ran sözü azərbaycan dilində

ran

Yazılış

  • ran • 60.4545%
  • Ran • 20.4545%
  • RAN • 19.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ran Ran Şou
Ran Ran Şou və ya Şao Jenlen (d. 19 noyabr, 1907, Tsin imperiyası – ö. 7 yanvar, 2014, Honkonq, Çin) — Honkonq mediamaqnatı, milyarder, mesenat, Ran Ran Şou mükafatının təsisçisi. == Həyatı == 19 noyabr 1907-ci ildə anadan olub. Şou adlı qardaşı ilə Shaw Organisation adlı beynəlxalq media şirkətini təsis edib və 1958-ci ildə onu Shaw Brothers adlı aparıcı Asiya kinostudiyasına çevirib. 1967-ci ildə dünyada ən iri teleşirkət olan TVB-ni yaradıb. Mesenatlıqla məşğul olmuş, xeyriyyə, tibbi və təhsil təşkilatlarına kömək etmişdir. 2002-ci ildə öz adına təsis etdiyi nüfuzlu elmi mükafatı "Asiyanın Nobel mükafatı" da adlandırırlar. Mükafatın həcmi bir milyon dollardır və riyaziyyat, astronomiya və tibb sahəsi üzrə verilir.
Kim Ran
Kim Ran (d. 9 sentyabr 1974) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Ran Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Oh Yon-Ran
Oh Yon-Ran (d. 6 sentyabr 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Oh Yon-Ran Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Oh Yon-Ran Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Oh Yon-Ran Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Oh Yon-Ran Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Gəmi ranqı
Gəmi ranqı — döyüş gəmilərinin topların miqdarına, top göyərtəsinin, o cümlədən heyətin sayına görə təsnifat sistemidir. Təsnifat ilk dəfə İngiltərədə yaranmış və sonralar bir qədər düzəlişlərlə digər dəniz dövlətləri tərəfindən geniş istifadə olunmuşdur.
Kam Ranh Beynəlxalq Hava Limanı
Kaç Rannı
Kaç Rannı (qüc. કચ્છનું મોટું રણ) — Hisdistanın qərbində, az bir hissəsi isə Pakistanın şərqində yerləşən şoranlıq. Öz növbəsində iki yerlə bölünür: Böyük Kaç Rannı (şimal hissə) və Kiçik Kaç Rannı (cənub-şərq hissə). Rann şözü sanskritcədən tərcümədə «səhralıq məkan» anlamını verir. Kaç Qucarat ştatının bir dairəsinin adıdır. Sahəsi 20 min. km²-dir. Orta hündürlüyü 200 m, bəzi ərazilərdə isə 465 m çatır. Mussonlar mövsümündə dəniz suyu və Banas, Luni və d. çaylatrın suyu ilə dolur.
Kristina Ranqelova
Kristina Ranqelova (24 yanvar 1985) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Kristina Ranqelova Bolqarıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Leopold fon Ranke
Leopold fon Ranke (alm. Leopold von Ranke‎; 21 dekabr 1795[…] və ya 20 dekabr 1795 – 23 may 1886[…], Berlin) alman tarixçi və mənbələrə əsaslanan müasir tarix elminin banisi . Karolin Hofferliyə görə, "Ranke 19-cu əsrin sonlarında Avropa və ABŞ-da yaranan tarixi peşəni formalaşdıran ən mühüm tarixçi olmuşdur". O, seminarların tədrisi metodunu öz dərsində tətbiq edə bilmiş, arxiv araşdırmalarına, tarixi sənədlərin təhlilinə diqqət yetirmişdir . Göttingen Tarix Məktəbinin metodlarına əsaslanaraq o, ilk dəfə tarixi seminar təşkil etmişdir . Ranke ilkin mənbələrə etibarlılıq (empirizm), narrativ tarixə və xüsusilə beynəlxalq siyasətə (Außenpolitik) vurğu kimi fikirləri təqdim edərək, sonrakı tarixi əsərlərin çoxu üçün standartları müəyyən etmişdir. Rankenin Qərb tarixşünaslığına da böyük təsiri olmuşdur. O, 1865-ci ildə adına “fon” əlavə edilməklə zadəganlığa layiq görülüb.
