sıç sözü azərbaycan dilində

sıç

Yazılış

  • sıç • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
2008 Sıçuan zəlzələsi
Sıçuan zəlzələsi (Çin. 四川 大 地震) 12 may 2008-ci il tarixində Çinin Sıçuan əyalətində Pekin vaxtı ilə (saat 06: 28) saat 14: 28 radələrində baş verən dağıdıcı bir zəlzələdir. Zəlzələnin gücü Çin Seysmoloji Bürosunun məlumatlarına görə 8 Mw, ABŞ Geoloji Xidmətinə görə 7.9 Mw (Rixterə görə) ballıq şkala ilə qiymətləndirilir. Zəlzələnin episentri Siçuanın paytaxtı Chengdudan 75 km məsafədə, 19 km dərinlikdə qeydə alınıb. Bu zəlzələ Venchuan (Çin. 汶川 大 地震) zəlzələsi olaraq da bilinir, çünki zəlzələnin episentri Venchuan əyalətindədir. Zəlzələ Pekində (məsafə 1500 km) və Şanxayda (1700 km) hiss edildi, burada ofis binaları sarsıldı və evakuasiya başladı. Həmçinin qonşu ölkələrdə də hiss olunmuşdu Hindistan, Pakistan, Tayland, Vyetnam, Banqladeş, Nepal, Monqolustan və Rusiyada. Rəsmi mənbələr 4 Avqust 2008-ci il tarixinə 69.197 nəfərin öldüyünü, təxminən 18 min insanın itkin düşdüyünü, 288.431 nəfərin yaralandığını söylədi. Zəlzələ, Çin-Tibet dağlarından ayıraraq Sıçuan hövzəsinin qərb kənarı boyunca uzanan seysmik cəhətdən aktiv olan Longmenşan fayında meydana gəldi.
Böyük sıçrayış
Böyük sıçrayış (çin. 大躍進) — 1958-ci ildən 1960-cı ilə qədər Çində həyata keçirilən iqtisadi və siyasi kampaniya, sənaye bazasını və ölkə iqtisadiyyatının kəskin yüksəlişini gücləndirmək məqsədi daşımış bu kampaniya Çin xalqı üçün faciəli nəticələrə səbəb olmuşdur. Bu zaman Çin 90% aqrar ölkə idi və müasirləşməyə ciddi ehtiyacı var idi. Mao Tsedun marksist məhsuldar qüvvələr nəzəriyyəsindən istifadə edərək Böyük sıçrayış siyasətini əsaslandırdı, lakin onun kəskin kollektivləşdirmə yolu ilə iqtisadi artımı artırmaq və peşəkarlığı həvəskarlıqla əvəz etmək cəhdi, eləcə də kənd təsərrüfatı sahəsində verilən yanlış qərarlar fəlakətə çevrildi: Böyük sıçrayış nəticəsində 20-40 milyon insan həlak oldu və bu, onu XX əsrin ən böyük sosial fəlakətinə çevirdi (İkinci Dünya müharibəsi istisna olmaqla). == Tarixi zəmin == Böyük sıçrayışdan əvvəl Çin tarixində mürəkkəb hadisələr baş vermişdi. Ölkə uzun müharibədən sonra tədricən bərpa olunur, sənaye təşkil olunurdu. Bu zaman bir sıra islahatlar aparıldı - xüsusən də dini təşkilatlar və mistik ayinlər qadağan edildi, qismən kollektivləşdirmə aparıldı və kiçik kəndli təsərrüfatları formalaşdı, kənd təsərrüfatı məhsullarının paylanmasını dövlət öz üzərinə götürdü. Çin əvvəlcə SSRİ təcrübəsini təqlid etməyə çalışdı və sovet mütəxəssislərindən istifadə etdi. Mao tərəfindən bəyənilməyən Stalinin şəxsiyyətinə pərəstişin ifşasından sonra Çin və SSRİ arasında fikir ayrılıqları yarandı. Mao Tsedunun göstərişi ilə Çin mətbuatı Çin xalqında “qeyri-sağlam maraq” oyatmamaq üçün Sov.İKP-ninXX qurultayının qərarlarını gizlədildi.
