dirənmək sözü azərbaycan dilində

dirənmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dirənmək • 90.1961%
  • Dirənmək • 5.8824%
  • DİRƏNMƏK • 3.9216%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.29

dirənmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Söykənmək, dayanmaq. Dirənmiş çomağa, Osman dururdu; Ürəyi nehrətək gup-gup vururdu. H.K.Sanılı. 2. Gəlib dəymək, uzanıb bir yerə (şeyə) toxunmaq, təmas etmək, rastlaşmaq. Şəhərin bir ucu yola dirənirdi. – Seyrəngahın bir tərəfi qayaya dirənmişdi. S.S.Axundov. // məc. Bir maneəyə rast gəlmək. 3. Dik qoyulmaq (sancılmaq). Bellər yerə dirəndi. Ə.Vəliyev. // Dik durmaq. 4. Dikilmək (bu mənada adətən “gözü”, “gözləri” sözü ilə). Səməd xan düyüdən bir loğma yeyərək durmuşdu, onun nimçəyə dirənən gözü yol çəkirdi. M.S.Ordubadi. Qoca qarı üzünü yola-yola gəlib qabağımda dayanıb, dirənmiş lap gözümün içinə baxdı, sonra dedi… A.Divanbəyoğlu. Gözlər qır rəngli torpağa dirənir. M.İbrahimov. 5. məc. Üstündə durmaq, israr etmək, ciddiyyətlə tələb etmək, inad etmək. Əgər müdir dirənsə və vermək istəməsə, onda sən də de ki, gedib anbarın hər yerini axtaracağam. C.Məmmədquluzadə. 6. Qalxmaq, qalxmağa başlamaq. [Xacə Firuz:] Camaat həmişə azar və əziyyətdə, ahünalə və nifrin göyə dirənibdir. Ə.Haqverdiyev. Onlar atlarını tərpədib yoxuşa dirəndilər. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / dirənmək

dirənmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

dirənmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. упираться, быть приставленным, подпираться; 2. настаивать, налегать, настоятельно требовать; 3. упрямиться, упорствовать;

    Azərbaycanca-rusca lüğət / dirənmək
  • 2 глаг. 1. упираться, упереться: 1) упереть во что-л. плечо, руку или какой-л. предмет для опоры 2) натолкнуться при движении н а какую-л. преграду, уткнуться во что-л. Divara dirənmək упираться в стену, qayaya dirənmək упираться в скалу 3) располагаясь, простираясь в каком-л. направлении, оказаться ограниченным, прегражденным чём-л. Pambıq tarlasının o başı meşəyə dirənir конец хлопкового поля упирается в лес 4) перен. наталкиваться на какие-л. затруднения, препятствия в осуществлении, достижении чего-л. İş çətin bir problemə dirənib дело упёрлось в очень трудную проблему 5) разг. упорствовать, упрямиться. At kimi dirənmək упираться как лошадь 2. запинаться, запнуться (оборвать или замедлить речь) 3. останавливаться, остановиться где-л., на чём-л. (обычно вынужденно) ◊ üstünə dirənmək kimin настоятельно требовать; налегать, налечь на кого-л.

    Azərbaycanca-rusca lüğət / dirənmək

dirənmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to rest (d. against), to set* (d. against); to lean (d. against); dirsəyi ilə divara ~ to set* one’s elbow against the wall; to lean one’s elbow on / against the wall; 2. to persist (in+ger.), to insist (on, upon+ger.); 3. (bərk yorulmaq) d.d. to get* extremely tired, to be* completely exhausted

    Azərbaycanca-ingiliscə lüğət / dirənmək

dirənmək sözünün fransız dilinə tərcüməsi

dirənmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. агалтун, агалтна акъвазун (мес. чумахъдихъ); 2. акӀун; атана акьун, игис хьун, агакьун, акакьун; // пер. са энгелдал туьш хьун (гьалтун); 3. тик эцигнаваз хьун, акӀурнаваз (акӀанваз) хьун (мес. пперер чиле); // тик акъвазун; 4. акӀун (мес. вилер чиле); 5. пер. кӀевиз акъвазун, рекьив текъвез акъвазун, къетӀидаказ тӀалабун, терсвал авун, кӀвачер акӀурун; 6. хкаж хьун, хкаж жез авалун.

    Azərbaycanca-ləzgicə lüğəti / dirənmək

Oxşar sözlər

#dirənmək nədir? #dirənmək sözünün mənası #dirənmək nə deməkdir? #dirənmək sözünün izahı #dirənmək sözünün yazılışı #dirənmək necə yazılır? #dirənmək sözünün düzgün yazılışı #dirənmək leksik mənası #dirənmək sözünün sinonimi #dirənmək sözünün yaxın mənalı sözlər #dirənmək sözünün əks mənası #dirənmək sözünün etimologiyası #dirənmək sözünün orfoqrafiyası #dirənmək rusca #dirənmək inglisça #dirənmək fransızca #dirənmək sözünün istifadəsi #sözlük