Li Ranaldo
Lee Ranaldo (3 fevral 1956, Qlen-Kov[d], Nyu-York ştatı) — amerikalı müğənni, mahnı müəllifi, Sonic Youth qrupunun vokalisti, ritm və solo gitaristi.
Matrisin ranqı
Matrisin ranqı— verilmiş matrisin sıfırdan fərqli minorlarının ən yüksək tərtiblisinin tərtibi. == Elementar çevrilmələr == Matrisin ranqını taparkən matrisin elementar çevirmələri adlanan aşağıdakı çevirmələrdən istifadə etmək olar: Matrisin 2 sətir və ya sütunun yerini dəyişmək; Matrisin 2 sətir və ya sütunu toplamaq və ya çıxmaq; Matrisin hər hansı bir sətir və ya sütunu ixtiyari ədədə vurub, digər sətir və ya sütunun üzərinə əlavə etmək; Bu zaman matrisin üzərində aşağıdakı əməlləri aparsaq matrisin ranqı dəyişməz. Bütün elementləri sıfır olan sətir və ya sütunları kənarlaşdırmaq (nəzərə almamaq) olar. Hər hansı sətir və ya sütun, başqa bir sətir və ya sütunun ixtiyari ədədə vurulmasından alınarsa onda bu sətir və ya sütunu kənarlaşdırmaq olar. Başqa sözlə, mütənasib sətir və ya sütunlardan kənarlaşdırmaq olar. == Matrisin ranqının tapılması == Matrisin ranqını tapmaq üçün bu matrisin sətir və ya sütunlarından düzəldilmiş minorunu yoxlamaq lazımdır. Əgər bunlardan birinin determinantı sıfırdan fərqlidirsə, onda matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əgər bu minorlardan hamısının determinantı sıfıra bərabər olarsa, onda bir vahid az olan minorlara keçirik. Əməliyyatı etdikdən sonra aldığımız minor sıfırdan fərqlidirsə, matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əks halda yenə bir vahid az olan minorlara keçirik.
Mentha ranina
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Arealı == Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Qısa morfoloji təsviri == Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Mentha rudaeana var. ranina
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Arealı == Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Qısa morfoloji təsviri == Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Mikania ranunculifolia
Mikania ranunculifolia (lat. Mikania ranunculifolia) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Neoseiulus rancidus
Neoseiulus rancidus (lat. Neoseiulus rancidus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Obyektizm (Ayn Rand)
Obyektivizm — 1940-cı illərdən etibarən ABŞ səhiyyə çevrələrində inkişafa başlamış bir yol. İlk olaraq psixiatr Alan Blumenthal tərəfindən, romançı Ayn Randın kitablarından alınan ilhamla alınıb. Bu yol təməldən, adamın özündən üstün bacarıqlar və zəka qazanmasına və beləliklə mövcud əskikliklərindən doğan olumsuzluqların ortaya qoyduğu ruhi gərginlikdən xilas olmasına dayanır. Kişi bu üsul istiqamətində, həyatındakı mənfilikləri, davamlı fərdi təlqinlərlə başqa insanların zəka və qabiliyyət qüsurlarına yüklər və bu yolla özünə inamını davamlı olaraq təzə tutar. Bu yol indiki vaxtda əvvəlki qədər rəğbət görməsə də işlədilməyə davam edir. Obyektivlik — qərəzsizlik, bir şeyin qiymətləndirilməsində elmi dəqiqlik və vicdanlılıq. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Overlord (ranobe)
Overlord (オーバーロード, Ōbārōdo, azərb. Hökmdarlar hökmdarı‎) — so-bin-in rəssamlığı ilə Kuqane Maruyama tərəfindən yazılan ranobe seriyası. Enterbrain tərəfindən çap olunana qədər onlayn şəkildə yayımlanmışdır. 30 iyul 2012-ci ildən bu yana 16 cildi çapdan çıxmışdır. Huqin Miyamanın rəssamlığı ilə Satoşi Oşio, tərəfindən yazılan manqa adaptasiyası 26 noyabr 2014-cü ildən Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunur. Həm ranobe, həm də manqa Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Madhouse tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 7 iyuldan 29 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. 30 sentyabr 2016-cı ildə OVA seriyası buraxılmışdır. 2017-ci ildə iki hissəli yığma anime filmi adaptasiyası istehsal olunmuşdur. 2018-ci ilin yanvarında anime serialının ikinci mövsümü yayımlanacaq.