Demokratiya və Sıçrayış Partiyası
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
Dmitri Sıçyov
Dmitri Sıçyov (rus. Дмитрий Сычев; 26 oktyabr 1983, Omsk) — Rusiyanın Lokomotiv Moskva klubunun kapitanı, Rusiya milli komandasının hücumçusu. == Gəncliyi == Dmitri Rusiyanın Perm şəhərində 1982-ci ildə anadan olub. Uşaqlıqda futbolla məşğul olmağa başlayıb. Bundan sonra 2000-ci ildə Fransanın "Marsel" klubuna yollanıb. Burada 2 il keçirən futbolçu əsasən əvəzedici heyətdə yer alıb. Daha sonra Rusiyaya qayıdıb və Spartak Moskva klubu ilə müqavilə imzalayıb. 2005-ci ildə klubu tərk edib və Lokomotiv Moskva klubunun heyətində çıxış etməyə başlayıb. == Lokomotiv == Lokomotivə keçdikdən sonra tez bir zamanda əsas heyətin futbolçusu olub. Lokomitivdə oynadığı illər ərzində o 1 dəfə Rusiya çempionu, 1 dəfə kubok qalibi və bir dəfə Birlik Kubokunun qalibi olub.
Heçliyə sıçrayış (roman)
Heçliyə sıçrayış (rus. Прыжок в ничто) - Aleksandr Belyayev tərəfindən elmi-fantastika janrında yazılmış roman. Əsərdə bir qrup qərbli kapitalistin kommunizm inqilabından qaçmaq macəralarından bəhs olunur. Kapitalistlər qəti qərar çıxarırlar ki, Yer planetində onlara xilas yoxdu. Odur ki, kapitallarının köməkliyi ilə kosmik gəmi - Nuhun gəmisi -ni tikdirərək kosmosa qaçırlar. Siolkovskinin ideyalarına əsaslanan və Venera planetində baş verən macəralar olduqca maraqlı və düşündürücüdür. Yazıçı bu əsəri nəşriyyata ona ad vermədən təqdim edib. Üzərində çox düşünsə də romanı adlandırmaqda çətinlik çəkib. Nəşriyyatda romanı adlandırmaq üçün hətta mükafat da təyin edilib. Buna baxmayaraq elə yazıçının özü əsəri adlandırmağa müvəffəq olub.
Hidravlik sıçrayış
Hidravlik sıçrayış (ing. Hydraulic jump) - hidravlika elmində, çaylar və suaşıranlar kimi açıq kanal axınında tez-tez müşahidə olunan bir hadisədir. Yüksək sürətlə sıvı(maye) aşağı sürətlə bir bölgəyə töküldükdə, sıvının səthində qəfildən artım olur. Sürətlə axan sıvı qəflətən yavaşlayır və hündürlükdə artır, bu da axının ilkin kinetik enerjisinin bir qismini potensial enerjinin artmasına çevirir. Enerjisinin birazı da çalxanmaq (türbülans) yoluyla istilik şəkilində yox olurlar. Tanımlama: Hidravlik sıçrayış, axının daşqın rejimindən (supercritical'dan) çay rejiminə (subcritical'a) keçdiyi və su səthində qəfildən yüksəliş yaradan bir hadisədir.
Qambiya sıçovulu
Qambiya sıçovulu (Cricetomys gambianus) — Nezomidlər fəsiləsinin Cricetomys cinsinə daxil olan gəmirici növü. Siçananabənzərlər altdəstəsinin ən böyük nümayəndələrindən biridir. Bədən uzunluğu təxminən 0,9 metr (3 fut) qədər böyümyür. Bununda təxminən yarısını quyruq hissəsi təşkil edir. Onlar gecə həyat tərzi keçirirlər. Böyük Səhradan cənubdakı ərazilərdə, Seneqaldan Keniyaya və Anqoladan Mozambikə qədər olan bölgələrdə yayılmışdır. Bəzən bu canlılar ev heyvanları kimi saxlanılır. Floridada təbiətə sızan siçovullar invaziv bir növə çevrilmişdir. == Xüsusiyyətləri == Qambiya siçovulunun görmə qabiliyyəti çox zəifdir. Bu səbəbdən qoxu və eşitmə qabiliyyətinə əsaslanır.
