayı, İstanbul ili – 7 oktyabr 1939, Nitsa) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Münirə Sultan 17 may 1880-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Kəmaləddin Əfəndi, anası isə Fatma Səzadil xanımdır. Əmisi Sultan Əbdülhəmidin taxta çıxmasının ardından atası taxt varisi elan olundu və bu səbəblə Münirə Sultan Dolmabağça sarayında böyüyüb tərbiyə edildi. Buna baxmayaraq atasının Sultan Əbdülhəmidlə münasibətləri yaxşı deyildi və ona qarşı qurulan müxalif cəbhəyə rəhbərlik edirdi. Bu səbəblə atası Kəmaləddin Əfəndi 1905-ci ildə əmisi Sultan Əbdülhəmidin əmriylə edam edildi. Atasının ölümünün ardından Yıldız sarayına köçürülən Münirə Sultan cəmi 2 il sonra 10 yanvar 1907-ci ildə keçmiş sədrəzəmlərdən Tunisli Xeyrəddin Paşanın oğlu Mehmed Salih Paşayla evləndirildi. Toy mərasiminin ardından Nişantaşı köşkündə yaşayan cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi. Sultan Əbdülhəmidin taxtdan endirilməsi və digər əmisi Sultan Rəşadın taxta çıxmasının ardından daha rahat həyat tərzi yaşayan Münirə Sultannın həyatı çox keçmədən alt-üst oldu. 1913-cü ildə sədrəzəm Mahmud Şövkət Paşaya qarşı tərtiblənən sui-qəsd hadisəsinin ardından aparılan araşdırmada əri Salih Paşanın da adı hallandı və İttihad-Tərəqqi hökumətinin verdiyi qərarla Salih Paşa haqqında ölüm hökmü verildi.
Əhməd Kəmaləddin Əfəndi
Əhməd Kəmaləddin Əfəndi (3 dekabr 1847, İstanbul – 26 aprel 1905, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin səkkizinci oğlu, Osmanlı şahzadəsi və Osmanlı ordusunun general-leytenantı. == Həyatı == Şahzadə Əhməd Kəmaləddin Əfəndi 1848-ci ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə onun yeddinci xanımı Verdicanan Qadınəfəndidir. Uşaqlığı doğma bacısı Münirə Sultanla birlikdə keçdi və ilk təhsilinə qardaşları Rəşad Əfəndi, Burhanəddin Əfəndi, bacısı Bəhicə Sultanla birlikdə 29 iyul 1853-cü ildə Çırağan sarayında başlayan Kəmaləddin Əfəndi 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Nurəddin Əfəndi, Rəşad Əfəndi və Burhanəddin Əfəndiylə birlikdə sünnət edildi. Ögey qardaşı II Əbdülhəmidin 1876-cı ildə taxta çıxmasından sonra Osmanlı taxtının ikinci vəliəhdi oldu. Bu müddət ərzində Osmanlı ordusunda fəaliyyət göstərdi və 1901-ci ildə general-leytenant rütbəsinə qədər yüksəldi. Bundan başqa Osmanlı imtiyaz medalına layiq görüldü. Buna baxmayaraq böyük qardaşı Sultan Muradın yenidən taxta çıxması üçün Sultan Əbdülhəmidə qarşı fəaliyyətə başlamışdı. Bu səbəblə Sultan Əbdülhəmid səltənətində maddi olaraq çətinlik çəkməyə başladı.
Ələddin Paşa (Hacı Kəmaləddin oğlu)
Ələddin Paşa (türk. Alâeddin Paşa) və ya Hacıkəmaləddinoğlu Ələddin Paşa (türk. Hacıkemaleddinoğlu Aleaddin Paşa, Hacıkemalettinoğlu Aleaddin Paşa) — Osmanlı paşası. 1320-1331 illəri arasında vəzirlik etmişdir. Osmanlı İmperiyasının ilk vəzirinin Ələddin Paşa olduğuna dair bir razılaşma var. Osmanlı salnamələrinə görə, Osmanlı İmperatorluğunun ilk vəziri Ələddin Paşa, Osmanlı Sultanı Osman Qazinin oğlu olan və eyni zamanda Paşa rütbəsindən istifadə edən Ələddin Bəydir. Ancaq bəzi mənbələrdə ilk vəzirin adı "Ələddin Paşa bin Hacı Kəmaləddin" və "Hacıkəmaləddinoğlu Ələddin Paşa" kimi verilir. Buna görə ilk vəzir Osman bəyin oğlu deyil, Hacı Kəmaləddin adlı bir şəxsin oğludur. Ələddin Paşanın vəzir olduğu dövrdə Nazirlər Şurası hələ qurulmamışdı; yeganə vəzir Ələddin idi. Bu səbəbdən Ələddin Paşa, ünvanı "sədrəzəm" olmasa da, Osmanlı imperiyasının tarixindəki ilk sədrəzəm sayılır.
Mehmed Kəmaləddin Paşa
Mehmed Kəmaləddin Paşa (1869 – 1920, İstanbul, Osmanlı imperiyası) — Plevna qəhrəmanı Qazi Osman Paşanın oğlu, Sultan Əbdülhəmidin kürəkəni. == Həyatı == 1869-cu ildə dünyaya gəldi. Atası Plevna qəhrəmanı Qazi Osman Paşa, anası isə ferik Ömər Neşət Paşanın bacısı Fatma Zatıgül xanımdır (ö. 1940). Atasının Sultan Əbdülhəmidə yaxınlığı səbəbilə, qardaşlarıyla birgə ilk təhsillərini Ulduz sarayındakı şahzadələr məktəbində aldı. Böyük qardaşı Əli Nurəddin bəyin 20 aprel 1889-cu ildə Sultan Əbdülhəmidin qızı Zəkiyə Sultanla evlənməsiylə ailənin sarayla əlaqələri daha da gücləndi. Ulduz sarayında baş tutan toy mərasiminin ardından Kəmaləddin bəy da mirliva rütbəsindən fərik rütbəsinə yüksəldildi. Çox keçmədən Kəmaləddin bəy də Sultan Əbdülhəmidin digər qızı Naimə Sultanla nişanlandı. Cütlüyün toy mərasimi 17 mart 1898-ci ildə Ulduz sarayında baş tutdu. Toy hədiyyəsi olaraq gəlininə dəyərli daşlarla bəzəli tac göndərən Qazi Osman Paşanın xanımı Zatigül xanım Məcidiyə nişanıyla təltif edildi.

kəmalə sözünün leksik mənası və izahı

"kəmalə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəmalə nədir? #kəmalə sözünün mənası #kəmalə nə deməkdir? #kəmalə sözünün izahı #kəmalə sözünün yazılışı #kəmalə necə yazılır? #kəmalə sözünün düzgün yazılışı #kəmalə leksik mənası #kəmalə sözünün sinonimi #kəmalə sözünün yaxın mənalı sözlər #kəmalə sözünün əks mənası #kəmalə sözünün etimologiyası #kəmalə sözünün orfoqrafiyası #kəmalə rusca #kəmalə inglisça #kəmalə fransızca #kəmalə sözünün istifadəsi #sözlük