Page Rank
Page Rank, Google-un veb səhifələrə 0-dan 10-a qədər verdiyi dəyər şkalasıdır. Bu dəyər ümumi olaraq xüsusi bir məzmuna bağlantı və keçid verən səhifə keyfiyyətinə bağlıdır. Page Rank dəyəri saytınızın Google axtarış mühərrikində internet istifadəçiləri tərəfindən axtarış aparıldığında ilk 10 nəticənin daxilində olmasını təmin edir. Google axtarış mühərriki, Stendford Universitetində doktoranturanı müdafiə edən iki tələbə Larri Peyc və Sergey Brin tərəfindən 1998-ci ildə qurulduğu zaman axtarış nəticələrini patentli Page Rank texnikası üzərində inkişaf etdirdilər, buna görə də Page Rank patenti də Google-a deyil Stendford Universitetinə məxsusdur. Google Page Rank A səhifəsindən B səhifəsinə keçid olduğunda bunu qeyd edər. Eyni zamanda səhifənin haqqının yeyilməməsi üçün bəzi məzmun analizləri də edər. Page Rank yəni səhifə dəyəri saytın təbii quruluşuna və link məzmununa uyğun olaraq saytın dəyərinin bir göstəricisidir. Google, eyni zamanda spam məqsədli saytları Google ban ilə cəzalandırıb bütün indexlərini silərkən, yeni açılan saytlarında sürətli bir şəkildə axtarış nəticələrində yüksəlməsinə maneə törədən Google Sandbox sistemlərini də istifadə etməkdədir. Sandbox-a girən bir veb səhifə 3–6 ay boyunca nə qədər yaxşı olursa olsun, Google tərəfindən sınanır və müəyyən bir müddətin sonunda axtarış nəticələrində daha yaxşı bir yerə gətirilir.
QS World University Rankings
"QS World University Rankings" — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri.
Ranbir Kapur
Ranbir Kapur - (d. 28 sentyabr 1982, Mumbay, Hindistan) Bollivud filmlərində rol alan tanınmış Hindistanlı aktyor. Məşhur aktyor Rişi Kapur və aktrisa Nitu Sinqin oğludur. Ranbir aktyorluq karyerasına rejissor Sancay Lila Bhansalinin köməkçisi olaraq başlamışdır.
Rancagua
Rankaqua - Çili şəhəri. Ərazisi 260 km². Əhalisi 214.344 nəfərdir. (2002).
Randa Bern
Ronda Börn (d. 1951), avstraliyalı Televiziya yazıçısı və prodüseridir. Bəlkə də ən bilinən çalışması The Secret (Sirr) adlı kitabı və eyni adla kinoya uyğunlaşdırılan filmidir.Eyni zamanda Sensing Murder(Qətlini hiss etmək) adlı TV proqramının da prodüseridir.. Australia 's Herald Sun qəzetində nəşr olunan bir məqaləyə görə Ronda, eyni zamanda Avstraliya TV serialı Dünyanın ən gözəl reklamları və Evlən mənimlə adlı TV probramlarının da prodüseridir. 2007-ci ildə Börn, Time jurnalının Dünyanın Ən Təsirli 100 adamı siyahısına daxil olmuşdur. 17 avqust 2010-cu ildə, The Power(Güc) adlı kitabı ki The Secret (Sirr) adlı kitabın davamıdır, həm bir ciltli buraxılışı, həm də audio CD kimi nəşr olunmuşdur.