Qan sıçrama analizi
Qan ləkəsi analizi (QLA) (ing. Bloodstain Pattern Analysis) — qan ləkəsi və sıçrayış analizi ilə məşğul olan ədli tibbin şöbəsi. Elmi sahədə, xüsusən qan və DNT molekullarının analizində hər hansı bir irəliləyiş, detektivlər və kriminalistlər tərəfindən cinayətkarları araşdırmaq və tutmaq üçün geniş istifadə olunur. Buna görə qanın məhkəmə tibbi müayinəsinin çoxdan mövcud olmasına baxmayaraq, yeni texnologiyalar bu metoddan istifadə edərək daha yüksək nəticələr əldə etməyə və ədli tibbdə daha çox yayılmasına imkan yaratdı. Qan ləkəsi nümunələrini analiz etmək kimya, biologiya, fizika və həndəsə kimi elmlər haqqında geniş praktik bilik tələb edir. == QLA ilə nəticələr və nailiyyətlər == Bu elmin köməyi ilə qan sıçrama zamanı bir insanın hərəkəti və istiqaməti, yaralıların məkanda yeri, yaraların vurulduğu silah və ya obyekt, zərbədən sonra qan hərəkətinin trayektoriyası, kəsilmə və s. cinayətin törədilməsi zamanı baş verən hadisələrin ardıcıllığını qurur. Hadisələrin necə baş verdiyini bilirsinizsə, bundan sonra nə edəcəyinizi bilirsiniz. Qan tökülməsinin təhlili cinayətlərin istintaqında fəal və effektiv kömək üçün xüsusi təlim və təcrübə tələb edir. Potensial məhkəmə mütəxəssisləri Əsas Qan Sprey Analizi kurslarında təhsil alırlar.
Sıçovul adası
Sıçovul adası (ing. Rat Island, aleut. Ауадаҳ) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. 1780-ci ildə ada yaxınlığında yaponlara məxsus gəmi qəzaya uğrayır. Nəticədə bura sıçovullar darışır. Bunun nəticəsi olaraq ada quşların yuvalaması üçün əlverişsiz bölgəyə çevrilir. Bundan sonra sıçovullar daha 16 qonşu adalarara da yayılırlar. 2007-ci ildə ABŞ-n balıq resurslarının və vəhşi heyvanların qorunması xidməti tərəfindən sıçovulların məhv edilməsi ilə bağlı layihə hazırlanır. Digər canlıların zərər görməməsi üçün helikopterlə adanın ərazisinə brodifakum səpələnilir. 2009-cu ilin yayında, nəhayət ki, 229 il sonra ada sıçovullardan təmizlənir.
Sıçuan
Sıçuan (çin dili 四川 Sìchuān) —Çin mərkəzinin cənubunda əyalət. Paytaxtı və ən iri şəhəri — Çendu. Əhalisi 80 418 200 nəfər (Çin əyalətləri içində 4-cü; 2010-cu il məlumatı). Adı 川峡四路 (« nın dörd vilayəti») sözünün qısaldılmış formasıdır. Sun imperiyası dövründə bu ərazi sonradan dırd vilayətə bölünən Çuansya ərazisi idi.
Sıçyovka
Sıçyovka — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.

"sıç" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sıç nədir? #sıç sözünün mənası #sıç nə deməkdir? #sıç sözünün izahı #sıç sözünün yazılışı #sıç necə yazılır? #sıç sözünün düzgün yazılışı #sıç leksik mənası #sıç sözünün sinonimi #sıç sözünün yaxın mənalı sözlər #sıç sözünün əks mənası #sıç sözünün etimologiyası #sıç sözünün orfoqrafiyası #sıç rusca #sıç inglisça #sıç fransızca #sıç sözünün istifadəsi #sözlük