Anjelika Savrayuk
Anjelika Savrayuk (23 avqust 1989, Lutsk) — Ukrayna əsilli İtaliyanı təmsil edən bədii gimnast. Anjelika Savrayuk İtaliyanı 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi.
== Karyerası ==
Anjelika Savrayuk birinci dəfə Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Elisa Blançi ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu.
Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Anjelika Savrayuk qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Santoni, Elisa Blançi və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.