Randals
Randals (ing. Randalls Island) — 1.11 km² sahəyə malik və Nyu-Yorkun bir hissəsi olan ada. O, Manhetten, Bronks və Kuins rayonları arasında, Harlem çayının İst-River boğazına töküldüyü yerdə yerləşir. Bronks Kill boğazı adanı Bronksdan ayırır. Randals adası bir vaxtlar ayrı olan Uords adası ilə birləşdirilib. Avropalıların gəlişindən əvvəl Randals adasının adı hindu dilində Minnehanok (ing. Minnehanonck) idi. 1637-ci ildə adalar Yeni Niderland qubernatoru Vuter van Tvillerin mülkiyyətinə keçdi. Burada məskən salmış fermer Barent Yansenin şərəfinə adanın adı Kleyne Barent oldu, O illərdə adaların əraziləri əsasən əkin sahələri üçün istifadə olunurdu. Randals adasında belə sahələr 50 hektar təşkil edirdi.
Randeya döyüşü
Randeya döyüşü — çarı I Trdatın başçılıq etdiyi birləşmiş alban-parfiya ordusu ilə Lusi Yuni Sezenni Petin Roma legionları arasında 62-ci ildə baş tutmuş döyüş. Bu, 58–63-cü illər Roma-Parfiya müharibəsinin epizodlarından biri idi. == Tarixi == Döyüş 62-ci ildə Randeya yaxınlığında (indiki Türkiyədə, tarixi Sofena regionunda) baş tutmuşdur. Döyüş romalıların tam məğlubiyyəti və müttəfiq erməni-parfiya qoşunlarının qələbəsi ilə başa çatmışdır. Döyüşdən bir neçə ay sonra Randeya sülh müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, Roma imperiyası Ermənistanın suverenliyini, I Trdatı isə ölkənin hökmdarı kimi tanımışdır. Trdatın özünü Romanın vassalı kimi tanıması şərti ilə bütün tutulmuş ərazilər Ermənistana qaytarılmışdır.
Randeya müqaviləsi
Randeya müqaviləsi — 63-cü ildə Parfiya və Roma imperiyası arasında imzalanmış, 58-ci ildə başlamış Parfiya–Roma müharibəsini sonlandıran sülh müqaviləsi. Bu, 62-ci ildə Randeya döyüşündə romalıların məğlubiyyətinin nəticəsi idi. == Tarixi == İmperiyanın sərhəd ərazilərində artan Parfiya təsirindən narazı qalmış Neron Romanın vassal padşahlarının hakimiyyətini bərpa etmək missiyası ilə legat Qney Domisi Korbulonu böyük bir ordunun başçısı təyin edərək regiona göndərmişdir. Xalkisli Aristobulu Kiçik Ermənistan (Nikopol və Satala), Emesalı Soem isə Sofenaya təyin etmişdir. 58-ci ilin yazında Korbulon Kappadokiyadan Böyük Ermənistana daxil olmuş və Artaşata doğru irəliləmişdir. Eyni zamanda I Parsman şimaldan, Kommagenalı IV Antiox isə cənub-qərbdən hücuma keçmişdir. Ermənistan çarı I Trdat qardaşı Parfiya hakimi I Vologezin köməyi ilə Roma ordusunu sıxışdırmaq üçün çevik qüvvələr göndərmiş, Korbulon da eyni taktikadan istifadə edərək muşkları Ermənistanın periferik rayonlarını qarət etmək üçün göndərmişdir. Trdat paytaxtdan qaçmış, Korbulon isə oranı yandırmışdır. Yayda Korbulon Tarodan keçərək Tiqranakertə yaxınlaşmış, burada onun sərkərdələrindən bir neçəsi pusquda öldürülmüşdür. Buna baxmayaraq, şəhərin biri istisna olmaqla bütün qalalarının qapıları Roma ordusuna açılmışdır.
Random Access Memories
Random Access Memories — fransız elektron musiqi dueti Daft Punkun 2013-cü ilin mayında buraxılmış dördüncü studiya albomu.

ran sözünün leksik mənası və izahı

"ran" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ran nədir? #ran sözünün mənası #ran nə deməkdir? #ran sözünün izahı #ran sözünün yazılışı #ran necə yazılır? #ran sözünün düzgün yazılışı #ran leksik mənası #ran sözünün sinonimi #ran sözünün yaxın mənalı sözlər #ran sözünün əks mənası #ran sözünün etimologiyası #ran sözünün orfoqrafiyası #ran rusca #ran inglisça #ran fransızca #ran sözünün istifadəsi #sözlük