* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Nadinclik etmək, dəcəllik etmək, şitlik eləmək. Şitənmək, dalaşmaq və barışmaq – onların yoldaşlığı belə başlamışdı. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / şitənmək1 Şit “duzsuz” deməkdir, şitənmək (söz şit-ə-mək formasında feil olub, -n şəkilçisi qayıdış növü bildirir) isə şitlik etmək (“duzsuz” hərəkət), dadı qaçırmaq kimi başa düşülür. Yəqin ki, şıltaq sözü də şıltamaq feilindən həmin qəlib üzrə yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / şitənmək